C a n e r t a s L a m a n Big Bang Və Tanrı



Yüklə 70,94 Kb.
Pdf görüntüsü
səhifə28/61
tarix07.11.2017
ölçüsü70,94 Kb.
#8889
1   ...   24   25   26   27   28   29   30   31   ...   61

107
ikisi sırf öz alma ağaclarındakı almaları sayıb birinci ağacda 
70, ikinci ağacda isə 80 alma saymış ola bilərlər. Halbuki Ho-
ukinq kimi riyaziyyatı sırf qondarma olaraq düşünən biri et-
diyi düsturların kainatdakı həqiqətə qarşı gəlib gəlmədiyinə 
diqqət  etmədən  bu  düsturlarla  müvəffəqiyyətlə  oynadığı 
üçün bizim üç ağacdakı almaların heç cür 100-dən çox ol-
duğunu  bilməyəcəyimizi,  üçüncü  ağacdakı  alma  sayısını 
hər  vaxt  bilmək  məcburiyyətində  olduğumuzu  deyir.  Biz 
əgər “Necə ola bilər? Təkcə iki ağacda 150 alma var!” desək, 
O  da  bizə  “bəlkə  üçüncü  ağacda  (-60)  alma  var,  onda  nə 
edəcəksiniz? 80+70+(-60)=90 edir” deyər və sizi mat qoyma-
ğın  vermiş  olduğu  rahatlıqla  gülümsəyər!  Sadə  alma  ağa-
cı  nümunəsində  Houkinq  kimi  riyaziyyatı  real  həyatdakı 
qarşılığına  baxılmayan  düsturlar  olaraq  görənlərlə  bizim 
kimi  düşünənlər  arasındakı  fərq  görülməkdədir.  Houkinq 
bir çox yerdə riyazi düsturların həqiqətdəki qarşılığı ilə ma-
raqlanmadığını söyləməkdədir. Məsələn, “Qoz Qabığında-
kı Kainat” adlı kitabında belə deyir: “Həmçinin, pozitivist 
olaraq baxdıqda bir adam nəyin gerçək olduğunu təyin edə 
bilməz. Edə biləcəyi tək şey içində yaşadığımız kainatı təyin 
edən riyazi modeli tapmaqdır.”
Halbuki  “xəyali  zaman”ın  həqiqətdə  bir  qarşılığının 
tapılmaması bir kənara, həqiqətə belə tamamilə ziddir. Ho-
ukinqin “Zamanın Qısa Tarixi”ndəki “xəyali zaman” tərifi 
bunu  göstərməkdədir:  “Biri  xəyali  zaman  içində  irəliyə 
doğru  gedirsə,  dönüb  geriyə  qayıda  biləcəyini  də  düşünə 
bilərik. Bu, o deməkdir ki, xəyali zaman içində irəli və geri 
istiqamətlər arasında əhəmiyyətli bir ayrı-seçkilik yoxdur.” 
Hamımız zamanın tək istiqamətli olduğunu və geri çevrilə 
bilməyəcəyini bilirik. Heç birimiz “Geriyə dönüb də baba-
sını  öldürənin  başına  nə  gələcək?”  şəklində  bir  suala  “Bu 
zamanın tərifinə və həqiqətinə ziddir” xaricində bir cavab 


108
vermək  məcburiyyətində  deyilik.  Görüldüyü  kimi  Hou-
kinq, alma ağacının problemini kağıza (-60) alma yazmaqla 
həll etdiyini zənn edən adam kimi, riyazi düsturlarda zama-
nı xəyali olaraq hazırlaya bilmə ilə gerçəkdə zamanın xəyali 
olmasını qarışdırmışdır. Universal həqiqətlə nəzəri riyaziy-
yatı qarışdırmaq, həqiqətdən qopmuş bir çox riyaziyyatçının 
düşmüş olduğu bir səhvdir. Houkinqin zaman mövzusunu 
incələyərkən etdiyi bu səhv onun fəlsəfi dəyərləndirmələr 
edərkən  fizikadakı  qədər  müvəffəqiyyətli  olmadığını 
göstərməkdədir. Əslində bu uğursuzluğun əsl səbəbi özü-
nü “Mən həqiqəti necə qavrayıram?” sualına cavab tapmaq 
əvəzinə  “Mən  ağlımdakı  fantastikanı  necə  doğru  çıxara 
bilərəm?” sualına cavab tapmağa məcbur etməsidir.
Houkinqin qəbul etdiyi səhvi
 
Houkinq zamanı Şimal və Cənub Qütbü bənzətməsi ilə 
anlamağa çalışmasının onu əhəmiyyətli bir səhvə apardığı-
nı qəbul edir. Houkinq “Zamanın Qısa Tarixi” adlı kitabında 
yanılmasını belə izah edir: “Əvvəllər kainat çökməyə baş-
ladığı  zaman  nizamsızlığın  azalacağına  inanırdım.  Çünki 
kainatın yenidən kiçildiyi zaman düz və nizamlı vəziyyətə 
dönməli olduğunu düşünürdüm. Bu, bir müddətdən son-
ra  büzülmə  mərhələsinin  genişlənmə  mərhələsinin  tərsi 
kimi görünməsi demək idi. Büzülmə mərhələsindəki insan-
lar  həyatlarını  geriyə  doğru  yaşamalı  idilər:  Doğulmadan 
əvvəl  ölməli  və  kainat  büzüldükcə  cavanlaşmalı  idilər... 
Yerin səthi ilə qurduğum bənzətmə ucbatında azacıq səhvə 
yol verdim. Əgər kainatın başlanğıcının Şimal Qütbünə uy-
ğun gəldiyini düşünsək, kainatın sonu da necə Cənub Qüt-
bü, Şimal Qütbünə bənzəyirsə, başlanğıcına bənzəməli idi. 
Amma Şimal və Cənub Qütbləri xəyali zaman içində kaina-


109
tın başlanğıcına və sonuna uyğun gəlməkdədir... Bir səhv 
etdiyimi  anlamışdım:  Sərhədsizlik  şərti  əslində  nizamsız-
lığın büzülmə mərhələsində də artmağa davam edəcəyini 
söyləməkdə  idi.  Kainat  kiçilməyə  başladığı  zaman,  ya  da 
qara  dəliklərin  içində  zamanın  termodinamik  və  psixoloji 
oxları istiqamətlərini dəyişdirməyəcəkdi.
“Zaman tək istiqamətli işləyir. Zamanın ən əhəmiyyətli 
anlayışları “əvvəl” və “sonra”dır. “Sonra” həmişə “əvvəl”i 
izləyir. “Sonra”nın səbəbləri həmişə “əvvəl”dədir. Bir filmi 
tərsdən izlədiyimizi düşünək. Normalda geriyə işləməyən 
zamanı  filmi  sondan  izləyərkən  geriyə  işlətmiş  kimi  ola-
rıq.  Bu  filmdə  məntiqi  əsas  yoxdur  və  kainatda  belə  bir 
geriyə çevirmə mümkün deyil. Bu nümunədə filmi sondan 
izlədiyimiz  halda  səbəblərlə  təsirlərin  yerini  dəyişdirmiş 
oluruq,  lakin  zamanın  içində  “əvvəl”  ilə  “sonra”nın  ardı-
cıl gəlməsindən yenə özümüzü qurtara bilmərik. Etdiyimiz 
iş “əvvəl” və “sonra”nın məntiqi tutarlılığını yox etməkdir, 
lakin “əvvəl” və “sonra” anlayışları yenə mövcuddur. Za-
manın tək istiqamətli işləməsinə və “əvvəl”, “sonra” anla-
yışları üzərində qurulmuş olmasına hər kəs şahiddir. Daha 
əvvəl də qeyd etdiyim kimi, entropiya davamlı olaraq artdı-
ğı üçün termodinamik ox da tək istiqamətli irəliləyir. 
Əsas mövzumuz baxımından bir nəticəni dəyişdirməsə 
də, Houkinqin termodinamik oxu ilə insanın psixoloji oxu-
nun eyni istiqamətdə irəlilədiyinə dair fikrini də yalnış he-
sab etdiyimi ifadə etmək istəyirəm. Kainatda həm zamanın 
tək  istiqamətli  irəliləməsi,  həm  də  entropiyanın  artaraq 
tək  istiqamətli  irəliləməsi,  əlbəttə  ki,  həqiqətdir.  Lakin  bu 
ikisini qarışdırmaq səhvdir. Kainatda bütün entropiya da-
vamlı  surətdə  artır,  bir  otağın  kiçik  bir  hissəsində  kondi-
sioner işlədib kondisionerin maşınını otaqdan çölə çıxarıb 
çox  yaxşı  bir  otağın  küncündəki  entropiyanı  sala  bilərik. 


Yüklə 70,94 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə