C a n e r t a s L a m a n Big Bang Və Tanrı



Yüklə 70,94 Kb.
Pdf görüntüsü
səhifə36/61
tarix07.11.2017
ölçüsü70,94 Kb.
#8889
1   ...   32   33   34   35   36   37   38   39   ...   61

135
lıqları və hərəkəti açıqlaya bilmədiyini söyləyir. Bu tənqid 
ideaların  mücərrəd,  gerçək  və  müstəqil  varlıqlar  olaraq 
görülməsinə  qarşıdır.  Fəqət  Aristotel  idealarının  Tanrının 
düşüncələri olaraq şərh edən yanaşmaya qarşı çıxılmamalı-
dır. Çünki Tanrının zehnindəki model kainatdakı meydana 
gəlmələrdəki  “məqsədyönlü  səbəbi”  reallaşdırmaqdadır. 
İdealara Tanrının düşüncələri içində yer tapan yanaşma bu 
ideaların  Tanrının  kainatı  yaradarkən  zehnində  var  olan 
“məqsəd”  ilə  eyni  şey  olduğunu  söyləyə  bilər.  Aristotel 
kainatdakı varlığın meydana gəlməsi üçün “məqsədyönlü 
səbəbi”  şərt  görür.  Kainatın  bu  məqsədyönlü  (teleoloji) 
şərhi Platon və Aristotelin təktanrılı dinlərlə ən böyük ortaq 
nöqtələrindən biridir. Hər iki filosof da kainatın məqsədini 
Tanrıda tapır.
Fərabi və Ibn Sina
İstər  Platon  və  Aristotelin  təktanrılı  dinlərlə  ortaq 
istiqamətləri,  istərsə  də  onların  fəlsəfəsindəki  məntiqdən 
siyasətə  qədər  zəngin  ünsürlər  təktanrılı  dinlərin  bir  çox 
araşdırmaçılarına  ciddi  şəkildə  təsir  etmişdir.  Qədim  Yu-
nanların bu filosoflarına ciddi şəkildə ilk nəzər yetirən İs-
lam  filosofları  olmuşdur.  Edilən  tərcümələrlə  Fərabi,  İbn 
Sina  və  İbn  Rüşd  kimi  əhəmiyyətli  filosoflara  xüsusilə 
Aristotelin  böyük  təsiri  olmuşdur.  Bu  filosoflar  İslamın 
yoxdan yaradılış fikiri ilə Aristotelin əzəli kainat modelini 
birləşdirməyə cəhd etmişdirlər və Tanrının kainatı əzəldə 
yaratdığını  söyləyirdilər.  Belə  deməklə  onlar  həm  Quran-
la,  həm  də  Aristotelin  fikirlərilə  sintez  yaratmağa  çalışır-
dılar.  Halbuki  yaradılış  fikri  bir  başlanğıc  tələb  edirdi  və 
əzəldə yaratma yaratmanın başlanğıc tələb edən təbiətinə 


136
zidd idi. Buna görə də bu filosofların aydın zehində olan 
məlumatlara zidd görüş irəli sürdükləri məlumdur. Lakin 
Qəzalinin onların yaradılışı inkar etdiklərini söyləməsi də 
çox haqlı sayılmaz. Onlar yaradılışı inkar etməmiş, ancaq 
yaradılışın təbiətinə zidd olan əzəli kainat fikrini işin içinə 
qatmışdırlar. Onlar Tanrını Zəruri Varlıq, yerdə qalan hər 
varlığı mümkün varlıq (zəruri olaraq var olmayan, varlığı 
Zəruri Varlığa bağlı olan varlıq) olaraq görüblər. Eləcə də, 
onlar kainatın Tanrının varlığı ilə eyni mənada əzəli olma-
dığını da deyiblər. Məsələn, Fərabi “əl-Cem” adlı əsərində 
kainatın bu şəkildə əzəliliyinə inanmağı Tanrının varlığını 
inkar etmək olaraq açıqlayır. Onlar maddəni tamamilə Tan-
rıya  bağlı,  Tanrının  istəyinə  tamamilə  boyun  əyən,  Tanrı-
nın hər istədiyini reallaşdıracağı bir obyekt olaraq görürlər. 
Onların  problemi  daha  çox  “əzəli”  anlayışının  araşdırıl-
ması ilə əlaqədardır. Onlar Qədim Yunanların əzəli kainat 
anlayışından çox İslamın yaradılmış kainat anlayışına (bu 
yaratmağı əzəldə görsələr də) yaxındırlar. Lakin Big Bang 
kainatın bir başlanğıcı olduğunu göstərən sübutları ilə bu 
filosoflara  kainatın  başlanğıcını  göstərərək  düzəltməkdə 
və onlara qarşı bu mövzuda gətirilən etirazların doğrulu-
ğunu ortaya qoymaqdadır. Big Bang nəzəriyyəsinin ortaya 
qoyduğu bu iki xüsusiyət Fərabi, İbn Sina və İbn Rüşdün 
fəlsəfələrinə də düzəliş etməkdədir.
1 - Kainatın bir başlanğıcı vardır. Deməli, “əzəldə yarat-
ma” deyil, müəyyən bir zaman başlanğıcı ilə yaratma var-
dır. 
2 - Kainat-zamanının da bir başlanğıcı vardır, bu kaina-
tın başlanğıcı ilə eyni andır. Deməli, zaman anlayışını sonsu-
za qədər geriyə aparıb “əzəli zaman” olduğunu düşünmək 
üçün bir səbəb yoxdur. 


137
Monoteizm və yoxdan yaratma
İslam  aləmində  edilən  tərcümələr  sayəsində  Xristi-
an  dünyası  da  Platon  və  Aristotel  ilə  tanış  oldu.  Xristian 
düşüncəsinin  Böyük  Albert,  Tomas  Akinas  kimi  önəmli 
sima ları,  xüsusilə,  Aristotelin  fəlsəfəsindən  faydalandılar. 
Xris tianların  bir  qismi  onları  “İsadan  əvvəlki  xristianlar” 
olaraq  adlandırırdılar. Aristotelin  fizika  mövzusundakı  fi-
kir lərini  Kilsə  rəsmi  görüş  olaraq  mənimsədi  və Aristote-
lin  özünün  belə  ağlına  gətirmədiyi,  fəlsəfəsinin  diniləşmə 
müddəti  beləcə  başladı.  Aristotelin  fikirləri  ilə  təktanrılı 
dinlərin ən böyük ziddiyyəti “yoxdan yaradılış” fikri oldu. 
Onu  diniləşdirib  qanuniləşdirən  Kilsə  də  heç  bir  zaman 
onun  əzəli  kainat  fikrini  mənimsəmədi,  yoxdan  yaradı-
lış  fikrindən  də  heç  imtina  etmədi.  İslam  dünyasında  da 
Qəzali  kimi  Aristotelin  məntiq  və  təbiət  fəlsəfəsi  haqqın-
dakı  fikirlərini  mənimsəyənlər  onun  əzəli  kainat  fikirinə 
şiddətlə  qarşı  çıxdılar.  Onu  mənimsəyən  bir  neçə  filosof 
isə  görüldüyü  kimi,  yaradılışı  inkar  etmədən  onun  kainat 
dizaynını mənimsədilər. Kainatın və maddənin yaradılmış 
olub olmadığının həlli “Təktanrılı dinlərmi haqlıdır yoxsa 
Platon  və  Aristotel?”  sualının  da  cavabı  olmaqdadır.  Big 
Bang-in kainatın başlanğıcı olduğunu, bu anın zamanın da 
başlanğıcı  olduğunu  ortaya  qoyaraq  təktanrılı  dinlərin  bu 
çox əhəmiyyətli mövzudakı haqlılığını isbat etməkdədir. Bu 
nöqtəyə xüsusilə diqqət çəkilməsində fayda vardır; Qədim 
Yunanlarda  “yoxdan  yaradılış”ın  olub-olmadığına  dair 
bir  mübahisə  mühitinə  rast  gəlmirik.  Qədim  Yunanlarda 
maddənin əzəliliyi mübahisəsiz bir hərəkət nöqtəsi olaraq 
nəzərdən keçirilmiş və maddənin “yoxdan yaradılmış” olub-
olmadığı  heç  gündəmə  belə  gətirilməmişdi.  Kainatı  mey-
dana gətirən ünsürlərin nə olduğu, kainatda məqsədyönlü 
bir  quruluşun  olub-olmadığı  və  ya  kainatı  təyin  etməyən 


Yüklə 70,94 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə