C a n e r t a s L a m a n Big Bang Və Tanrı



Yüklə 70,94 Kb.
Pdf görüntüsü
səhifə34/61
tarix07.11.2017
ölçüsü70,94 Kb.
#8889
1   ...   30   31   32   33   34   35   36   37   ...   61

128
maddənin əsl və yeganə müddəa olmadığını anlamaq bizi 
əxlaqi təyin etmələrin Tanrı mərkəzə qoyulacağı təqdirdə re-
allaşacağı bir nəticəyə aparacaqdır. Materialistlərin də qəbul 
etdiyi kimi, ancaq iki qəşəng müdafiə olunma metodu var. 
Ya  maddə  əzəli  və  əsl  müddəadır,  ya  da  Tanrı  əzəlidir  və 
maddəni yaratmışdır. Big Bang bu variantlardan birincisini 
tamamilə etibarsızlaşdırmışdır. Beləcə, ikinci variantın doğ-
ruluğu aydın olur. Materialistlər fəlsəfələrinin ən təməlindən 
çökdüyünü görməli və əxlaq ilə həyat sahəsini Tanrının var-
lığını göz önünə alaraq yenidən formalaşdırmalıdırlar. 
Dizayn sübutu
Bertran Rassel bir nitqində: “Bax kainat qarşımızda da-
yanır və elə bundan ibarətdir” demişdir. Bu yanaşması ilə 
əzəli kainatın hər şeyin şərhi olduğunu söyləmək istəmişdir. 
Halbuki Big Bang Rasselin sandığı kimi kainatın hər şeyin 
şərhi olmadığını, kainatın öz xaricində bir Səbəbə möhtac 
olduğunu və minlərlə ildir müdafiə olunan bütün materi-
alist-ateist  fəlsəfələrin  səhv  olduğunu  göstərmişdir.  Həm 
Lukretius, həm Marks, həm də Rassel kimi ateistlər kainatın 
əzəli olması ilə yanaşı, şüurlu bir dizaynın məhsulu olma-
dığını da müdafiə etmişdirlər. Bu onların fəlsəfəsinin təbii 
nəticəsidir, çünki Tanrının varlığını inkar edən kəslər kai-
natın təsadüflərin ardıcıl baş verməsilə meydana gəldiyini 
qəbul  etmək  məcburiyyətindədirlər.  Halbuki  Big  Bang 
müddətindəki  meydana  gəlmələr  kainatın  şüurlu  bir  Güc 
tərəfindən formalaşdırıldığını göstərir. Big Bang-in başlanğı-
cındakı partlayış daha şiddətli və ya daha yavaş olsaydı, ka-
inatın meydana gələ bilməyəcəyindən, kainatın əvvəlindəki 
maddə-antimaddə  nisbətindən,  kainatın  başlanğıcındakı 
entropiyanın  nizamına  qədər  bütün  dəyərlər  kainatdakı 


129
şüurlu dizaynı göstərməkdədir. Bu kritik dəyərlərin hamı-
sı maddənin içindəki xüsusiyyətlərlə yaradılmaqdadır. Bu 
isə həm maddənin yaradıldığını, həm də kainatdakı bütün 
müddətlərin şüurlu bir şəkildə yaradıldığını göstərir. 
Kainatın sonu və xülasə
Daha  əvvəl  gördüyümüz  kimi,  kainat  daim  genişlən-
məkdədir. Buna görə də iki ssenaridən birinin reallaşma sı qa-
çılmazdır. Ya kainat geriyə çökmədən davamlı genişlənəcək 
və istilik ölümü ilə Böyük Donma (Big Chill) müddəti yaşana-
caq, ya da genişlənmə müəyyən bir sə viyyəyə gəldikdən sonra 
cazibə qüvvəsi geriyə doğru bağlanmağa başlayaraq Böyük 
Çöküş (Big Crunch) yaşanacaqdır. Əgər belə bir çöküş ya-
şansa, kainatın olmadığı nöqtədə zamanın da bir əhəmiyyəti 
qalmayacağı üçün kainat-zamanın da sonu gələcəkdir. Big 
Bang-in fəlsəfi nəticələrinə daha əvvəl toxunanlar Big Bang-
in kainatın başlanğıcı olduğunu göstərməyin fəlsəfi nəticəsi 
üzərində  dayanmış,  kainatın  sonunun  göstərilməsi  fəlsəfi 
nəticəsinə  isə  səthi  yanaşmışdırlar.  Bu  kitabda  etməyə  ça-
lışdığım  şeylərdən  biri  də  bu  əhəmiyyətli  fəlsəfi  nəticəyə 
də diqqətləri çəkə bilməkdədir. Elmi məlumatlarla kainatın 
sonsuza qədər var ola bilməyəcəyi başa düşülməyən əvvəlki 
minilliklərdə ateistlər həmişə kainatın sonsuza qədər var ola-
cağını müdafiə etmişlər. Aydın olur ki, materialistlərin heç 
olmasa bir qisimi öz varlıqlarının ölümlə sona çatmasına qar-
şı kainatın əbədi var olmasında qismən də olsa təsəlli axtar-
mışlar. Lakin hamısı hər şeyin şərhinin içində olduğunu irəli 
sürdükləri  maddi  kainatın  sonsuzluğunu  israrla  müdafiə 
etmişlər  və  kainatın  bir  qiyamət  nəticəsində  yox  olacağını 
müdafiə edən dinlərə qarşı çıxmışdırlar. Big Bang fəlsəfə ta-
rixini sorğulamaqla yanaşı, həm də ateistlərin minlərlə ildir 


130
müdafiə  etdikləri  bu  tezisi  də  sorğulamışdır.  Qısacası,  Big 
Bang  beş  əhəmiyyətli  nöqtədə  materialist  fəlsəfələrin  hər 
formasını  etibarsız  etməkdədir.  Bu  fəlsəfələrə  əsaslanaraq 
inanc, hərəkət və əxlaq sistemlərini meydana gətirənlər həm 
inanc,  həm  hərəkət,  həm  də  əxlaq  sistemlərini  başdan  və 
yenidən incələməlidirlər. Bu beş maddə bunlardır: 
1 - Kainat əzəli deyil. Beləcə, kainatı, maddəni tək və 
əsl səbəb qəbul edən materialist fəlsəfələr ən fundamental 
prinsiplərindən vurulmuşdurlar. 
2 - Nisbilik nəzəriyyəsinin düsturları kainatı və zamanı 
bir-birinə bağladı. Beləcə, kainatın başlanğıcının isbatı za-
manın  başlanğıcının  isbatı  mənasına  da  gəlməkdədir.  Za-
manı sonsuza qədər geriyə gedən bir müddət olaraq hazır-
layan materialist mütəfəkkirlər yanılmış oldular. 
3  -  Big  Bang  ilə  yaranan  müddət  kainatda  şüurlu  bir 
dizaynın  var  olduğunu  göstərir.  Kainatı  sırf  özü  ilə  açıq-
layan,  şüurlu  bir  Yaradıcının  müdaxiləsini  qəbul  etməyən 
materialist fəlsəfələr bu baxımdan da etibarsızlaşdırılmışdır. 
(Növbəti hissələrdə “Dizayn sübutu”nu detallı şəkildə izah 
edəcəm.) 
4 - Materializm təbiəti etibarilə dəyişməyən və pozul-
mayan,  zaman  keçsə  də  aşınmayan  bir  kainat  və  maddə 
dizayn  etmişdir.  Kainatdakı  mərhələli  müddətlər  isə  bu-
nun tam əksini isbat etmişdir. Kainatın genişlənməsi, ent-
ropiya, ulduzların və işığın sonlu olmasının başa düşülməsi 
dəyişməyən tək şeyin davamlı və kəsilməz dəyişmə oldu-
ğunu göstərməkdədir. 
5 - Kainat əzəli olmadığı kimi, əbədi də deyildir. İnsanlar 
kimi kainatımız da bir gün ölüm müddətini yaşayacaqdır. 
Materializm bu ən fundamental tezisində də səhv çıxmışdır. 


131
VII HISSƏ
BIG BANG-in KÖMƏKLIYI ILƏ HƏM 
TANRININ HƏM DƏ MADDƏNIN 
ƏZƏLILIYINI QƏBUL EDƏN GÖRÜŞ 
Əsas iki Görüş və üçüncüsü
Bu  görüşün  tarixdəki  ən  əhəmiyyətli  müdafiəçiləri 
Pla ton  və  Aristoteldir.  Onların  fikirləri  onların  təqibçiləri 
və onlardan təsirlənənlər tərəfindən də müdafiə olunmuş-
dur.  Bu  məşhur  ikilinin  bu  fikri  müdafiə  etmələrinə  bax-
mayaraq,  bu  fikrin  əsas  görüş  olmadığı  aydın  olmaqda-
dır.  Materialist  fəlsəfənin  ideoloqları  haqlı  hesab  edilirlər: 
Ya Tanrı əvvəldir (əzəlidir) və maddəni yaratmışdır, ya da 
maddə  əvvəldir  (əzəlidir)  və  Tanrı  yoxdur.  Fəlsəfənin  ən 
fundamental problemi bu olmuşdur. Buna baxmayaraq, bu 
görüşə ayrı bir başlıq ayırmağımın səbəbi fəlsəfə tarixinin 
bu iki əhəmiyyətli simasının və onlardan təsirlənənlərin bu 
fikirdə olmalarıdır. Kainatı əzəli qəbul edən və Tanrını yox 
sayan materialist fəlsəfənin fikri ilə Tanrını əzəli və kainatı 
yaradılmış qəbul edən tək Tanrılı dinlərin fikri həm Tanrını, 
həm də maddəni əzəli qəbul edən fikirdən daha dəqiq olma-
sı aydın olmuşdur. Platonun, Aristotelin və onların davam-
çılarının bu mövzudakı fikri şərhlərə möhtac olmuş və bu 
şəxsləri şərh edənlərin bəziləri də bunları təktanrılı, kimisi 
də deist (Kainata müdaxilə etməyən bir Tanrı anlayışı) ola-
raq qiymətləndirmişdir. Həm Tanrının, həm də maddənin 
əzəli olduğunu söyləyən görüşdə maddənin varlıq statusu 
və əhəmiyyətinin ikinci dərəcədə olduğu üçün bu görüşün 


Yüklə 70,94 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə