C a n e r t a s L a m a n Big Bang Və Tanrı



Yüklə 70,94 Kb.
Pdf görüntüsü
səhifə31/61
tarix07.11.2017
ölçüsü70,94 Kb.
#8889
1   ...   27   28   29   30   31   32   33   34   ...   61

117
aktiv  elementlərin  araşdırılması,  termodinamik  qanunlar 
və fəlsəfi sübutlar də bu nəzəriyyənin gücünə güc qatmaq-
dadır. Alternativ olaraq ortaya atılan nəzəriyyələr isə həm 
elmi dayağa malik deyil, həm də müşahidəvi və nəzəri sü-
butlar ilə etibarsızlaşmaqdadır.
Kainatın  genişləndiyi  aydın  olduqdan  sonra  bir  daha 
kainatın əzəli olduğunu elmi baxımdan məqbul olacaq bir 
şəkildə izah etmək mümkün olmamışdır. Bundan sonrakı 
hissədə görüləcəyi kimi, kainatın əzəli olduğunu müdafiə 
edən  materialistlər  tarix  boyunca  kainatın,  maddənin, 
hətta ulduzların dəyişməz quruluşda olduqlarını müdafiə 
etmişdirlər.  Big  Bang-in  və  müasir  fizikanın  kəşfləri  kəşf 
edilməmişdən əvvəl mövcud olan bu materialist inanc ka-
inatın  əzəli  olacağı  təqdirdə  elmi  gözləntinin  necə  olmalı 
olduğunu göstərməkdədir. Elmi sübutlar ortaya qoyulma-
mışdan əvvəlki müddət səmimi fikirlərin başa düşülməsinə 
daha  uyğundur,  çünki  bu  vəziyyətdə  psixoloji  vəziyyətin 
nəticəsi  olaraq  elmi  olanın  müzakirə  mövsuna  çevrilməsi 
mümkün deyildir. Yeni kəşfləri və Big Bang-in məlumatlarını 
materialist şərhlərlə birləşdirməyə çalışmaq yalnız təktanrılı 
dinlərin  tarix  boyunca  müdafiə  etdiyi  nəticələrdən  qaçın-
manın psixoloji bir göstəricisidir. Materializmin yeganə ün-
sür (cövhər) olaraq gördüyü kainatın əzəli dəyişməzliyinə 
ehtiyac duyması bir faktdır, lakin Big Bang-in bir başlanğıc-
dan etibarən heç dayanmayan bir dəyişikliyi göstərməsi də 
çox aşkardır.


118
III - BIG BANG FƏLSƏFƏ TARIXINI 
 MÜHAKIMƏ EDIR
Kitabımızın bundan sonrakı dörd hissəsində Big Bang 
nəzəriyyəsinin  nəticələrinə  əsaslanaraq  fəlsəfə  tarixini 
mühakimə  edəcəyik,  həmçinin,  Big  Bang  nəzəriyyəsinin 
dinlər  baxımından  doğurduğu  nəticələrə  də  nəzər  salaca-
ğıq.  Tarixin  qədim  dövrlərində  də  ateizm  var  idi,  indi  də 
var; qədimdən bəri şübhəçilik də (skeptizm) vardı, indi də 
var; qədimdə də tək Tanrıya inananlar var idi, indi də var. 
Tarix boyunca tək Tanrıya inananlar nələr iddia etmişdirlər? 
Ateistlər əsrlər boyunca nələr iddia etmişdirlər? Bəs fizika-
nın ən əhəmiyyətli nəzəriyyəsi olan Big Bang-in məlumatları 
tarixi  iddiaların  hansını  təsdiqləyir,  hansını  təkzib  edir? 
Minlərlə  illik  mübahisənin  mühakimə  olunmasını  bu  ki-
tabda məhz Big Bang öz üzərinə götürür. Təbii ki, minlərlə 
ilin  mühakimə  olunması  indiki  vaxtda  da  eyni  fikirlərə 
inananlar  baxımından  əhəmiyyətli  nəticələr  doğurmaq-
dadır. Son əsrdə elm adamlarının çoxu elmi məlumatların 
fəlsəfə və dinlər baxımından yaratdığı nəticələrə qarşı çox 
laqeyd  olublar.  Digər  tərəfdən,  filosoflar  və  ilahiyyatçılar 
(teoloqlar)  elmi  məlumatlar  ilə  maraqlanmadan  fəlsəfəni 
və  elmi  bir-birlərilə  heç  əlaqəsi  olmayan  ayrı-ayrı  sahələr 
olaraq  görməyə  və  göstərməyə  çalışmışlar.  Bəzi  alimlər 
isə  elmi  müvəffəqiyyətləri  ilə  tərs  mütənasib  şəkildə  çox 
müvəffəqiyyətsiz fəlsəfi yanaşmalar sərgiləmişdirlər. Kita-
bımızın bundan sonrakı dörd hissəsində Big Bang-in fəlsəfə 
və  dinlər  baxımından  doğurduğu  nəticələri  göstərməyə 
çalışacağam.  Bu  çalışma  ilə  elmin  və  fəlsəfənin  -üsulla-
rı  fərqli  olsa  da-  bir-birlərindən  ayrı  ola  bilməyəcəyini  və 
bəşəriyyətin şüurunda bölünmə yaşanmayacağını, elmin və 
fəlsəfənin fərqli həqiqətləri ifadə etmədiyini göstərməyə ça-
lışacağam.


119
VI HISSƏ
BIG BANG-IN KÖMƏYI ILƏ TANRININ  
VARLIĞINI INKAR EDƏN VƏ  
MADDƏNIN ƏZƏLILIYINI QƏBUL 
EDƏN GÖRÜŞ
Hamleti təqlid edən materialist nə deyir
Bu görüş ateistlərin, materialistlərin fikridir. Bu görüşə 
əsasən, maddə yaradılmamışdır, yox edilə bilməz, özbaşına 
varlığını davam etdirir, kainat tək bir quruluşa sahibdir, on-
dan savayı heç bir şey yoxdur. Əgər Hamletin “Olmaq ya da 
olmamaq, bax bütün məsələ budur” sözünü Hamleti təqlid 
edən bir materialist fəlsəfənin ideoloqu deməyə çalışsaydı, 
hər  halda  belə  deyərdi:  “Maddənin  əzəli  olub  olmaması, 
bax bütün məsələ budur”. Materialistlərin fikrincə, var olan 
hər  şey  maddə  sayəsində  var  olur  və  maddidir.  Dinlərin 
müdafiə  etdiyi,  maddəni  yaradan,  maddəyə  forma  verən, 
maddənin  varlığının  asılı  olduğu,  maddədən  kənarda  bir 
Tanrı var ola bilməz. Bu maddi kainat yaradılmamış və yox 
edilməz olduğuna görə onun bir başlanğıcı da, bir sonu da 
yoxdur. Bax bunlar ateistlərin tarix boyunca ən fundamen-
tal iddiaları olmuşdur. 
Bu hissədə görüləcəyi kimi, tarix boyunca materializm 
bu  şəkildə  müdafiə  olunmuşdur.  İndiki  vaxtda  məcbur 
şəkildə  və  əsassız  izahlarla  materializmin  mövcud  elmlə 
uyğunlaşdığını  söyləyənlər  var.  Bu  izahların  elmi  olmaq-
dan çox psixoloji olduğu aydındır. Bunun başa düşülməsi 


120
üçün materialistlərin tarix boyunca müdafiə etdikləri təməl 
iddialarının araşdırılması faydalı olacaqdır. Çünki elmi sü-
butların  ortaya  qoyulmadığı  dövrdə  açıqlanan  bu  fikirlər 
əgər həqiqətən materializm doğrudursa, nəyin necə olması 
lazım olduğunu göstərməkdədir. Buna görə də bu kitabda 
araşdırılan görüşlər tarixi keçmişləri ilə bir yerdə nəzərdən 
keçirilməkdədir. Beləcə, minlərlə illik mübahisənin qiymət-
ləndirilməsi ediləcək, Big Bang-in köməyi ilə kimin haqlı, 
kimin haqsız olduğu araşdırılacaq. İki problemin cavabını 
aydınlaşdırmağa çalışacağıq: 
1 - Nə dedilər? 
2 - Nə oldu?
  
Hind fəlsəfəsi və buddizm
Hind fəlsəfəsinin içində həm monoteist, həm politeist, 
həm də ateist ünsürlər var. E.ə. 2000-ci illərə qədər uzanan 
Hind fəlsəfəsinin böyük bir hissəsinin kainatı əzəli qəbul et-
diyi və Tanrıya yer vermədiyi görülməkdədir. Buna görə də 
Hind fəlsəfəsinə inananların böyük bir qismi də maddəni 
əzəli qəbul edib Tanrını yox sayan materialistlərlə birlikdə 
dəyərləndirilməlidir. Hind fəlsəfəsinin əhəmiyyətli qolların-
dan olan Ceynaların bir şairi inancındakı əzəli kainat fikrini 
bu cür ifadə edir: 
Heç bir varlıq bu kainatı meydana gətirə bilməz. 
Necə maddi olmayan bir Tanrı maddi bir kainat yarada 
bilər? 
Əgər  əvvəlcə  bunu,  sonra  kainatı  etdi  desən,  sonsuz 
geri dönüşlə qarşılaşarsan. 
Əgər bu maddə təbii olaraq meydana gəldi desən, baş-
qa bir boş söz girdabına düşərsən. 
Bütün kainat yaradıcısı olmalıdır özünün…


Yüklə 70,94 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə