C a n e r t a s L a m a n Big Bang Və Tanrı



Yüklə 70,94 Kb.
Pdf görüntüsü
səhifə39/61
tarix07.11.2017
ölçüsü70,94 Kb.
#8889
1   ...   35   36   37   38   39   40   41   42   ...   61

145
Hyumun bu izahla məqsədi Tanrının varlığını şübhə altına 
salmaqdırsa,  materialist  filosofların  Tanrının  yoxluğunu  və 
kainatın  əzəliliyini  müdafiə  etmələridir.  Hyum  materialist 
filosofların heç bir zaman rədd etmədiyi kainatdakı səbəb-
nəticə zəncirləri ilə meydana gəlmələrin varlığını, hətta mate-
rializmin əzəli yeganə təməl ünsür olaraq gördüyü maddə və 
kainatın varlığını da şübhə ilə qarşılayır. Hyumun fikrincə, 
maddi dünya əsl və əzəli ünsür olaraq qəbul edilə bilər və 
beləcə də yaradıcı Tanrı nəzərə alınmaya bilər, bu ehtimal da 
Tanrının varlığı qədər adidirsə, onda Tanrının varlığı şübhəli 
bir  hal  almaqdadır.  Hyum  “Din  Haqqında”  adlı  kitabında 
maddi dünyanın kafi şərhini verə biləcəyini belə ifadə edir: 
“Ona görə də bu önümüzdəki maddi dünyadan kənara heç 
baxmamaq daha yaxşı olardı. Onun öz nizamının qanunu-
nu  içində  daşıdığını  hesab  etməklə,  əslində,  onun  tanrı  ol-
duğunu demiş olarıq, bu ilahi varlığa nə qədər tez çatsaq, o 
qədər yaxşıdır.” Hyum kainatın şüurlu və yaradıcı bir Tanrı-
nın əsəri olması əvəzinə, təsadüfi müddətlərin bir məhsulu 
da  ola  biləcəyini  deyir.  Onun  fikrincə,  kainatda  nəzəri  bir 
quruluş  olduğunu,  şüurlu  bir  dizayn  olduğunu  iddia  edə 
bilmərik, kainatın bütün nizamı öz içində var ola bilər. Hyum 
kainatdakı meydana gəlmələrin şüurlu bir şəkildə yaradıldı-
ğını söyləyəcək bir sübutumuz olmadığı qənaətindədir. 
Kantin qeyri-müəyyənlik yanaşması
Kantın  qeyri-müəyyənlik  düşüncələrinin  meydana 
gəlməsində Hyumun mirası təsirli olmuşdur. O ən sistem-
li şəkildə qeyri-müəyyənlik fikrini irəli sürən adam olaraq 
göstərilməkdədir. O digər bir çox mütəfəkkirdən fərqli ola-
raq metafizika və kainat elmi mövzusunda şübhəli rəftarı 
əxlaq sahəsində davam etdirməmişdir. Kant əxlaq sahəsində 


146
mütləq  doğruları  rədd  edən  nisbi  görüşlərə  qarşı  çıxaraq 
“tapşırıq duyğusu”nu təməl sahə, Tanrının və axirətin var-
lığını əxlaqın reallaşması üçün imtina edilməz inanclar ola-
raq  görən  bir  əxlaq  sistemini  müdafiə  etmişdir.  O,  əxlaqa 
söykənərək  Tanrının  varlığını  sübut  etməyə  çalışmış  ilk 
filosofdur. Praktik sahədə Tanrı və axirət inancını müdafiə 
edən Kant nəzəriyyə sahəsinə keçdikdə qeyri-müəyyənlik 
nəzəriyyəsinin ən məşhur siması olmuşdur. Nəzəriyyə və 
praktikanın arasında daha əvvəl heç bir filosof bu cür əlaqə 
qurmamış, nəzəriyyəni praktikanın öhdəsinə bu dərəcədə 
buraxmamışdır. O, fideist (təməl dini inancların ağıl yolu ilə 
sübutu olmadığını, yalnız iman yolu ilə sübut edilə biləcəyi 
fikri) yanaşmaya ən uyğun fəlsəfəni ortaya qoymuşdur. Bu-
nun üçün o həm dinlərin, həm də ateizmin bütün rasional 
sübutlarına qarşı mübarizə aparmışdır. 
Axmaq və mahiyyəti bilinməyən
Kant  rasional  bir  metafizikanın  mümkün  olmadığını 
göstərmək  üçün  zehnin  kainat  haqda  düşünməyə  başla-
dıqda  içindən  çıxa  bilməyəcəyi  ziddiyyətlərə  düşdüyünü 
söyləyir. Kant zehnin içinə düşdüyü bu ziddiyyətlərə anti-
nomiya deyir. Bu antinomiyaların daha əvvəl toxunduğum 
birincisi belədir:
Tezis: Kainat zaman içində bir başlanğıca malikdir və 
kosmos tərəfindən məhdudlaşdırılmışdır. 
Anti-tezis: Kainat zaman içində bir başlanğıca sahib de-
yil və kosmos tərəfindən məhdudlaşdırılmamışdır. 
Kantın  antinomiyalarını  həll  etmək  üçün  daha  əvvəl 
“axmaq” və “mahiyyəti bilinməyən” ayırımının edilməsini 
təklif etmişdim. Bu ayırıma əsasən, əgər irəli sürülən anti-
nomiyalardan biri axmaqlığa endirilə bilsə, digərinin doğ-


147
ruluğu  ortaya  çıxır.  Kainatın  əzəli  olması  keçmişdə  son-
suz zamanın olması və bu sonsuz zamanın ötürülüb bura 
gəlinməsi  deməkdir.  Bu  isə  “sonsuz”  anlayışının  tərifinə 
ziddir. Çünki sonsuz bir silsilə daim artan və heç bir zaman 
tamamlana  bilinməyən  bir  silsilə  ifadə  edir,  bu  səbəbdən 
sonsuz  keçilə  bilməz.  “Sonsuz  keçildi”  (Bu,  kainatın  əzəli 
olmasının bir şərtidir) mülahizəsinin səhvi bu mülahizənin 
analitik şəkildə araşdırılması ilə (sonsuz anlayışının araşdı-
rılması ilə) üzə çıxır. Bu, eynilə “Üçbucaq dörd tərəflidir” 
mülahizəsinin səhvinin analitik olaraq başa düşülməsi ki-
midir.  Üçbucağın  dörd  tərəfinin  ola  bilməyəcəyi  üçbuca-
ğın  tərifindən  anlaşılır,  sonsuzu  keçməyi  mümkün  olma-
yacağının  sonsuzun  tərifindən  çıxdığı  kimi.  Analitik  ola-
raq səhv olan bir mülahizə axmaq olduğu ən açıq olan bir 
mülahizədir. Buna görə də Kantın birinci antinomiyasının 
anti-tezisi axmaq hesab edilib rədd edilə bilər. Halbuki Kan-
tın antinomiyası tezisindəki kainatın bir başlanğıcı olduğu 
ifadəsini axmaq hesab edə bilmərik. Kainatın başlanğıcının 
necə  olduğunun  aydın  olmadığı  deyilə  bilər,  Tanrının  za-
manı necə başlatdığını bilmədiyimizi söyləyə bilərik. Lakin 
bu, kainatın başlanğıcı olduğunun “mahiyyəti bilinməyən” 
kateqoriyasında olması deməkdir. Tanrının arını necə yarat-
dığını, təmizlənən dünyanın ən düz altıbucaqlısını necə et-
diyini bilmirik. Su molekulunun necə və niyə sıfır dərəcədə 
donduğunu  da  bilmirik.  Lakin  bütün  bu  “mahiyyəti 
bilinməyən”  kateqoriyasındakıları  rədd  edə  bilmərik.  Za-
man  tərif  olaraq  başlanğıcsız  olmağı  tələb  etmir. Analitik 
bir yanaşma ilə də, hiss orqanlarımızın qəbulu ilə də bunun 
əksini iddia edə bilməz və zamanın başlanğıcı olduğu tezi-
sini axmaq hesab edə bilmərik. Kantın digər antinomiyala-
rını həll etməkdə də “axmaq” və “mahiyyəti bilinməyən” 
ayırımının faydalı olacağını güman edirəm. 


Yüklə 70,94 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə