C a n e r t a s L a m a n Big Bang Və Tanrı



Yüklə 70,94 Kb.
Pdf görüntüsü
səhifə38/61
tarix07.11.2017
ölçüsü70,94 Kb.
#8889
1   ...   34   35   36   37   38   39   40   41   ...   61

141
riyyəsinin hər an genişlənən kainatı təqdim etməsi kainatın 
statik sərhədləri olmadığını, kainatın sərhədlərinin dinamik 
bir şəkildə hər an genişləndiyini ortaya qoydu. 
3  -  Big  Bang  nəzəriyyəsi  ilə  ulduzların  tamamilə  yox 
olacağı  və  başlanğıcları  olduğu  ortaya  qoyuldu.  Ulduzlar 
üzərində  aparılan  müşahidələr  və  hesablamalar  da  bunu 
təsdiqlədi.  Beləcə,  ulduzların  əzəli  və  əbədi  bir  yanacaqla 
yandığına və Ayüstü aləmin ilahi quruluşda olub olmadığı-
na dair Qədim Yunan görüşünün etibarsızlığı ortaya çıxdı. 
4 - Nisbilik nəzəriyyəsinin düsturları ilə kainat-hərəkət 
və  zaman  bir-birinə  bağlandı.  Beləcə,  kainatın  başlanğıcı-
nın isbatı hərəkətin və zamanın başlanğıcını da isbat etdi. 
Beləcə, hərəkətə başlanğıc tapmış lakin kainatı və zamanı 
əzəli qəbul edən Qədim Yunanlara aid yanaşma düzəldildi. 
5  -  Big  Bang  nəzəriyyəsi  kainatın  əzəli  olmadığı  kimi 
əbədi  də  olmadığını,  bütün  kainatın  bir  gün  “qiyamət” 
müddətini  yaşayacağını  göstərdi.  Kainatın  bir  qiyamət 
müddəti ilə yox olmasına Platon və Aristotelin fəlsəfəsində 
rast  gəlinmir.  Big  Bang  onların  fəlsəfəsindəki  bu  boşluğu 
göstərmiş  və  sonsuza  qədər  var  olacaq  kainat  dizaynının 
səhvini də isbat etmişdir. 


142
VIII HISSƏ
AQNOSTIK (BILINMƏSI IMKANSIZ 
OLAN) RƏFTAR TƏMƏL GÖRÜŞLƏRIN  
HAMISINA QARŞI ŞÜBHƏÇI RƏFTAR
Əvvəldən ifadə edildiyi kimi bilinməyən rəftar “Tanrı-
nın var olduğu və maddənin yaradıldığı fikri” və ya “Tanrı-
nın olmadığı və maddənin əzəli olduğu fikiri” kimi müəyyən 
bir fikiri müdafiə etməz, bunun yerinə bütün bu fikirləri eyni 
dərəcədə  bilinə  bilməz  olaraq  xarakterizə  edər.  İmkansız-
lıq rəftarı “Bunların hansının doğru olduğu bilinə bilməz” 
deyər. Bu da şübhəçi yanaşmanı bir iddia halına gətirər. Yəni 
faktsız rəftar da aktiv olaraq bir fikrin müdafiə olunmasıdır, 
adam əgər yalnız özü ilə məhdud olaraq “Mən bilmirəm” 
desə bu bir iddia olmaz. Lakin “İrəli sürülən variantlardan 
hansının doğru olduğu bilinə bilməz” demək də bir iddiadır. 
Maddənin  əzəli  və  əbədi  ola  bilməyəcəyinin  ortaya 
qoyulması, eyni zamanda fakta əsaslanmayan rəftara qar-
şı cavabdır. Çünki rəftar bu fakta əsaslanmayan görüşlərin 
təsdiqlənə bilməyəcəyi kimi yalnış olmadığını da müdafiə 
etməkdədir. Bu, görüşlərin bir tərəfinin səhv, geriyə qalan 
variantın doğru olduğu mənasını daşımaqdadır. Bunu belə 
göstərə bilərik:
1  -  Ya  “Tanrının  varlığını  inkar  edən  və  maddənin 
əzəliliyini qəbul edən görüş doğrudur” ya “Həm Tanrının 
həm də maddənin əzəliliyini qəbul edən görüş doğrudur” 
ya da “Tanrının varlığını və maddənin yaradılmış olduğunu 
qəbul edən görüş” doğrudur. 


143
2 - Maddənin əzəli və əbədi olmadığı göstərilərək həm 
“Tanrının varlığını inkar edən və maddənin əzəliliyini qəbul 
edən görüş”ün səhvi (6-cı Hissədə), həm də “Həm Tanrının, 
həm də maddənin əzəliliyini qəbul edən görüş”ün səhvi (7-
ci Hissədə) aydın olmuşdur. 
3 - Demək ki “Tanrının varlığını və maddənin yaradıl-
mış olduğunu qəbul edən görüş” doğrudur. 
Faktsız rəftarı müdafiə edənlər birinci maddəyə etiraz 
etməyəcəklər.  Onların  etirazları  ikinci  maddəyədir.  Onlar 
səhv  olduğunu  ortaya  qoyduğumuz  görüşlərin  yanlışla-
namayacağını  müdafiə  etmişlərdir.  Buna  görə  bu  kitabın 
altıncı  və  yeddinci  hissələrində  çatılan  nəticələrin  doğru-
luğu, faktsız rəftarı etibarsız etməkdə və üçüncü maddədə 
çatdığımız nəticənin doğruluğunu isbat etməkdədir. Fakt-
sız rəftara qarşı bu şərh ilə kifayətlənmədən, bu kimi rəftarı 
tarixi  bir  perspektivlə  təqdim  etmək  və  ən  əhəmiyyətli 
nümayəndələrinə toxunmaq istəyirəm. 
Qədim yunanlardakı qərarsızlıq
Aqnostikliyin mənşəyi Qədim Yunana qədər gedib çı-
xır  və  bu  görüşün  fikirləri  sofistlərdən  başlanaraq  ötürü-
lüb.  Sofistlərin  ən  məşhuru  olan  Protaqor  qəti  məlumatın 
mümkün olmadığını və insanın özü ilə məşğul olmalı ol-
duğunu söyləmişdir. “İnsan hər şeyin, var olan şeylərin var 
olduqlarının  və  var  olmayan  şeylərin  var  olmadıqlarının 
ölçüsüdür” Protaqorun məşhur sözüdür. Əgər Protaqor ya-
şasaydı və bu kitabı oxuduğunuzu görsəydi, hər halda boş 
işlərlə məşğul olmamağınızı, bu kitabdakı boş məlumatlar 
əvəzinə özünüzü xoşbəxt etməyin yolları ilə maraqlanmağı-
nızı tövsiyə edərdi. Ümid edirəm ki, Protaqorı dinləmədən 


144
kitabı oxumağa davam edirsiniz. Doğru və etibarlı məlumat 
olmadığı iddiasının ola biləcək nəticələrindən biri adamın 
“özünü” həyatın mərkəzinə qoyması, həyatın çətinlikləri və 
ölüm kimi bütün mövzularla öz gücü ilə mübarizə apardığı-
nı söyləmək olacaqdır. Bütün aqnostiklər eyni həyati dünya 
görüşünü və əxlaqi meyarları müdafiə etməmişdirlər. Lakin 
Protaqor və Qorgias kimi bütün dəyərlərin nisbi olduğunu, 
heç bir dəyərin doğruluğunun məlum olmadığını müdafiə 
edənlərin insanın canına və malına hörmət kimi ən təməl 
əxlaqi qanunları belə əsaslandırmaqları mümkün deyildir. 
Aqnostikliyin  ən  fundamental  mövzularda  yanıldığının 
ortaya qoyulmasının əxlaq kimi həyatın praktik sahəsi ilə 
əlaqəli olan bir hissəsində də dəyişikliklər edəcəyi gözdən 
qaçmamalıdır.  Çünki  bu  təməl  mövzulardakı  təyinatlar 
əxlaqi  mühakimələrin  mövqeyini  də  təyin  etməkdə  və 
həyatın praktik sahəsini nisbilikdən və nihilist bir qaranlığa 
gedən yoldan qurtarmaqdadır. Bu kitabda əxlaq fəlsəfəsinin 
mübahisələrinə detallı bir şəkildə girilməyəcəkdir, bu şərhlə 
məqsədim bu kitabda nəzəri olaraq görülən mübahisələrin 
əslində  gündəlik  həyatımızda  nəyi,  necə,  nə  üçün  və  nə 
şəkildə edəcəyimizlə əlaqədar praktik nəticələri də olduğu-
nu vurğulamaqdır. 
Devid Hyum və kafi kainat
Hər  nə  qədər  aqnostikliyin  mənşəyi  və  tarixi  başlan-
ğıcı  Qədim  Yunanlara  qədər  getsə  də,  bu  görüşün  ən 
məşhur  nümayəndələri  olaraq  Devid  Hyum  və  İmmanuel 
Kant göstərilir. Yox əgər bir yerdə dayanacaq və daha irəli 
getməyəcəyiksə, nə üçün oraya qədər gedək? Nə üçün mad-
di  dünyada  dayanmayaq?”  Hyumun  bu  yanaşması  mate-
rialist  filosoflarla  tamamilə  eynidir. Aradakı  fərq  budur  ki, 


Yüklə 70,94 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə