C a n e r t a s L a m a n Big Bang Və Tanrı


Mütləq zaman və nisbi zaman



Yüklə 70,94 Kb.
Pdf görüntüsü
səhifə40/61
tarix07.11.2017
ölçüsü70,94 Kb.
#8889
1   ...   36   37   38   39   40   41   42   43   ...   61

148
Mütləq zaman və nisbi zaman
Kantın  antinomiyalarını  “mütləq  zaman”  anlayışı-
na görə təşkil etdiyi görünməkdədir. Bunun səbəbi Kantın 
Nyuton  fizikasının  dərin  təsiri  altında  olmasıdır.  “Mütləq 
zaman” anlayışına görə, kainatdan müstəqil bir şəkildə axan 
zaman vardır və kainat bu “mütləq zamanın” içində var olur. 
Halbuki Eynşteynin nəzəri olaraq ortaya qoyduğu və daha 
sonra  müşahidə  etdiyimiz  məlumatlarla  dəstəklənən  “nis-
bi zaman” anlayışına görə, zaman sürət və cazibə qüvvəsi 
kimi  universal  dəyişənlərdən  təsirlənməkdədir,  zaman-
kosmos-maddə  hamısı  bir-birindən  asılıdır,  biri  yoxdursa, 
digərlərindən bəhs edilə bilməz. Big Bang nəzəriyyəsi kaina-
tın başlanğıc anını göstərərək Kantın antinomiyasının prob-
lemini həll etmişdir. Həmçinin, Big Bang kainatın genişlənən 
dinamik sərhədlərini ortaya qoyaraq Aristotel kimi məhdud 
kainat və Cordano Bruno kimi sonsuz kainat dizaynlarından 
fərqli olaraq, dinamik olaraq genişlənən kainat modelini or-
taya qoymuş, beləliklə, Kantın kosmosun məhdudmu, son-
suzmu  olduğuna  dair  antinomiyasına  da  son  qoymuşdur. 
Kantın  araşdırdığımız  antinomiyasını  tədqiq  edən  Vilyam 
Leyn  Kreyqin  gəldiyi  nəticə  də  maraqlıdır.  Kreyq  Kantın 
anti-tezisinin  kainatın  başlanğıcı  olmadığını  isbat  etmək 
əvəzinə, kainatın Səbəbi haqqında maarifləndirici məlumat 
verdiyini deyir. Kreyq bu nöqtədə Qəzalinin şərhlərinə to-
xunur. Qəzalinin fikrincə, iki dənə vəziyyət ola bilərsə, bun-
lardan birinin reallaşması, bunu reallaşdıran sərbəst seçkisi 
olan Şəxsi bir Varlığın olmasına dəlalət edir. Mexaniki ola-
raq əzəldən bəri var olan səbəblərin nəticəsi əzəldən bəri var 
olmuş  və  ya  heç  olmamışdır,  lakin  Şəxsi  bir  Varlıq  sərbəst 
iradəsi ilə kainatı istədiyi anda yaradır. “Mütləq zaman” ba-
xımından mövzuya yanaşsaq, Şəxsi varlıq (Tanrı) kainatı nə 
vaxt yaradacağına əzəli zamanda qərar vermişdir. “Nisbi za-


149
man” baxımından mövzuya yanaşsaq, O, vaxtsız olaraq za-
manın və kainatın başlanğıcını birlikdə yaradır. Buna görə də 
kainatın başlanğıcının səbəbi bu anda olduğu sualı da yenə 
azad iradəsi olan Şəxsi bir Varlığa ehtiyac olduğunu göstərir. 
Təktanrılı dinlərin müdafiə etdiyi Tanrı da belə azad iradəsi 
olan Şəxsi bir Varlıqdır. Beləcə, “Kainat niyə daha əvvəl yox, 
indi var oldu?” sualı ancaq Tanrı ilə əsaslandırıla bilər. Son-
suz  zaman  baxımından  yanaşsaq,  Tanrı  bunu  azad  iradəsi 
ilə seçdiyi üçün bu zamandadır. Başlanğıclı zaman baxımın-
dan yanaşsaq, daha əvvəldən zaman olmadığı üçün bu sual 
etibarsızdır, kainat Tanrının zamanı başlatması ilə başlamış-
dır.  Bunu  da  qeyd  etmək  yerinə  düşər  ki,  “Tanrı  əzəlidir” 
deyərkən Tanrının kosmos zamanı kimi bir zamanda sonsuz 
olduğunu düşünməməliyik. Bu ifadə Tanrının həmişə var ol-
duğu mənasındadır. Tanrını kosmos zamanının xaricində, za-
manın fövqündə və ya vaxtsız olaraq təsvir etmək daha doğ-
rudur. Kosmos zamanı kainat ilə birgə yaradılmış, başlanğıcı 
olan bir anlayışdır. “Mütləq zaman” anlayışını yıxan “nisbi 
zaman” anlayışının başa düşülməsi bir çox fəlsəfi problemin 
daha yaxşı qiymətləndirilməsini təmin etməkdədir. (Növbəti 
kitablarımdan birində Tanrı və zaman əlaqəsini daha detallı 
bir şəkildə tədqiq etməyi planlaşdırıram.) 
 
Kosmos və zaman  müşahidələrinin dizaynı
Bu hissənin mövzusunun bir az xaricinə çıxaraq Kantın 
diqqət çəkdiyi insanın doğulandan bəri sahib olub, təcrübə 
ilə  əldə  etmədiyi  “kosmos”  və  “zaman”  müşahidələrinə 
dair  düşüncəni  araşdırmaq  istəyirəm.  Kantı  ölümsüz 
edən bu düşüncəsi ilə nisbilik nəzəriyyəsinin məlumatları 
birləşdirilsə,  insan  şüurunun  (və  ya  ruhunun)  şüurlu  di-
zaynı  üçün  əhəmiyyətli  əlavə  bir  sübut  əldə  ediləcəyi 


150
qənaətindəyəm. Halbuki məchul yanaşma kainatda bir di-
zaynın və ya məqsədin olmasının əsaslandırıla bilməyəcəyi 
qənaətindədir. Buna görə də Kantın özünün ortaya qoydu-
ğu bir cəhət ilə Kantın bir iddiasının səhvini ortaya qoymaq 
maraqlı  olacaq.  Kant  kosmos  və  zaman  müşahidələrinin 
təcrübədən  deyil,  ağıldan  gəldiklərini  isbat  etmək  üçün 
ortaya  müxtəlif  sübutlar  qoyur.  Kiçik  uşaqlar  məsafələr 
haqqında heç bir fikrə sahib olmadan, xoşlarına gəlməyən 
şeylərdən uzaqlaşmaq və xoşlarına gələn şeylərə yaxınlaş-
maq istəyirlər. Elə isə bunların yanında, qarşısında, xaricində 
olduğunu  apriori  (doğulandan,  öncədən)  olaraq  bilirlər. 
Eləcə də, uşaq xarici dünyanın fərqinə varmadan “əvvəl” və 
“sonra” duyğusuna malikdir, əgər olmasaydı, xarici dünya-
nı qəbul etməyə başlaya bilməz, bütün hissləri qatma-qarı-
şıq olardı. Kosmos və zamanı hesaba qatmadan heç bir şeyi 
hazırlaya  bilmərik.  Bu  qeyri-mümkünlük  də  bu  hisslərin 
çöldən  gəlməsələr  belə  zehində  var  olduqlarını  göstərmiş 
olur. Həmçinin, həndəsənin həqiqətlərinin heç bir təcrübəyə 
ehtiyac  olmadan  doğruluğunun  bilinməsini  də  Kant  kos-
mos və zaman hisslərinin zehində doğulandan, apriori ola-
raq olduqlarının bir sübutu qəbul edir. Çünki bu həqiqətlər 
kosmos  və  zamana  aiddirlər.  Nisbilik  nəzəriyyəsi  kosmos 
və zamanı yalnız zehnin doğulandan bəri var olan (apriori) 
hissləri olaraq görən anlayışını yıxmış, bunun əvəzinə kos-
mos-zamanın birliyini və zehnin xaricində bunların gerçək 
varlıqlar olduğunu göstərmişdir. Kantın kosmos və zaman 
qəbuluna zehnin doğulandan bəri sahib olduğunu göstərən 
dahilik tərəfindən yanaşması doğrudur. Lakin aydın olmaq-
dadır ki, zehində doğulandan bəri var olan bu anlayış kimi 
kosmos  və  zamanın  varlıqları  da  gerçəkdir.  Kant  yalnız 
zehində kosmos və zaman hisslərinin doğulandan bəri var-
lığını göstərmişdir. Kantın isbatlarının heç biri xarici aləmdə 
zaman və kosmosun varlığını inkar etməyi tələb etmir. Mü-


Yüklə 70,94 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə