C a n e r t a s L a m a n Big Bang Və Tanrı



Yüklə 70,94 Kb.
Pdf görüntüsü
səhifə43/61
tarix07.11.2017
ölçüsü70,94 Kb.
#8889
1   ...   39   40   41   42   43   44   45   46   ...   61

159
“Hər şey Onunla (Tanrı) oldu. Və olmuş olanlardan heç bir 
şey Onsuz (Tanrısız) olmadı.” 
İncil-Yuhanna Bab 1-3 
Xristian  ilahiyyatının  ən  görkəmli  simalarından  olan 
Aqustin kainatın və zamanın yaradılmış olduğunu belə izah 
edir: “Filosoflar zamanla yaratmanın Yaradıcı üçün əzəli bir 
hərəkətsizlik  olduğunu  etiraz  olaraq  dilə  gətirirlər,  lakin 
haqsızdırlar. Onların səhvi yaratmadan əvvəl olan əzəliliyi 
sonsuz, uzun bir müddət saymalarıdır. Zaman, müddətdir. 
Elə isə yaratmanın xaricində nə məkan, nə zaman, bu halda 
nə də müddət vardır.”
Müqəddəs kitablar içində yaradılışa ən çox toxunan ki-
tab Qurandır. Qurandakı yüzlərlə ayə ilə kainatın və içindəki 
canlı-cansız  bütün  varlıqların  Tanrı  tərəfindən  yaradıldığı 
izah  edilir.  Yaradılışı  izah  etmək  üçün  “halaka”,  “bədaə”, 
“bəraə” kimi hərəkətlər istifadə edilir. Bu hərəkətləri real-
laşdıran Tanrı isə bu hərəkətlərdən törədilən sifətlər ilə ad-
landırılır: Əl-Xaliq, Əl-Mübdi, Əl-Bari kimi. Quranda yarat-
mağı izah edən yüzlərlə ayəyə bu bir neçə ayə nümunədir: 
“O (Allah) göylərin və yerin yaradıcısıdır. O (Allah), bir işin 
olmasına qərar versə, ona yalnız “Ol” deyər, o da dərhal olar. “
Quran 2-Bəqərə surəsi-117 
“Onun  (Allahın)  xaricində  heç  bir  şeyi  yaratmayan,  üs­
təlik, özləri yaradılmış olan, öz mənliklərinə belə nə zərər nə fayda 
təmin etməyən, öldürməyə, yaşatmağa və yenidən dirildib­yayma­
ğa gücləri çatmayan çoxlu ilahlara sitayiş etdi lər.” 
Quran 25-Furqan surəsi-3 


160
“O  Allah  ki  yaradandır,  qüsursuz  bir  şəkildə  var  edəndir, 
şəkil verəndir. Ən gözəl adlar Onundur. Göylərdə və yerdə olanla­
rın hamısı Onu ucaltmaqdadır. O, Üstündür, Müdrikdir.” 
Quran 59-Həşr surəsi-24 
 Tövratda və İncildə Qurandakı qədər detallı şəkildə ka-
inat elmi (kosmologiya) və kainatın mənşəyinə dair şərhlər 
yoxdur.  Lakin  Tövratda  və  İncildəki  mövcud  ifadələr  və 
Tanrının şanına, ucalığına uyğun bir kainat cədvəli çəkmə 
səyinin yəhudi və xristianları çatdırdığı nöqtə müsəlmanlarla 
tamamilə eynidir. 
Big Bang-in nəticələri və 
Təktanrılı dinlər
  Bundan  əvvəlki  üç  hissədə  Big  Bang-in  nəticələrinin 
digər fikirləri necə təkzib etdiyi araşdırıldı və bu hissələrin 
sonunda  Big  Bang-in  nəticələrinin  araşdırılan  fikirləri  eti-
barsız  etməsi  5  punktda  yekunlaşdırıldı.  Bu  hissədə  isə 
Big Bang-in ortaya qoyduğu nəticələrin təktanrılı dinlərin 
tarix  boyunca  ortaya  qoyduqları  tezisləri  dəstəklədiyi  beş 
maddədə yekunlaşdırılacaq. Təktanrılı dinlərdən başqa bu 
maddələrin hamısını tamamilə müdafiə etmiş heç bir dini 
və  fəlsəfi  sistem  göstərilə  bilməz.  Təktanrılı  dinlər  özləri 
xaricindəki  hər  kəsə  qarşı  bu  tezislərini  tarix  boyunca 
müdafiə etmişdirlər. 
1-Kainat və maddə yaradılmışdır,  
başlanğıcları vardır
Big  Bang-in  ortaya  qoyduğu  məlumatlar  ilə  kainatın 
əzəli  olub-olmadığı  mübahisəsi  yerini  kainatın  başlanğıcı-


161
nın  nə  vaxt  olduğu  məsələsinə  buraxmışdır.  Kainatın  yaşı-
nı hesablamaqda istifadə edilən müxtəlif üsullarının hamısı 
təxmini olaraq 15 milyard il əvvəli göstərməkdədir. Big Bang-
in  nəticələri  içərisində  ən  əhəmiyyətlisi  kainatın  başlanğıcı 
olduğunu göstərməsidir. Tarix boyunca demək olar ki, bütün 
ateistlər kainatın əzəliliyini Tanrının varlığına alternativ ola-
raq göstərmişdir. Fred Hoyl kimi astronomlar Big Bang-ə bu 
səbəbdən qarşı çıxmışlar. Hoyl Big Bang-in olmadığını iddia 
edir və əgər bu nəzəriyyə doğru olsaydı yoxdan yaradılışa 
uyğun gələcəyini qəbul edirdi. Hoylun fikrincə, Big Bang za-
manda geriyə doğru gedildiyi təqdirdə hər şeyin başlanğıc 
nöqtəsində  yoxluğa  bağlanması  nəticəsinə  aparacaq.  Qısa-
cası,  Big  Bang-in  düşmənləri  belə  onun  yoxdan  yaradılışın 
şərhi  olduğunu  görmüşdürlər.  Yoxluq  tərif  edilə  bilməyən 
deməkdir, elə isə kainatın başlanğıcı yoxluqdursa, kainatın 
başlanğıcının  tərif  edilə  bilməz  olmalıdır.  Fizika  qaydaları 
ilə aparılan hesablamalar kainatın başlanğıcında fizika qay-
dalarının çökdüyünü göstərməkdədir. Bu, fizika qaydaları-
na söykənərək fizika qaydalarının çökdüyü anı təsbit etmək 
deməkdir  ki,  elmin  bizi  belə  bir  nəticəyə  aparacağını  heç 
kim  təxmin  etmirdi.  Vilyam  Leyn  Kreyq  bunu  belə  açıqla-
maqdadır: “Başlanğıcdakı təklik bir varlıq deyildir. Yəni bu 
təkliyin müsbət ontoloji bir statusu yoxdur. Əgər kosmosun 
genişlənməsini zamanda geriyə doğru aparsanız, təklik kaina-
tın varlığının kəsildiyi nöqtəni təmsil etmiş olacaq. O, kainatın 
bir parçası deyildir, lakin geriyə çevrilmiş, zamanda büzülən 
kainatın yox olduğu nöqtəni təmsil etməkdədir. Kainatdan, 
təklikdən başqa mövcud olan heç bir xatirə yoxdur. Başlan-
ğıcdakı təkliyin ontoloji statusu yoxluğa bərabərdir. Təklikdə 
fizika  qaydalarının  dayanması  və  mövcud  təxmin  edilə 
bilməzlik  yoxluğun  heç  bir  fiziki  qayda  tələb  etməməsinin 
köməyilə aydın olur.” Nisbilik nəzəriyyəsi kosmosu, zama-
nı  və  maddəni  bir-birinə  bağlayaraq  maddənin  başlanğıcı-


162
nın yoxluğa bərabər olduğunu göstərir. Kainatın başlanğıcı-
na geri getdikdə bütün kosmosun bağlanması maddəni də 
varlıq  olmaqdan  çıxarmaqda,  yəni  maddənin  yoxluğunu 
göstərməkdədir. Ateizmin minlərlə illik tezisi kainatın əzəli 
olduğunu bildirir. Big Bang-in rədd edilə bilməyəcəyi aydın 
olduqdan sonra Big Bang-ə yapışdırılmağa çalışılan ateist ya-
naşmaların məcbur etmə olduğunu, tarix boyunca müdafiə 
olunan ateizm ilə əlaqəsinin olmadığını, nə olmasından asılı 
olmayaraq ateizmdən imtina etməmək üçün psixoloji bir çır-
pınma olduğunu daha əvvəl də gördük. Big Bang minlərlə 
ildir müdafiə olunan ateist tezisləri darmadağın etmiş və ate-
izmi mühakimə edərək axmaqlığa məhkum etmişdir. Beləcə, 
Tanrının varlığının kainatı açıqladığı yanaşması alternativsiz 
qalmış,  təktanrılı  dinlərin  minlərlə  ildir  müdafiə  etdiyi  bu 
şərh dəstəklənmişdir. Beləcə, Tanrının varlığı qədər ən fun-
damental tezisləri “Tanrının varlığı və kainatın yaradılması” 
olan təktanrılı dinlər də etibarlılıq qazanmışdır.
2- Zamanda yaradılmışdır 
Təktanrılı  dinlər  əsasən  kainatın  yaradılmış  olduğu 
qənaətindədirlər. Bu görüşə əsasən, zamanın yaradılıb-yara-
dılmadığı mübahisəsi Tanrıya inananlar ilə ateistlər arasında 
təməl bir ayrılıq nöqtəsi olmamışdır. Lakin yenə də zamanın 
da yaradılmış olması görüşü təktanrılı dinlərdə hakim olan 
görüşdür. “Tanrı əzəlidir” deyərkən bunun zamanda sonsuz 
bir geriyə gedişdə Tanrının var olduğu mənasına gəldiyini 
deyənlər olsa da, hakim olan görüş Tanrını “zamanxarici”, 
“zamanüstü”, “zamanın yaradıcısı” olaraq təsvir etməkdədir. 
Bu tip yanaşmalar isə kosmos-zamanın və ya Tanrının yara-
dacağı hər hansı bir kainatdakı zamanın eynilə kainat kimi 
yaradılmış olmasıdır. Zaman hərəkət ilə vardır, hərəkət isə 


Yüklə 70,94 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə