C a n e r t a s L a m a n Big Bang Və Tanrı



Yüklə 70,94 Kb.
Pdf görüntüsü
səhifə44/61
tarix07.11.2017
ölçüsü70,94 Kb.
#8889
1   ...   40   41   42   43   44   45   46   47   ...   61

163
dəyişmədir.  Mükəmməl  olan  Tanrının  içində  bir  dəyişmə 
düşünülə bilməz, bu səbəbdən Tanrını “zaman-xarici”, “za-
man-üstü”, “zamanın yaradıcısı” olaraq görən yanaşmaların 
daha məqsədə uyğun olduğu qənaətindəyəm. Zamanın ya-
radılması və Tanrının zamanlı kainat və zamanlı varlıqlarla 
əlaqəsinin  olması  Tanrının  “zamanüstü”  mövqeyində  bir 
şeyi dəyişdirmir. Big Bang və nisbilik nəzəriyyəsi təktanrılı 
dinlərin  bu  hakim  fikrinə  elmi  dəstək  yaratmışdır.  Nisbi-
lik nəzəriyyəsi kosmosu, maddəni, hərəkəti və zamanı bir-
birinə bağlamış, bunların birinin yoxluğunda digərlərindən 
bəhs  edə  bilməyəcəyimiz  göstərmişdir.  Big  Bang  kainatın 
başlanğıcının kosmosun bağlandığı bir vəziyyət olduğunu, 
bu vəziyyətdə hərəkətin dayanıb, fizika qaydalarının çökdü-
yünü  göstərmişdir.  Bu  isə  zamanın  da  yoxluğu  deməkdir. 
Necə ki Penrosun təcrübələri bunun riyazi düsturlarla detal-
lı isbatını da ehtiva etməkdədir. 
 
3 - Kainatın yaradılışı fərqli mərhələlərin 
anlaşması nəticəsində olmuşdur
Üç  böyük  təktanrılı  dinin  müqəddəs  kitablarında 
söykəndikləri  daha  bir  ortaq  iddia  da  kainatın  altı  gündə 
(dövrdə) yaradılmasıdır. Tövratda yazılmış “gün” (dövr) sö-
zünün ibranicəsi “yovm” dur. Bu sözün İbranicəsi həm 24 
saatlıq bir günü, həm də “zamanlara bölünmüş bir dövr”ü 
ifadə  edir.  Bir  çox  Tövrat  şərhçisi  Tövratın  Yaratma  (yara-
dılış)  hissəsində  keçən  bu  sözün  “uzun  zaman  dövrləri” 
ifadə edən mənasında başa düşülməsinin doğru olduğunu 
söyləmişdir. Quranda da eynilə kainatın altı gündə (dövrdə) 
yaradıldığı deyilir. Quranda keçən altı gün (dövr) sözünün 
ərəbcə qarşılığı ibranicədəki ilə eyni kökdən gəldiyi dərhal 
müəyyən olan “yəvm” sözüdür. Ərəb dilinin mütəxəssisləri 


164
də  bu  sözün  həm  gecə  və  gündüz  birləşməsindən  ibarət 
olan günə, həm də müəyyən bir zamanı ifadə edən dövrü 
ifadə  etdiyini,  kainatın  altı  “yəvm”də  yaradılması  anlayı-
şından  “altı  dövrdə”  yaradılmasını  anlamanın  daha  doğ-
ru  olduğunu  söyləmişdirlər.  Gecə  və  gündüzdən  ibarət 
olan  gün  dünyanın  yaradılmış  olmasına  və  dünyanın 
içindəki müddətlərlə əlaqəlidir. Yerin mövcud olmadığı bir 
vəziyyətdə Yerdəki gündən bəhs edilə bilməz deyə “yəvm” 
sözünü “dövr” olaraq anlamanın daha doğru olduğu açıq-
dır. Nəticə olaraq, təktanrılı dinlərin müqəddəs mətnlərində 
kainatın  bir  dəfədə  yaradıldığı  və  yaratma  fəaliyyətinin 
bitdiyi  yox,  kainatın  fərqli  mərhələlərdən  keçərək  yara-
dılmış  olduğu  deyilir.  Big  Bang  kainatın  fərqli  mərhələlər 
keçirərək  yaradıldığını  ən  mükəmməl  şəkildə  ortaya  qo-
yur.  Big  Bang-in  başlanğıcında  kainat  çox  sıx  və  çox  isti 
vəziyyətdə  olmuş,  kainatın  genişlənməsilə  sıxlıq  və  istilik 
düşmüş və bunla əlaqəli olaraq fərqli mərhələlər yaşanmış-
dır. Bu müddətlərdə ilk partlamadan atomaltı hissəciklərə, 
atomaltı hissəciklərdən ilk atomlara, ilk atomlardan ulduz-
ların fərqli mərhələlərinə qədər müddətlər yaşanmışdır. Bü-
tün bu meydana gəlmələrdə mərhələli bir müddət vardır və 
hər müddətdəki meydana gəlmələr digərlərindən fərqlidir. 
Big Bang-in verdiyi məlumatlar təktanrılı dinlərin kainatın 
fərqli dövrlərdən keçərək yaradıldığını söyləyən izahları ilə 
uyğundur. Əvvəlcədən gördüyümüz Aristotelin əzəli yana-
caqla yanan ulduzlarının sabitliyi və ya Sabit Vəziyyət mo-
delinin müdafiə etdiyi kimi həmişə eyni müddəti yaşayan 
kainat dizaynı fərqli mərhələlər keçirən kainat dizaynı ilə uy-
ğunlaşmır. Big Bang-in və digər müasir fizikanın əldə etdiyi 
bilgilər təktanrılı dinlər ilə bu mövzuda da uyğunluq təşkil 
edir.  Təktanrılı  dinlər  kainat  üzərində  əbədi  hakimiyyəti 
olan fəal bir Tanrıya inanırlar. Bu inanca görə, Tanrının kai-
natı bir saat kimi qurmasına və saatın daim eyni hərəkətləri 


165
təkrarlamasına bənzər bir model təktanrılı dinlərin fəal Tan-
rısı  ilə  fərqli  dövrlərin  yaşandığı  bir  kainat  modeli  qədər 
tam şəkildə uyğunlaşmır. İstər kainatın genişlənməsindəki 
dinamizm,  istərsə  də  universal  meydana  gəlmələrdəki 
fərqli mərhələlər Tanrının kainatın fərqli dövrlərində kainat 
üzərindəki fəallığını göstərməkdədir. Fərqli dövrlərin oldu-
ğu bu model Tanrını kainatı tək qoymağa çalışan və Tanrı-
nın faktorluğunu görməzlikdən gələn “deist” yanaşmasını 
etibarsızlaşdırır.  Bu  modelin  hər  mərhələsindəki  fərqli  ya-
radılışlar kainatın şüurlu bir şəkildə yaradıldığının sübutu-
dur. Bu, bir sonrakı maddədə və sonra müstəqil bir hissədə 
araşdırılacaq.  Big  Bang-in  fəlsəfi  nəticəsini  araşdıranla-
rın  çoxu  Big  Bang-in  “kainatın  başlanğıcını”  göstərən  ilk 
maddədə  araşdırdığımız  fəlsəfi  nəticəsini  -ən  əhəmiyyətli 
fəlsəfi  nəticəsi  budur-  detallı  olaraq  araşdırmış,  amma  bu 
maddədə  qabardılan  nəticə  üzərində  çox  dayanmamışdır-
lar.  Halbuki  bu  nəticə  Big  Bang-in  ortaya  qoyduqları  ilə 
təktanrılı dinlərin minlərlə ildir müdafiə etdikləri iddiaların 
uyğunlaşmasını göstərməsi baxımından əhəmiyyətlidir. 
 
4 - Kainat şüurlu bir şəkildə 
hazırlanmışdır
  Təktanrılı  dinlər  Tanrını  şüurlu,  məlumat  sahibi, 
qüdrətli, maddi kainat üzərində istədiyi tənzimləməni edən 
bir Güc olaraq tərif edirlər. Bunlar Tanrının ən əhəmiyyətli 
sifətlərindəndir.  Kainatdakı  şüurlu  dizayn  Tanrının  varlı-
ğını  isbat  etmə  məsələsində  istifadə  edilən  dizayn  sübu-
tu,  teleoloji  sübut,  məqsəd  və  nizam  sübutu  kimi  adlarla 
adlandırılmış  və  bununla  da  Tanrının  varlığı  ilə  yanaşı, 
ən  əhəmiyyətli  sifətləri  də  əsaslandırmaqdadır.  Günəş 


Yüklə 70,94 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə