C a n e r t a s L a m a n Big Bang Və Tanrı



Yüklə 70,94 Kb.
Pdf görüntüsü
səhifə42/61
tarix07.11.2017
ölçüsü70,94 Kb.
#8889
1   ...   38   39   40   41   42   43   44   45   ...   61

155
lam fikrə ən yaxın dəlildir. O, bir tərəfdən bizi təbiəti araş-
dırmağa təşviq edir, bir tərəfdən də gücünü təbiət qayna-
ğından  alır.  O,  hisslərimizin  birbaşa  təsbit  edə  bilmədiyi 
bir  sıra  məqsədlərin  varlığını  təlqin  edir.  Mexaniki  birlik 
anlayışının  müşaiyəti  ilə  məlumatımızın  artmasına  zəmin 
hazırlayır.  Güclənən  məlumat  sayəsində  aləmin  yaradıcı-
sına inanmağı qaçılmaz bir şəkildə bizə təklif edir.” Aydın 
olur  ki,  Kant  bu  dəlili  hörmətlə  qarşılayır,  onun  bu  dəlili 
tam rədd etmədiyini düşünənlər belə olmuşdur. Necə ki o, 
“Universal  Təbiət  Tarixi  və  Göylərin  Qaydası”  adlı  erkən 
dövr  kitabında  bu  dəlilə  uyğun  izahlar  verməkdədir.  La-
kin Kantın bu dəlili qəbul etməsi şüurlu bir metafizikanın 
mümkün  olduğunu  müdafiə  etməsi  demək  idi.  Kant  öz 
fəlsəfəsində  belə  bir  ziddiyyəti  qəbul  edə  bilməzdi.  Necə 
ki  O,  bu  dəlilin  nüfuzunu  da  rədd  etdi.  Kitabın  “dizayn 
dəlili”  adlı  hissəsində  istər  Big  Bang  müddətində,  istərsə 
də digər müddətlərdəki saysız-hesabsız dəlillərin kainatda-
kı dizaynı ortaya qoyduğunu görəcəksiniz. Bu dəlillər belə 
bir  dizaynın  ancaq  fizika  qanunları  kimi  maddəyə  daxili 
xüsusiyyətlərin təşkil edilməsi ilə meydana gələ biləcəyini 
göstərir.  Bu  isə  bu  dəlillərin  maddənin  yaradıldığını  da 
isbat  etdiyini  göstərir.  Həmçinin,  bu  dəlillər  kainatdakı 
bütün  meydana  gəlmələrin  şüurlu  bir  planın  nəticəsi  ol-
duğunu  və  Tanrının  kainatdakı  bütün  müddətlərə  hökm 
etdiyini göstərir. Bu dəlilliərə əsasən, ulduzlar da, atomaltı 
hissəciklər də, Yer də, canlılar da Tanrının şüurlu dizaynının 
məhsuludur. Kantın dövründə kainatdakı dizaynı göstərən 
bu dəlillərin bir çoxu məlum deyildi. Bu dəlili rədd etsə də 
hörmətlə qarşılayan Kantın bu dəlilləri bilsə reaksiyasının 
necə olacağı mənə də maraqlıdır. Big Bang nəzəriyyəsinin 
aqnostik filosofların səhvlərinə etdiyi düzəlişləri qısaca belə 
yekunlaşdıra bilərik: 


156
1  -  Kainatın  əzəli  olmadığı,  başlanğıcı  olduğu  aydın 
oldu. Hyum və Kant kimi filosofların “Kainat niyə hər şeyin 
şərhi olmasın?” etirazları etibarsızlaşdı. 
2  -  Big  Bang  nəzəriyyəsi  və  nisbilik  nəzəriyyəsinin 
düs turları  kainatın  başlanğıcının  zamanın  da  başlanğıcı 
olduğunu  ortaya  qoydu.  Beləcə  kosmos-zamanının,  son-
suzmu  başlanğıclımı  olacağını  bilməyəcəyimizi  söyləyən 
bilinməzçi yanaşmanın səhvi ortaya çıxdı. 
3 - Big Bang nəzəriyyəsi kainatın genişləyən sərhədləri 
olduğunu ortaya qoydu. Beləcə kosmosun sərhədləri olub 
olmadığını  bilməyəcəyimizi  deyən  bilinməzçi  yanaşma 
düzəldildi. 
4 - Big Bang nəzəriyyəsinin məlumatları, kainatın xəyal 
edildiyini, kainatın bir məqsədi olduğunu isbatlayır. Beləcə, 
aqnostik  yanaşmanın  “dizayn  sübutu”,  “teleolojik  sübut” 
deyilən  Tanrının  varlığını  sübut  edən  dəlilə  etirazları  eti-
barsızlaşmışdır. 
5  -  Big  Bang  nəzəriyyəsi  kainatın  başlanğıcı  olduğu 
kimi, sonunun da olduğunu ortaya qoyur. Ağıla əsaslanan 
bir  kainat  elmi  ola  bilməyəcəyini  söyləyən  aqnostik  ya-
naşma kainatın sonunun olduğu kimi, çox əhəmiyyətli bir 
məlumatın elmi olaraq əldə edilməsilə səhvliyi ortaya qo-
yulmuşdur . 


157
IX HISSƏ
 
BIG BANG-IN KÖMƏYI ILƏ TANRININ 
VARLIĞINI  VƏ MADDƏNIN YARADILMIŞ 
 
OLDUĞUNU QƏBUL EDƏN GÖRÜŞ 
 
Təktanrılı Dinlər və digərləri
Bu  hissədən  əvvəl  maddəni  əzəli  qəbul  edən  görüşlər 
və  Tanrının  varlığının  bilinməsinə  şübhə  ilə  yanaşan  gö-
rüşlər  araşdırıldı.  Bundan  əvvəl  araşdırdığımız  görüş lərin 
səhvliyinin ortaya qoyulması Tanrının varlığını və maddənin 
yaradılmış  olduğunu  qəbul  edən  görüşün  təs diqlənməsi 
deməkdir. Bu görüşün tam ziddi olan görüş lərin etibarsız-
lığı  isbat  edildikdə  bu  görüşün  etibarlılığı  da  aydın  oldu. 
Məsələn, bundan əvvəlki hissədə Hyumun və Kantın Tan-
rının  varlığının  sübutlarına  yönəltdikləri  tənqidlərə  cavab 
verilərkən bu hissədə araşdırdığımız görüşün doğruluğu da 
göstərilmişdir.  Tanrının  varlığını  və  maddənin  yaradılmış 
olduğunu və bir gün bütün kainatın sonunun gələcəyini ta-
rix boyunca müdafiə etmək üstünlüyü təktanrılı dinlərə aid-
dir.  Yəhudiliyin,  Xristianlığın  və  İslamın  müxtəlif  məzhəb 
və  şərhlərində  fərqliliklər  olsa  da,  bu  çox  əhəmiyyətli  id-
dialarda üç böyük dinin demək olar ki, bütün məzhəb və 
şərhlərində  eyni  ortaq  görüş  mövcuddur.  Bütün  materi-
alist  fəlsəfələrin  maddənin  əzəliliyi  mövzusundakı  ortaq 
fikirlərinə  qarşı  təktanrılı  dinlər  kainatın  bir  başlanğıcı  və 
sonu olduğu barədə ortaq bir görüş bəyan etmişdirlər. Bu 
iddia  təktanrılı  dinləri  özlərindən  başqa  bütün  fikirlərdən 
ayıran çox əhəmiyyətli bir iddiadır. Buna görə də bu iddi-


158
anın doğrumu səhvmi olmasının cavabı təktanrılı dinlərin 
doğrumu səhvmi olduğunun cavabını da ehtiva etməkdədir. 
Müqəddəs kitablar və yaradılış
Təktanrılı dinlərin bu ən fundamental tezisləri müqəd-
dəs  kitablarına  söykənməkdədir.  Yəhudilər  müqəd dəs  ki-
tab  olaraq  Tövratı,  xristianlar  isə  Tövrat  və  İncili  birlikdə 
qəbul edirlər. Tövratın ilk ayəsi Tanrının hər şeyi yaratdığını 
deməkdədir: 
“Başlanğıcda Tanrı göyləri və yeri yaratdı.” 
Tövrat-Yaratma Bab 1-1 
Abravanel  kimi  Tövrat  şərhçiləri  bu  ayənin  ilk  sözü 
olan İbranicə “bereshit” sözünün “zamanın başlanğıcında” 
mənasını verdiyini söyləmişdirlər. Beləcə, zamanın da ka-
inat  ilə  birgə  yaradıldığı  Tövrata  əsaslanaraq  iddia  edilir. 
Bu  ayənin  davamında  Tanrının  işığı,  dənizləri,  ulduzları 
və  canlıları  yaratdığı  açıqlanır.  Bu  izahlara  əsasən,  bütün 
kainat  şüurlu  və  qüdrətli  Tanrının  yaratması  nəticəsində 
var  olmuşdur.  Hər  şeyin  yaradılışında  bir  məqsəd  vardır. 
Tanrının  əbədi  varlığından  fərqli  olaraq,  kainat  başlanğıcı 
olan bir varlıqdır. Bu fikirdən çıxan nəticələrə əasən, maddə 
və maddədən ibarət olan heç bir şey əsl ünsür və həyatın 
məqsədi ola bilməz. Hər şeyi yaradan Tanrı kainatın gerçək 
məqsədi  və  həyatın  gerçək  məqsədidir.  Yaradılmağı  ifadə 
edən  İbranicə  hərəkət  “bara”  dır.  Bu  söz  Tövrat  boyunca 
yalnız Tanrının hərəkətləri üçün istifadə edilir. İbrani dili-
nin mütəxəssisləri bu sözün mənasını “var olmayan bir şeyi 
var  etmə”  olaraq  açıqlayırlar.  Tanrının  hər  şeyi  yaratdığı, 
hər şeyin Tanrıdan asılı olaraq var olduğu İncildə də deyilir:


Yüklə 70,94 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə