C a n e r t a s L a m a n Big Bang Və Tanrı



Yüklə 70,94 Kb.
Pdf görüntüsü
səhifə45/61
tarix07.11.2017
ölçüsü70,94 Kb.
#8889
1   ...   41   42   43   44   45   46   47   48   ...   61

166
sistemimizdən atomaltı dünyaya, elementlərin kimyəvi qu-
ruluşundan canlılar dünyasına qədər bir çox yerdə bu sü-
butun (və ya sübutlar ailəsinin) saysız məlumatları vardır. 
Big Bang ilə yaranan müddətlər də bu saysız məlumatlara 
dəstək verməkdədir. Məsələn, Big Bang-in başlanğıcındakı 
partlamanın şiddəti kainatın genişlənmə sürətini təyin edir. 
Bu  genişlənmə  bir  az  daha  yavaş  olsaydı,  bütün  maddə 
cazibə  qüvvəsi  ilə  yenidən  bağlanacaq  və  kainat  meyda-
na  gələ  bilməyəcəkdi.  Əgər  genişlənmə  daha  şiddətli  ol-
saydı,  kainatın  maddəsi  tamamilə  dağılacaq  və  dərhal 
Böyük  Donma  (Big  Chill)  müddətinə  giriləcək  və  kainat 
artıq meydana gələ bilməyəcəkdi. Aydın olur ki, kainatın 
genişlənmə sürəti inanılmayacaq qədər həssas bir şəkildə 
hazırlanmışdır. Big Bang təsadüfi bir partlama deyil, şüur-
lu bir şəkildə bir məqsədə görə (teleoloji) hazırlanmış, çox 
yaxşı hesablanmış və reallaşdırılmış bir partlamadır. Kai-
natın  başlanğıc  anının  aşağı  entropiyada  başladılması  və 
beləcə qalaktika sistemlərinin, ulduzların və canlılığın orta-
ya çıxmasına imkan verilmiş olması da çox əhəmiyyətlidir. 
Kainatın hər mərhələsində kritik dəyərlər güdülmüş və bu, 
canlılığın  irəlidə  ortaya  çıxmasına  səbəb  olmuşdur.  Ato-
maltı  dünyada  ortaya  çıxan  hissəcik  və  anti-hissəciklərin 
nisbətində,  atomun  içindəki  nüvə  qüvvətinin  və  elektro-
maqnetik qüvvətin dəyərində, protonların və elektronların 
bir-birlərinə  görə  nisbətlərində  həmişə  bu  kritik  dəyərlər 
qorunmuşdur.  Bütün  bu  kritik  dəyərlərin  təmin  edilməsi 
isə ancaq Big Bang-in başlanğıcındakı dizayn və nizamla-
ma  ilə  mümkündür.  Big  Bang-in  təqdim  etdiyi  bu  sübut-
ların bir çoxunu ehtimal hesablamaları çərçivəsində riyazi 
olaraq ifadə etmək mümkündür. Bunu sonra daha detallı 
bir şəkildə açıqlayacağam. 


167
5 - kainatın başlanğıcı kimi 
sonu da vardır
  Təktanrılı  dinləri  özləri  xaricindəki  bütün  düşüncə 
sistemlərindən,  dinlərdən  və  fəlsəfələrdən  ayıran  digər 
əhəmiyyətli  bir  nöqtə  də  kainatın  bir  sonunun  olacağını 
söyləmələridir. Big Bang-in fəlsəfi nəticələri üzərinə edilən 
mübahisələrdə bu nəticənin üzərində də kifayət qədər daya-
nılmamışdır. Halbuki bu nəticənin də tarix boyunca edilmiş 
çox təməl bir mübahisədə kimin haqlı olduğunu göstərməsi 
baxımından böyük bir əhəmiyyəti var. Genişlənən kainatın 
qarşılaşacağı iki cür son ssenarisi vardır: 
1 - Ya kainat daim genişlənəcək və sonunda bir istilik 
ölümü yaşanacaq. Buna Böyük Donma (Big Chill) deyilir. 
2 - Ya da cazibə qüvvəsi bir nöqtədə genişlənəcək və ka-
inat büzülməyə başlayıb sonunda bir təklikdə itəcək. Buna 
isə Böyük Çöküş (Big Crunch) deyilməkdədir. 
Bu ssenarilərdən hansı doğru olursa olsun, kainatın bir 
sonunun olduğu qaçılmazdır. Min illərdir təktanrılı dinlərə 
qarşı ateistlər və digərləri kainatın sonsuza qədər var ola-
cağını iddia etmiş və sanki öz ölümlərinə qarşı təsəllini ka-
inatın əbədi varlığında axtarmışlardır (Bu təsəllinin özünü 
aldatma  olduğu  çox  açıqdır).  Big  Bang  təktanrılı  dinlərin 
qarşısındakı  bütün  bu  sistemlərin  səhvini  ifşa  etmişdir. 
Tarix  boyunca  bu  çox  əhəmiyyətli  mövzudakı  doğru  te-
zisi müdafiə etməyin imtiyazı da təktanrılı dinlərə aiddir. 
İnsanların  ölümlərindən  sonrası  ilə  əlaqədar  izahatlarda 
(eskatologiyada) Yerin və kainatın sonunun gələcək olma-
sı  əhəmiyyətli  bir  yerə  malikdir.  Məsələn,  kainatın  həm 
əzəldən bəri var olduğunu, həm də sonsuza qədər var ola-
cağını söyləyən hind inancındakı reinkarnasiya fikrini araş-


168
dırsaq,  bunu  görərik.  Hind  inancında  sonsuza  qədər  var 
olacaq bir kainata inanıldığı üçün ruhların sonsuza qədər 
bu planetin içindəki bədənlər arasında gəzdiyi deyilir. İn-
sanların  tamamilə  yox  olmasını  həzm  edə  bilməyən  bu 
anlayış  artan  insan  kütləsinin,  müəyyən  saydakı  ruhların 
qarşılamasındakı  çətinliyi  də  gözardı  etmişdir.  Bu  anlayı-
şın meydana gəlməsində sonsuza qədər var olacaq kainat 
dizaynı  çox  əhəmiyyətli  bir  rol  oynamışdır.  Big  Bang-in 
kainatın  başlanğıcı  olduğunu  göstərməsi  hind  fəlsəfəsini 
kökündən yıxdığı kimi, Big Bang-in kainatın sonu olduğu-
nu göstərməsi isə onsuz da çökmüş olan hind fəlsəfəsinin 
reinkarnasiya inancını etibarsız etmişdir. Təktanrılı dinlərin 
insanın  ölümündən  sonrakı  müddətlə  əlaqədar  izahat-
ları  kainatın  və  Yerdəki  həyatın  sona  çatması  ilə  başlayır. 
Big  Bang-in  təktanrılı  dinlərin  bu  iddiasını  təsdiqləməsi 
təktanrılı dinlərin ölümdən sonrakı müddətlə əlaqədar iza-
hatlarına da etibarlılıq qazandırmışdır. 
Big Bang-in apardığı digər düzəlişlər
 Big Bang Tanrıya inanmayan sistemlərdə düzəltmələr 
etdiyi kimi, Tanrıya inanan bəzi fikirlərdə də düzəlişlər apar-
maqdadır. Xüsusilə də mistika və tasavvuf məktəblərində 
və bəzi filosoflarda aparılan düzəlişlər buna nümunədir. İs-
lam mistiklərinin bəziləri və xristian filosoflardan Berkeley 
kimi bəzi mütəfəkkirlər varlıq olaraq kainat anlayışının yal-
nız zehində var olub, zehnin xaricində mövcud olmadığını 
müdafiə etmişdirlər. Halbuki təktanrılı dinlərin müqəddəs 
mətnləri  Tanrının  kainatı  və  maddəni  yaratdığını  açıq-
ca  söyləmişdir.  Bu  kəslərin  Tanrının  yaratmasından  bəhs 
edərkən Tanrının yalnız zehnimizdəki xəyali yaratması oldu-
ğunu söyləmələri tutarlı bir şərh olaraq görünməməkdədir. 


Yüklə 70,94 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə