C a n e r t a s L a m a n Big Bang Və Tanrı



Yüklə 70,94 Kb.
Pdf görüntüsü
səhifə41/61
tarix07.11.2017
ölçüsü70,94 Kb.
#8889
1   ...   37   38   39   40   41   42   43   44   ...   61

151
asir fizika və sağlam fikir bunların zehnin xaricində gerçək 
varlıqlar olduğunu, əgər olmasaydılar hisslərdəki bu niza-
mın qeyri-mümkün olacağını deməkdədir. Zehnin və kai-
natın bu uzlaşması zehin və kainatı bir-birlərinə uyğun bir 
şəkildə hazırlayan bir Dizaynerin varlığı qəbul edilmədən 
açıqlana  bilməz.  Zehindəki  bu  kateqoriyaların  təsadüfən 
təkmilləşməsi də inandırıcı görünmür. Çünki maddi kainat-
da kosmos və zaman anlayışını zehində meydana gətirəcək, 
bu hissə bədən verəcək heç bir xam maddə göstərilə bilməz. 
Kainatın  maddəsi  kosmos  və  zamanda  vardır,  amma  bu 
maddə, kosmos və zaman anlayışına çevriləcək bir potensi-
al daşıdığına dair heç bir sübut verməməkdədir. Həmçinin, 
kosmos  və  zaman  hissi  zehində  yavaş-yavaş  da  meydana 
gələ bilməz. Çünki dörddə bir zaman hissi, yarım kosmos 
hissi deyə bir şey ola bilməz. Elə isə zehin bu mövzudakı 
hissi  tam  bir  şəkildə  meydana  gəlməyi  tələb  edir,  bunun 
yavaş bir müddətlə meydana gəlməsi açıqlana bilməz. Bu 
hisslərin varlığının əskikliyində isə insanın mövcud olması 
mümkün deyil. Big Bang nəzəriyyəsi bizdən xaricdəki kai-
natın ilk andan bu günə qədər çəkən müddətdə mərhələli 
inkişaf yolu keçmiş və naməlumluğa qarşı böyük bir zərbə 
olmuşdur.  Xarici  aləm  riyazi  düsturlarla  təsvir  edilməkdə 
və kainat haqqında, atomaltı hissəciklər haqqında, planetlər 
və  peykləri  haqqında  deyilənlər,  nəzərdə  tutulanlar  doğ-
ru  çıxmaqdadır.  Bu  düsturlar  sayəsində  kosmosa  peyklər 
göndərilməkdə,  uzaq  qalaktikaların  yaşları  hesablanmağa 
çalışılmaqdadır. Bu düsturların sayəsində edilən istehsallar 
bəşəriyyətin xidmətinə verilib. Əlbəttə ki, kəşf edilməli olan 
hələ çox şey vardır, amma zehnin kainatı bu şəkildə anla-
masının möcüzəviliyi də gözdən qaçırılmamalıdır. Zehnin 
kainatı bu şəkildə anlaya bilməsi ancaq zehin-kainat arasın-
dakı uzlaşma ilə mümkündür. Bu isə şüurlu bir dizayner ol-
madan mümkün deyil. Kainat haqqındakı ən sadə məlumat 


152
aydın  olmayacaq  qədər  kompleks  ola  bilər  və  ya  kainat 
tamamilə xaos kimi olub, bir yuxu kimi aydın olmamış da 
ola bilərdi və ya zehin kainatı anlayacaq qabiliyyətdən və 
apriori hisslərdən tamamilə məhrum ola bilərdi. Aydın olur 
ki, dizaynın sübutlarının bir çoxunu zehnimizdə doğulan-
dan  bəri  daşıyırıq.  Kainatdakı  dizaynın  sübutlarına  daha 
detallı  bir  şəkildə  qarşıdakı  “dizayn  sübutu”  adlı  hissədə 
nəzər salacağam. 
Kant və Tanrinin sübutlari
Kant  kitablarında  Tanrının  varlığını  isbat  etmək  üçün 
irəli sürülən üç sübutu analiz edir və bu sübutlarla Tanrının 
varlığının əsaslandırıla bilməyəcəyini deyir. Kantın birinci 
tənqidi ontoloji sübutdur. Ontoloji sübut ilə doğulandan bəri 
insanda bir Tanrı anlayışı olduğu müdafiə olunur və bu Tan-
rının varlığının sübutu olaraq qəbul edilir. Bu sübutu tarixdə 
Anselm, İbn Sina, Dekart kimi məşhur filosoflar fərqli for-
malarda müdafiə etmişdir. Kantın bu sübuta gətirdiyi tənqid 
və onun cavabı bu kitabın mövzusu deyil. Kantın tənqid et-
diyi ikinci dəlil kosmik sübutdur. Adından da aydın olaca-
ğı kimi, bu sübut ilə kainatın mövcud olmasından Tanrının 
varlığına çatılır. Bu sübutun müxtəlif formulasiyaları oldu-
ğu üçün kosmik sübutlar ailəsindən danışmaq daha uyğun-
dur. Bu sübut ilə kainatın var olmasını nəzərə alaraq kaina-
tın açıqlanmağa möhtac bir fakt olduğu, öz şərhini öz içində 
saxlaya bilməyəcəyi və yalnız Tanrının varlığı ilə açıqlana 
biləcəyi deyilir. Kantın fikrincə, kosmik sübut haqsız olaraq 
ilk səbəb olmadan, bir sonsuz səbəb və nəticələr silsilənin 
ola bilməyəcəyini qəbul edir. Bu, Kantın birinci və dördün-
cü antinomiyalarında işlətdiyi arqumentlərlə eynidir, bun-
dan əvvəlki bölümlərdə bunun cavabını araşdırdıq. Kantın 


153
kosmik  sübuta  etirazları  daha  çox  Leybnitzin  bu  sübutu 
formulasiya etmək tərzinə görədir. Kosmik sübutun İslam 
filosofları tərəfindən aləmin başlanğıcı olduğu haqda etdiyi 
formulasiyalar mövzumuz baxımından çox əhəmiyyətlidir. 
Bu formulasiyanı belə göstərə bilərik: 
1 - Hər başlanğıcı olanın bir səbəbə ehtiyacı vardır. 
2 - Kainatın bir başlanğıcı vardır.
3 - Onda kainatın da bir səbəbi vardır. 
Kantın fikirləri araşdırılsa, bu formulada etiraz edəcəyi 
nöqtənin  ikinci  maddə  olduğu  aydın  olar.  Həqiqətən  də 
ikinci  maddə  buradakı  kritik  nöqtədir.  Kitabımızın  bun-
dan əvvəlki hissələrindən “Kainatın Başlanğıcı Olduğunun 
Fəlsəfi Sübutları” qismində ikinci maddənin fəlsəfi olaraq 
doğru  olduğunu  göstərdik.  Big  Bang  nəzəriyyəsinin  bü-
tün  dəlilləri  və  entropiya  kimi  digər  elmi  sübutlar  isə  bu 
maddənin elmi olaraq da doğru olduğunu ortaya qoymaq-
dadır. Qısacası, Kant eynilə Hyum kimi “Əgər Tanrı öz var­
lığı üçün bir səbəbə möhtac deyilsə, kainatın da öz­özünün səbəbi 
olduğu nə üçün düşünülə bilməsin?” demişdir. Big Bang ter-
modinamik qanunlar, digər fiziki və fəlsəfi sübutları kaina-
tın başlanğıcı olduğunu göstərərək bu ikilinin Tanrını sübut 
etmə  baxımından  yönəltdikləri  ən  əhəmiyyətli  etirazı  eti-
barsızlaşdırmışdır. 
Zəruri varliq
Kosmik sübutun müxtəlif formulaları ola biləcəyini da-
ha əvvəl bildirmişdim. İslam filosoflarının Zəruri Varlıq və 
mümkün varlıq ayrımına əsaslanan bu sübutunun formulası 
mövzumuz baxımından olduqca əhəmiyyətlidir. Bu formu-


154
laya əsasən, Zəruri Varlığın yoxluğunu düşünmək zehində 
ziddiyyət doğurur, lakin var olmaq üçün başqasına möhtac 
olan  mümkün  varlıqların  yoxluğu  da  varlığı  kimi  müm-
kündür. Mümkün varlıqları geriyə gedən sonsuz səbəblərlə 
açıqlaya bilmərik, bunlar özündən Zəruri bir Varlıqda sona 
çatmalıdır. Buna görə də daimi bir dəyişmənin olduğu bu 
kainatda  əvvəldən  var  olmayıb  sonradan  var  olan  hər  şey 
var olmadan əvvəl və sonra mümkün varlıqdır. Əgər bun-
ların var olmaları qeyri-mümkün olsaydı, onsuz da var ola 
bilməyəcəkdilər.  Beləliklə,  mümkün  varlıqların  başlanğıcı 
olmayan Zəruri bir Varlıqda sona çatmaları labüddür ki, bu 
Zəruri Varlığa biz Tanrı deyirik. Big Bang nəzəriyyəsi İslam 
filosoflarının bu sübutunu da dəstəkləməkdədir. Bu, qısaca 
belə bir düstur kimi verilə bilər: 
1 - Mümkün varlıq olan hər şey Zəruri bir Varlığa eh-
tiyac  duyur.  Mümkün  olanın  yoxluğunu  düşünmək  ağlı 
ziddiyyətə salmaz. 
2 - Ya kainatın, ya da Tanrının Zəruri Varlıq olduğu id-
dia edilir. 
3 - Kainat mümkün varlıqdır, Zəruri Varlıq ola bilməz. 
Big Bang kainatın başlanğıcı olduğunu göstərərək kainatın 
Zəruri Varlıq olmadığını isbatlayır. 
4 - Onda kainat Zəruri bir Varlığa ehtiyac duyur. Kainat 
Zəruri Varlıq ola bilmədiyi üçün Tanrı Zəruri Varlıqdır. 
Kantın Tanrı sübut etmələrində araşdırdığı üçüncü sü-
but teleoloji sübutdur, buna dizayn, nizam və məqsəd sü-
butu da deyilməkdədir. Bu sübuta “dizayn sübutu” adı ilə 
irəlidəki  müstəqil  bir  hissədə  aydınlıq  gətirəcəyəm.  Kan-
tın  bu  sübuta  münasibəti  məchulluğu  ilə  yanaşı,  həm  də 
fərqlidir. O, bu dəlil haqqında belə deyir: “Bu dəlili daim 
hörmətlə xatırlamalıyıq, çünki o ən köhnə, ən açıq və sağ-


Yüklə 70,94 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə