C a n e r t a s L a m a n Big Bang Və Tanrı



Yüklə 70,94 Kb.
Pdf görüntüsü
səhifə37/61
tarix07.11.2017
ölçüsü70,94 Kb.
#8889
1   ...   33   34   35   36   37   38   39   40   ...   61

138
modellər müzakirə edilmişdi. Bu qədər hərarətli müzakirə 
mühitində “yoxdan yaradılış” üzərində ciddi bir müzakirə 
olmaması həqiqətən də maraqlıdır. Bu vəziyyət “təktanrılı 
dinlər olmadan insan ağlı yoxdan yaradılış iddiasında ola 
bilməmiş və ya olması çətin olmuşdur” iddiasını da haqlı çı-
xarmaqdadır. Qədim Yunanların dinamik müzakirə mühiti 
insan ağlının elmi məlumatlara söykənmədən tam düşüncə 
ilə haralara yetişəcəyinin ən gözəl nümunələrindən biridir. 
Yəhudilik, Xristianlıq və İslamiyyət kimi təktanrılı dinlər isə 
dialektikanı (ağıl yürütmə yolu ilə müzakirə) deyil, vəhy qay-
naqlı kitabların təməlində olan “yoxdan yaradılışı” müdafiə 
edirlər. Buna görə də bu dinlər elmi təcrübə və fəlsəfi dialek-
tika mühitinə ehtiyac duymadan iddialarını ortaya qoyurlar. 
Çünki bu dinlər insani təcrübə ilə meydana gəlmədiklərini, 
yaradıcı  Tanrının  mesajı  olduqlarını  söyləməkdədirlər. 
Dinlər və fəlsəfə arasındaki bu fərqi qeyd etmək vacibdir. 
Big Bang isə elmi üsullarla maddənin və zamanın başlanğı-
cını göstərərək yoxdan yaradılışı dəstəkləyirdi. Bu kitabda 
araşdırdığımız  elmi  kəşflər  təktanrılı  dinlərin  ortaya  qoy-
duğunu  dəstəkləməkdə  və  Aristotelin  və  Platonun  əzəli 
maddə fikrini inkar etməkdədir. 
Platon və Aristotel dövründəki elm
Platon və Aristotel təktanrılı bir dinin olduğundan xə-
bərdar  deyildilər.  Üstəlik,  onların  dövrlərində  elmi  kəşf-
lər çox az idi. Göyün əzəli və əbədi olduğunu söylə yərkən 
göyü  dəyişmə  və  pozulmanın  olmadığı  yaradıcı  bir  ci-
sim  olaraq  görməkləri  bunun  əyani  sübutudur.  Getdikcə 
təkmilləşdirilən teleskoplar sayəsində kosmosun bütün his-
sələrinin Yer kürəsi ilə eyni xam maddədən meydana gəldiyi, 
eyni  atomların  bütün  kosmosu  meydana  gətirdiyi  aydın 


139
olmuşdur. Kosmosun Ayaltı qisminin pozulma və dəyişmə 
olan bir sahə olduğunu, bu sahənin üstünün isə pozulmadan 
və  dəyişmədən  qorunduğunu  söyləmənin  səhv  olduğunu 
müasir dövrdə lisey şagirdləri belə çox yaxşı bilməkdədir. 
Artıq ulduzların Aristotelin fərz etdiyi kimi sonsuzdan bəri 
var olan və sonsuza qədər var olacaq cisimlər olmadığı çox 
sıradan  və  mübahisə  edilməyə  belə  ehtiyac  olmayan  bir 
məlumatdır. Halbuki Aristotelin zamanında insanlar kainat-
dakı aldadıcı dəyişməzlik hissinin təsirində idilər, ulduzların 
əzəli olduğunu söyləmək bu aldadıcı hiss ilə uyğun gəlirdi, 
bütün  kainatın  Ayaltı  qismi  ilə  Ayüstü  qismi  fərqli  hesab 
edilirdi. Aristotel və Ptolomeyin sabit Yer kürəsini kainatın 
mərkəzi sayan fikri Günəşin sisteminin mərkəzi olduğunun 
başa düşülməsi sayəsində, sonra isə digər ulduzların Günəş 
ilə eyni quruluşda olduğunun başa düşülməsi nəticəsində 
yıxıldı. Bu dəyişmə Aristotel-Ptolomey sistemini rəsmi gö-
rüş  olaraq  müdafiə  edən  Kilsəni  sarsıtdı.  Aristotelin  bu 
qədər təsirinə qapılan Kilsənin heç bir zaman “əzəli kainat” 
fikrinə qapılmaması əhəmiyyətlidir. Təktanrılı dinlərin həm 
bir-birlərilə, həm də öz məzhəbləri içində bir çox ayrılıqları 
vardır, lakin maddi dünyanın əskikliyi və Tanrı tərəfindən 
yaradılmış olduğu barəsində hamısı həmfikirdirlər. Bu çox 
əhəmiyyətli mövzu təktanrılı dinlərin həmişə birlikdə, özləri 
xaricindəki hər kəsə qarşı müdafiə etdikləri bir iddiadır. Bu 
iddianın  doğruluğunun  təsbiti  təktanrılı  dinlərə  güvənilib 
güvənilməyəcəyinin  də  təsbitidir.  Çünki  sırf  bu  iddianın 
doğruluğunun təsbiti təktanrılı dinlərin qarşısındakı bütün 
sistemlərin iflası mənasını daşımaqdadır. Platon və Aristo-
tel  müasir  elmin  məlumatlarına  sahib  olacaq  qədər  şanslı 
deyildilər.  Onların  yaşadığı  dövrdə  Kopernik-Kepler-Qali-
ley-Nyuton erası yaşanmamışdı və onlar Eynşteyn kimi bir 
mirasa da sahib deyildilər. Eləcə də Habl teleskopu, Dopler 
təsiri, Fraunhofer xəttləri kimi astronomiya üçün lazımlı inf-


140
rastrukturlar da o dövrdə mövcud deyildi. Görüldüyü kimi, 
fəlsəfə nə qədər yüksək səviyyədə edilsə də, əgər özündən 
əvvəl  elmi  mirasa,  texnologiya  məhsulu  olan  müşahidə 
vasitələrinə  və  təcrübə  şərtlərinə  sahib  deyilsə,  əskik  qal-
ma  və  səhvə  düşmə  təhlükəsi  ilə  qarşı-qarşıyadır.  Qədim 
Yunanın  filosoflarının  sahib  olmadıqları  bu  miras  onların 
fəlsəfələrindəki səhvlərin ən əhəmiyyətli səbəblərindən biri 
olmuşdur. O dövr elminin çatışmazlıqları kimi, buna paralel 
olaraq o dövrün elm və fəlsəfə dilindəki əskikliklər də onla-
rın fəlsəfəsindəki səhvlərin və qarışıqlıqların səbəbi olaraq 
görülməkdədir. 
Zamanin başlanğıcı və xülasə
Eynşteynin “nisbilik nəzəriyyəsi” zamanın mütləq olma-
dığını, zamanın sürət və cazibə qüvvəsi kimi dəyişənlərdən 
təsirləndiyini ortaya qoydu. Bu, kainatın, hərəkətin və zama-
nın bir-birinə bağlı olduğu və bu üçündən birinin olmadığı 
vəziyyətdə digər ikisindən danışmağımızın mümkün olma-
dığı mənasına gəlir. Elə isə kainatdakı hərəkətin qaynağını 
İlk Hərəkət etdiricidə bilənlər kainatdakı zamanın və kaina-
tın özünün də qaynağını bu İlk Hərəkət etdiricidə tapmaq 
məcburiyyətindədirlər. Yoxsa öz içlərində ziddiyyət yarat-
mış olarlar. Big Bang nəzəriyyəsinin və fizika elmlərindəki 
inkişafların Qədim Yunan fəlsəfəsində etdiyi düzəlişlər qı-
saca belə yekunlaşdırıla bilər: 
1  -  Kainatın  və  maddənin  əzəli  olmadığı  aydın  oldu. 
Təktanrılı dinlərə inananların kainatın və maddənin başlan-
ğıcı olduğuna dair etdikləri etirazın doğruluğu aydın oldu. 
2  -  Aristotel-Ptolomey  sistemində  statik  sərhədlərlə 
əha tələnmiş bir kainat nəzərdə tutulmuşdu. Big Bang nə zə-


Yüklə 70,94 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə