C a n e r t a s L a m a n Big Bang Və Tanrı



Yüklə 70,94 Kb.
Pdf görüntüsü
səhifə33/61
tarix07.11.2017
ölçüsü70,94 Kb.
#8889
1   ...   29   30   31   32   33   34   35   36   ...   61

124
1 - Ya Tanrı kainata nisbətdə əvvəldir. Kainat Tanrının 
əsəridir. Materialist fəlsəfə səhvdir. 
2 - Ya da maddə əvvəldir və əzəlidir. Tanrı yoxdur. Hər 
şey maddə ilə açıqlanır. Təktanrılı dinlər səhvdir. 
Günəşə ibadət edənlərlə 
Materialistlərin fərqi
Elmi  kəşflərin  fəlsəfələr  və  dinlər  üçün  nəticələr  do-
ğurduğunu  daha  əvvəl  gördük.  Məsələn,  Günəşi  tanrı 
olaraq qəbul edən bir dini müzakirə edək. Günəşin quru-
luşu  elmi  olaraq  aydın  olduqdan  sonra  Günəşin  başlan-
ğıcının və sonunun olduğu aydın oldu və bu məlumatlar 
Günəşi  tanrılaşdırmanın  səhv  olduğunu  elmi  baxımdan 
ortaya qoydu. Eyni şəkildə, Big Bang nəzəriyyəsi kainatın 
müəyyən  bir  zamanda  başlanğıcının  olduğunu  və  sonu-
nun da gələcəyini ortaya qoymaqdadır. Bu nəticə qətiyyətlə 
materialist  fəlsəfələrin  iflası  deməkdir.  Günəşə  inanan-
lar  elmi  kəşflərə  baxmayaraq  uzun  bir  müddət  boyunca 
müdafiə  olunmuş  bu  fikirlərindən  imtina  etməyə  bilərlər, 
necə ki çox az olsalar da, hələ də bu inanca sahib insanlar 
var. Big Bang nəzəriyyəsinə baxmayaraq materializmin da-
vam etməsi Günəşin quruluşu elmi olaraq aydın olduqdan 
sonra Günəşə inanmağa davam edənlərlə eynidir. Kainatın 
əzəliliyi  və  əbədiliyi  təməli  üzərinə  sistemlərini  quranlar 
kainatın bir başlanğıcı olduğu elmi olaraq ortaya çıxdıqdan 
sonra buna davam etdikləri üçün avtomatik olaraq günəşə 
sitayiş  edənlərlə  eyni  cərgəyə  girmişdirlər.  Bu  cür  hala 
gəlmiş materializmi elmi materializm olaraq deyil, elmdən 
kənar materializm və ya materialist fideizm (imançılıq) ola-
raq adlandırmaq daha doğru olardı. Elmi və ağlı rədd edən 
bir  hindu  öz  fəlsəfəsinin  (və  ya  dininin)  sonsuz  dövrləri 


125
içində  saxladığı  əzəli  kainat  modelini  elmi  kəşfləri  heç 
nəzərə almadığı üçün davam etdirə bilər. Lakin bir mark-
sist-ateist üçün bu o qədər də asan deyil. Çünki Marksizm 
elmi  müqəddəs  hesab  etmiş  və  marksistlər  həm  dinlərə, 
həm də şübhəçi fəlsəfələrə qarşı olmuşdurlar. Məsələn, En-
gels bir yandan elmin müvəffəqiyyətlərini qeyd etdiyi hal-
da, bir tərəfdən də Kantı bu müvəffəqiyyətlərə əsaslanaraq 
belə tənqid etməkdədir: “Kantın dövründə təbii obyektlər 
mövzusundakı məlumatımız həqiqətən elə məhdud idi ki, 
onların hər biri üzərində bildiyimiz az bir şeyin kənarında, 
sirlərlə  dolu  bir  şey  tapıldığı  çox  yaxşı  fərz  edilə  bilərdi. 
Amma  bu  anlaşılmaz  şeylər  elmin  nəhəng  addımları  ilə 
irəliləməsi əsnasında qavranıldılar, təhlil edildilər. Üstəlik, 
yenidən  ortaya  çıxarıldılar  ortaya  çıxara  bildiyimiz  şeyin 
məchul  olduğunu,  əlbəttə,  düşünə  bilmərik.  Bu  əsrin  (19-
cu əsr) birinci yarısında üzvi maddələr kimya üçün sirlərlə 
dolu obyektlər idi; bu gün onlardan ardıcıl olaraq, həqiqi 
müddətlərin  köməyi  olmadan  kimyəvi  elementlərindən 
istifadə edərək etməyi öyrənirik.” 
Elmi inkişafla dəyişmə
Elmi müqəddəs hesab etmiş olan materialist anlayışlar 
elmdəki  dəyişikliklərin  fəlsəfəni  yenidən  formalaşdırmalı 
olduğunu vurğulamışdırlar. Məsələn, Lenin Engelsdən si-
tatlar  gətirərək  belə  deyir:  “Təbiət  elmləri  sahəsində  cığır 
açan hər kəşflə materializm öz formasını dəyişdirməlidir.” 
Marksist-materialistlər  elmə  verdikləri  əhəmiyyəti  israr-
la vurğulamışlar və “elmi sosializm”, “elmi tarix anlayışı” 
kimi  deyimlərlə  davamlı  olaraq  elmi  yönlərini  ön  plana 
çıxarmışlar, özləri kimi düşünməyənləri elmdən kənar ol-
maqla günahlandırmışdırlar. 


126
19-cu  əsr  və  sonrasının  materialistləri  elmin  müvəffə-
qiyyətlərini  həm  Berkeley  idealizminə,  həm  də  Kant  şüb-
həçiliyinə qarşı istifadə etmişlər. Buna görə də bu fəlsəfənin 
fizikadakı  elmi  inkişafların  hakimliyini  qəbul  etməməsi 
böyük  bir  ziddiyyət  yaratmış  olur.  Necə  ki  Engels  kim-
ya  elmindəki  inkişaflarla  Kantın  “özündə  olana”  dair 
şüb həçi  yanaşmalarını  sorğulayırsa,  kimya  elminə  Kant 
şübhəçiliyini sorğulatdırırsa, Big Bang nəzəriyyəsi ilə mate-
rialist fəlsəfəni qarşı qarşıya qoymaq da buna bənzəyir. Ma-
terialist  fəlsəfənin  mütəfəkkirləri  fəlsəfənin  ən  fundamen-
tal problemi olaraq Tanrınınmı, maddəninmi əvvəl olduğu 
problemini  göstərdikləri  nöqtədə  astro-fizika  elmindəki 
inkişaflar  materializmi  mühakimə  etməkdə  və  məhkum 
etməkdədir. Fəlsəfə vasitəsilə elmi sorğulamaq bu dəfə ma-
terializmi ən fundamental yerindən - maddənin əzəli olma-
dığı nəticəsindən- etibarsızlaşdırmaqdadır. Bu yalnız səthi 
bir reviziya deyil, həm də materializmin tamamilə ləğvidir. 
Materialist əxlaqın da ləğvi
Maddəni  əzəli  qəbul  edən  bütün  fəlsəfələr  ən  funda-
mental  nöqtələrindən  etibarsızlaşdırıldıqda  sistemlərini 
kökdən  dəyişmək  məcburiyyətindədirlər.  Çünki  bütün  bu 
fəlsəfələr  bu  təməl  qəbulların  üzərində  yüksəlmişdirlər. 
Məsələn,  əxlaq  mövzusunu  götürək;  maddəni  əzəli  qəbul 
edən bütün sistemlərin əxlaqla bağlı baxış bucaqları yenidən 
gözdən keçirdilməlidir. Çünki bu sistemlər maddəni əsas və 
tək səbəb olaraq görmüş, Tanrını yox saymış, sistemlərinin 
əxlaqi strukturlarını bu anlayış tərzi ilə formalaşdırmışdır-
lar. Bu sistemlərin əsas müddəası səhv çıxanda bu iddiaya 
söykənən əxlaqi sistemləri də etibarsız olacaqdır. Maddəni 
əzəli  qəbul  edən  hər  fəlsəfi  və  ya  dini  sistem  eyni  əxlaqi 


127
strukturu  müdafiə  etmir,  hətta  bu  sistemlərin  əxlaqi  fan-
tastikalarında belə böyük fərqlər vardır. Epikürün dünyəvi 
zövqlərdən  faydalanmağı  nəsihət  edən  hedonist  əxlaqını, 
buddistlərin ehtiraslardan imtina etməyi söyləyən əxlaqını 
və marksistlərin ideologiyalarına görə formalaşdırılmış ak-
tivist  əxlaqını  eyni  sferaya  qoya  bilmərik.  Lakin  bütün  bu 
ayrı  əxlaqi  yanaşmalarda  maddəni  əzəli  qəbul  etmək  və 
Tanrının  varlığını  inkar  etmək  kimi  ortaq  təməl  nöqtələr 
vardır.  Maddə  əzəli  qəbul  edildikdə  maddənin  sahib  ol-
madığı şüura sahib “insan” və ya “insanlıq” əxlaq anlayı-
şının mərkəzinə yerləşməkdədir. Buddizmin qurtuluş üçün 
ehtiraslardan  təmizlənməyi  nəsihət  etməsi  də  Epikürün 
xoşbəxtliyi  məqsəd  olaraq  tövsiyə  etməsi  də  həmişə  tam 
“insan” mərkəzli bir dünya görüşü ilə meydana gəlmişdir. 
Lakin bu istiqamət insanın məhdud gücü ölüm kimi həyatın 
çox  əhəmiyyətli  bir  gerçəyi  ilə  mübarizə  aparmağa  imkan 
vermir. Həyatı qısa və ölümlə nöqtələnən bir müddət olaraq 
görən insanların eqoist duyğulardan hansı şüurlu əsaslarla 
imtina edəcəyini materialist fəlsəfələr açıqlaya bilmir. Mate-
rialist fəlsəfələrə inanan bəzi insanlarda yaxşı əxlaqlı dav-
ranışlara  şahidlik  edə  bilərik.  Bu  izah  edilənə  zidd  deyil, 
çünki deyilmək istənən şey materialistlərin əxlaqi davranış 
sərgiləyə  bilməyəcəyi  deyil,  materialist  fəlsəfənin  əxlaqi 
davranışları şüurlu olaraq əsaslandıra bilməyəcəyidir. Tan-
rını kainatın yaradıcısı olaraq qəbul edən fikirlərdə Tanrının 
üstünlüyü,  iradəsi,  gücü  əsas  olduğu  üçün  əxlaqın  təyin 
olunması da “Tanrı” mərkəzə qoyulduqda reallaşır. Tanrı-
nın varlığının başa düşülməsi insanlara həll edə bilmədikləri 
ölüm problemi ilə mübarizə aparmalarını təmin edəcək və 
onları  eqoist  duyğulardan  xilas  olmalarının  səbəbi  olaraq 
şüurlu  bir  təmələ  qovuşduracaqdır.  Buradan  da  görürük 
ki, Big Bang nəzəriyyəsinin “əxlaq fəlsəfəsi” baxımından da 
nəticələri  vardır.  Çünki  Tanrının  varlığını  təsbit  etmək  və 


Yüklə 70,94 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə