C a n e r t a s L a m a n Big Bang Və Tanrı



Yüklə 70,94 Kb.
Pdf görüntüsü
səhifə29/61
tarix07.11.2017
ölçüsü70,94 Kb.
#8889
1   ...   25   26   27   28   29   30   31   32   ...   61

110
Amma nə etsək də, ümumi entropiya həmişə artır. Halbuki 
nə etməyimizdən asılı olmayaraq, heç bir insanın zaman an-
layışını dəyişdirə bilməz, psixoloji oxu ilə oynaya bilmərik; 
kimsənin  “əvvəl”  və  “sonra”sının  yerlərini  bir  an  belə 
dəyişdirə bilmərik. Zaman hər insan üçün və kainatın hər 
nöqtəsi üçün hər an tək istiqamətli axır. İrəliləyən zaman heç 
vaxt “ümumi zaman” anlayışı ilə ifadə edilməsi ilə əlaqədar 
olaraq  tək  istiqamətli  deyildir,  halbuki  termodinamik  ox 
həmişə “ümumi entropiya” ilə irəliləyir. Həmçinin, insanın 
zamanı  qavraması  ilə  Entropiya  Qanunu  arasında  mütləq 
bir uyğunluq göstərilə bilməz. İnsanlar Entropiya Qanunu-
nun fərqinə varmadan kainatı qavrayırlar, əgər sistemdəki 
entropiya  artırsa,  insanın  zaman  anlayışının  dəyişəcəyinə 
dair heç bir məntiqi səbəb yoxdur. Bu da psixoloji ox ilə ter-
modinamik oxun fərqli olduğunu göstərir və Houkinq bu-
rada da yanılmaqdadır. Görülür ki, Houkinq, entropiyanın 
tək istiqamətli axışı ilə zamanın tək istiqamətli axışını qarış-
dırmaq ( paralel olanı eyni saymaq) kimi bir səhv etmişdir.
Houkinq və elmi fantastika
Bizi  maraqlandıran  əsl  mövzuya  qayıtsaq,  Houkin-
qin  öz  etiraflarından  zaman  mövzusu  haqqındakı  səhv 
qiymətləndirmələrinin onu sürüklədiyi səhv nəticələr orta-
dadır. Kim bilir, bəlkə də bunun səbəbi Houkinqin elmi-fan-
tastikaya olan marağıdır və o, kitablarında bir elmi fantasti-
ka həyəcanı yaratmaq istəyir. Onun sonradan səhvini anla-
dığını söylədiyi əvvəl ölüb sonra yaşayıb ən sonda da doğu-
lacaq olan insan fikri bu həyəcanı həm Houkinqin zehnində, 
həm də oxucularda meydana gətirə bilməkdədir. Houkin-
qin  fikirlərilə  maraqlananlardan,  hətta  onun  proyektləri 
üçün pul tapılmasını təmin edənlərdən biri də ən məşhur 


111
elmi-fantastik  filmlərin  prodüsseri  Spilberq  olmuşdur.  Bu 
ikili  görüşmələrində  bir-birlərinə  iltifatlar  etmiş,  Houkinq 
zarafat edərək çəkəcəyi filmin adının “Dördüncü Gələcəyə 
Geri Dön” olmalı olduğunu söyləmişdir. Houkinqin zaman 
haqqındakı  yanaşmalarının  gerçək  dünyada  qarşılığı  yox-
dur, fəlsəfi olaraq desək, bu zaman anlayışının ontoloji bir 
dəyəri  yoxdur.  Kavallerinin  dediyi  kimi:  “Müşahidələrə 
söykənən hər dəyər gerçək bir ədəd ilə ifadə olunmalıdır, 
yoxsa  o  xəyali  elmin  və  ya  elm-fantastikanın  mövzusuna 
çevriləcəkdir.”  Houkinq  fiziki  nəzəriyyələrin  yalnız  riyazi 
modellər olduğunu və bu modellərin gerçəyə uyğun gəlib-
gəlmədiklərinin  əhəmiyyətsiz  olduğunu  söyləmişdir.  Bu 
zehniyyət  Houkinqin  “xəyali  zaman”  anlayışını  meydana 
gətirməsinə və bu xəyali zamanda bir elmi-fantastik filmdə 
olduğu kimi irəli-geri gedə biləcəyi iddiasını ortaya atmasına 
səbəb olmuşdur. Kavallerinin müşahidəyə söykənən gerçək 
ədədləri  istifadə  etməyənlərin,  elmi  fantastika  ilə  məşğul 
olduğunu  söyləməsi  necə  də  doğrudur!  Houkinqə  edilən 
digər bir tənqid isə Houkinqin modelində kainatın başına 
doğru  gedəndə  gerçək  zamandan  xəyali  zamana  keçişdə 
zaman  anlayışının  kosmik  ölçülərlə  bərabərləşməsidir. 
Kosmosun  ölçülərində  arada  olmaq  əsasdır;  məsələn,  X 
ilə Y düz xəttinin ortasında A nöqtəsi var ola bilər, amma 
zamanda  “prioritet”  və  “sonralıq”  əsasdır.  Məsələn,  B 
hadisəsi  C  hadisəsindən  əvvəldir,  C  isə  D  hadisəsindən 
əvvəldir kimi. Houkinqin yanaşmasında zaman kosmosun 
digər  ölçüləri  ilə  eyni  kateqoriyada  qəbul  edilir  və  özünə 
xas xüsusiyyətləri də nəzərə alınmır. Houkinqin ən böyük 
çətinliklərindən biri “xəyali zaman”ı, “gerçək zaman”a bağ-
lamaqdır. Xəyali zamanda kvant vəziyyətindən necə gerçək 
zamana keçilmişdir? Houkinqin xəyali zaman və gerçək za-
man mövzusundakı çətinliyini “Zamanın Qısa Tarixi” adlı 
kitabındakı bu cümlədən anlaya bilərsiniz: “Buna görə də 


112
gerçək zamanınmı, yoxsa xəyali zamanınmı gerçək olduğu 
sualını soruşmağın mənası yoxdur.” Houkinqin xəyali za-
man dizaynı nə fəlsəfə, nə fizika, nə də sağlam fikir baxımın-
dan etibarlıdır. Houkinq uydurduğu bu anlayışdan gerçək 
zamana necə keçildiyini heç bir zaman göstərə bilməmişdir
Houkinq və pozitivizm
  Kainatın  başlanğıcındakı  “Plank  zamanı”nda  bütün 
fiziki  qanunlar  yox  olur.  Bu  vəziyyətdə  tam  bir  tərif  edilə 
bilməzlik,  hətta  xəyal  belə  edilə  bilməzlik  vardır.  İbn  Sina 
yoxluğun bir şey olmadığını, ona görə də xəyal belə edilə 
bilməyəcəyini söyləyir. Kainatın ilk halı İbn Sinanın “yox-
luq” tərifinə tam uyğun gəlməkdədir. Yoxluqdan gözlənilən 
tərif edilə bilməzlik və fiziki qanunların yoxluğu vəziyyəti 
kainatın  başlanğıcında  vardır.  Kainatın  başlanğıcına  dair 
riyazi  düsturlar,  kainatın  bu  vəziyyətində  sıxlığın  sonsuz 
olduğunu  göstərməkdədir.  Halbuki  kainatdakı  heç  bir  şe-
yin sıxlığı sonsuz ola bilməz, bu vəziyyət də kainatın baş-
lanğıcının  yoxluğa  uyğun  gəldiyini  dəstəkləməkdədir. 
İşin maraqlı tərəfi odur ki, elmi düsturlar və riyazi hesab-
lamalar  kainatın  tam  başına  gəldikdə  fizika  qanunlarının 
işləməyəcəyini göstərməkdədir. Qısacası, elmi düsturlar ka-
inatın başlanğıcının “yoxluq” ilə eyni təriflərə sahib olduğu-
nu göstərməkdədir. Kainatın başlanğıcında kosmosun yox 
olması,  zamanın  dayanması  da  bu  başlanğıc  vəziyyətinin 
yoxluğa bərabər olduğunu göstərməkdədir. Kosmos və za-
manın olmadığı maddi bir varlığın tərifi mümkün deyil. Ay-
dın olur ki, Stefen Houkinq bu nəticəni görmüş və özünün 
də ifadə etdiyi kimi fiziki qanunların kəsilməməsini arzu et-
mişdir. Kimsə Houkinqə arzu edilənlə gerçək olanın fərqini 
mütləq  izah  etməlidir!  Houkinq  bunun  ardınca  öz  poziti-


Yüklə 70,94 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə