C a n e r t a s L a m a n Big Bang Və Tanrı



Yüklə 70,94 Kb.
Pdf görüntüsü
səhifə26/61
tarix07.11.2017
ölçüsü70,94 Kb.
#8889
1   ...   22   23   24   25   26   27   28   29   ...   61

99
yayılımı bu model ilə açıqlana bilməz. Kainatın çöküş döv-
ründə bir çox yeni qara dəlik meydana gələcək və bu qara 
dəliklər  ilə  lap  əvvəldən  mövcud  olan  qara  dəliklər  ətraf-
larındakı  maddəni  udaraq  bağlanacaq.  Bu  isə  maddənin 
homogen  olmayan  bir  şəkildə  yayılmasına  səbəb  olacaq. 
Kainatın sonunda başlanğıc dövründən daha çox qara dəlik 
olacaq. Bu isə homogenliyin və arzu edilən simmetriyanın 
hər dəfə açılıb-bağlanmasının qarşısını alır. Bu da açılıb bağ-
lanmanın davamlılığını qeyri-mümkün edir.
Riçard tolmanın təcrübələri
Riçard Tolmanın təcrübələri də Açılıb-bağlanan Kainat 
modelinin  qeyri-mümkün  olduğunu  ortaya  qoymaqdadır. 
Onun fikrincə, kainat Big Bang-dən qalan şüalara malikdir 
və ulduzların yaydığı işıq bunu davamlı olaraq artırmaqda-
dır. Buna görə də kainat əgər bağlanmağa başlayarsa, Big 
Bang-dən dərhal sonrakı şüa enerjisindən daha çox şüa ilə 
bağlanmağa başlayacaq. Yəni kainat köhnə ölçüsünə çatdı-
ğı hər nöqtədə daha isti olacaq. Bu, maddədən şüalanma-
ya qədər enerji transferi ilə reallaşmışdır. Bu, kainatın daha 
sürətli çökməsinə səbəb olacaqdır. 
Əgər fiziki olaraq yenidən açılma mümkün olsaydı, bu, 
kainatın əvvəlki genişləməsindən daha sürətlə reallaşacaq-
dı. Bu isə bir nöqtədən kainatın bağlana bilməyəcək sürətdə 
genişlənməsi deməkdir. Rus fiziklər İqor Novikov və Yakob 
Zeldoviç  də  Açılıb-bağlanan  Kainat  modelinin  simmetrik 
dövrlərinin  müdafiə  oluna  bilməyəcəyini  və  bu  modelin 
sonlu bir başlanğıc fikrindən qaça bilməyəcəyini təcrübələri 
ilə sübut etmişdirlər.


100
Kainatın kritik sürətinin nizamlayıcısı
 Açılıb-bağlanan Kainat modelinin yalnız fiziki olaraq 
işlədiyini  və  heç  bir  kənar  Gücün  buna  təsiri  olmadığını 
söyləyənləri gözləyən daha bir əhəmiyyətli məsələ var. Əgər 
Big Bang çox sürətli bir partlama olsaydı, kainatdakı maddə 
çox sürətli bir şəkildə kosmosa dağılacaqdı və həm ulduz-
lar, həm də qalaktikalar meydana gələ bilməyəcəkdi. Əgər 
Big  Bang  daha  yavaş  bir  partlama  olsaydı,  bu  dəfə  kütlə 
çəkilişinin təsirilə maddə dərhal bağlanacaq və həm qalak-
tikalar,  həm  də  ulduzlar  yenə  mövcud  ola  bilməyəcəkdi. 
Açılıb-bağlanan  Kainat  modelində  bütün  partlamaların 
simmetrik olmasının vacibliyinin bir səbəbi də budur. Çün-
ki  başqa  cür  müxtəlif  maddə  bir  daha  bir  aya  toplanma-
yacaq şəkildə dağılıb sona gəlinəcək və ya heç bir zaman 
açıla bilməyəcək bir şəkildə bağlanma yaşanacaqdı. Entro-
piya Qanunu və Tolmanın təcrübələri Açılıb-bağlanan Kai-
nat modeli mümkün olsaydı belə bu sondan xilas olmanın 
qeyri-mümkünlüyünü göstərməkdədir. Bir anlıq Entropiya 
Qanununu və Tolmanın təcrübələrindən xəbərdar olmadı-
ğımızı fərz edək. Kainatın dərhal çökməməsi və maddənin 
göy  cisimlərini  meydana  gətirmədən  dağılmaması  üçün 
Big  Bang  partlaması  kritik  bir  sürətdə  baş  verməlidir.  Bu 
sürətin meydana gəlməsinin ehtimalı bəzi elm adamlarının 
bənzətməsinə görə bir karandaşın havaya atılanda ucunun 
üstündə dayanmasının ehtimalı qədər belə deyil. Bu ehti-
malın  yoxlama-yanılma  ilə  müəyyən  edilməsi  mümkün 
deyil. Çünki yanılmaların cüzi bir istiqaməti belə maddəni 
qaçıra bilər və bir qaçırılan istiqaməti isə açıla bilməyəcək 
bir  təklik  meydana  gətirər.  Elə  isə Açılıb-bağlanan  Kainat 
modelini meydana gətirənlər bir dəfə havaya atılan bir ka-
randaşın  ucunun  üzərində  təsadüfən  dayandığını  qəbul 
etmək  məcburiyyətindədirlər,  eləcə  də  bu  qələm  hər  dəfə 


101
havaya atılanda bu hadisənin təkrar-təkrar reallaşdığını də 
qəbul etmək məcburiyyətindədirlər. Kainatı təşkil edən xa-
rici bir Güc qəbul etməyənlər nə edə bilərlər ki?
Açılıb-bağlanan kainat modelini 
etibarsızlaşdıran sübutların xülasəsi
Bu modeli hindu reinkarnasiya inancının elmi qarşılığı 
olaraq görənlər olmuşdur. Hindu inancında kainat əzəlidir 
və  ruhlar  kainatın  içində  tarazlanmış  bir  gəlib-getmə  ya-
şayırlar. Hindu “reinkarnasiya” inancı da köklərində əzəli 
kainat fikrini daşımaqdadır. Açılıb-bağlanan Kainat modeli 
əzəlilik ilə tarazlanmanı bir yerdə ehtiva etdiyi üçün hind 
reinkarnasiyasına  bənzədilmişdir.  Açılıb-bağlanan  Kainat 
modelinin tək bir sübutu belə yoxdur. Üstəlik, elmi sübutlar 
da  Açılıb-bağlanan  Kainat  modelini  etibarsızlaşdırmışdır. 
Bu modeli etibarsızlaşdıran elmi məlumatların bir qismini 
bu cür sıralaya bilərik: 
1  -  Bağlanan  bir  kainatın  yenidən  açılması  cazibə 
qüvvəsi kimi fiziki qanunlara ziddir. 
2 - Nisbilik nəzəriyyəsinin düsturları üzərində aparıl-
mış elmi tədqiqatlar Big Bang-in kosmosun və zamanın baş-
lanğıcı olduğunu ortaya qoymuşdur. 
3  -  Kainatdakı  maddənin  homogen  quruluşu  Açılıb-
bağlanan Kainat modeli ilə uyğunlaşmır. 
4 - Termodinamikanın ikinci qanunu (Entropiya Qanu-
nu) bütün məlumatlardan müstəqil olaraq əzəli Açılıb Bağ-
lanan Kainat modelini etibarsızlaşdırmışdır. 
5  -  Tolmanın  elmi  işi  əgər  kainat  bağlandıqdan  sonra 
yenidən açıla bilsəydi, hər açılmanın ilkindən daha sürətli 


102
olmalı olduğunu ortaya qoymuşdur. Bu isə bir nöqtədə bü-
tün maddənin bir daha toplana bilməyəcək şəkildə dağıl-
ması deməkdir. Nəticədə, kainat əbədi ola bilmirsə, başlan-
ğıcı olmalıdır. 
6 - Açılıb-bağlanan Kainat modeli kainatın “kritik sü-
rətdə”  genişlənməsini  tələb  edir.  Lakin  nizamlayıcı  üstün 
bir Güc olmadan bu kritik sürətin necə reallaşmasının tərifi 
verilə bilməz. 
7  -  Açılıb-bağlanan  Kainat  modeli  bu  “kritik  sürətin” 
davamlı  qorunmasını  da  tələb  edir.  Bu  isə  təsadüfən  ucu 
üstündə  dayanmış  olan  qələmin  ona  vurulan  hər  təpik 
zərbəsinə baxmayaraq yenə ucu üstündə dayanmağı bacar-
ması kimidir.
3-STEFEN HOUKINQ VƏ XƏYALI ZAMAN
 Houkinq və penrosun təklik nəzəriyyələri
Stefen Houkinq və Rojer Penros Eynşteyn düsturlarını 
istifadə edərək apardıqları tədqiqatlarda kainatın və zama-
nın  bir  təklikdən  başladığını,  Big  Bang-dən  əvvəl  zaman 
anlayışının  bir  mənası  olmadığını  ortaya  qoymuşdurlar. 
Houkinq  Kantın  antinomiyalarını  Nyutonun  “mütləq  za-
man”  anlayışına  görə  meydana  gətirdiyini,  buna  görə  də 
yanıldığını  göstərməkdədir.  O,  eləcə  də, Aqustinin  zama-
nın kainat ilə birgə başladığına dair düşüncəsini zamanın 
nisbiliyinə dair məlumatların məlum olmadığı bir dövrdə 
ortaya qoymasını bildirməkdədir. Houkinq heç bir zaman 
Penros ilə etdiyi işləri etibarsız qəbul etməmiş, hər vaxt bu 
işlərinə sahib çıxmış və bu işlərinin doğru olduğunu bildir-
mişdir. “Zamanın Qısa Tarixi” adlı məşhur kitabında Hou-


Yüklə 70,94 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə