C a n e r t a s L a m a n Big Bang Və Tanrı



Yüklə 70,94 Kb.
Pdf görüntüsü
səhifə25/61
tarix07.11.2017
ölçüsü70,94 Kb.
#8889
1   ...   21   22   23   24   25   26   27   28   ...   61

95
duğunu  söyləyən  modelləşdirmə  ortaya  qoymaqdır.”  Heç 
bir nəzəri sübut və nəzəri səbəb yox ikən Açılıb-bağlanan 
Kainat modelinin ortaya atılması yalnız və yalnız kainatın 
başlanğıcı olduğu nəticəsinin bizi kainat xarici bir Səbəbə 
və Gücə aparması ucbatındandır. Lakin bu cəhd bir şeyi də 
isbat etməkdədir: Big Bang-in sübutları o qədər güclüdür 
ki,  bu  nəzəriyyənin  apardığı  fəlsəfi  nəticələrdən  qaçmaq 
istəyənlər  belə  nəticədə  bu  modeli  təkrarlayaraq  sırf  bu 
nəzəriyyənin  bir  başlanğıc  tələb  edən  fəlsəfi  nəticəsindən 
qaçmaq üçün rəy bildirmə illüziyasına düşmüşdürlər.
Kainatı yenidən açacaq elmi 
bir mexanizm yoxdur
 
Hər şeydən əvvəl, bu model fizikanın məlum olan bü-
tün  qanunlarına  ziddir.  Yale  Universitetindən  Professor 
Tinslinin dediyi kimi, kainatın bağlanmasını geriyə doğru 
sıçradacaq heç bir fiziki qanun mövcud deyil. Fizikanın bizə 
söylədiklərinə əsasən, kainat, kosmos və zaman hamısı bir 
yerdə Big Bang ilə başlayır, daha sonra bu genişlənmə ya Big 
Chill (Böyük Donma) və ya Big Crunch (Böyük Çöküş) ilə 
nəticələnir. Kainatdakı genişlənmənin bir nöqtədə dayanıb 
kütlə çəkilişinin təsirilə geri bağlanmanınmı (Big Crunch) 
yaşanacağı, yoxsa genişləmə sürətinin kütlə çəkilişinə qalib 
gəlib kainatın bir istilik ölümüyləmi (Big Chill) yox olacağı 
hələ də mübahisə edilməkdədir. Bu ssenarilərdən hansının 
doğru olduğunun üzə çıxması üçün bu dəyərlərin tam ola-
raq hesablanması mütləq vacibdir:
1 - Kainatdakı maddə sıxlığı 
2 - Kainatın yaşı
3 - Kainatın genişlənmə sürəti


96
İki  ssenaridən  hansının  daha  doğru  olduğunun  he-
sablanması  üçün  xüsusilə  “maddə  sıxlığını”  hesablamaq 
əhəmiyyətlidir.  Saydığımız  üç  punktdan  ən  çox  problem-
li  olan  isə  maddə  sıxlığının  hesablanmasıdır.  Çünki  kai-
natdakı  qara  dəlikləri  (işıq  yaymadığı  üçün)  və  neytrino 
kimi  eqzotik  maddələri  tam  olaraq  hesablamaq  müm-
kün  deyil.  Kainatdakı  bağlanmanı  təmin  edəcək  maddə 
miqdarı  “Omeqa”  deyə  adlandırılan  kritik  bir  dəyərlə 
ifadə  edilməkdədir.  İndiyə  qədərki  hesablamalar  kainat-
dakı  maddə  sıxlığının  kritik  dəyərin  altında  olduğunu 
göstərməkdədir. Bu gözləniləndən daha çox eqzotik maddə 
və ya qara dəliyin tapılması sayəsində (və ya kütlə çəkilişi 
olan  başqa  maddələr)  dəyişə  bilər.  Maddənin  kritik  sıx-
lığın  altında  olması  kainatın  daim  genişlənərək  bir  istilik 
ölümü yaşayacağını söylədiyindən bu ssenari artıq kaina-
tın  bağlanmasına  icazə  vermir  və  Açılıb-bağlanan  kainat 
modelini  etibarsızlaşdırır.  Mən  bu  iki  ssenaridən  Böyük 
Xarıltının (Big Crunch) reallaşmasının kainatdakı cədvəllə 
daha  uyğun  olduğunu  düşünürəm.  Xam  maddəsi  torpaq 
olan elementlərdən yaradılan bitkilər, heyvanlar və insan-
lar  öləndə  öz  əsl  vəziyyətlərinə  geri  dönməkdədirlər.  Toz 
buludlarından ibarət olan ulduzlarda da eyni geri dönüşü 
müşahidə edə bilərik. Kainatın başladığı şəkildə bağlanma-
sı,  məncə,  ümumi  kainat  cədvəli  ilə  daha  uyğun  və  daha 
gözəl bir ssenaridir. Kitabımız boyunca mövcud elmi sübut-
lardan yaralanaraq bu nəticəyə doğru irəlilədik. Bu mövzu-
da isə kainatdakı mövcud cədvələ baxaraq olması mümkün 
görünən  iki  ssenaridən  hansının  yaradılmasının  daha  uy-
ğun olduğunu təxmin etməyə çalışmışam. Təbii ki, bu bir 
təxmindir, elmi bir məlumat deyil. Bu təxminimdəki moti-
vasiyam daha sadə, daha gözəl, daha uyğun hesab etdiyim 
ssenaridən  yana  mövqeyimi  istifadə  etməyimdir.  Bu  yenə 
də bir təxmindir... 


97
Kainatın bağlanacaq olması kütlə çəkilişinə qarşı gələcək 
və maddəni xaricə itələyəcək heç bir fiziki qüvvənin olma-
ması  qarşısında  yekun  son  ola  bilər.  Qısacası,  kainatdakı 
maddənin  genişlənməni  saxlayıb,  bağlanmaq  mərhələsinə 
keçib bağlanmağı təmin etməsi heç nəyi dəyişdirməz: Açılıb-
bağlanan kainat modeli yenə də fizika qanunlarına ziddir.
Təklik zamanın dayanmasıdır
  Rojer  Penros  hər  qara  dəliyin  bir  təklik  olduğunu 
və  maddə  hissəciklərinin  bu  təkliyin  içində  bir-birinin 
üzərindən sürüşüb keçməsinin mümkün olmadığını göstə-
rən  ilk  adamdır.  Penros  daha  sonra  Houkinqlə  bir  yerdə 
apardığı təcrübələrində kainatın və zamanın bir təklikdən 
doğulduğunu  isbat  etmişdir.  Bundan  əvvəl  Açılıb-bağ-
lanan  Kainat  modelini  müdafiə  edənlər  kainatın  bağlan-
ma  dövründə  bir  təkliyə  düşmədən,  maddənin  yan-yana 
keçərək kainatın yenidən açılacağını demişdilər. Penros və 
Houkinqin riyazi isbatları bunun mümkün olmadığını orta-
ya qoymuşdur. Bu ikilinin təcrübələri bu təkliyin içində za-
manın dayandığını da göstərmişdir. Qısacası, kainatın bağ-
lanması zaman anlayışının bitməsi deməkdir, halbuki Açı-
lıb-bağlanan  Kainat  modeli  ilə  zamanın  kəsintisiz  davam 
etdiyi, kainatın bir başlanğıcı olmadığı müdafiə olunmağa 
çalışılmışdı. Eynşteyn nisbilik nəzəriyyəsini ortaya qoyma-
mışdan  əvvəl  kosmosun  daxilində  zamanla  əlaqəli  olaraq 
cisimlərin  cəzb  etdiyini,  qalaktikaların  hərəkət  etdiyini, 
lakin kosmosun və zamanın bunlardan heç təsirlənmədiyi 
zənn edirdilər. Nisbilik nəzəriyyəsinin yaratdığı ən böyük 
zehni inqilab kosmosun və zamanın da dəyişən olduğunu 
və  bunların  bir-birinə  bağlı  olub,  hər  ikisindən  kosmos-
zaman  deyə  bir  yerdə  bəhs  edilməsinin  doğru  olduğu-


98
nu  göstərməsidir.  O  halda  kosmosun  bağlandığı  an  olan 
“təklik” zamanın yox olmasını ifadə edir. Artıq bağlanan ka-
inatı yenidən açacaq bir qüvvə qalmadığı kimi, bu hadisələr 
silsiləsini davam etdirə biləcəyimiz bir “zaman” da yoxdur. 
Buna görə də “Big Bang-dən əvvəlki zamanda nə oldu?” 
sualına “Big Bang-dən əvvəl kosmos-zaman yox idi” deyə 
cavab verilir. Yaxşı, “Big Bang kosmosun harasında oldu?” 
deyə  soruşulduqda  isə  verilən  cavab  “Big  Bang  kosmo-
su  meydana  gətirdi,  Big  Bang-dən  əvvəl  kosmos  yox  idi” 
şəklindədir.
 
Entropiya qaçılmazdır
Əvvəldən  gördüyümüz  kimi,  termodinamikanın  ikin-
ci  qanunu  kainatda  daimi  olaraq  entropiyanın  artdığını 
söyləməkdədir.  Buna  görə  ən  sonunda  termodinamik  ta-
razlığa  gəlinəcək  və  hərəkət  dayanacaq.  Entropiya  artımı 
mexaniki bir işi reallaşdıracaq enerjinin getdikcə azalması 
deməkdir.  Atılan  bir  topun  tullanmalarının  getdikcə  aza-
lıb sonda dayanması buna bir nümunədir. Açılıb-bağlanan 
Kainat modeli ilə kainatın və zamanın sonsuzluğu müdafiə 
olunmağa  çalışılmışdır.  Bu  davamlılıq  isə  kainatın  hər 
vəziyyətinin bir-biri ilə fiziki əlaqəsini tələb edir. Lakin ent-
ropiyadan qaçış yoxdur. Kainat açılıb-bağlana bilsəydi belə 
entropiyası artdığı üçün bir müddət sonra açılmağı təmin 
edəcək  mexaniki  enerjini  tapa  bilməyəcəkdi.  Fizikanın  ən 
fundamental qanunlarından olan entropiya hər vəziyyətdə 
kainatın sonu olduğunu, sonu olanın isə əvvəli olmasının 
labüd olduğunu ortaya qoymaqdadır. 
Nəzəri astronomiyanın məlumatları da bu modeli eti-
bar sızlaşdırmışdır.  Kainatda  görünən  maddənin  homo gen 


Yüklə 70,94 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə