C a n e r t a s L a m a n Big Bang Və Tanrı



Yüklə 70,94 Kb.
Pdf görüntüsü
səhifə24/61
tarix07.11.2017
ölçüsü70,94 Kb.
#8889
1   ...   20   21   22   23   24   25   26   27   ...   61

91
etməkdədir. Big Bang kainatın çox sıx və çox isti başlanğıcı 
olduğunu söyləməkdədir. Hoylun “Mənə qalığını tap” de-
diyi  bu  isti  başlanğıcın  1965-ci  ildə  qalığının  tapılması  ilə 
Sabit Vəziyyət tərəfdarları əhəmiyyətli dərəcədə öz iddia-
larından əl çəkdilər. Kosmik fond radiasiyasının izah edil-
diyi  hissədə  bu  mövzu  detallı  bir  şəkildə  izah  edilmişdir. 
1990-cı illərdə Sabit Vəziyyət modelini etibarsızlaşdıran bir 
çox yeni sübut ortaya qoyuldu. Artıq kainatın genişlənməsi 
ilə maddə sıxlığının azaldığı, ulduzların və işığın bir gün 
yox  olacağı  məlum  olmuşdu.  Həm  də  bu  illərdə  COBE 
peykindən  kosmik  fond  radiasiyası  ilə  əlaqədar  əlavə  sü-
butlar  gəlməyə  başladı  deyə  onsuz  da  müdafiə  olunmaz 
vəziyyətdə  olan  Sabit  Vəziyyət  modelinin  etibarsızlığına 
dair əlavə sübutlar ortaya çıxdı. Uzaqdakı cisimlərin kos-
mik fond radiasiyasının daha isti olduğunun ölçülməsi də 
1990-cı  illərdə  olan  və  Sabit  Vəziyyət  modelini  etibarsız 
edən sübutlardandır. Uzaq cisimlərə baxarkən əslində kai-
natın keçmişinə baxırıq, çünki işıq sürəti çox sürətli olsa da, 
sonlu bir sürətdir. Kainatın keçmişinin daha isti olduğunun 
sübutu  belə  tək  başına  Sabit  Vəziyyət  modelini  etibarsız 
edəcək  mahiyyətdədir.  Nəticə  olaraq  İvan  Kinqin  sözləri 
ilə desək: “Sabit Vəziyyət modeli kosmosda hər şeyin zamanla 
necə  dəyişdiyinin  qəti  müşahidələrlə  isbat  edilməsi  nəticəsində 
istirahətə çəkildi.”
 Big Bang kainatın mərhələli və inkişaflı bir müddətlə 
meydana  gəldiyini  ortaya  qoyur.  Ulduzların  daxilindəki 
elementlərin meydana gəlməsi bu müddətin bir parçasıdır. 
Hoyl və qrupunun bu mövzudakı töhfələri və Big Bang-ə 
etdikləri, həmçinin, müxaliflərinin yeni sübutlarının tapıl-
masına səbəb olması da çox əhəmiyyətlidir. Bu səbəbdən o 
və qrupu Big Bang nəzəriyyəsinin detallı bir şəkildə ortaya 
qoyulmasına əməkləri olan Lamatr, Fridman, Habl və Qa-
mov ilə bir yerdə xatırlanmaqdadırlar.


92
Sabit vəziyyət modelini etibarsız edən 
sübutların xülasəsi
  Sabit  Vəziyyət  modeli  Big  Bang  nəzəriyyəsinə  qarşı 
ən  uzun  müddət  müqavimət  göstərən  nəzəriyyədir.  Buna 
görə də Big Bang nəzəriyyəsinin tarixi Sabit Vəziyyət mo-
delinin  izahatını  da  ehtiva  etməkdədir.  Bu  modelin  kos-
mosun  genişlənməsini  qəbul  etməsinə  baxmayaraq,  kai-
natdakı dəyişmənin və başlanğıcın olmadığına müqavimət 
göstərməsi də diqqətə layiqdir. Bu model materializmin əzəli 
kainat fikrini müdafiə etmək üçün ortaya atılmış, məşhur elm 
adamların tərəfindən müdafiə olunmuş və materialistlərin 
ən iddialı elmi cəhdi olmuşdur. Bu modeli etibarsız edən sü-
butların bir qismini belə yekunlaşdıra bilərik: 
1 - Sabit Vəziyyət modeli fiziki bir müddətlə daimi ola-
raq maddənin yoxdan yaradıldığını söyləyir, lakin fiziki ol-
duğu deyilən bu müddət fizika qanunlarına ziddir.
2  -  Əgər  Sabit  Vəziyyət  modelinin  irəli  sürdüyü  kimi 
maddə daimi olaraq yoxdan yaradılsaydı, bu yoxdan yara-
dılış daimi müəyyən bir nisbəti tutdurmaq məcburiyyətində 
idi. Təkcə fizika qanunlarına söykənərək meydana gəldiyi 
deyilən bu tarazlıq izah edilə bilməz. 
3 - Hər dəfə enerjidən maddə meydana gələndə maddə 
miqdarı ilə tamamilə eyni miqdarda anti-maddə də meyda-
na gəlir. Əgər kainatda davamlı olaraq enerjinin maddəyə 
çevrilməsi ilə maddə yaradılsaydı, maddə ilə tamamilə eyni 
miqdarda anti-maddə də olacaqdı. Bu müşahidə olunan ka-
inata ziddir (Big Bang-in istiliyi maddənin anti-maddədən 
çox çıxmasını açıqlaya bilər). 
4 - Kainatın genişlənməsini açıqlayacaq bir mexanizm 
(Big  Bang  kimi)  Sabit  Vəziyyət  modeli  ilə  ortaya  qoyula 
bilməz. 


93
5 - Sabit Vəziyyət modeli kainatdakı çox böyük nisbət-
dəki entropiyanı açıqlaya bilməz. 
6  -  Müşahidə  edilən  kosmik  fond  radiasiyası  Sabit 
Vəziyyət modelini etibarsız edir. 
7 - Çox uzaqdakı ulduzlardan əldə edilən məlumatlar 
ilə kainatın köhnə dövründəki kosmik fond radiasiyasının 
möv cud kosmik fond radiasiyasından daha isti çıxması Big 
Bang-i isbat etdiyi halda, Sabit Vəziyyət modelini etibarsız 
edir. 
8  -  Kainatda  müəyyən  bir  nöqtədən  sonra  qırmızıya 
sürüşmələrin müşahidə edilməməsi Sabit Vəziyyət modeli-
nin sonsuz böyük kainat iddiasını etibarsız etməkdədir. 
9 - Sabit Vəziyyət modeli sonsuz kainat dizaynı ilə Ol-
ber paradoksunun meydana gəlməsinə səbəb olmaqdadır. 
10 - Sabit Vəziyyət modelində öz-özünə yaranan maddə 
hidrogenə nisbətdə müəyyən bir helium nisbətində olmalı-
dır.  Bu  nisbətin  mövcud  modeldə  necə  meydana  gələcəyi 
naməlumdur. Halbuki bu mövzuda Big Bang-ə əsaslanaraq 
verilən proqnoz qüsursuzdur. 
11 - Kainatdakı deyterium, litium kimi yüngül ele ment-
lərin  Sabit  Vəziyyət  modelində  heç  bir  izahı  yoxdur  (Big 
Bang nəzəriyyəsi ilə bunlar çox düzgün bir şəkildə təxmin 
edilmişdir). 
12  -  Qalaktikaların  və  kuasarların  keçmişdəki  işığını 
qəbul edirik. Onların qalaktikamıza yaxın bölgələrdən mad-
di xarakterli və dağılma etibarilə fərqlilikləri Sabit Vəziyyət 
modelini məqbul olmayan bir vəziyyətə gətirmişdir. 
13 - Hugh Rossun dediyi kimi, qalaktikamızın ətrafında 
çox  yaşlı  qalaktikaların  olmaması  Sabit  Vəziyyət  modeli-
nin  kainatın  sonsuz  yaşı  olduğu  iddiasını,  qalaktikamızın 


94
ətrafında  çox  gənc  qalaktikaların  olmaması  isə  Sabit  Və-
ziyyət modelinin davamlı yaradılış fikrini etibarsız etmək-
dədir. 
14 - Kainatdakı qaz buludlarının sonsuza qədər ulduz 
meydana gəlməsinə icazə verməyəcəyinin başa düşülməsi 
Sabit Vəziyyət modelinin sabit, dəyişməz kainat fikrini yıx-
mışdır. 
 
2 - AÇILIB-BAĞLANAN (OSCILLATING)  
KAINAT MODELI
Sübutun əvəzində fəlsəfi narahatlıq
Sabit Vəziyyət modeli uzun illər Big Bang nəzəriyyəsinin 
ən ciddi rəqibi hesab edilirdi. Lakin müşahidəvi astronomi-
yanın  kəşfləri  Sabit  Vəziyyət  modelini  etibarsızlaşdırması 
ilə  yanaşı,  Big  Bang-in  sübutları  getdikcə  daha  da  artırdı. 
Kainatın bir başlanğıcı olduğu fikrinin fəlsəfi nəticəsindən 
narahat  olanlar  bu  səbəbdən Açılıb-bağlanan  (Oscillating) 
Kainat  modelini  ortaya  atdılar.  Bu  model  də  elmi  kəşflər 
nəticəsində  deyil,  fəlsəfi  narahatlıqlar  nəticəsində  ortaya 
atıldı. Bunu Con Qribinin bu sözlərindən anlaya bilərik: “Ka-
inatın meydana gəlməsini izah edən Big Bang Nəzəriyyəsi 
ilə  əlaqədar  ən  böyük  problem  fəlsəfidir,  hətta  teolojikdir 
(ilahiyyatla  əlaqəlidir)  deyə  bilərik.  Onda  partlamadan 
əvvəl  nə  var  idi?  Bu  problem  tək  başına  Sabit  Vəziyyət 
modelinə başlanğıcdakı sürətini verməyə kifayət idi, lakin 
bu nəzəriyyə, çox təəssüf ki, müşahidələrlə ziddiyyət təşkil 
edir. Bu çətinlikdən xilas olmağın ən yaxşı yolu kainatın bir 
təklikdən  açılıb  geriyə  doğru  bağlandığını,  yenidən  açılıb 
yenə  bağlandığını  və  bu  müddətlərin  naməlum  sayda  ol-


Yüklə 70,94 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə