C a n e r t a s L a m a n Big Bang Və Tanrı



Yüklə 70,94 Kb.
Pdf görüntüsü
səhifə32/61
tarix07.11.2017
ölçüsü70,94 Kb.
#8889
1   ...   28   29   30   31   32   33   34   35   ...   61

121
Taoizmdə hər şeyin özbaşına meydana gəldiyi və kai-
natın əzəli olduğu fikrinə rast gəlinməkdədir. Lakin Taoizm 
haqqında edilən şərhlərdə buna tamamilə zidd görüşlər də 
irəli sürülür. Marksizmdəki və ya təktanrılı bir dindəki açıq 
ifadələri Taoizmdə (əslində Uzaq şərq dinlərinin bir çoxun-
da) tapa bilmərik. Buddizmdə Tanrının heç bir müdaxiləsi 
olmadan  mövcud  olan  hər  şeyin  mexaniki  qanunlara  uy-
ğun olaraq maddədən meydana gəldiyi deyilir. Buddizmin 
bəzi  qollarında  Tanrının  varlığı  qəbul  edilir,  lakin  təməl 
mətnlərdə Tanrıdan heç bəhs edilmədiyi və kainatın əzəli 
qəbul edildiyi üçün Buddizmi Tanrını yox sayan və maddəni 
əzəli qəbul edən başlığın altında nəzərdən keçirə bilərik. 
 
Demokrit, Epikür və Lukretius 
Görüldüyü kimi, Uzaq Şərqdə də materialist fəlsəfəyə 
bənzər fikirləri müdafiə edənlər olmuşdur. Yazılan kitabla-
rın bir çoxu materializmin tarixinin Qədim Yunandan baş-
ladığını göstərir. Bu mövzuda önə çıxan ilk ad Demokritdir. 
Onun fikrincə, bütün maddə əzəli və əbədi olan atomlardan 
meydana gəlir, bu atomlar yox edilə bilməz və dəyişməzdir. 
Bu fikirlərinə görə Demokrit günümüzdəki materialistlərin 
fikir  atası  sayılır.  Maddənin  varlığı  əzəli  qəbul  edilib,  hər 
şey  yalnız  maddəylə  açıqlandıqda  Tanrıya  ehtiyac  qalmır, 
beləcə də ateistik fikirlər əsaslandırılmağa çalışılmaqdadır. 
Maddənin daimiliyi fikrinə daha əvvəl Anaksimandr və He-
raklitin  fikirlərində  də  işarə  edilmiş,  amma  Demokritdəki 
kimi vurğu və açıqlıq olmamışdır. Epikür Demokritin əsas 
davamçılarındandır.  Onun  fikrincə,  hər  şey  ardıcıl  olaraq 
doğum və ölümü meydana gətirən əzəli bir nizama görə ça-
lışmaqdadır.  Tarixin  ən  önəmli  materialisti  Karl  Marks  da 
doktor dərəcəsini “Demokrit ilə Epikürün Təbiət Fəlsəfələri” 


122
tezisi ilə, materializmin fikir atalarını araşdıraraq qazanmış-
dır. Müasir materialistlərə çox daha yaxın olan antik döv-
rün  məşhur  siması  isə  Lukretius  idi.  O,  yalnız  maddənin 
əzəliliyini müdafiə etməklə qalmamış, günümüzün materi-
alist ateistləri kimi Tanrının yoxluğunu da israrla vurğula-
mışdır. O, fikirlərini şeir sətirləri şəklində köçürmüşdür: 
Mövzuya girərkən qanunumuz bu olacaq: 
Heçdən heç bir şey yaradıla bilməz, yalnız Tanrının gücü ilə. 
Ölümlülərin bu qədər qorxuya qapılmaları Yerdə və göydə şahid ol­
duqları hadisələrə Gözlə görülən bir səbəb tapa bilməmələrindəndir. 
Tanrının istəyilə bunları açıqlamaq asandır... 
Heçdən  heç  bir  şey  yaradıla  bilməyəcəyini  qavrayınca  
Da ha açıq­aydın görəcəyik önümüzdəki yolu.

Elə  isə  bütün  obyektlər  iki  növdür:  Atomlar  və  onlardan 
ibarət olan mürəkkəb maddələr. Çünki heç bir güc atomları yıxa 
bilməz Mütləq sonları sonsuzadək qoruyur onları.
Marksizm 
Fəlsəfə tarixindəki dAlamber, Turqo, Kondorset, Baron 
Holbax  da  materialist  fəlsəfənin  nümayəndələrindəndir. 
Lakin  materialist  fəlsəfənin  ən  məşhur  və  ən  təsirli  olanı 
Marksist  fəlsəfənin  qurucuları  Karl  Marks  və  Fridrix  En-
gelsdir.  Marksistlər  fəlsəfənin  ən  əhəmiyyətli  probleminin 
kainatın və maddənin əzəli olub olmadığı məsələsi olduğu-
nu və materialistləri özləri xaricindəki fəlsəfələrdən ayıran 
ən  əhəmiyyətli  xüsusiyyətin  kainatın  əzəliliyini  müdafiə 
etmələri  olduğunu  deyirlər.  Fridrix  Engels  Karl  Marks  ilə 
birlikdə yazdığı “Fəlsəfə Araşdırmaları” adlı kitabında bunu 
belə ifadə etməkdədir: “Orta əsrlərin sxolastikasında böyük bir 
rol oynamış olan düşüncənin varlığa görə vəziyyətindəki problemi 


123
ruhunmu, yoxsa təbiətinmi, hansının əsas element olduğu prob­
lem kilsə baxımından bu cür əhəmiyətli hala gəldi: Kainat Tanrı 
tərəfindənmi yaradılmışdır, yoxsa əvvəlsizlik boyunca var idimi? 
Bu sualı cavablandırmağa görə filosoflar iki böyük qrupa ayrılırdı­
lar. Ruhun təbiəti etibarilə əvvəl gəlmə xüsusiyyətini irəli sürənlər 
və buna görə də son mərhələdə hansı cinsdən olursa olsun, kainat 
üçün bir yaradılışı qəbul edənlər. Bunlar idealizm düşərgəsini mey­
dana gətirirdilər. O birilər, təbiəti əsas element sayanlar isə mate­
rializmin müxtəlif məktəblərində iştirak edirdilər. Başlanğıcda iki 
deyim, idealizm və materializm bundan başqa bir mənanı vermirdi, 
biz də burada onları başqa bir mənada istifadə etməyəcəyik.” 
Materialist  fəlsəfənin  məşhur  müdafiəçilərindən  ya-
zar  Corc  Politzer  (Georges  Politzer)  də  bu  ayrı-seçkiliyə 
diqqət çəkmişdir: “Fəlsəfənin təməl problemi budur. Han-
sı tərzdə ortaya qoyulursa qoyulsun, bu problemin müm-
kün  iki  cavabı  ola  bilər  .  Ya  maddə  (varlıq,  təbiət)  əbədi, 
sonsuz,  əsldir  və  ruh  (düşüncə,  şüur)  törəmədir.  Ya  da 
ruh  (düşüncə,  şüur)  əbədi,  sonsuz,  əsldir  və  maddə  (var-
lıq, təbiət) törəmədir.” Dünyada ateizmin geniş bir şəkildə 
yayılmasına  səbəb  olan  Karl  Marksın,  Fridrix  Engelsin  və 
onların Lenin, Mao kimi davamçılarının hamısı maddənin 
əzəliliyini müdafiə etməkdədirlər. Bu onların sisteminin qa-
çılmaz təməl şərtidir. Çünki hər cür idealizmdən qaçmaq, 
ateist  olmaq  kommunist  materializmin  təməl  fəlsəfəsi  idi. 
Bu nöqtədə kommunist-materialistlərlə ateist-materialistlər 
də tamamilə eyni şəkildə düşünür. Maddənin əzəliliyi bü-
tün materialistlərin ortaq və mübahisə edilməz məxrəcidir. 
Kommunizm Marksın ölümündən 70 il sonra özlərinə mark-
sist adını verən birlikləri dünyanın üçdə birini rəhbərlikləri 
altına almaqla bütün materialist görüşlər arasında ən təsirli 
olanı  olmuşdur.  Ateist-materialistlərin  ortaq  izahlarına 
əsaslanaraq bunu deyə bilərik: 


Yüklə 70,94 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə