C a n e r t a s L a m a n Big Bang Və Tanrı



Yüklə 70,94 Kb.
Pdf görüntüsü
səhifə30/61
tarix07.11.2017
ölçüsü70,94 Kb.
#8889
1   ...   26   27   28   29   30   31   32   33   ...   61

113
vizmini kainata yükləmək üçün “xəyali zaman” anlayışını 
işləyib  hazırladı.  Houkinqi  pozitivizmin  kəlamçısı  (poziti-
vist dinin müdafiəçisi) olaraq görə bilərik, o öz dininə inanclı 
xristian yoldaşlarının çoxundan daha çox bağlıdır. O, kainat-
dakı fizika qanunlarının dayandığı anı qəbul etməyi dindən 
çıxma (pozitivist olmama) olaraq görməkdə və “xəyali za-
man”  ilə  müqavimət  göstərməkdədir.  Lakin  Houkinqin 
fizikadan  fəlsəfəyə  keçib  fəlsəfi  fikir  yürütdüyü  anlarda 
müvəffəqiyyətli ola bilmədiyi görülməkdədir. Fiziki mövzu-
ları yaxşı təqib edə bilməyən bir çox adam, təəssüf ki, onun 
kainatdakı həqiqəti tam açıqlayan elmlə məşğul olduğunu 
zənn  etməkdə  və  yalnış  fəlsəfəsini  fərq  etməməkdədirlər. 
Çox təəssüf ki, elmi mövzulardan uzaq dayanmağı məharət 
sayan  bir  çox  filosof  da  Houkinqin  “xəyali  zaman”  möv-
zusundakı  səhvini  və  bu  səhvi  qurmaq  səbəbini  anlaya 
bilməmişlər. Görülür ki, bu anlayış həm fəlsəfəyə, həm fizi-
kaya, həm də sağlam fikrə ziddir. Kainata nə bu anlayışı, nə 
də Houkinqin pozitivizmini yükləmək mümkün deyil.
4 - OKKAM ÜLGÜCÜ
Okkam ülgücünü istifadə etmək
Okkamlı  Vilyam  1285-1347-ci  illəri  arasında  yaşamış 
məşhur bir filosofdur. Okkam Ülgücü onun təkmilləşdirdiyi, 
lazımsız  fərziyyələri  önləməyə,  onlara  dəyər  verməməyə 
yarayan bir qanundur. Buna qanuna əsasən, hər hansı bir 
şeyi açıqlamaq üçün önə qoyulan birdən çox şərh olduğu 
halda ən az sayıda izah edici qanun və qəbulla izah edən və 
mümkün qədər çox şeyi izah etməyi bacaran seçilməli və 
bunu izah etməlidir; ən sadə və ən yaxşı şərh həqiqəti oldu-


114
ğu kimi təsvir edən şərhdir. Okkamın bu qanunu həm müa-
sir elmin, həm də fəlsəfənin əhəmiyyətli qanunlarından biri 
olaraq geniş şəkildə qəbul edilmişdir. Bu qanun sayəsində 
“zehnimizdə  və  dilimizdə  var  olanlar”  ilə  “gerçəkdə  var 
olanları” ayırd etməyi öyrənmiş, gərəksiz və faydasız izah-
larla məşğul olmaqdan qorunmuşuq. Bu qanunun ülgücdən 
danışmasının səbəbi lazımsız olanı qoparıb atmağa yarama-
sıdır. Nəzəri fizikada Okkam ülgücünün qəzəbinə uğraması 
lazım olan bir çox fərziyyə vardır. Bu fərziyyələrin ülgücün 
qəzəbinə uğramalarını tələb edən ortaq səbəblər bunlardır: 
1 - Bu iddialar heç bir sübuta əsaslanmır. 
2 - Bu iddialar kainatdakı heç bir faktı açıqlamamaqda 
və məlumat daşımamaqdadır. 
3 - Bu iddialar yalnız elm-fantastika filmlərinin funksi-
yasını yerinə yetirməkdə və mübahisə edilərək vaxt itkisinə 
səbəb olmaqdadır.
 
 
Sonsuz kainatlar və vakuum 
dalğalanmaları modeli
 Kainatda hər hansı bir həqiqəti daha yaxşı anlamağımı-
za yaramayan riyazi modellər Okkam ülgücü ilə kəsilməlidir. 
Çünki riyazi bir model ancaq kainatdakı həqiqətləri anlama-
ğımıza xeyri olduğu təqdirdə dəyərli ola bilər. Yoxsa zehni bir 
fantastikadan qırağa çıxa bilməz. Kainatın bol ölçülü dizay-
nı ilə əlaqəli olan riyazi ölçülər belədir. Kainatın qəbul edilən 
əsas  ölçüləri  xaricindəki  ölçülərinin  çox  kiçik  və  qıvrılmış 
olduğunu söyləyən bu dizaynların çoxu bizə heç bir fayda 
vermir. Bu dizaynlar kainatda müşahidə edilən faktları an-
lamağımıza kömək etmədiyi və ciddi sübuta söykənmədiyi 


115
müddətcə  qənaətbəxş  hesab  olunmamışdır.  Kainatın  sayı-
nı sonsuz surətdə böyüdən, tək bir kainatı sonsuz kainat-
la  şərhə  etməyə  çalışan  modelləri  Okkamlı  Vilyam  eşitsə, 
yəqin ki, bu modelləri tikə-tikə doğrayardı. Bu modellərin 
heç  birinin  tək  bir  sübutu  olmadığı  kimi,  kainatdakı  hər 
hansı bir faktı daha yaxşı anlamağımıza ən kiçik bir fayda-
ları  da  yoxdur.  (Kainatımızın  xaricində,  təbii  ki,  kainatlar 
ola bilər. “Kainatımızın xaricində kainat ola bilməz” demək 
“Tanrı bu kainat xaricində kainat yarada bilməz” deməkdir. 
Lakin “Kainatımızın xaricində bir kainat ola bilməz” demək 
kimi, elmi baxımdan kainatımızın xaricində bir kainat oldu-
ğunu müdafiə etmək də mümkün görünməməkdədir.) Son-
suz kainatlı modellərin çoxu kainatdakı meydana gəlmələri 
təsadüflə  izah  etmək  cəhdinin  məhsuludur.  Əgər  Okka-
mı  dinləsək,  qənaətbəxş  hesab  etməməli  olduğumuz  bu 
modelləri Okkamın haqlı tövsiyəsini dinləməyərək irəlidəki 
“Dizayn  sübutu”  hissəsində  incələyəcək  və  bu  modellər 
doğru  olsaydı  belə,  kainatdakı  şüurlu  dizaynı  rədd  edə 
bilməyəcəyimizi göstərmiş olacağıq. 
Eduard  Tayronun  1973-cü  ildə  ortaya  atdığı  Vakum 
Dalğalanmaları modeli (Vacuum Fluctuation Model) bizim 
kainatımızın və digər bir çox kainatın kvant dalğalanmala-
rı  nəticəsində  meydana  gəldiyini  söyləmişdir.  Bu  modelə 
əsasən,  bütün  kainatları  yaradan  super-kosmos  sanki  bir 
sabun okeanıdır və hər kainat bu super-kosmosdan çıxan 
bir  kürəcikdir.  Bizim  kainatımız  da  bu  sonsuz  ədəddəki 
kürəciklərdən  biridir.  Kristofer  İşam  (Christopher  Isham) 
bu  modelin  nəzəri  çatışmazlıqlarını  göstərmişdir.  Bu  mo-
delin iddia etdiyi kimi sonsuz zaman qədər geriyə getsək, 
bu  kürəcik  kainatlar  hər  yerə  yayılacaq  və  bu  kainatlar 
genişləndikcə bir-birinə keçəcək və vuruşacaqlar. Bu isə bü-
tün müşahidələrə ziddir. Okkam ülgücü isə bu modeli inkar 
etmək üçün sübut axtarmır, onun sübutsuz olması və tək 


116
kainatı  sonsuz  kainatla  şərh  etmə  istəyi  ülgücü  endirmək 
üçün  kifayətdir.  Andrey  Lindenin  Xaotik  Şişmə  (Chaotic 
Inflationary)  modeli  isə  şişən  kainatların  mini  kainatlara 
bölündüyünü, daha sonra bu mini kainatların şişib yeni mi-
ni-kainatlara bölündüklərini, bu müddətin aramsız davam 
etdiyini  söyləyərək  sonsuz  kainatlar  modelini  təklif  edir. 
1994-cü  ildə  Arvind  Bord  və  Aleksandr  Vilenkin  əzəldən 
bəri  şişən  bu  modelin  quruluş  (geodesy)  olaraq  keçmişdə 
tam ola bilməyəcəyini, buna görə də bu modelin də bir baş-
lanğıc təkliyindən qaça bilməyəcəyini göstərmişdirlər. Qey-
ri  adi  iddia  ciddi  sübutlar  tələb  edir.  Digər  ciddi  “sonsuz 
kainat”  modelləri  kimi  bu  model  də  heç  bir  sübuta  sahib 
deyildir.  Okkam  ülgücü  bu  tip  bir  modelin  də  elmi  çatış-
mazlıqlarını dinləməyə ehtiyac görmür, bu modelin elmi bir 
sübuta sahib olmaması və sonsuz kainatla tək bir kainatın 
izahatı ülgücü işlətmək üçün kifayətdir.
 
Big Bang-in gücü
Sonsuz  kainat  modelləri  termodinamikanın  ikinci  qa-
nunundan qaça bilməzlər. Bu qanunun bizi apardığı nəticə 
entropiyanın daimi olaraq artması və sonda sistemləri ter-
modinamik tarazlığa gətirməsi, buna görə də bütün fiziki 
sistemlərin  bir  başlanğıcı  olmasıdır.  Eləcə  də,  sonsuzun 
keçiləməyəcəyinə aid daha əvvəl bəhs etdiyimiz fəlsəfi sü-
butlar da bu modellərin hamısını etibarsız edir. 
Bu hissənin lap əvvəlindən etibarən nəzərdən keçirdi-
yimiz  heç  bir  model  Big  Bang-in  sahib  olduğu  sübutlara 
sahib deyil. Hətta tək bir sübuta belə sahib deyil. Big Bang-
in  əsas  sübutlarını  araşdırarkən  Big  Bang-i  təsdiqləyən 
nəzəri sübutları da araşdırmış olduq. Həmçinin, Big Bang 
ilə  bizi  eyni  nəticələrə  aparan  ulduz  araşdırmaları,  radio-


Yüklə 70,94 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə