C a n e r t a s L a m a n Big Bang Və Tanrı



Yüklə 70,94 Kb.
Pdf görüntüsü
səhifə35/61
tarix07.11.2017
ölçüsü70,94 Kb.
#8889
1   ...   31   32   33   34   35   36   37   38   ...   61

132
təktanrılı  dinlərə  daha  yaxın  olduğunun  deyilə  biləcəyini 
güman edirəm.
Platonun idealari
Platon  Tanrının  kainatı  “xaos”dan  yaratdığını  və  bu 
“xaos”a  forma  verdiyini  söyləyir;  əvvəlcə  ulduzlar,  sonra 
planetlər, sonra da Yer kürəsi yaradılmışdır. Bu fikri ilə Pla-
ton yaradılış fikrinə ulduzların əzəli bir yanacaqla yandığını 
söyləyən şagirdi Aristoteldən daha yaxındır. Platonun Tanrı 
və kainat əlaqəsini necə qurduğuna dair ən böyük mübahisə 
Platonun  “idea”  təlimindəki  şərhə  açıq  izahları  səbəbilə 
meydana gəlməkdədir. Platonun fikrincə, kainatdakı bütün 
obyektlər idea kainatındakı gerçək bir varlığın əks olunma-
sıdır. Kainatdakı bütün fərqli qələmlərin, fərqli masaların, 
fərqli gözəlliklərin idealar aləmində müvafiq olduğu tək bir 
gerçək qələm, tək bir gerçək masa, tək bir gerçək gözəllik 
vardır. İdealar kainatındakı bu varlıqlar da mütləqdir. Pla-
tonun  izahlarındakı  Tanrı  bu  idealara  baxaraq  kainatdakı 
obyektləri yaradır, yəni Tanrı bu idealara bağlı hərəkət edir. 
Platonun  izahatlarında  idealar  bəzən  Tanrının  üstündə, 
bəzən altında olur, bəzən də Tanrı ilə inteqrasiya olunur. Pla-
ton Tanrını mütləq yaxşı ideası olaraq görür və mübahisəsiz 
bir şəkildə varlıq iyerarxiyasının ən üstünə yerləşdirir. Pla-
tonun bəzi izahlarındakı yaradıcı Tanrının (Demiurqos) ide-
alarla inteqrasiya olunması bəzən də Platonun Tanrını var-
lıq iyerarxiyasında ən üstə yerləşdirməsi təktanrılı dinlərə 
inanan bəzi mütəfəkkirlərin öz inanclarına da uyğun olaraq 
ideaları  Tanrının  zehnindəki  düşüncələr  və  yaradılanların 
modeli olaraq görmələrinə gətirib çıxarmışdır. Platon ide-
alarının  sahib  olduqları  xüsusiyyətləri  “yaxşı  ideasından” 
götürdüyünü söyləməsi və Tanrını yaxşı ideasıyla qarışdır-
ması bu yanaşmaya uyğundur. Bu tip bir şərh isə Platonun 


133
fəlsəfəsini təktanrılı dinlərin izahlarına daha çox yaxınlaş-
dırmaqdadır.  Platonun  idealarının  hər  birini  müstəqil  və 
Tanrıdan müstəqil varlıqları olan, atomlaşmış həqiqətlər di-
zaynı olaraq görənlər də vardır. Platon şərhçilərinin bu möv-
zudakı fərqli fikirləri bu kitabın məqsədinin fövqündədir. 
Platonda  “maddənin  yaradılması”na  uyğun  gələn  bir  an-
layış  tapmaq  olmaz,  lakin  əzəli  qəbul  edilən  maddənin 
materialistlərin dediyi maddə anlayışı ilə də əlaqəsi yoxdur. 
Platonun “maddə”si naməlum, formasız, görünməz, təyin 
oluna bilinməyəndir. Yaradıcı Tanrı maddəyə idealar dün-
yasının varlıqlarına görə forma verir. Platonun yaşadığımız 
Dünyanı “kölgə kainat” olaraq görən yanaşması mistik ide-
alara ilham qaynağı olmuşdur. 
 
Aristotelin əzəli Kainat dizayni 
 Aristotel kainatın heç bir zaman “xaos” dövrü yaşama-
dığını, kainat maddəsinin həmişə bir formaya sahib oldu-
ğunu, ulduzların əzəli bir yanacaqla əzəldən bəri yandıqla-
rını söyləyir. O, kainatdakı hərəkətin qaynağını Tanrıda ta-
pır və Tanrını “İlk Hərəkət etdirici” olaraq xarakterizə edir. 
Onun fikrincə, Tanrı maddi deyil, mütləq mükəmməllikdir, 
dəyişməzdir. Aristotel hərəkətin mütləq bir başlanğıcı olma-
lı olduğunu görmüş, lakin maddənin mütləq bir başlanğıcı 
olmasının labüd olduğunu görə bilməmişdir. Halbuki onun 
kainat sistemində də hərəkət əsldir və hərəkətsiz bir kainat 
ola bilməz. Hərəkətin başlanğıcı olduğunu görən Aristote-
lin özünün də hərəkətlə inteqrasiya etdiyi maddi kainatın 
bir  başlanğıcı  olduğunu  qiymətləndirə  bilməməsi  onun 
sistemində  görülən  açıq-aşkar  bir  ziddiyyətdir.  Aristoteli 
şərh edən bəzi kəslər onun Tanrını yalnız İlk Hərəkət etdi-
rici olaraq gördüyünü, Tanrını kainatın xaricinə itələdiyini 


134
söyləmiş  və  ona  “deist”  demişdirlər.  Halbuki  Aristotel 
Tanrını  yalnız  “İlk  Hərəkət  etdirici”  olaraq  kainatın  başı-
na  qoymamış,  eyni  zamanda  Tanrının  kainatın  yönəldiyi 
məqsədi  olduğunu  söyləmişdir.  Kainatın  məqsədi  olan 
necə  kainatdan  qopuq  ola  bilər?  Aristotel  təbiətdəki  hər 
şeyin  bir  “məqsədyönlü  səbəbi”  olduğunu  söyləmişdir. 
Yəni  kainatdakı  meydana  gəlmələrin  təsadüfən  deyil,  bir 
məqsədə uyğun olaraq meydana gəldiyini demişdir. Bu isə 
kainatdakı bütün meydana gəlmələrin meydana gəlmədən 
əvvəl məlum olmasını tələb edir. Kainatın mərhələlərini bir 
heykəlin mərhələləri olaraq düşünsək, bəs o zaman kaina-
tın son mərhələdəki halı daha əvvəl kimin zehnində olub? 
Kimin  zehnindəki  dizayn  kainatın  yönəldiyi  hədəfi  təyin 
etməkdədir? Aristotelin sisteminə baxdıqda bunu bilən və 
təyin edən ancaq kainatın məqsədi olan Tanrı ola bilər. Ka-
inatdakı “məqsədyönlü səbəbin” qaynağı olan, beləcə ka-
inatdakı  hər  meydana  gəlməni  bilən  və  kainatın  məqsədi 
olan Tanrı necə kainatdan ayrı tutula bilər? Məncə müasir 
şərhçilərin  bir  qismi  zehinlərindəki  pozitivist  yanaşmaya 
daha  yaxın  gördükləri  bir  Aristotel  meydana  gətirməyə 
çalışmaqdadırlar, lakin Aristotelin ən fundamental izahla-
rının bir çoxu bu yanaşmalara zidd düşməkdədir. Aristotel 
“Metafizika”  adlı  məşhur  əsərində  Tanrının  sifətlərini  də 
açıqlayır: Kainatdakı birliyin Tanrının birliyini sübut etdi-
yini söyləyir. Tanrının həm qanun, həm də qanunu qoyan, 
həm nizam, həm də təşkil edici olduğunu ifadə edir. Hər 
şeyin onun tərəfindən və onun üçün təşkil edildiyini açıq-
layır. Aristotelin fərqli şərhçilərindən hansının haqlı oldu-
ğu bu kitabın mövzusu deyil, lakin Aristotelin “deist” deyə 
təqdim  edilməsi  çox  da  doğru  görünməməkdədir.  Aris-
totel  müəllimi  Platonun  idealar  təlimini  haqlı  bir  şəkildə 
tənqid edir. İdeaların faydasız əşyadan ibarət olan saxta bir 
aləmlə yalnız qarışıqlığa səbəb olduğunu, kainatdakı var-


Yüklə 70,94 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə