Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə16/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   12   13   14   15   16   17   18   19   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

33 


olmurdu. General Adriano Tusmanı Allah saxlaya bilmədiyi kimi. Prezidentliyinin onilliyi günü, 

generalın içib nə hoqqalar çıxardığı çox adamın yadındadı. «Bizim heç ağlımıza belə gəlməzdi 

ki, o, nə hoqqa çıxara bilər!» O, yüngül parçadan qar kimi ağappaq formada, mənə söz verdiyi 

kimi, silahsız-filansız gəlmişdi. Onu, adi vətəndaş geyimi geymiş fransız mühafizəçiləri – xarici 

legiondan çırpışdırdığı əsgərlər müşayiət edirdi. Qucağı da, generalın Kayennadan, nazirlər və 

saray arvadları üçün gətizdirdiyi hədiyyələrlə dolu idi. Tusman özü isə bir-bir hər qadının ərinin 

qabağında əzilib büzülə-büzülə, hədiyyəni təqdim eləmək üçün icazə istəyə-istəyə verirdi. Bu 

ədanı da ona fransızlar öyrətmişdi, guya fransız saraylarında belə eləyirdilər. Qadınların 

hədiyyələri paylanandan sonra Adriano Tusman zalın küncündəki mizin arxasında əyləşib 

rəqslərə tamaşa eləyə-eləyə, başını yelləyə-yelləyə zövq almağa, bu rəqslərdən xoşlandığından 

və ümumiyyətlə, bu avropalıların rəqsindən çox xoşu gəldiyindən danışmağa başladı. İlk baxışda 

elə bil o sakit idi, dinməz-söyləməz bir tərəfdə oturub rəqsə tamaşa edirdi, amma mən gördüm 

ki, onun cangüdənlərindən biri altdan-altdan elə hey onun badəsini şampanla doldurur. 

Bir də gördüm, Tusman bu qazlı içkidən qızarıb elə kökə düşdü ki, ağ kitelinin düymələrini bir-

bir açmağa sonra hıçqırmağa, arada bir gəyirməyə başladı, sonra başını lap itirdi. Bir də gördüm, 

rəqslər arada kəsilmişdi, yerindən durub şalvarının qabağını açdı və budu ha, hamını, hər yeri 

«sulamağa» başladı. Bu qoca əyyaş qadınların ipək paltarlarını, tovuz lələyindən yelpiklərini, 

çəkmələrini də islatdı! Məlum məsələdi ki, aləm bir-birinə dəydi, bir haray-həşir qopdu ki, gəl 

görəsən. Tusmanınsa heç nə vecinə deyildi, camaatın üst-başını islada-islada, özü üçün 

oxuyurdu: «Bu mənəm, üzü dönük sevgilim, qoy bağçanın güllərinə su səpim... Ah gözəl 

güllər!» Heç kim də onun yaxasından tutub qırağa çəkməyə ürək eləmirdi. «Elə mən özüm də 

ürək eləmirdim. Hərçənd ki, mənim gücüm o biri generallara çatardı, amma ikisi birləşsəydi, 

ağlım kəsmir ki, əlimdən bir iş gələrdi.» Hə, belə-belə işlər, hələ onda heç kim prezidentin qranit 

kimi möhkəm olduğunu, hər şeyin mahiyyətini dəqiq gördüyünü, hamının qarnının altındakını 

bildiyini, beşcə dəqiqədən sonra nə edə biləcəyini, səbrinin və qəddarlığının həddini, dahiyanə 

pusub gözləmək və vaxtı çatanda məhv eləmək qabiliyyətini, demək olar, bilmirdi. 

Həmin o dəhşətli gün ona, ordu komandiri Narsiso Lopesin anis arağından ölüncə içib tualetdə 

əcnəbi bir zabitə qəmiş olaraq, onu təcrübəli fahişə kimi, qeyri-təbii cinsi əlaqəyə məcbur 

etməyini, özünə gələndə isə acığından və pərtliyindən, zabiti iclas zalına sürütləyib orda 

nizəsiylə, kəpənəyi divara yapışdıran kimi, bahar mənzərəsi təsvir olunmuş divara oxladığını, 

bədbəxt zabitin düz üç gün həmin o divardan asılıb qaldığını, heç kimin də qorxudan meyidə 

yaxınlaşa bilmədiyini hesabat verəndə, prezidentin gözlərinə nəhayətsiz bir kədər qonmuşdu, 

dodaqları ağarmış, qılıncının üstünə qonan incə əli titrəmişdi. Əslinə qalanda isə, bu hadisədən 

ən az narahat olan, elə prezidentin özü idi, əsas məsələ bu idi ki, «təki ətrafındakılar birləşib ona 

qarşı çıxmasınlar». Onların qalan hərəkətlərinə isə o, bir o qədər də əhəmiyyət vermirdi. Bu 

hərəkətlər gec-tez hamının diqqətini cəlb edəcəkdi və gec-tez bu can bir qəlb arxadaşlar bir-birini 

məhv edəcəkdi. Elə də oldu. Günlərin bir günü ona xəbər çatdı ki, general Xesukristo Sançesi öz 

şəxsi mühafizəçiləri stulla öldürməyə məcbur olublar, çünki sən demə, necə olubsa, Sançesi pişik 

dişləyibmiş və onu quduzluq tutubmuş – zavallı Sançes! Bu xəbərin ardınca daha bir xəbər 

yayıldı ki, general Lotario Sereno çayda batıb. Deyilənə görə çayı atla keçərkən, qəfildən ata nə 

isə olub və yazıq at durduğu yerdə kəllə-mayallaq aşaraq, general Sereno gözünü açıb-yummağa 

macal tapamamış, suyun dibinə gedib – bədbəxtçiliyə bir bax! Bir az keçmişdi ki, bir təzə xəbər 

də yayıldı: «General Naseriqo de Lopes öz biabırçı homoseksuallığına dözə bilməyib və dinamiti 

bir yerinə soxaraq, özünü partladıb, mənim generalım, özü də tikə-tikə olub!» Onların hamısı 

beləcə, bir-birinin ardınca gedirdi, o isə kədərli üzüylə hər biri üçün: «Yazıq!» deyirdi və heç 

kimin ağlına belə gəlmirdi ki, bütün bu qəfil ölümlər bilavasitə onun gizli əmriylə həyata 

keçirilir. Hər ölən haqqında hörmətlə rəsmi xəbərlərdə belə məlumat verilirdi: «vəzifə borcunu 

yerinə yetirərkən həlak olub». Hər biri də xüsusi təntənə ilə milli qəhrəmanların qəbristanlığında 

dəfn edilirdi. «Qəhrəmansız vətən, qapısız ev kimi bir şeydir, senyor!»  



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

34 


Onda ki, bütün ölkə üzrə, müharibə illərinin od-alovundan onunla çiyin-çiyinə keçən 

generallardan cəmi altısı qaldı, o, onların hamısını – ağac spirtini barıtla qarışdırıb içən ən 

təhlükəli və xəbis general Xasinto Alqarabia daxil olmaqla, hamısını bir nəfər kimi öz ad gününə 

- prezident sarayında qurulmuş qonaqlığa dəvət elədi, senyor! «Özümüz olacağıq, – onlara dedi – 

bizdən, silahdaşlardan savayı heç kim olmayacaq! Keçmişlərdəki kimi, silahsız-filansız bir yerə 

yığışıb kef edəcəyik! Hamımız birlikdə, süd qardaşları kimi baş-başa!» Onlar da gəldilər, senyor, 

sövdələşdikləri kimi, silahsız – sursatsız gəlib banket zalına girdilər, amma cangüdənlərini də 

gətirmişdilər, onlar qonşu otaqda oturmuşdular. 

Qonaqlar əliboş gəlməmişdilər, ona cürbəcür gözəl hədiyyələr gətirmişdilər: «Hamımızı 

birləşdirən yeganəmizə!» Onun bu dəvətinə hətta general Saturno Santos da səs vermişdi – 

əfsanəvi Saturno Santos, heç kimə inanmayan, xainqəlbli xalis hindu oğlu – qış-yay ayağı yalın 

gəzən, həmişə də: «əsil kişi ayağının altında torpağı hiss eləməlidi.» - deyən Saturno. Həmin 

qonaqlığa o, arandakı oyuğundan çıxıb gəlmişdi. Ora da eləcə ayağı yalın, üstündə əndirəbadi 

heyvan şəkilləri çəkilmiş əcayib pançoda, həmişəki kimi də təmtək, mühafizəçisiz, amma silahlı 

gəlmişdi. Silahı da təhvil verməkdən ona görə boyun qaçırmışdı ki, dediyinə görə, bu silah onun 

üçün döyüş silahı yox, onun əmək alətidi. «O mənə qızılquş bağışladı, ana, namuslu döyüş 

münasibətilə, üzbəüz, mərd döyüşə görə əsil döyüş quşu bağışladı. Özüylə arfa da gətirib 

gəlmişdi, ana… çovğunları yatırdıb bol məhsul bitirən müqəddəs arfanı. O arfanı o, sidq-

ürəkdən, xüsusi bir incəliklə çala-çala, yadımıza kövrək müharibə illərini, müharibənin vahiməli 

başlanğıcını saldı. Bu xatirələr, qoturluq gicişməsi kimi canımıza yeridi, burnumuza müharibənin 

iyi də gəldi. Bizi uzaq günlərə çəkib aparan döyüş atı haqqında mahnısıyla lap ürəyimizin başını 

sökdü və biz hamımız cuşa gəlib xorla, ürəkdən oxumağa başladıq: «...Körpüdən gözü yaşlı 

qayıtdım...» Onlar, içinə gavalı basılan hinduşkanı, qızardılmış qabanı bircə göz qırpımında 

gəvələdilər… yedilər, içidilər, oxudular. Hər biri də içikini, öz şəxsi flyaqasından içirdi. Bircə 

general Saturno Santosla o heç nə içmirdi və demək olar ki, yemirdilər, çünki onların hər ikisinin 

həyatları boyu dillərinə içki dəyməmişdi, yeməyi də, adətən aclığı öldürmək üçün yeyirdilər. 

Hərbi mahnılarından sonra generallar dostlarının şərəfinə gözləri yaşara-yaşara çar Davidin sübh 

dualarını oxudular, sonra səfir Panelin bir vaxlar prezidentə hədiyyə elədiyi «Ad günün 

mübarək!» mahnısınacan, bütün təbrik mahnılarını bir-bir oxudular. Qədim silahdaşlarını – qəm-

kədərə batmış qanıqara qocanı az qala yalaya-yalaya, anqırışa-anqırışa oxuya-oxuya, elə hey 

içdilər-içdilər. Məclis başa çatanda isə, sübhə yaxın o, köhnə kazarma vərdişiylə əlində çıraq, 

bütün sarayı gəzdi, bir-bir otaqlara baş çəkdi, öz döyüş dostlarına bir də, son dəfə baxdı: Saturno 

Santosdan başqa onların altısı da içkinin təsirindən keyləşib ağırlaşaraq, bir-birini qucaqlaşıb 

yatmışdılar. Özləri quru döşəmənin üstünə sərilmişdilər, mühafizəçiləri də yanlarında 

əyləşmişdi. Bircə Saturno Santosdan savayı. Bircə onun mühafizəçisi yox idi. O birilərin 

mühafizəçiləri isə bir-birindən gözünü çəkmirdilər, çünki döşəmədə qardaş kim qucaqlaşıb dərin 

yuxuya getmiş generalların həm də bir-birindən dəhşətli dərəcədə qorxduqlarından xəbərdar 

idilər. Onların hər biri beləcə prezidentdən də qorxurdu, prezident isə öz növbəsində onlardan 

qorxurdu, çünki, belə hesab edirdi ki, iki nəfərin birliyi – artıq qiyam deməkdir. O, bir müddət 

yatanlara baxıb öz yataq otağına yollandı, çırağı qapısının yanındakı qırmağa keçirib kilidi üç 

dəfə açarladı, üç qıfılı bağlayıb üç zənciri çəkib üzü üstə döşəməyə düşdü, üzünü balışa basan 

kimi ovuclarına basıb uzandı və elə həmin dəqiqə saray, gecə qarovulunun yaylım atəşlərinin 

gurultusundan titrəməyə gəldi. Bir! İki!.. «Vəssalam… və hər şey səs-küysüz, güllə-baransız, ah-

naləsiz, birdəfəlik həll olundu!» Və gurultudan sonra qalan, barıtın havadan asıla qalan səssiz 

dumanı oldu. 

Səhəri gün isə yuxudan ayılanda o, bir daha heç kimin və heç nəyin, onun möhtəşəm 

hakimiyyətinə zərrə qədər xələl toxundura bilməyəcəyindən əminliyini hiss edib rahatlandı. 

Əsgərlər ayaqlarını qanlı gölməçələrlə şappıldada-şappıldada axşamkı qonaqlığın tör-

töküntüsünü təmizləyirdilər, bu dəhşətli hadisədən az qala ağlını itirmiş Bendisyon Alvarado 

başını tutub, əhəngləndikcə qan sızan divarlara baxırdı. Divarlar qanla tərləyirdi. Xalıları sulu 

paltarı sıxan tək, nə qədər burub sıxırdılarsa, qanın ardı kəsilmirdi, dəhlizlər boyu qıpqırmızı 



Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə