Çağdaş dünya ədəbiyyatı. Dramaturgiya. Pyeslər


“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası  Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə35/93
tarix26.08.2018
ölçüsü2,69 Mb.
#64854
1   ...   31   32   33   34   35   36   37   38   ...   93

 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
108 
Elodi. Bəs on iki illik ailə həyatından sonra mən də hər bir normal qadın kimi özümə 
məĢuq tapsam necə?  
Adolf. (BaĢını yastığın altına soxub yuxuya getməyə çalıĢır) Bilmirəm. 
Elodi. Bilmir! Belə cavabla yaxanı qurtara bilməzsən, əzizim. Əlbəttə, bilirsən ki, mən 
namuslu qadınam, ona görə də arxayınsan. 
Adolf. (mızıldanır) Mən bilirəm sən təmizsən. Səni buna görə təbrik edirəm, amma mən 
yatmaq istəyirəm. 
Elodi. (Qaranlıqda danıĢır). O yaĢıl platyanı almadın mənə, bəhanən də bu oldu ki, yaxası 
çox açıqdı, guya onu geyinəndə mən əxlaqsız qadına bənzəyirəm. Amma sənin 
dostlarının arvadları Böyük Karl litseyinin məzunları üçün verilən bala göbəklərinə kimi 
açıq dekoltedə gəlmiĢdilər. BaĢqalarında olanda sənin də xoĢuna gəlir. Onların 
armaturlarla dikəltdikləri yelinlərini gözünlə yeyirdin, amma öz arvadının tayı-bərabəri 
olmayan döĢlərini sinif yoldaĢlarından gizlədirsən. Qeyrət dağarcığı! 
Adolf. (Yarıyuxulu heysiz pıçıldayır) Qeyrət dağarcığı... Sözə bax... Mən yatdım. (Daha 
cavab verməməyi qərara alıb bərk- bərk bürünür). 
Bir qədər səssizlik yaranır və sonra yenə də Elodinin yeknəsəq səsi eĢidilir. 
Elodi. O da yadımdadı ki, bir dəfə gözünü dirəmiĢdin o arvada, bütün səyahət boyu 
kupedə ayaqlarını göstərən amerikalı qadına... axĢam da yataqda mənimlə çox 
canfəĢanlıq elədin. (Adolf cavab vermir və bərkdən xoruldayır. Elodi acıqla baxır ona və 
hirslə pıçıldayır) O da yadımdadı ki... (Onun səsi zəifləyir; bir azdan Ģıltaq və hikkəli 
gənc qız kimi davam edir) Səndən zəhləm gedir! Sənə nifrət edirəm... Zəhləm gedir... 
(Ağlayıb özünü yastığın üstünə atır və tədricən sakitləĢir). 
Adolfun xorultusu kəsilir. Hər ikisi yatır. Onların nəfəsi eĢidilir.  
Alaqaranlıqda gənc alman qızı uĢaqları Monso parkına aparır. Qız Kristinanın əlindən 
tutub. Onlar tələsmədən səhnədən keçirlər. Toto çox mərifətlə onların arxasınca gedir. 
Onlar üçlükdə oxuyurlar... 
Alle Vugel sind schon da 
Alle Vugel, alle 
Amsel, Drossel, Fink und Star 
Und die ganze Vogelschar 
Wünchen dir ein frohes Jahr 
Lauter Heil und Segen 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
109 
Adolf yavaĢca qalxır və çarpayıda oturur. O səhnədə zərif əda ilə yeriyən qızı süzür, 
sonra yanında göz yaĢlarından ağzı-burnu qızarmıĢ arvadının üzünə baxır. Adolf yerindən 
qalxır, gecə köynəyində olsa da baĢına Ģlyapasını qoyub çəliyini götürür və uĢaqlarla 
gəzən qızın dalınca gedir. ĠĢıq sönür. Çarpayı və Ģkaf tül pərdənin arxasında görünməz 
olur. Alaqaranlıqda səhnəyə sekreter qoyulur. 
ĠĢıq yanır, makinada yazı yazan sarıĢın qızı iĢıqlandırır. O,tamaĢaçıya tanıĢ olan alman 
qızına oxĢayır (Bu rolu da həmin aktrisa oynayır), amma saçı bir baĢqa cür daranıb. 
Sükutu makinadan qopan tıqqıltı səsləri pozur; səhnənin dərinliyində yataq otağında 
Elodi yatır.  
Adolf gecə köynəyində, əlində çəlik əda ilə kabinetə daxil olur.  
Adolf. Mademuazel Jozyan, siz hələ burdasınız? 
Qız. Mademuazel Tromp ümumi iclasın hesabatını yazanacan xahiĢ elədilər ki, mən də 
burda olum. 
Adolf. Nə istəyir , onu da eləyir! 
Qız. O rəisdir. 
Sükut. Qız yazır. 
Adolf. Bilirsiz, gənc bir alman qızı var, uĢaqlara baxır, siz ona oxĢayırsız. 
Qız. (Yazmaqda davam edir) Barı qəĢəngdirmi? 
Adolf. Çox qəĢəngdir. (Oturub yerini rahatlayır) Pum! Pum! Pum! Bir qədər söhbət 
eləmək fürsəti necə də xoĢdur. Yoxsa elə dəhlizdə salam, xudahafizdən baĢqa bir Ģey 
danıĢmaq olmur. Bir də, əlbəttə, təbəssüm. Ġki dəqiqədən artıq sizinlə danıĢmaq imkanı 
olmur.  
 
Qız. Sevmirəm məni ləngidəndə. 
Adolf. (Sancmaq məqsədi ilə) O qısqancdır? 
Qız cavab vermir, yazmaqda davam edir. 
Mən də sizə nəsə diqtə etmək istərdim, nə vaxtsa. 
Qız. Müsyö Adolf, sizin köməkçiniz mademuazel Trompdur. 
Adolf. Mənə istehza edirsiniz? 
Qız. O, yüksək ixtisaslı iĢçidir. Mən əminəm ki, o məndən sürətli yazır. 
Adolf. Necə istəyir qoy yazsın, lap yazdığını özünə saxlasın. O eybəcərdir. 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
110 
Qız. O bir az cəlbedici deyil, amma çox yaxĢı insandır. 
Adolf. (Kiçik bir pauzadan sonra bir qədər pərt.) Onu bu gün Beynəlxalq palatada sitrus 
bitkiləri üzrə prezident baĢ direktorlarının banketində ləngidiblər, bilirəm ki, sizin iĢdən 
sonra qalmağınızı o xahiĢ edib. Ona görə də gəldim. 
Qız cavab vermir və yazır. 
Qız. Ah, səhv elədim! (Səhvi silib düzəldir) Siz məni çaĢdırırsınız. 
Adolf. Lap yaxĢı! Siz çox gözəl bilirsiniz ki, mən sizi sevirəm. Biləndə ki, siz o əclafla 
bir otaqda, bağlı qapı arxasındasınız... 
Qız. (Əl saxlayır, düz qabağa baxır və ərklə danıĢır) Axı siz niyə elə danıĢırsınız, mösyö 
Adolf? Siz məni bir az da bədbəxt edirsiniz. 
Adolf. Axı siz onun katibəsi olmağa niyə razılaĢdınız? 
Qız. (Çox sakit) Mənim heç ağlıma da gəlməzdi direktorun katibəsi olmaq. Bu, 
karyeramın ən yüksək pilləsidir. 
Adolf. Axı sizə məlumdur ki, bizim cəmiyyətdə bu vəzifəni nəyin bahasına alırlar. 
(Qız cavab vermir, yazır. Adolf qalxır, kağız qırıntıları üçün olan qutunu aĢırdır və 
əlindəki trostu harasa vurur.) Mən daha dözə bilmirəm! Bacarmıram! Daha bacarmıram! 
Mən onun kabinetini dağıdacam! 
Qız. (Yerindən qalxıb dəhĢət içində qıĢqırır) Mösyö Adolf! 
Adolf. O hər dəfə qırmızı lampanı yandıranda kontorda mühasibdən kuryerə qədər, hamı 
hırıldayır. Hər dəfə o qırmızı lampanı yandıranda mən hirsimdən qıpqırmızı oluram. Mən 
bilirəm ki, orda o sizi dizinin üstündə oturdur. Hələ sonrasını demirəm! Siz onun murdar 
yaĢıl divanında ətəyi yuxarı çırmanmıĢ vəziyətdə uzanırsınız. 
Qız. (QıĢqırır) Yox! Mən heç vaxt burda elə iĢə imkan vermərəm! (Kiçik pauzadan 
sonra) Bu mənim həyatımdır. 
Adolf. Axı bu... bu... siz onu sevmirsiniz! 
Qız. Təklikdə o nəzakətli ola bilir. Bu adam ixtiyar sahibi olsa da, əslində, çox tənhadır. 
Adolf. (Kabinetdə o yan-bu yana gedir və qıĢqırır) Cəhənnəmə ki, tənhadır! Siz onu 
sevmirsiniz! Siz məni sevirsiniz. Bu dünyada elə hamı təkdir, tənhadır. Elə mən də 
tənhayam! 
Qız. QıĢqırmayın! Mademuazel Tromp eĢidər. 
Adolf. Tüpürüm mamzel Trompa! Siz məni sevirsiniz! 
Qız. Xeyr! 


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə