Çağdaş dünya ədəbiyyatı. Dramaturgiya. Pyeslər


“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası  Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə37/93
tarix26.08.2018
ölçüsü2,69 Mb.
#64854
1   ...   33   34   35   36   37   38   39   40   ...   93

 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
114 
Fessar-Lebonz. (Çətinliklə çönüb qansız əlini yuxarı qaldırır.) Jozyan ... bloknot... Mən 
sizə axırıncı istəyimi diqtə edəcəm. 
Qız bloknotu götürmək istəyir. 
Adolf. (Qızın əlindən tutub saxlayır.) Yox! Çox asanlıqla canını qurtarmaq istəyir. 
(Fessar-Lebonza yaxınlaĢır.) Siz onu mademuazel Trompa diqtə edin! 
Bir anlıq sükut. Hər üçü bir-birinə baxır, onlar vəziyyətin xeyli tragik olduğunun 
fərqindədirlər. Bir azdan mademuazel Tromp gəlir və yerində donub qalır. Mademuazel 
Tromp, zəhmət olmasa bloknotu götürün. Cənab Prezident baĢ direktor sizə son 
tapĢırığını diqtə edəcək. Təcili! Sonra isə ambulans və polis çağırın. Bir az əvvəl mən 
onu öldürdüm. (Trostunu götürür, Ģlyapasını baĢına qoyur və çox nəcib əda ilə təzim edib 
Jozyanı aparır). 
Üzündə ölüm təbəssümü olan Fessar-Lebonz, əlində bloknot tutmuĢ mademuazel 
Trompun üstünə necə gəldiyini dəhĢətlə süzür. 
ĠĢıq sönür.  
Fessar-Lebonzun cəsədini sürüyüb səhnənin arxasına aparırlar. Mademuazel Tromp 
rəhimsizcəsinə onun ardınca gedir. Yazı masasını da aparırlar. 
ĠĢıq yenidən yananda səhnə demək olar ki, boĢdur, təkcə səhnənin lap dibində tül 
pərdənin arxasından yataq otağı görünür. Adolf və Jozyan qolboyun olub xəyali Paris 
gecəsində gəzirlər. 
Jozyan. (Söhbətin davamını edir) Bəs bizim körpəmiz... qız olsa mən onun adını ġarlotta 
qoymaq istərdim. 
Adolf. Yox-yox! ġarlotta olmasın! 
Jozyan. Onda Polina! Polina xoĢuma gəlir. Bu çox zərif qız adıdır. Qız uĢağı gərək zərif
incə olsun. 
Adolf. Elədir, mənim məhəbbətim... qız zərif olmalıdır. Ona toxunanda titrəməlidir... 
Jozyan. Bəs oğlan necə olmalıdır? 
Adolf. Bizim oğlumuz da olacaq? 
Jozyan. Əlbəttə, qızdan sonra oğlan. Qız oğlandan böyük olmalıdır, bilirsən niyə, əzizim? 
Çünki qızlar ağıllı, düĢüncəli olurlar. ġarl oğlan üçün ən gözəl addır. Ucaboy, yaraĢıqlı. 
Biz onu San-Sir məktəbinə verərik. Bizim mütləq dibi emallı qazanlarımız olmalıdır. Bu 
mənim əsas arzularımdan biri olub, həmiĢə! 
Adolf. Lap gözəl! Oğlumuzun adı olur ġarl, özü də San-Sirdə oxuyur. Qazanlarımız da 
emallı. 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
115 
Jozyan. Mən həmiĢə tək yaĢamıĢam, ona görə də oğlumu həvəslə tərbiyə edəcəm. 
Anamın mənə öyrətdiyi xörəklərdən biĢirəcəm. Müxtəlif souslar... elə souslar ki, 
barmaqlarının beĢini də yalayacaqsan. Bax, səni xəbərdar edirəm, kökələcəksən. 
Adolf. Qorxutma məni. 
Jozyan. Nə qədər istəsəm, o qədər də kökəldəcəm səni. Nə etməli, mən səni elə olduğun 
kimi sevirəm. BaĢqa qadınların xoĢuna gəlməyə ehtiyacın olmayacaq. Səni xəbərdar 
edirəm, mən yaman qısqancam. (Pauza) Anamın iĢi çətin olacaq, o özünü bir az tənha 
hiss edəcək. Gərək o bizimlə yaĢasın. 
Adolf. Doğrudan? Sən beləmi düĢünürsən?  
Jozyan. O çox sakit, təvazökar qadındır. Çox da məzəli, gülməlidir. ĠĢi-gücü lətifə 
danıĢmaqdır. Adam onunla darıxmaz! Heç adama ağzını açmağa imkan vermir, elə hey 
danıĢır. Mən əminəm ki, sən onu sevəcəksən. 
Adolf. (Pərtdir). Əlbəttə. 
Jozyan. O çox cavan qalıb, özü də heç pis deyil. Atamın ölümündən sonra ərə getmədi ki
məni yaxĢı tərbiyə etsin, indi isə, təbiidir ki, (onun da hamı kimi hissləri var də) özünə bir 
dost tapıb. Ġspandır, bir az da, nə gizlədim, səviyyəsi... yüksək deyil. Amma o da çox 
xeyirxahdır. Yox, onlar bir yerdə yaĢamırlar. Mama heç vaxt qoymaz, qonĢulara görə. O 
hərdən nahara gəlir. Dəlləkdir, bərbər... nə oldu sənə, iĢdi də. Axı sarsaq peĢələr olmur. 
Adolf. Əlbəttə, sarsaq peĢə olmur, sarsaq adam olur. Təəssüf ki, onların sayı çoxdur. 
Bəlkə onu belə tez-tez dəvət etmək lazım deyil? 
Jozyan. Yox-yox, əlbəttə... həftədə iki-üç dəfə. Onlar adamı narahat eləmirlər, nahardan 
sonra dərhal öz otaqlarına çəkilib qapını bağlayırlar. Özü də bu yaĢda! Elə bil bir-birini 
sevən qoĢa göyərçinlərdi. Bax, elə bizim kimi. 
Adolf. (Onu sinəsinə sıxır.) Gəl anandan yox, özümüzdən danıĢaq... Gör Paris necə asudə 
və gözəldir. Hayıf ki, onu parislilər korlayır. Gecələr Paris bizimdir. ġəhər boĢalıb ki, 
bizim məhəbbətimizin yeri geniĢ olsun. Dünyanın əsrarəngiz Ģəhəri. Dünyanın hər 
yerindən onu görməyə gəlirlər. Həmrəylik meydanı, Kral Körpüsü, Paris Notrdam 
Kilsəsi... 
Onlar qucaqlaĢmıĢ vəziyyətdə dayanıb baxırlar. 
Jozyan. (BaĢını onun çiyninə qoyur və kövrək səslə) Necə gözəldir! Mən səni sevirəm! 
Adolf. (Pauzadan sonra) Mən də səni sevirəm. 
Jozyan. Biz bir-birimizi sevirik. 
Adolf. (YumĢalır) Fikir ver, gör biz sözləri necə hallandırırıq. Mən səni sevirəm, sən 
məni sevirsən, biz bir-birimizi sevirik... Bizdən gözünü çəkməyən nəzarətçi özündən sual 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
116 
edir ki, görəsən onlar ictimai yerdə öpüĢəcəklər ya yox? Eyni zamanda da fikirləĢir ki, 
onlar bir-birlərini sevirlər. 
Jozyan. Mən səni sevirəm, sən məni sevirsən, biz bir-birimizi sevirik! 
Adolf. Mən səni sevim deyə, sən məni sevməlisən, sonra da bir-birimizi sevməliyik. 
ĠĢıq birdən sönür. Bir azdan tül pərdə arxasındakı yataq otağı iĢıqlanır. Elodi yatır. Adolf 
səhnənin dərinliyindən ora qayıdır. O nəsə axtarır, dolabları eĢələyir, az bir vaxtda qəribə 
bir səliqəsizlik yaradır, amma axtardığını tapa bilmir. Elodi oyanır, qalxıb yataqda oturur, 
lampanı yandırır və hər Ģey reallığa qayıdır. 
Elodi. Bu gecə köynəyində nə axtarırsan Ģkafda? 
Adolf. (Heç nə olmamıĢ kimi) Frakımı, silindrimi axtarıram. 
Elodi. Neynirsən? 
Adolf. Evlənirəm. 
Elodi. Sən sayıqlayırsan. (Durur və qəzəblə) Elə bilirsən... aman allah, gör nə günə qoyub 
buraları? Sən xəstələnmisən? Yıxıl yat, gecə yarıdan keçib. 
Adolf. Saat neçədir? 
Elodi. Ġkiyə iĢləyir. 
Adolf. Doğrudan? Mən elə bildim iki-üçdür. (Ġtaətkarlıqla yatağa uzanır.) 
Elodi bir az yır-yığıĢ etdikdən sonra hirslə yerinə uzanır və iĢığı söndürür. 
Elodi. (Deyinir) Elə qadınlar var ki, onlara bütün gecəni yatmağa imkan vermirlər, amma 
məni yuxudan oyadırlar ki, köhnə-kürüĢ paltarları eĢələyim. (Arxasını Adolfa çevirir.) 
Adolf. (Açıq gözlərini tavana zilləyir.) Biz bir-birimizi sevə bilərdik... 
Elodi. Nə deyirsən orda? 
Adolf. Bir feil var onu hallandırıram. 
Elodi. Sabah hallandırarsan, indi yat. 
Adolf da kürəyini ona çevirir. Bir azdan növbə ilə onların nəfəs alması eĢidilir. Ġkisi də 
eyni vaxtda arxası üstə çevrilib qollarını çarpazlayırlar. 
Adolf. (Pıçıldayır.) Mən sevirəm. 
Elodi. Hallandırırsan? 
Adolf. (Sakit) Yox, sənə sözüm var, ġarlotta. Mən bir qızı sevirəm. 


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə