Çağdaş dünya ədəbiyyatı. Dramaturgiya. Pyeslər


“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası  Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə31/93
tarix26.08.2018
ölçüsü2,69 Mb.
#64854
1   ...   27   28   29   30   31   32   33   34   ...   93

 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
96 
Adolf. (Qəzəblə) O sizin olacaq, mösyö! QıvĢımıĢ iy verən seyrək saçlı mademuazel 
Tromp! Qoy sizə danıĢsın çinlilərin öldürdüyü yeddi missioner qardaĢ haqqında 
hekayətlərini. Onun çəkilmiĢ on dörd diĢi haqqında söhbətləri nəyə desən dəyər. Hər gün 
onun həyatı haqqında elə əhvalatlar eĢidəcəksiniz ki... ona protez diĢ yaraĢmır, ona görə 
də hər Ģeyi əzib püre halına salıb yeməyə məcburdur. Bundan sonra keçmiĢ gözəlliyinin 
tarixçəsini qoy sizə danıĢsın. 
Fessar-Lebonz. (DəhĢətdən nalə çəkir) Yox, zati-aliləri, yox! 
 
Adolf. (Qəddarcasına davam edir). Atasının Sarta departamentindəki malikanəsindən... 
tərbiyə aldığı rahibələr haqqında. Hələ baĢına gələn müsibətlər, ailəsinin üzləĢdiyi 
bədbəxtliklər, nənəsinin uzun çəkən aqoniyası... Bundan sonra hər gün, düz üç yüz altmıĢ 
beĢ gün səhərlər onun söhbətlərinə qulaq asmalı olacaqsınız, çünki, mənimlə iĢləmək 
istəyirsinizsə, sizin heç vaxt məzuniyyətiniz olmayacaq! 
Fessar-Lebonz. (Diz üstə düĢür) Rəhm edin, zati-aliləri! Tapdalayın, əzin məni, maaĢımı 
azaldın, vəzifəmi kiçildin, lazımdırsa lap qapıçı qoyun! Sizin kimi böyük sənaye kapitanı, 
nə buyursa qəbulumdur, mademuazel Trompdan baĢqa! 
Adolf. (Hədsiz qəzəblə) Siz məndən mərhəmət umursunuz? Bəs neçə illər mən 
mademuazel Trompa dözəndə niyə sizin mərhəmət hissiniz oyanmadı? Təkər fırlanır, 
mösyö Fessar-Lebonz... (Divana salır özünü və qəzeti götürməklə audiyensiyanın 
bitdiyini bildirir). 
Fessar-Lebonz. (Hələ də diz üstədir. Yalvara-yalvara geriləyir) Rəhm edin, cənab 
Prezident baĢ direktor! Rəhm edin, mənim generalım!  
Adolf. Mərhəmət olmayacaq! “Hamısını məhv edin! Ġstədiklərini Allah özü qoruyacaq!” 
Fessar-Lebonz yox olur. 
Tomoqavkı baĢı üzərinə qaldırmıĢ hindu döyüĢ hayqırtılari ilə guya kiminsə dalınca 
qaçaraq səhnədən keçib gedir.  
Adolf. (Daha qəddar qrimasla) Dəmir yumruq! Fövqəl-bəĢəri iradə! 
Pauza.  
Deyəsən sakitlik bərpa olunur. 
Toto. (Əvvəlki kimi oxuya-oxuya soruĢur) Papa, skvo nədir? 
Adolf. Hindu qadın. 
Toto. Hindular onlarla vuruĢurlar? 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
97 
Adolf. Yox. Skvo qədd-qamətli sarıĢın qızlardır, hindulara kəniz kimi qulluq edirlər. 
Makinanın üstünə əyilib öz rəislərini dinləyir, onların iri addımlarla kabinetdə var-gəl 
etmələrinə tamaĢa edirlər. 
Toto. Hinduların yazı makinaları var? 
Adolf. Ġndi varlarıdır. Amerikanlar satıblar onlara. 
Toto mütaliəyə davam edir. YaxĢı hindular görünür, onlar Totonun dövrəsində oturub 
sülh qəlyanı çəkirlər. Onlardan biri makinada nəsə çap edir.  
Adolf. (Otaqda var-gəl edə-edə öz-özünə danıĢır). Təbiidir ki, insanlar üzərində sonsuz 
hakimiyyət qadınları sərxoĢ edir. Ağır, üzücü mübarizələrdən, təhlükələrdən, vurulmuĢ 
və alınmıĢ zərbələrdən sonrakı yorğun əsgər... (Pafosla danıĢır). Qadınlar isti ölkələrdən 
qayıtmıĢ bu igid Ģikəstlərin dalınca gedirlər... (Romantik havada davam edir). Sarısaç 
katibə çox füsunkar və zərifdi... Pis tikilmiĢ donunun altında o, kraliçalara məxsus 
əndamını gizlətmiĢdi, axĢamlar isə yataqda... (Siqardan bir qullab alır və özünə inamla) 
Ah, Elvira, Ģəhvətdən və sərvətdən yapılmıĢ möcüzə qadın! Sonralar Avstriya-Macarıstan 
səfirliyinin hərbi attaĢesi qraf ġerbakinin məĢuqəsi oldu. “Maksim” restoranında bircə 
tanqo kifayət elədi. Sübh çağı Katalan çəmənliyində ölümcül yaraladığım qrafla qılınc 
duelindən sonra onu özümlə aparacam... Mavi qatar, Monte-Karloda yuxusuz gecələr, 
iblisanə oyunlar, hər səhər arxideya çiçəkləri, qızğın məhəbbət! “Otel de Pari”nin 
xidmətçisi heyrətdədir... Onlar üç gün otaqdan bayıra çıxmadılar! (Gülümsəyərək 
yaxınlaĢıb çiçəkləri iyləyir və sakitcə davam edir) Bu dilbər qadının keçmiĢinin elə də 
hamar olmadığı mənə məlumdur! Deyilənə görə o, Las-Veqasda müğənniymiĢ, bəlkə də 
Mərkəzi Ġmperiyaların xeyrinə çasusluq da edirmiĢ. Ġndi budur, iti caynaqları olan bu 
gözəl məxluq mənim ağuĢumdadır. Bizim rafinə edilmiĢ erotizmdən güc alan təhlükəli 
əlaqəmiz döyüĢlərdən sonra mənə dinclik gətirir. 
Sirli qadınlar kimi geyinmiĢ (bədənə kip oturmuĢ qara satin don, iri kənarları olan Ģlyapa, 
siqaret taxılmıĢ uzun muĢtuq) Adel daxil olur. 
Adolf. (YaxınlaĢıb qadının əlindən öpür.) Darlinq! 
Adel. (Əda ilə) Darlinq! 
Adolf. Ah, sənin bihuĢedici rayihən!  
Qadın qəribə təbəssümlə gülümsəyir, onun əlini dodaqlarına yaxınlaĢdırır və vəhĢicəsinə 
diĢləyir. 
Adolf. (QıĢqırır və ekstazla) Ah! 
Toto. (Kitabdan ayrılmadan) Nə oldu, papa, haransa ağrıdı? 
Adolf. Yox, heç nə olmayıb. (Qadını vəhĢi ehtirasla özünə sıxır.) Pantera! Sən baĢdan-
ayağa mənimsən! Sən məni yaralamısan! 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
98 
Uzaqdan musiqi eĢidilir. Onların qucaqlaĢması ehtiraslı, qızğın meksika tanqosuna 
çevrilir. Onlar qəribə hərəkətlər edə-edə Totonun ətrafında dolanırlar. Hindular onları 
görmürlər. Onlar hər bir hərəkətdə bir-birlərinin qulağına nəsə ehtirasla mırıldayırlar. 
Adolf. Mənim sol qıçım sənin sağ qıçının altındadır, sağ qıçımsa çiynindədir. 
Elvira. Mənim sağrım alnında, ayaqlarım əllərindədir!.. 
Adolf. Mən sənin göbəyini görürəm, boynunu diĢləyirəm! 
Elvira. Sən sim kimi dartılmısan, mən yumağa dönmüĢəm. 
Telefon bərkdən zəng vurur. ĠĢıq sönür və qaranlıqdan Adolfun itaətkar səsi eĢidilir. 
Adolf. Sizi salamlamaqdan Ģərəf duyuram, cənab Fessar-Lebonz! 
Səhnədə iĢıq yanır. Toto bacısı ilə kitab oxuyur. Nə hindular var səhnədə, nə də Elvira. 
Adolf farağat dayanıb Fessar-Lebonzla danıĢır.  
Toto baĢını qaldırıb atasına baxır və hiss olunur ki, onun qorxaq və itaətkar vəziyyətindən 
xəcalət çəkir. 
Adolf. (Lütfkarlıqla) Çox üzr istəyirəm, cənab Fessar-Lebonz... Mən elə həmin raportla 
məĢğulam... Günü sabah onu mademuazel Trompa diqtə edəcəm. Lazım gəlsə gecəni 
yatmayacam... (Pauza; dinləyir və itaətlə danıĢır). HəmiĢə sizə minnətdar olacam, cənab 
Fessar-Lebonz, sağ olun ki, qərarınızı dəyiĢdiniz... əlbəttə, günah mənim 
diqqətsizliyimdədir. Tamamilə razıyam, cənab Fessar-Lebonz, siz haqlısınız. Mən sizin 
yerinizə olsaydım, cənab Fessar-Lebonz, mən də özümü iĢdən azad edərdim. Mea culpa... 
yox, bu latınca deyil. Böğazımı təmizləmək üçün öskürdüm, bir az soyuqlamıĢam... 
qızdırmam qırxa qalxsa belə, sabah səhər yerimdə olacam, cənab Fessar-Lebonz. BaĢ 
üstə, cənab Fessar-Lebonz! (Totonun baxıĢları ilə rastlaĢır; dəstəyi asır və sıxılmıĢ kimi). 
Cənab Fessar-Lebonzdur. 
Toto da utanır və baĢını yenə də kitabın üstünə əyir. Adolf elə bil görünməz yük altında 
divana düĢür və dizlərini qarnına yığıb uzanır. 
Q ulluqçu. (Gəlir) Mən qabları yudum, aparım qızı yatırdım. 
Adolf. (Qadına yaxınlaĢır və pıçıldayır) UĢağı yerinə salan kimi yuxarı qalx , gələcəm. 
(Adelin əlindən tutmuĢ qızını sərincə öpür və Totoya tərəf çönür) Toto, tarixdən ev 
tapĢırığını yerinə yetirdinmi? 
Toto. (Kitabdan ayrılmadan) Yox. 
Adolf. Lənət Ģeytana, deməli, sən, mənim oğlum, düzəlməyəcəksən? Sən yaxĢı bilik 
qazanmadan bu həyat yoluna necə çıxacaqsan? Saat ona iĢləyir, sən dərslərini hazırlamaq 
əvəzinə, hindular haqqında kitab oxuyursan. Ver bura o kitabı, tez dərsini oxu.  


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə