Çağdaş dünya ədəbiyyatı. Dramaturgiya. Pyeslər


“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası  Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə27/93
tarix26.08.2018
ölçüsü2,69 Mb.
#64854
1   ...   23   24   25   26   27   28   29   30   ...   93

 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
84 
Adolf. (Pauzadan sonra mehriban olmağa çalıĢır) Bu axĢam Komik Operaya getmək 
istəsən iki dəvətnamə var bir həmkarımda, o gedə bilməyəcək... 
Elodi. Mənim üçün fərqi yoxdur. 
Adolf. (Hirslənməyə baĢlayır.) Əgər sənin üçün fərqi yoxdursa, biri yüz suya olan bileti 
itirmək istəməzdim, tanıĢlardan biri ilə gedərəm, vəssəlam! 
Elodi. Çox gözəl! Qulluqçunu apar, Adeli. (Gedir və qapını çırpır. Əslində dekorasiyada 
qapı yoxdur.) 
Adolf hirslə deyinir və yenidən açılmıĢ düyməsini bağlamağa cəhd edir. 
Adolf. Qulluqçu ilə! Bu düymə də həmiĢə mən iĢə gecikəndə açılır. 
Adel əlində döĢəməsilən ağacla gəlir və çarpayıdan ağları yığıĢdırmağa baĢlayır. 
Gəl mənə kömək elə, canım, tsipulyam, düyməni bağlaya bilmirəm. Barmaqlarım yoğun, 
düymə balaca, tuta bilmirəm... 
Adel onunla üzbəüz dayanıb yaxasını düymələməyə çalıĢır. 
Adel. (QıĢqırır və Adolfun əlinin üstünə vurur). Burda nəsə eləmək olar? Əlinizi çəkin! 
Adolf. (Əlləri ilə qadının yançaqlarından yapıĢır.) Əgər əllər özləri icazəsiz bura 
uzanırsa, necə olsun, madyanım mənim? 
Adel. Bəs içəri girən olsa? 
Adolf. (Sırtıq təbəssümlə). O qonaq otağındadır, qorxma. Mən vaxtı və məsafəni düzgün 
qiymətləndirməyi bacarıram. Yəqin ki, rəfiqəsinə telefon açıb mənim qeybətimi qırır. 
Buna da bilirsən nə qədər vaxt lazımdır? (Qucaqlayır.) Bu saat səni istəyirəm! 
Adel. Sakit olun! Ġndi vaxtı deyil. Mən otaqları yığıĢdırmalıyam, onun korsajının 
krujevalarını ütüləməliyəm. Əlbəttə qırçınlar qəĢəngdi, amma qulluqçunun iĢini artırır. 
Adolf. Sən mənim yumĢaq, Ģirin bulkamsan, bu gecə səni yeyəcəm. 
Adel. ( Sakit səslə). Gec gəlməyin, biz də yatmaq istəyirik. 
Adolf. Kətan köynəyini geyərsən. 
Adel. Soyunmaq üçün?  
Adolf. Məhəbbətdən baĢın çıxmır sənin. Axı bu sənin də xoĢuna gəlir. 
Adel. (Sakit) Bilirsiniz, mən on üç yaĢından evlərdə iĢləyirəm. ġükür ki, siz təmizsiniz, 
cavansınız... 
Adolf. Bəs südsatanın köməkçisi, o oğlan?  


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
85 
Adel. Nə olub ki ona? 
Adolf. Onun üst-baĢı elə də təmiz deyil, amma... məndən cavandı, yox? 
Adel. Mən onu çox yaxına buraxmıram. O mənimlə evlənmək istəyir.  
Adolf. Bəs konsyerjka bilsə ki, sən otağına kiĢi gətirirsən... (Adel gülümsəyərək ona 
baxır. Adolf bu baxıĢlardan bir qədər utanır.) Mənə baxma, mən özgəsi deyiləm, ev 
adamıyam.  
ĠĢıq qəfil sönür.  
Səhnə yenidən iĢıqlananda, bura qonaq otağıdır. AxĢamdır. Ar-deko üslubunda yemək 
masası və altı kürsü, qamıĢdan hörülmüĢ yüngül divan, çilçıraq və səhnənin arxa 
divarında dekorativ panno otağın bəzəyidir.  
Elodi, Adolf, uĢaqlar və frak geyinmiĢ Adonard süfrə arxasında oturub. Onlara Metrdotel 
və Qulluqçu xidmət edir. 
Adel əlində Ģorpa qazanı daxil olur. 
Toto. Yenə Ģorpa? 
Adolf. ġorpa yeyən uĢaq tez böyüyür. 
Toto. Mən böyümək istəmirəm. 
Adolf. BoĢqabını bura ver! 
Toto. Porey? Mən porey soğanı xoĢlamıram. 
Adolf. XoĢlayacaqsan! Ver boĢqabını, bacınınkını da ver! Sənə Ģorpa çəkim, ġarlotta? 
ġarlotta eĢitmir. O əlindən tutmuĢ Adonardın üzünə gülümsəyir. Adolf hamıya Ģorpa 
çəkir; qız bilmədən çönür və atasının ona uzatdığı Ģorpa boĢqabını aĢırır. 
Adolf. Axmaq qız, bir az ehtiyatlı ola bilməzsən? Bax də neynirsən? (Qızı tənbeh etmək 
üçün hərəkət etmək istəyəndə qrafini aĢırır.) Buyur, bu da nəticəsi! Toto, zəngi çal Adel 
gəlsin. 
Elodi. Adel qulluq eləyə bilsəydi nə vardı ki! RamaĢugildə süfrəyə xidmət edən məxsusi 
qulluqçu var. Naharın sonunadək masanın baĢına fırlanır. 
Adolf. Biz Adeldən hər Ģey tələb eləyə bilmərik! 
Adel gəlir. 
Adel, qız Ģorpanı xalçanın üstünə tökdü, istədim onu cəzalandırım, əlim dəydi mən də 
qrafini aĢırdım. 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
86 
Adel gedir, bir azdan vedrə və əski ilə qayıdır. 
Ġndiki və sonrakı qarıĢıqlıqlarda Metrdotel və Qulluqçu hər Ģeyə biganə halda masanın 
baĢına hərlənib xəyal aləmində olan Elodiyə və Adonardın xəyalına qulluq edirlər. 
Toto. Mənim boĢqabıma Ģərab töküldü. 
Adolf. Heç nə olmaz, ye! Ona Ģabro deyərlər.  
Toto. Pis dad verir, yeməyəcəm! 
Adolf. Onda kötək yeyəcəksən! 
Toto. Heç kəsin ixtiyarı yoxdu uĢağa Ģərablı Ģorpa yedirtsin! 
Adolf. Neynək, görərik kimdi burda böyük. Adel, sonra bir boĢqab da gətirərsən. 
Toto. Mən porey soğanı sevmirəm. 
Adolf. Sən yaĢda mən də sevmirdim, amma yeyirdim. 
Toto. Niyə yeyirdin? 
Adolf. Çünki atama qulaq asırdım. 
Toto. Niyə? 
Adolf. Qurtar bu axmaq sualları! 
Toto. Mən porey soğanı sevmirəm. Onu yeyəndə qarnım ağrıyır. Sənin ixtiyarın yoxdu! 
Mən doktora Ģikayət edəcəm. 
Adolf. Ya porey soğan, ya da... 
Toto. Heç nə istəmirəm! 
Adolf. (Özündən çıxır) Onda al gəldi! (Qalxır ki, oğlunu tənbeh eləsin, yenə də qrafinə 
toxunub aĢırır və hirsindən bağırır) Adel! Gəl buranı yığıĢdır, mən yenə qrafini aĢırdım! 
(Qəzəblə Elodiyə qıĢqırır) Sən də elə xəyallardasan! Bir uĢaqlarınla məĢğul ol də! 
Elodi onu eĢitmir, elə hey Adonardı süzür. 
Yeyirlər. Bir anlıq sükut çökür. 
Toto. ġərab iyi gəlir. 
Adolf. Mumla! 
Toto. ġərab iyi gəlir. 
Adolf. Dedim mumla, yəni səsini kəs! 


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə