Çağdaş dünya ədəbiyyatı. Dramaturgiya. Pyeslər


“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası  Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə28/93
tarix26.08.2018
ölçüsü2,69 Mb.
#64854
1   ...   24   25   26   27   28   29   30   31   ...   93

 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
87 
Bu replikalararası telefon zəng edir. 
Adel. (Yenə də əlində vedrə və əski ilə gəlir.) Cənab Fessar-Lebonzdur. O cənabınızla 
danıĢmaq istəyir. 
Adolf. Yenə? Bu adam məni dəli eləyəcək! (Salfeti yaxasından çıxarıb atır.) 
Adonard. (Əvvəlini eĢitmədiyimiz söhbəti davam etdirir.) “Maksim” xoĢuma gəlir? 
Düzdü, bir az ucuz aĢxananı xatırladır, amma orda adam özünü evindəki kimi rahat hiss 
edir. Ġndi dəbdə olan bu bistrolar, hələ onların tütün dükanları... TamaĢadan sonra hamı 
ora qaçır. Ədabazlıqdır! Amma “Maksim”də bir sadəlik var. Əvvəla xidmət yüksək 
səviyyədədir, ikincisi də... masanın üstündə həmiĢə tazə-tər güllər olur. 
Adel təmizləməkdə davam edir; Metrdotel stolun ətrafında hərlənir, heç nəyə fikir 
vermədən qulluq edir, az qala Adelin içindən keçir. 
Metrdotel. Madama yenə kürü təklif edə bilərəmmi? 
Elodi. Yox, Alfredo, təĢəkkür edirəm! 
BoĢqabları dəyiĢir və Qulluqçunun hazır saxladığı sinidən növbəti xörəyi götürüb 
Elodinin qabağına qoyur. 
Metrdotel. Hersoq Noayskinin trüfelindən hazırlanmıĢ trüfeldan. 
Elodi imtina bildirən jest eləyir. Xörəklərin dəyiĢdirilməsi. 
Metrdotel. Madam necə buyuracaq, qəmzəli qulançarı süfrəyə dərhalmı verək? 
Elodi. Lütfən! 
Metrdotel. (Xörəyi dəyiĢir.) Madam təzə Burqon Ģərabını bəyəndimi? 
Elodi. Siz, Alfredo, Ģərabları çox gözəl seçirsiniz. 
Metrdotel. Madamı razı salmaq misilsiz xoĢbəxtlikdir. Madamın təbəssümü isə ən 
qiymətli mükafatdır.  
Elodi. (Kübar xanım ədası ilə.) Alfredo... 
Metrdotel. Madama qulluq göstərməkdən sonsuz Ģərəf duyuram. (Gedir.) 
Elodi. (Qulluqçuya.) Axır vaxtlar Alfredo özünü qəribə aparır? Nə olub ona? 
Qulluqçu. (Bic-bic iriĢir.) Ah... madam özü yaxĢı bilir! Alfredo elə tərbiyə almayıb ki, 
sərhədi keçsin, madam, amma ürəklə bacarmaq da çətindir, madam. Lakey otağında biz 
hamımız ona gülürük, madam. 
Elodi. (Guya narazıdır.) Ermelina, mən sizə qadağan edirəm! Siz məcbur edirsiz mən 
iĢindən razı qaldığım metrdotelimlə xudafizləĢim. 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
88 
Xidmətçi. Madam elə gözəldir. 
Elodi. (Ciddi.) Ermelina, iĢinizlə məĢğul olun, mətbəx qeybətlərini də özünüzdə saxlayın. 
(Əlavə edir.) Əl yaxalamaq üçün su heç ilıq da deyildi. 
Xidmətçi. BağıĢlayın, madam, mən iradınızı mətbəxə çatdıraram. (Gedir.) 
Adel. (DöĢəməni silib qurtarır) Vəssalam! Bir də stəkan aĢıranın yanını özüm 
Ģapalaqlayacam, Ģappa-Ģarapla... 
Toto. Bəs atam aĢırsa? 
Elodi. Toto, xahiĢ edirəm, sus, danıĢma! 
Adel gedir. 
Adonard. (heç nə olmayıbmıĢ kimi söhbətinə davam edir.) Mən demirəm “Armnonvil” 
pisdir. “Katalan Çəmənliyi”ni də gözdən salmaq fikrində deyiləm. “Kaskad” haqqında 
heç danıĢmağa dəyməz, indi ora ancaq yüngülməcaz qadınlar yığıĢır. Mən sizi ora apara 
bilmərəm, amma bir axĢam sizi “Ritz” otelinin bağçasına aparmaq istərdim. Böyük 
restoran zalı çox yorucudur, amma bağçanın provanssayağı zərifliyi nəyə desəniz dəyər. 
Orkestr “Marienbad”dakı kimidir. Hələ xidmətçilər... Əcnəbilər də çoxdu. Bu da gözəldir 
ki, hər yerə burunlarını soxan bu iĢgüzar adamlara orda rast gəlməzsən... 
Adolf daxil olur.  
Adolf. (Əsəbi Ģəkildə özünü stula salır.) O məni alçaldır, məni məhv eləyir! Dana ətini 
ver mənə. Bilir ki, onun mərhəmətindən asılıyam, cavab verə bilmərəm. Mənə əzab 
verməkdən ləzzət alır. Ləyaqət məhfumu ona yaddır. Kəmsavad! Sıfır! Mən olmasaydım 
Cəmiyyət çoxdan müflis olmuĢdu. 
Elodi. ġuranın növbəti iclasında xahiĢ elə maaĢını artırsınlar, bəlkə onda fərli bir 
qulluqçu tuta bildik. 
Adolf. (Dilxor). Bu saat artıracaqlar! Sən onları tanımırsan. Ġndi heç bir artımdan söhbət 
gedə bilməz. 
 
Elodi. (Pauzadan sonra nəcib xəyyallarının ovqatında danıĢır.) ġanqayardgil dayə 
tutublar. Cavan əcnəbidir, alman qızı. Səhərlər çayla bərabər uĢaqları da gətirir Mari-
Jozefin yanına - daranmıĢ, yuyunmuĢ, geyinmiĢ vəziyətdə. Mari-Jozefə ancaq onların 
alnından öpmək qalır. 
Adolf. Dayə! Dayə! Bizim indiki vəziyyətimizdə? Sən xəyalların qanadında uçursan. 
Mavi geyimli, ağ yaxalıqlı Qız daxil olur və sakitcə uĢaqları yedirtməyə baĢlayır. 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
89 
Elodi. Bəlkə sən deyəndi, mən xəyallar aləmindəyəm, amma ġanqayardın uĢaqları yaxĢı 
tərbiyə alacaqlar, səninkilər isə yox. YaxĢı ki, bir-iki dil bilirlər. 
Adolf. Daha bir yeyən ağız? Heç vaxt! Qulançarı bəri elə. Heç vaxt süfrə arxasına 
hansısa bir alman qızını oturtmaram. Hələ onunla danıĢmaq da lazım gələcək. “Çörəyi 
verin, freyleyn?” “Lütfən xardalı bəri itələyin, freyleyn...” “Hava bu gün mülayimdir. Elə 
deyilmi, freyleyn?” “Danke schon! Bitte schon!” KorniĢon! Nayn! 
Elodi. Deyəsən, o çox sevimli və ləyaqətli qızdır. 
Adolf gənc alman qızının uĢaqlara qulluq etməsinə ləzzətlə baxır. Qız əyilib onları 
mehribanlıqla yedirdir. Musiqili mücrüdən melodiya eĢidilir, uĢaqlar almanca oxuyurlar: 
Alle Vogel sind schon da 
Alle Vogel, alle 
Amsel, Drossel, Fink und Star 
Und die ganze Vogelschar 
Wunchen dir ein frohes Jahr 
Lauter Heil und Segen. 
Poetik dəqiqələr. 
Adolf. (Yerindən atılıb qıĢqırır.) Bəs onun pulunu hardan verək? Bilirsən indicə Fessar-
Lebonz neynədi? O məni iĢdən qovdu. 
Qız xidmətçilər və Adonardla birgə yoxa çıxır. Ailə üzvləri dördü bir yerdə süfrə 
arxasında qalır. Cansıxıcı ovqatdır. 
Toto. (Pauzadan sonra) Deməli, bizim yeməyə heç nəyimiz olmayacaq? 
Sükut bir müddət də davam edir. Elodi və Adolf stolun üstündə nə varsa acgözlüklə 
yeməyə baĢlayırlar. 
Elodi. Sən heç vaxt iddialı olmamısan. HəmiĢə tabeçilikdə, kimdən isə asılı olmaqla 
kifayətlənmisən. Heç vaxt dəbdəbə, cah-cəlal haqqında düĢünməmisən, halbuki, sən 
gözəl, gənc arvadını firavan həyatla təmin etməyə borclusan. Sən heç vaxt onu gözəl
bahalı bəzək-düzəklə əzizləməmisən, bilməmisən ki, qadın məhz o bər-bəzəklə, bəzək-
düzəklə çiçək açır... ətir saçır. Ah, əgər bu evin kiĢisi mən olsaydım, ancaq bu haqda 
düĢünərdim. Bir bax Amerika kiĢilərinə - sərt, zəhmli, macəra axtaran, bir-birinin qənimi 
- struggle for life! Məqsəd nədir, nəyə görə, ancaq arvadlarının könlünü xoĢ etmək üçün! 
Əgər sən hər Ģeydən və hamıdan qorxmasaydın Emil Volkoqon səviyyəsində sənaye 
kapitanı olardın. 


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə