Çağdaş dünya ədəbiyyatı. Dramaturgiya. Pyeslər


“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası  Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə26/93
tarix26.08.2018
ölçüsü2,69 Mb.
#64854
1   ...   22   23   24   25   26   27   28   29   ...   93

 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
81 
Elodi. Əlbəttə, Alfredo. (Kübar qadın təbəssümü ilə.) Bu, kiĢiyə aid iĢdir. 
Metrdotel. Etimada görə təĢəkkür edirəm, madam, mersi. 
Metrdotel çıxmaq istərkən ayağını bir addım kənara qoyur ki, bacısının əlindən tutub 
qaça-qaça gələn Totoya yol versin. UĢaqların hər ikisinin əlində məktəb çantası var. 
Toto. Mama! 
Elodi. (Hələ də “berjer” kreslosunda oturub, Qulluqçu onun ayaq dırnaqlarını kəsməkdə 
davam edir.) Nədi, mənim əzizim? 
Toto. Mənim dalımda deĢik var. Perperin oğlu karandaĢla deĢib. 
Elodi. Adelə de. 
Toto. O bazara gedib. 
Elodi. Görürsən əlimdə iĢim var! 
Toto. Nə iĢ? 
Elodi. Niyə bunu mənə dünən deməmisən? 
Toto. Mən dedim, amma heç kəs eĢitmədi. Siz dava eləyirdiniz.  
Elodi. Adelə demək lazımdı! 
Toto. O dedi ki, qabları yuyur. Kristinanın baĢını da birtəhər hördü. Deyir bu sənin 
iĢindir. Həm də biz məktəbə gecikirik. 
Elodi. Gecikirsinizsə, dayanmayın, gedin, nahardan sonra Adel tikər. 
Toto. Əgər müəllim desə ki, mənim dalımda deĢik var, deyəcəm ki, sən bilirsən. Bəlkə 
bir kağız yazasan? 
 
Elodi. Aman allah, mənim vaxtım var kağız yazmağa? ĠĢim baĢımdan aĢır! 
Toto lal-dinməz bacısının əlindən tutub gedir. Elodi dərindən nəfəs alır və o biri ayağını 
irəli uzadır. 
Xidmətçi. Gərək madam kimi əsil kübar xanım olasan ki, ayaq dırnaqlarını bu rəngdə 
boyamağa cəsarət edəsən. Ah, madam o qədər gözəldir ki, ona hər Ģey yaraĢır. (Elodinin 
corablarını geyindirir.) 
Elodi. (XoĢallanır) Ermelina... 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
82 
Qulluqçu. Kraliçalara layiq ayaqlardır. Ah, bilsəniz mən necə sədaqətliyəm, madam. 
Keçən həftə qraf Perikolözö Sporgersi mənə beĢ luidor təklif elədi... madamın geyilmiĢ 
corabını istəyirdi. 
Elodi. (Nazlanaraq yalandan əsəbiləĢir.) Susun, Ermelina! 
Qulluqçu. Əlbəttə, mən imtina elədim. Mən iyirmi ildir madamın qulluğundayam, 
madama sədaqətimin həddi yoxdur. Amma madam hirslənməsin... o zavallının taqsırı 
yoxdur, hamı madama heyrandır. Hələ atanızın malikanəsində... bal məclislərində biz 
qapının arasından madamın salona necə daxil olmasını yaxĢı görmək və bundan ləzzət 
almaq üçün itələĢərdik. HəmiĢə madam öz zərifliyi, füsunkarlığı ilə seçilirdi. Bəs madam 
necə rəqs edirdi! 
Uzaqdan skripkada ifa olunan musiqi eĢidilir. Elodi qalxıb gecə köynəyindəcə vals 
üstündə fırlanır. Qulluqçu bir az əvvəl çarpayıya sərdiyi platyanı götürüb yox olur. Elodi 
fırlana-fırlana qəflətən içəri girən Adolfla üz-üzə dayanır. 
Adolf. Rəqs edirsən? 
Elodi. Mənim rəqs eləməyə ixtiyarım yoxdur? 
Adolf. Kömək elə bu düyməni bağlayım. Əyildim çəkməmi təmizləyim, düymə açıldı. 
Elodi. (Kinayə ilə.) Əyilmə, çəkməni əlinə götürüb təmizlə. 
Adolf. Ən asanı məsləhət verməkdir. 
Elodi. Bəli, Adelə de təmizləsin. (Düyməni bağlamağa çalıĢır.) 
Onlar bir-birlərinə nifrətlə baxırlar. 
Adolf. Adel çatdıra bilmir, evin bütün yükü onun üstündədir. 
Elodi. Ah, belə de! Xidmətçinin dərdini çəkir mösyö. Əlbəttə o yorulmazdı, gecələr 
yuxusuna mane olmasaydın! Bəs mənim yorulmağım səni narahat eləmir? 
Adolf. Yorulursan? Sən ki bütün günü özünlə əlləĢirsən! 
Elodi. Çünki heç kəs mənə kömək eləmir! Heç kəs mənə xidmət göstərmir! Hər Ģeyi mən 
özüm həll etməliyəm. Vanna qəbul eləmək istəyirəm... “Madam, qaz kranı iĢləmir!” 
Dırnağıma lak çəkirəm, qoymurlar fikrimi bir yerə toplayım... “Madam, dana əti 
qalmayıb, əvəzinə eskalop alım? Bir qərara gələ bilmirəm!” Otururam rəfiqələrimlə çay 
içməyə... “Madam, qızın qarnı ağrıyır, qarĢokdan əl çəkmir!” Cana doymuĢam! HəmiĢə 
evdə, həmiĢə... hələ uĢaqlar! Həyat bu deyil, həyat... hanı dəbdəbə, hanı qanı coĢduran 
həyəcanlar? Hanı anam deyən həyat? 
Adolf. Həyat haqqında sənə düzgün informasiya verməyiblər. 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
83 
Elodi. Ata evində mən boğulurdum, amma ümid edirdim ki, ərə gedərəm, Parisdə 
yaĢayaram, azad olaram, nəhayət, özüm olaram, paytaxt sevinclərini hiss edərəm... Qadın 
yalnız Parisdə əsil qadın ola bilir, çiçək açır. Mən hələ gözəldim, hər Ģey bacarırdım. 
Samballı kiĢilər baĢıma fırlanır, parlaq həyat vəd edirdilər, mən isə sənə vuruldum! Niyə? 
Neyçün? 
Adolf. Nə bilim?  
Elodi. Onda sənin qarnın yoxdu... bəli, yığ, çək içəri, amma aldada bilməzsən, mon cher. 
Heç elə yaraĢıqlı da deyildin. 
Adolf. (Pərtdir.) Mən tennisi pis oynamırdım. 
Elodi. Elədir! Hansısa bir əyalət klubunda... Reysinq klubda bilirsən kiĢilər necə 
oynayırlar? 
Adolf. Axı mənim məĢq eləməyə vaxtım yoxdur, amma hamı mənim reversimdən 
danıĢardı. 
Elodi. (Kinayə ilə.) Elədir, ġatodan Ģəhərciyində! Sən çox adi bir qulluqda idin, 
valideynlərin də... düzdür, eviniz yaxĢı idı, uzaqdan hətta qəsrə oxĢayırdı... Onu da satdın 
ki, bacınla vərəsəlik payını bölüĢəsən. Onda deyirdin səni parlaq gələcək gözləyir. 
Adolf. Ġyirmi beĢ yaĢında hamını gələcək gözləyir. 
Elodi. Buyur, on il keçib, biz soxulcan kimi heç bir rahatlığı olmayan bu qutu evdə 
sürünürük. Heç gün düĢən bir yeri də yoxdur. 
Adolf. Sən Parisdə Plen-Monsoda, təzə kvartalda yaĢamaq istədin... hidravlik lifti olan 
evdə! Mən bilən bu detal səni rəfiqələrində həsəd hissi yaratmaq üçün maraqlandırırdı... 
Onu da deyim ki, sən bir qədər ĢiĢirdirsən, biz heç də soxulcan kimi sürünmürük. Mən 
SBĠUFC direktorunun müaviniyəm. 
Elodi. (Ġstehza ilə.) Sitrus Bitkilərinin ĠnkiĢafı Uğrunda Fermer Cəmiyyəti direktorunun 
müavini! Cənab Fessar-Lebonzun rəhbərliyi altında. O səni heç adam hesab eləmir, 
istədiyi vaxt iĢdən qovar. 
Adolf. Bu gün iĢə geciksəm, sən deyən həqiqətən baĢ verə bilər, ġarlotta, gəl qurtaraq. 
Səninlə ayaqüstü vuruĢmaq mümkün deyil, bunun üçün azı iki saat vaxt lazımdır. 
(Geyinməyini qurtarır, ətəklərini Ģalvarın içinə salır.) UĢaqlar məktəbə getdilər? 
Elodi. (Tualet masasının qabağında güzgüdə üzü ilə əlləĢir.) Bilmirəm! Mənim üçün fərqi 
yoxdur. 
Adolf. Bu gün Çernoqoriyadan müĢtərilərimiz gəlir, yəqin onlarla nahar etməli olacam. 
Günorta evə gəlməyəcəm. 
Elodi. Mənim üçün fərqi yoxdur. 


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə