Çağdaş dünya ədəbiyyatı. Dramaturgiya. Pyeslər


“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası  Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə29/93
tarix26.08.2018
ölçüsü2,69 Mb.
#64854
1   ...   25   26   27   28   29   30   31   32   ...   93

 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
90 
Adolf. Emil Volkoqon start götürəndə atasının tikiĢ maĢınları əlinin altında idi. Emil 
Volkoqon çobanyastığı çiçəyinin ləçəklərini qoparıb “sevir - sevmir” deyib fal açmaq 
əvəzinə, uf demədən Reneqanın qızını aldı. 
Elodi. Sənin o Reneqanın əsl qarğadır! Hər Ģeyə iddia ilə yanaĢan əcaib varlıq! Yəqin 
indi o dirsəklərini gəmirir. 
Adolf. Mən deməzdim. Həmin o iddialı dediyin əcaib varlıq qızına iyirmi milyonluq 
cehiz qoĢmuĢdu. Belə varidatla güclü, cəsarətli olmağa nə var! 
Elodi. Sən yaramazsan! Nə demək istədiyini də yaxĢı qanıram. Atam mənə ġeviletdəki 
mülkünü verdi, bütün mebelin pulunu ödədi. Hamısı ar-deko Majorel stilində. Bu azdır? 
Adolf. ġevilet dediyin o mülk bizə ayda iyirmi dörd yumurta, ildə yüz kiloqram kartof
Pasxa üçün bir qoyun, milad bayramına bir çoĢqa verir, vəssalam! Qaldı ki, Majorel, o da 
sənin müasir zövqünün nəticəsidir, rəfiqələrinə göstərib qürrələnəsən. Mən Ģəxsən 
üstünlüyü XVI Lüdovik dövrünün mebelinə verirəm. Qabriella Renaqaya gəldikdə isə, 
xəbərin olsun ki, tennisdə fürsət düĢən kimi bəndənizə sürtüĢürdü, gözü ilə yeyirdi məni! 
Elodi. Çəp gözü ilə? Onun bircə gözü yaxĢı görür, onu da dirəyib tikiĢ maĢınlarına. 
Volkoqonun oğluna ərə gedəndə də neynədiyini çox yaxĢı bilirdi. Pul pul gətirər. Guya 
sən çalıĢmırdın onun xoĢuna gəlməyə? Nə olsun gözü xam baxır, kürəyi sızanaqlarla 
doludur, bir ayağı o birisindən qısadır? On iki milyonun qabağında sən də az quyruq 
bulamamısan. Amma gözəl günün birində Emil Volkoqonla niĢanlandığını elan elədilər. 
Sən ən varlı qızı ala bilmədiyinə görə ən gözəlini aldın. Mən Kantri-Klabın kraliçası 
idim. 
 
Adolf. Bu mənim ən böyük səhvim olsa da, mənim öz əməllərimə görə cavab vermək 
vərdiĢim var. Ġndi bunu demək nə qədər qəribə olsa da, mən onda sənə vurulmuĢdum. 
Elodi. Hamı mənə vurğun idi. Emil Volkoqon toy ərəfəsində mənə sevgi dolu məktub 
yazmıĢdı. Çeçələ barmağımı tərpətsəydim... 
Adolf. Allah xatirinə, de görüm niyə tərpətmədin o çeçələ barmağını? 
Elodi. (Yerindən qalxır və stolun üstündən əlini uzadır ki, ərinin üzünü cırsın.) Eybəcər! 
Monstr! Xortdan! Bəlkə sən o dəhĢətli tufan günündə yaxt-klubda baĢ verən hadisəni 
unutmusan? 
Toto. Papa, mama, bəsdirin! 
Onlar hərəsi stolun bir tərəfindən irəliyə əyilib burun-buruna dayanırlar. Ağızlarına 
gələni bir-birlərinə yağdırırlar, ağız deyəni qulaq eĢitmir. 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
91 
Adolf. Xeyr, unutmamıĢam! Yaxt-klubun soyunma otağında baĢ verən hadisəni unutmaq 
çətindir. FikirləĢmədən! Yelkən kisələrinin üstündə! Demək olar ki, tanımadığın bir 
oğlanla! 
Elodi. (Hikkədən boğula-boğula). O oğlan sən deyildin? 
Adolf. (Nifrətlə). Bəli, mən idim, amma sən məni, demək olar ki, tanımırdın. Bəlkə yox 
deyəcəksən? Fakt göz qabağındadır! Bir göz qırpımında məhəbbət! Ġlk qabağına çıxan 
adamla! Bilmək istəyirsənsə, bu iyrənclikdir. 
Elodi. Ah, yaramaz! (Ġsterikadadır.) Yaramaz! Tartüf! Qatil! 
Toto. (QıĢqırır.) Papa, mama, bəsdirin! 
Adolf. Əlbəttə, onda mən bir az düĢünməli idim, amma mən neynədim? Səninlə 
evləndim. 
Elodi. Bəlkə bu sədəqə idi? Ġstefada olan hansısa məhkəmə kargüzarının oğlu! Əgər mən 
səninlə olmaq əvəzinə özümü Norber de Lya Prebanda təslim etsəydim, indi mənim 
qədim qəsrim, yaxtam, avtomobilim və sürücüm olardı. 
Adolf. Üstəgəl degenerat uĢaqların! 
Elodi. (Zingildəyir.) Mən vikontessa olardım! 
Toto. (Yenə qıĢqırır.) Papa, mama, bəsdirin!  
Patetik pozada dayanmıĢ Elodi və Adolf, nəhayət, ilk dəfə Totoya fikir verirlər. 
Onlar sakitcə oturur və hirslə yeyirlər. 
Adolf. (Totoya) Qulançar götür, əti də axıracan ye!  
Pauza. Onlar sükut içində yeyirlər. 
Bizim mübahisələrimiz iyrəncdir, həm də boĢ, mənasız. Mən öz tərəfimdən...üzr 
istəyirəm. Mən yaxĢı bilirəm ki, əgər sən vikontessa olmamısansa, Norber de Lya 
Prebanda deyil, mənə təslim olmusansa bunun bircə səbəbi vardı: sən mənə vurulmuĢdun. 
Mən də sənə vurulmuĢdum. Bəlkə biz o vaxt axmaqlıq eləmiĢik, amma iyrmi yaĢında biz 
yelkənlərin yığıldığı anbarda elədiyimiz o iĢə sayğı ilə yanaĢmalıyıq. Məhəbbət nadir 
incidir, üz-üzə gələndə onu hörmətlə salamlamaq lazımdır. (Qısa çəkən pauza. Totoya) 
Qulançar ye! 
 
Toto. (QaĢqabaqla) Mən qulançarı sevmirəm. 
Elodi gözlərində yaĢ qalxıb yemək otağından çıxır. 
Niyə siz həmiĢə dava salırsınız? 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
92 
Adolf. Bunu baĢa düĢmək üçün sən çox balacasan. 
Toto. Sən qıĢqırırsan... o qorxur, o da qıĢqırır. Elə bilirsən bu bizim xoĢumuza gəlir? 
Adolf. Yox, mən elə bilmirəm. ÇalıĢaram daha qıĢqırmayım. Amma çox vaxt birinci o 
baĢlayır. Sən özün bilirsən ki, o əsəbidir, çox tez özündən çıxır. Elə sənə görə də söz olur. 
Qulançar ye. 
Toto. Axı niyə siz süfrə arxasında vuruĢursunuz? Biz Perpergilə qonaq gedəndə orda heç 
kimin qıĢqırdığını eĢitmədik. 
Adolf. Yəqin qonaqlara görə. Sən bunları baĢa düĢmək üçün çox balacasan. KiĢi ilə qadın 
həmiĢə dalaĢır. Elə sən də bacınla tez-tez küsüĢürsən. 
Toto. Siz bir-birinizi sevmirsiniz. 
Adolf. (Kiçik tərəddüddən sonra.) Yox, bu ona görədir ki, biz bir-birimizi sevirdik. 
Əti axıracan ye, qulançarı da. 
Toto. (Qətiyyətlə) Mən qulançarı sevmirəm. 
Adolf uĢağı vurmaq üçün əlini qaldırır, danlamaq üçün ağzını açır, amma cana doymuĢ 
kimi əlini yelləyir... 
Adolf. Onda zəngi çal Adel gəlsin. 
Toto zəngi çalır. Adel gəlir. 
Süfrəni yığıĢdıra bilərsiniz, Adel. UĢaqlara albalı gətir, qabları yuyub qurtarandan sonra 
Kristinanı yatağına sal. Madam özünü yaxĢı hiss eləmir. O öz otağına getdi. (Qalxıb 
qəzeti götürür və divana yayxanır.) 
Toto kitabını götürür, bir küncə çəkilib çömbəlir. Kristina qardaĢının yanında oturub 
kuklasını oynadır. Adel stolun üstünü yığıĢdırır. 
Onların səsi azalır. Adolf qəzetə baxa-baxa öz-özünə ucadan danıĢır. O, bir növ, öz iĢində 
olan, kitab oxuyan Totoya deyir sözünü. 
Adolf. (Siqar yandırır). Çoxlu pul qırmaq olardı. Kantalın neft səhmlərinin qiyməti 
düĢüb, etibarlı mənbələrdən mənə məlumdur ki, Royal Datç onları vasitəçilərin əli ilə 
almaq istəyir... Bilirsən Royal Datç kimdir? 
Toto cavab vermir. ġkafın dalında çömbəltmə oturmuĢ hindu ortaya çıxır, səssizcə bir ox 
atıb yox olur. Pauza. 
Toto. (Kitabdan ayrılmadan soruĢur). Ranço nədir? 
Adolf. Min dəfə izah eləmiĢəm sənə... Ranço iri kəsilmiĢ və yonulmamıĢ tirlərdən 
tikilmiĢ evdir. Orda Amerikaya gələn ilk adamlar - pionerlər yaĢayırdılar. (Siqarın 


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə