Münaqişə həm müsbət, həm də mənfi sosial funksiyaları həyata
keçirir. Münaqişənin nəticələrinə obyektiv və subyektiv qiymətlər
verilə bilər. Məsələn, istehsal (sosial-əmək) münaqişəsi nəticəsində
müəssisənin yenidən qurulmasının mümkünlü
5
m obyektiv surətdə
müsbət təzahürdür, lakin ştat ixtisarı nəticəsində işdən çıxarılmış
işçilərin
mövqeyindən
yanaşdıqda,
bu
münaqişə
mənfi
qiymətləndiriləcəkdir.
Münaqişənin müsbət, yaxud mənfi təsiri bir çox cəhətdən sosial
sistemlə şərtlənir. Sərbəst strukturlu qruplarda və münaqişənin norma
hesab olunduğu, onun nizamlanmasının müxtəlif mexanizmlərinin
mövcud olduğu açıq cəmiyyətlərdə münaqişə, bir qayda olaraq, həyat
qabiliyyətinin, dinamizmin və tərəqqiyə meylin artmasına təkan verir.
Totalitar cəmiyyətdə sosial münaqişə prinsip etibarilə qəbul olunmur,
onun həllinin yeganə mexanizmi isə güc hesabına yatırmaqdan
ibarətdir (məsələn, 1962-ci ildə Novoçerkasskda fəhlələrin
nümayişinin gülləbaran edilməsi). Yatırılmış münaqişə funksiyalarını
itirir, cəmiyyəti parçalanmaya, köhnə ziddiyyətlərin kəskinləşməsinə
və yeni ziddiyyətlərin yaranmasına aparıb çıxarır.
Sosial münaqişənin açıq sosial strukturlar üçün xarakterik olan
bəzi müsbət funksiyalarını nəzərdən keçirək.
1.
Münaqişə ziddiyyətləri üzə çıxararaq həll edir və bununla da
ictimai inkişafa təkan verir. Vaxtında aşkara çıxarılmış və həll edilmiş
münaqişə ağır nəticələrə aparıb çıxaran daha ciddi münaqişələrin
qarşısım ala bilər.
2.
Açıq cəmiyyətdə münaqişə qrupdaxili və qruplararası
münasibətlərin sabitləşdirilməsi və birləşdirilməsi funksiyalarım
yerinə yetirir, sosial gərginliyi aşağı salır.
3.
Münaqişə əlaqə və münasibətlərin intensivliyini dəfələrlə
artırır, sosial prosesləri stimullaşdırır, cəmiyyətə dinamiklik verir,
yaradıcılıq və yeniliyi təşviq edir, ictimai tərəqqiyə təkan verir.
4.
Münaqişə vəziyyətində insanlar həm öz mənafelərini, həm də
onlara zidd mənafeləri daha dəqiq dərk edir, ictimai inkişafı obyektiv
problem və ziddiyyətlərinin mövcudluğunu daha tam şəkildə üzə
çıxarırlar.
5.
Münaqişə ətraf sosial mühit, rəqib birliklərin güc poten-
sialmm nisbəti haqqında informasiya əldə olunmasına təkan verir.
6.
Xarici münaqişə qrupdaxili inteqrasiyaya və eyniləşməyə
130
təkan verir, qrupun, millətin, cəmiyyətin vəhdətini möhkəmləndirir,
daxili ehtiyatlan səfərbər edir. O, həmçinin dostlar və müttəfiqlər
tapmağa kömək edir, düşmənləri və bədxahları üzə çıxarır.
7.
Daxili münaqişələr (qrupda, təşkilatda, cəmiyyətdə)
aşağıdakı funksiyaları yerinə yetirir:
~ qüvvələr nisbətinin (o cümlədən hakimiyyət nisbətinin)
yaradılması və qorunması;
-
hamı tərəfindən qəbul olunmuş norma, qayda və dəyərlərə
riayət olunmasına sosial nəzarət;
-
yeni sosial norma və institutların yaradılması, mövcud norma
və institutların yeniləşdirilməsi;
-
fərd və qrupların adaptasiyası və sosiallaşdırılması;
-
qrup təşkili, qrupların normativ və fiziki sərhədlərinin
müəyyən edilməsi və qorunması;
-
qrupdaxili və qruplararası münasibətlərin nisbətən sabit
strukturunun müəyyən edilməsi və qorunub saxlanması;
-
qrupda və cəmiyyətdə qeyri-formal iyerarxiyamn müəyyən
edilməsi, o cümlədən qeyri-formal liderlərin üzə çıxarılması.
8.
Münaqişə iştirakçılann mövqelərini, mənafelərini və
məqsədlərini üzə çıxarır, bununla da yaranan problemlərin ta-
razlaşdırılmış həllinə təkan verir. Açıq sosial sistemdə münaqişə
«qoruyucu klapan» rolunu yerinə yetirərək, meydana çıxan
ziddiyyətləri aşkarlayır və bütövlükdə sosial strukturu qoruyub
saxlayır.
Sosial münaqişə aşağıdakı hallarda mənfi funksiyaları daşıyır:
-
iğtişaş və qeyri-sabitliyə aparıb çıxardıqda;
-
cəmiyyət sülh və asayişi təmin edə bilmədikdə;
-
mübarizə zorakı metodlarla aparıldıqda;
-
münaqişə nəticəsində böyük maddi və mənəvi itkilər baş
verdikdə;
-
insanların həyat və sağlamlığı üçün təhlükə yarandıqda.
Emosional münaqişələrin əksəriyyəti, o cümlədən insanların
sosial-psixoloji uzlaşmazlığı nəticəsində yaranan münaqişələr mənfi
münaqişələrə aid edilməlidir. Zəruri qərarların qəbul edilməsini
çətinləşdirən münaqişələr də mənfi münaqişələr hesab olunur. Müsbət
münaqişənin uzanması da mənfi nəticələrə gətirib çıxara bilər.
131
§5. Sosial münaqişələrin növləri və əsas inkişaf mərhələləri
Münaqişələrin əsas növləri təsnifləşdirmənin əsası qismində
götürülən meyardan asılı olaraq müəyyən edilir. Əsas qismində
tərəflərin xüsusiyyətləri götürüldükdə aşağıdakı münaqişələri
fərqləndirmək olar: şəxsiyyətlərarası, şəxsiyyətlə qrup arasında,
qrupdaxili, kiçik və böyük sosial birliklər arasında, millətlərarası və
dövlətlərarası.
Təsnifləşdirmənin əsası qismində ictimai həyat sahələri
götürüldükdə siyasi, iqtisadi, ideoloji, sosial, hüquqi, ailə-məişət,
ictimai-mədəni və s. münaqişələrdən söz açmaq olar. Münaqişələrin
motivlərindən asılı olaraq, sosial münaqişələrin üç bloku fərqləndirilir:
1)
hakimiyyət səlahiyyətlərinin və mövqelərinin bölüşdürülməsi
ilə əlaqədar yaranan münaqişələr;
2)
maddi ehtiyatlarla əlaqədar yaranan münaqişələr;
3)
ən mühüm həyati yönəliş dəyərləri ilə əlaqədar yaranan
münaqişələr.
Münaqişənin
motivləri
və
vəziyyətin
subyektiv
qavranıiması nəzərə alınmaqla münaqişələrin aşağıdakı növləri
fərqləndirilir:
1.
Yalançı münaqişə - real səbəblər mövcud olmadığı halda
subyekt tərəfindən vəziyyətin münaqişə kimi qavranıiması;
2.
Potensial münaqişə - münaqişənin yaranması üçün real
əsaslar mövcuddur, lakin hələ tərəflərin heç biri, yaxud hər ikisi bu və
ya digər səbəblərdən (məsələn, informasiya çatışmazlığı ucbatından)
hələ vəziyyətin münaqişəli olduğunu dərk etməmişlər;
3.
Həqiqi münaqişə - tərəflər arasında real toqquşma. Öz
növbəsində, həqiqi münaqişəni aşağıdakı yarımnövlərə ayırmaq olar:
a)
konstruktiv - subyektlər arasında real surətdə mövcud olan
ziddiyyətlər əsasında yaranmış münaqişə;
b)
təsadüfi - anlaşılmazlıq, yaxud təsadüf nəticəsində yaranmış
münaqişə;
c)
yeri dəyişdirilmiş (gizli) - yalançı əsasla yaranmış, həqiqi
səbəbin gizli olduğu münaqişə. Məsələn, biliyinə aşağı qiymət
verilməsindən narazı tələbə imtahanı götürən müəllimlə qarşıdurmaya
girmək üçün hər hansı bəhanədən istifadə edir;
132
Dostları ilə paylaş: |