IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
883
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
fərqlidir. Hər bir ayrı dildə sözlərin və cümlələrin qrammatik formalarında əks olunan qrammatik
mənalar həmin dilin qrammatik kateqoriyalarını əmələ gətirir.
Fəlsəfədə, eləcə də, dilçilikdə mövcud olan kateqoriyalar sırasında keyfiyyət və kəmiyyət
kateqoriyası da vardır. Həm keyfiyyət, həm də kəmiyyət kateqoriyası, həm idraki, həm də linqvistik
kateqoriyalar kimi filosoflar və dilçilər tərəfindən müxtəlif cəhətdən araşdırılaraq tədqiq edilmişdir.
Bu kateqoriyalar fəlsəfi kateqoriyalar olaraq, Aristotel tərəfindən “Kateqoriyalar” və “Topika”
əsərlərində şərh olunmuşdur. Keyfiyyətə Aristotel dörd mümkün kontekst aid edir: anadangəlmə,
başlanğıc qabiliyyətlərinin və xarakteristikaların mövcud olması və ya olmaması; dəyişkən və ya sabit
xüsusiyyətlərin mövcudluğu; əşya və hadisənin mövcudluq prosesində onlara xas olan xüsusiyyət və
vəziyyətlər; əşya və ya hadisənin zahiri görünüşü. Aristotel kəmiyyətə “cəmlik” və “miqdar”ı aid
edirdi. Məntiq lüğətində keyfiyyətə belə tərif verilir: “Keyfiyyət əşyanın necə olmasını bildirən
xüsusiyyətlərin cəmidir. Keyfiyyətin dəyişməsi həmin əşyanın köklü dəyişməsinə səbəb olur”. (2, 242)
Keyfiyyət əşyanın mühüm göstəricisi, onun üzvi xüsusiiyətlərinin, əlamət və xassələrinin
təyinedicisidir. Bu əlamət və xüsusiyyətlər isə əşyanı, hadisəni və ya prosesi başqası deyil, məhz özü
olduğunu müəyyənləşdirir və digər əşya və hadisələrdən fərqləndirir. Təbiət və cəmiyyətdə hər bir şey
daimi hərəkətdə və inkişafdadır, hər zaman nə isə yaranır və məhv olur. Ancaq bu, o demək deyildir
ki, əşya və hadisələr müəyyən məzmuna, tərkibə malik deyil, yəni onlar qeyri-sabitdir, məhz keyfiyyət
göstəriciləri onları sabit edir. Keyfiyyət anlayışı mühüm nəzəri əhəmiyyət kəsb edir. Elmi idrak birinci
növbədə öyrənilən hadisələrin keyfiyyət təyinedicilərini, başqa cür desək, digər hadisələrdən
fərqləndirən, onlara məxsus özəllikləri müəyyən etməlidir. Bunu etmədən əşyanın inkişaf
qanunauyğunluqlarını aşkar etmək olmaz.
Əşyanın keyfiyyəti hər zaman onun kəmiyyət göstəriciləri ilə bağlıdır. Hər bir əşya keyfiyyət və
kəmiyyət birliyidir. Kəmiyyət kateqoriyası universal, yəni məntiqi kateqoriya olub gerçəkliyin dərk
edilməsində vacib pillələrdən biridir.
Kəmiyyət kateqoriyası əşyanın miqdarını, inkişaf səviyyəsini səciyyələndirən tərəfini əks etdirir.
“Hər biri iki və yaxud daha çox olmasından asılı olmayaraq tərkib hissələrinə parçalana bilən, təbiətcə
bir olan müəyyən bir şey kəmiyyət adlandırılır”. (1, 164)
Kəmiyyət ən mücərrəd kateqoriyalardan biridir. O, obyektiv aləmlə birbaşa əlaqədə olmaqla,
dünyanın dərk edilməsində həlledici pillələrdən biri sayılır. Qeyd etdiyimiz kimi, kəmiyyət və
keyfiyyət kateqoriyaları bir- biri ilə sıx şəkildə bağlıdır. Əgər əşyanın kəmiyyətindən danışırıqsa,
keyfiyyətin də mövcudluğunu unutmamalıyıq. Hətta belə demək olar ki, ibtidai insanın düşüncəsində
bu anlayışlar bir-birinə qarışmış, bir-birindən ayrılmaz şəkildə olmuşdur. Başqa cür desək, ibtidai
insanların təfəkkürü gördükləri əşyaları gözlə görüb, qulaqla eşitdikləri bir tərzdə dildə ifadə
edilmişdir. İnkişaf getdikcə keyfiyyətdən kəmiyyətə keçid baş vermişdir. Fikrimizi konkret şəkildə
izah etmək üçün sifətin dərəcə kateqoriyalarını misal gətirə bilərik. Belə ki, sifətin əlamət və
keyfiyyətinin azlığı, eləcə də çoxluğu yalnız kəmiyyət vasitəsilə ölçülə bilər. Bu misal vasitəsilə, eyni
zamanda, keyfiyyət anlayışının dilçiliyə aid bir sahədə tətbiq olunduğunun şahidi oluruq. Həmçinin bu
an fonetikada da tez-tez dilçililərin rastına çıxan andır. Belə ki, keyfiyyət saitlər üçün səciyyəvi tembr,
samitlər üçün məxrəc müəyyənləşdirmək üsuludur. Dilçiliyin bu şöbəsində kəmiyyət anlayışına da rast
gəlirik. Bu zaman səsin nisbi uzunluğu və gücü, səsin uzunluq dərəcələri arasındakı fərq səsin
kəmiyyətini əmələ gətirir. Kəmiyyət kateqoriyası bütün dünya dillərinə xasdır və bu dillərdə leksik və
qrammatik vasitələrin köməyi ilə fərqli şəkildə ifadə olunur. Qeyd etmək lazımdır ki, bir sıra dillərdə
kəmiyyət kateqoriyasının saylarla ifadəsi çox da yaxşı inkişaf etməyərək birinci onluq səviyyəsində
qalmışdır, digər dillərdə isə say sistemi kifayət qədər inkişaf edərək mükəmməl şəkildə ifadə olunur.
Dilçilikdə ümumi qrammatik kateqoriyalardan biri olan kəmiyyət kateqoriyası ismə, sifətə, saya,
əvəzliyə, felə aid olur. Üç, beş, on saylarında kəmiyyət anlayışı konkretdir, ağaclar, otlar, çiçəklər
sözlərində qeyri-müəyyəndir, camaat, ordu sözlərində mücərrəddir. Bu anlayışı mənsubiyyət
kateqoriyasında da görə bilirik. Məsələn: I şəxsin cəmini yaratmaqda iştirak edən şəkilçilərdə
kəmiyyətin cəmdə olmasını müşahidə edirik. Riyaziyyatda da qarşımıza çıxan kəmiyyət anlayışı
sonsuz və təqribi ədədlərin mövcudluğuna rəğmən dilçiliklə müqayisədə daha konkretdir.
Müəyyən fərqlərə baxmayaraq, belə bir nəticə çıxarmaq mümkündür ki, kəmiyyət və keyfiyyət
insan təfəkkürünün ən ümumi və mühüm kateqoriyası olmaqla, həm məntiqi kateqoriyalar kimi nəzərə
çarpır, həm də dil sisteminə güclü şəkildə nüfuz etməsi ilə diqqəti cəlb edir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
884
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
MİRZƏ ƏLƏKBƏR SABİRİN SATİRALARINDA
VULQAR SÖZLƏRİN İŞLƏNMƏ MƏQAMLARI
Arzu MƏMMƏDOVA
ADPU
arzumemmedova395@gmail.com
AZƏRBAYCAN
Yeni dövr dünya ədəbiyyatının görkəmli siması, “Molla Nəsrəddin” ədəbi məktəbinin başçısı,
inqilabi-satirik şeirimizin banisi və bayraqdarı Mirzə Ələkbər Sabir Tahirzadə Şirvani (1862-1911)
Azərbaycan ədəbiyyatı tarixində şərəfli yer tutan böyük şəxsiyyətlərdən biridir.
“Sabirin satirası kapitalist və mülkədarların zülmü altında inləyən fəhlə və kəndlinin iztirablı
həyat şəraitinin təcəssümüdür və şairin böyüklüyü orasındadır ki, o, öz mübariz satirasını çar
irticasının ağır illərində yaratmışdır. Sabir bütün şeirlərində zalimlərə zərbə vurmuş, məzlumların
dadına çatmaq istəmişdir. Bu əsrdə onun qədər inqilaba, öz xalqına yaxın olan ikinci bir qələm sahibi
tapılmaz! Sabir fəhlə və kəndli sinfinin ağa və mülkədar zülm altında çəkdiyi məşəqqətləri əyani və
canlı şəkildə göstərən şairdir.”
Nəriman Nərimanovun sözlərinin davamı olaraq, Mirzə Ələkbər Sabir satiralarında dövrünün
çatışmayan cəhətlərini qeyd etmiş, konkret hədəfini öz oxucularına daha da dərindən çatdırmağa
çalışmışdır. Burada onun köməyinə çatan satirik dili idi. Bu cəhətdən vulqar sözlər onun satiralarında
mühüm yer tutur. O, insanların mənfi xüsusiyyətlərini təsvir etmək, hər hansı vəziyyətə etiraz, nifrət
bildirmək üçün vulqar sözlərdən yerli- yerində istifadə etmişdir. “Sabirin şeirləri içərisində elə
parçalara rast gəlirik ki, onlar bizim vicdanımıza nüfuz edir.”
Məhz, “Gavur qızı” satirasında Sabir vulqar sözlər vasitəsilə “qadın problemi”ni özünəməxsus
ifadə etmişdir:
Üç dörd uşaq doğub, qocalıb, dişləri düşüb,
Bir kaftara dönübdü bu nikbət, gavur qızı!
Gəl razı ol ki, bir qız alım, mən də kef çəkim,
Həm eyləsin sənə dəxi xidmət, gavur qızı!
Sal başını aşağə sən, ancaq işində ol,
Paltar yu, ev süpür, elə xidmət, gavur qızı!
Ərdir, özü bilər, neçə övrət alar, alar,
Heyvan kimi durar, baxar övrət, gavur qızı!
Mirzə Ələkbər Sabir bu şeirdə yaşadığı dövrdə qadına olan acınacaqlı münasibətini təsvir
etmişdir. Yəni, qadınların hüquqsuzluğunu vulqar sözlərlə daha da üzə çıxarmışdır.
“Mən belə əsrarı qana bilmirəm” satirasında isə vulqar sözləri işlətməklə şair mövcud cəmiyyətin
ziddiyyətlərini dərindən başa düşən qəhrəmanın həyatının zindan olduğunu göstərmişdir:
Mən belə əsrarı qana bilmirəm,
Qanmaz olub da dayana bilmirəm.
Neyləməli göz görür, ağlım kəsir,
Mən günəşi göydə dana bilmirəm.
Derlər usan, hərzəvü hədyan etmə
Güc gətirir dərd, usana bilmirəm!
Bu şeirdə şair vulqar sözləri elə göstərmişdir ki, insanları dərdə salan dünyada insan ya avam,
şürsuz, duyğusuz bir ömür keçirmək, ya da mübarizə aparmaq, həqiqi həyata çatmaq məzmununa
toxunmuşdur.
Hətta, Sabir pul kisələrini öz övladlarından belə üstün tutan dargöz, nəfsgirləri sonralar da qələmə
aldığı “Pula təvəccöh” satirasında da onların öz dilləri ilə ifşa edərək, yazmışdır:
Nuri-çeşmanımmısan, ey pul, ya canımmısan?
İsmətim, namusum, arım, qeyrətim, qanımmısan?
Hörmətim, fəxrim, cəlalım, şövkətim, şanımmısan?
Müshəfim, Məkkəm, Mədinəm, qibləm, ərkanımmısan?