IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
879
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
“OĞUZNAMƏ”DƏ İNDİKİ ZAMANIN SİNTAKTİK
VƏ ÜSLUBİ XÜSUSİYYƏTLƏRİ
Günay İMAMƏLİYEVA
Sumqayıt Dövlət Universiteti
gunay.imamaliyeva@gmail.com
AZƏRBAYCAN
Keçmiş zamanla müqayisədə indiki zaman çox az sintaktik xüsusiyyətlərə malikdir. Maraqlıdır
ki, zaman kateqoriyasını tədqiq edən dilçilərdən A.Axundov, Z.Budaqova, B.Xəlilov, G.Fəxrəddin
qızı indiki zamanın sintaktik xüsusiyyətlərinə ümumiyyətlə toxunmayıblar. Ola bilsin ki, onların
tədqiq etdikləri yazılı abidələrdə indiki zamanın sintaktik xüsusiyyətlərinə aid nümunələr
işlənməmişdir. Ancaq S.Əlizadənin “Oğuznamə”sində isə az da olsa işlənmişdir. İndiki zamanın malik
olduğu sintaktik xüsusiyyətləri aşağıdakı kimi qruplaşdırmaq olar:
1) İndiki zaman feillərlə ifadə olunaraq xəbər vəzifəsində çıxış edir. Aşağıdakı nümunələrə nəzər
yetirək:
Uzağ-uzağ yer salımın yollar bilür; Çoban ata binəcək kəndüzini bəg sanur; Ulular sözin
tutmayan ulayu qalur; Çapuk quş iki ayağından tutulur; Toğrudan gedən gec gəlür, tolamaçdan tez
gəlür; Qurd toyduğı yeri qırq kərrə dolanur; Yeyən bilməzsə, toğrayan bilür.
2) İndiki zaman ol(maq) sözü ilə işlənə bilir. Aşağıdakı nümunələrə nəzər yetirək:
Əsir geyən əsirgənçi olur; Adəm oğlanı yaşadıqca canı tatlu olur; Əxi ocağı küllü olur; El içində
qatı söyləmə, divar ardında qulaq olur; Bəxşiş bəglərdə olur; Çağa yavrının ağzı böyük olur; Taş
qopduq yerdə ağır olur; Qışın çırağı qurı olanının, yazın tamağı qurı olur; Yiğitlik eşək alığı kibi qat-
qat olur.
Ümumiyyətlə, tədqiq olunan S.Əlizadənin “Oğuznamə”sinin təxminən 60% yalnız ol(maq)
köməkçi feilinin vasitəsi ilə ifadə olunur.
3) -ır
4
– omonim şəkilçidir. Bu şəkilçi feil kökünə qoşularaq isim düzəldir. Aşağıdakı nümunəyə
nəzər yetirək:
Bilməzsən, bir bilürdən sor.
4) Cümlədə tamamlıq vəzifəsində çıxış edir. Aşağıdakı nümunələrə nəzər yetirək:
Bir bilürə tanış, bildügün işlə; Nə qədər bilürsən, bir bilürətanış.
5)Cümlədə mübtəda vəzifəsində çıxış edir. Aşağıdakı nümunəyə nəzər yetirək:
Uyur ardınca oyanuq olur.
Bu nümunədə sözün kökü “uyu” feilidir. “uyu+r” formasındadır. Demək ki, -ır
4
indiki zaman
şəkilçisinin saiti ixtisara düşüb və -r formantı vasitəsi ilə ifadə olunub.
Cümlədə tərzi-hərəkət zərfliyi vəzifəsində işlənmişdir. Məsələn:
Qara qayğulu vaqiə gördüm, yumruğumda talbınan şahin bənim quşumu alur gördüm, göydən
ildırım ağ-ban evim üzərinə şaqın gördüm, düm qara pusarıq ordumun üzərinə tökülür gördüm,
qarğu kibi qara saçım uzanır gördüm, uzanuban gözümü örtər gördüm, biləgimdən on barmağımı
qanda gördüm.
“Kitabi-Dədə Qorqud” yazılı abidəsindən fərqli olaraq bu sintaktik xüsusiyyətə S.Əlizadənin
“Oğuznamə”si, Ə.Bahadır xanın “Şəcərei-Tərakimə” əsərində rast gəlmədik.
Keçmiş və gələcək zaman kimi feilin indiki zamanı da bir sıra üslubi xüsusiyyətlərə malikdir.
İndiki zaman ümumiyyətlə, işin icra zamanı ilə haqqında xəbər verilmə zamanının eyni
olduğöunu bildirir. Lakin indiki zaman şəkilçisi söz söylənilmədən əvvəl başlanmış işi də, söylənmə
zamanı başlayıb ondan sonra davam edən işi də ifadə edə bilir. –ır
4
indiki zaman şəkilçisi üslub
sahələrinə görə müxtəlif məqam və məna çalarlığında işlənir.
Feilin zaman kateqoriyasını tədqiq edən dilçilərimizdən A.Axundov, Z.Budaqova, G.Fəxrəddin
qızı indiki zamanın üç üslubi xüsusiyyətini, B.Xəlilov 1 üslubi xüsusiyyətini, Q.Mustafayeva, 6 üslub
xüsusiyyətini Ə.Bağırov 3 üslub xüsusiyyətini, Ç.Hüseynzadə isə 4 üslubi xüsusiyyəti olduğunu qeyd
etmişlər.
S.Əlizadənin “Oğuznamə” yazılı abidəsində də indiki zamanın üslubi xüsusiyyətlərinə aid
nümunələr işlənmişdir. İndiki zamanın üslubi xüsusiyyətlərini aşağıdakı kimi qruplaşdırmaq olar:
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
880
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
1) –r formantı vasitəsi ilə ifadə olunur. E.Əzizov -r formantının həm indiki, həm də gələcək
zaman məzmunu ifadə edə bildiyini qeyd etmişdir.
Aşağıdakı nümunələrdə -r formantı indiki zaman məzmununu ifadə edir:
Ac ilə dost olayım dersən, qarnın doyur; Oğlanın tüyi üşür, yigidin təni üşür, qocanın iligi üşür;
Siçanın toyı bitdükcə üşür; Hər kişidə dəlülik tamarı vardır, “dəlü” dedikcə ol tamar böyür; Yılan nə
dənlü əgri bögri yürürsə, ini qapusuna gəlicək toğrulur.
Göründüyü kimi, bu nümunələrdəki feillər – “de+r”, “üşü+r”, “böyü+r”, “yürü+r”
formasındadır.
Qeyri-qəti gələcək zamanın indiki zaman məzmunu ifadə edir. Aşağıdakı nümunələrə nəzər yetirək:
Odunsuz ocaq olur, külsüz ocaq olmaz; Çoq yaşayan çoq bilməz, çoq gəzən çoq bilür; Şimdiki
zamanda asıl anılmaz, altun – incü anılur; Şol kişi neyləsün ki, yuqarı asarsa, is olur, aşağı qoyursa,
pas olur, urup öldürürsə, yas?!; Qaravaşa ton geyürsən, qadın olmaz; Yar bir olur, iki olmaz; iki,
zinhar, olmasun!; Yunluyı basarlar, yunsuzı qoyu verirlər;
Yigit necə yürürsə, yaraşır,
Yigit necə geyərsə, yaraşır.
İşin indiki zaman şəkilçisi ilə ifadəsində şahidlik çalarlığı və danışan şəxsin işdə, hökmdə,
hadisədə bu və ya digər şəkildə iştirakı ifadə olunur. Qeyri-qəti gələcək zaman şəkilçisində isə bu
çalarlıqlar, deməkm olar ki, yoxdur.
3) -a, -ə şəkilçisi vasitəsi ilə indiki zaman məzmunu ifadə olunur. Aşağıdakı nümunələrə nəzər
yetirək:
Qul, qulluğun andan bilə ki, kəndü didügi olmıya; Vətən sevmək imandandır, vay ana kim, içində
olmaya; Vay ol kişiyə kim, Tanrıdan qorqmaya; Vay ol kişiyə kim, günahın bilməyə.
Burada asanlıqla (olmıya – olmur, olmaya – olmur, qorqmaya – qorqmur, bilməyə - bilmir) –a, -ə
şəkilçisini –ır, -ir, -ur, -ür indiki zaman şəkilçisi ilə əvəz etmək olur. E.Əzizov da -a, -ə şəkilçisini
indiki zaman şəkilçilərinin içərisində göstərmişdir.
4) -maqda, -məkdə şəkilçisi vasitəsi ilə ifadə olunur və hərəkətin hələ davam etdiyini göstərir.
Lakin S.Əlizadənin “Oğuznamə”sində bu şəkilçi ümumiyyətlə işlənməmişdir. -maqda, -məkdə
şəkilçisi müasir ədəbi dilimizdə də geniş işlənmə tezliyinə malikdir.
“Azərbaycan dilində bir sıra vasitələr də vardır ki, bunlar, əsasən, başqa məna və vəzifə üçün
işlənilməklə bərabər, indiki zaman mənası da ifadə edir və beləliklə, indiki zaman şəkilçisi
işlənilmədən də indiki zaman ifadə oluna bilir. Belə vasitələr başlıca olaraq aşağıdakılardan ibarətdir:
Xəbər şəkilçisi
Şəxs sonluqları
var, yox, deyil kimi xüsusi tipli sözlər”.
CƏNUBİ QAFQAZ XALQLARI İLƏ TÜRKİYƏNİN QARS
VİLAYƏTİ OYKONİMLƏRİNDƏ PARALELİZM
Çinarə SALAHBANOVA
Mingəçevir Dövlət Universiteti
schinare@mail.ru
AZƏRBAYCAN
Bir ölkə tərkibində və ya başqa ölkələrdə oykonim paralelliyi həm tarixilik, həm də müasirlik
baxımından maraqlı dil hadisəsidir. Zaman keçdikcə eyni adlara daha geniş və müxtəlif areallarda rast
gəlinir. Belə bir tarixi fakt diqqəti çəkir ki, eramızdan əvvəl VII – VIII əsrlərdə Türk etnosları Türkiyə
və Cənubi Qafqaz torpaqlarında yaşamış və yerli aborigen xalq olmuşdur. Bu səbəbdən də Cənubi
Qafqaz və Türkiyədə toponimlər arasında etnos adları eyniliyi dediklərimizi təsdiq edir.
Araşdırmanın başlıca məqsədi Türkiyənin Qars vilayəti və Cənubi Qafqaz xalqlarının yaşadığı
ölkələrdə mövcud olan areal oykonimlərin qarşılaşdırılması, onların areal xüsusiyyətlərinin öyrənilmə-
sidir.