Dərs vəsaiti Bakı Qida Sənayesi Kollecinin Metodiki



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə105/113
tarix11.12.2023
ölçüsü2,32 Mb.
#147065
növüDərs
1   ...   101   102   103   104   105   106   107   108   ...   113
    Bu səhifədəki naviqasiya:
  • QƏHVƏ
Vyetnamdadır.
“Təzə çay” adəti cəmiyyət şüurunu genişləndirir və başqaları 
ilə hal-əhval tutmaq adətini inkişaf etdirir. 
Avstraliya 
çay mədəniyyətini ingilislərdən götürüb. Onlar 
çayı süd və kremlə içirlər. 
Rusiyada
çay mədəniyyəti çayla bərabər şirniyyatları ilə 
tanınır. Onlar çayı müxtəlif şirin un məmulatları ilə içirlər. Sa-
movar çayı isə çay mədəniyyətinin ayrılmaz hissəsidir. 
Kalmıklar
bir balaca suyu çaydanda qızdırıb, həmin çay-
dana yaşıl çayı atıb, odun üzərinə qoyurlar . Su qaynamağa 
başlayandan sonra qaynar süd, ərinmiş yağ, duz əlavə edib qa-
rışdıra-qarışdıra 15 dəqiqə qaynadırlar. Qaynama müddətinin 
başa çatmasına 7-8 dəqiqə qalmış çaydana dəfnə yarpağı və 
mixək əlavə edib, odu söndürürlər və nəhayət süzgəcdən keçi-
rib içirlər. 
Bütün bu deyilənlər onu göstərir ki, min illərdən bəri, dün-
yanın bütün xalqları tərəfindən bir içki kimi istifadə olunan ça-


266 
yı hərə bir cür dəmləyir. Ayrı-ayrı xalqlar, sözsüz ki, yaşadıq-
ları regionların iqlim şəraitindən, həyat tərzindən asılı olaraq 
çayı müxtəlif üsullarla dəmləyirlər. 
QƏHVƏ 
 
Qəhvə dünyada ən geniş yayılmış içkilərdən biridir. Müx-
təlif yerlərdə və müxtəlif şəraitlərdə səhər yeməyində, işdə, ka-
fedə, işgüzar görüşlərdə qəhvə içmək əksər insanlar tərəfindən 
vərdişə çevrilib.
İnsanda gümrahlıq yaradan bu qiymətli bitkinin vətəni Efio-
piyanın Kaffa şəhəridir. Qəhvənin kəşf edilməsi ilə bağlı bir əf-
sanə də vardır. Şərqşünas alim F. Biber öz gündəliyində yazır: 
“Mən fikir verirdim, qoca Kaffico iki kələ-kötür daşla qovrul-
muş qəhvə dənələrini əzib, onu narın toza çevirir. Sonra tozu 
qatı balla qarışdırır, alınmış kütlədən kürəciklər düzəldir və onu 
qaynar suya atır. 
Məni də qonaq etdilər. Qəhvənin qədim əcdadı çox xoşu-
ma gəldi. ” Bir vaxtlar burada 

Kaffa dağlarında qəhvə dənin-
dən hazırlanmış içki çox dəbdə imiş. Qoca Kaffico belə nəql 
edir ki, bir gün sürü meşədə otlayarkən qoyunlar, keçilər yerə 
tökülmüş qəhvə dənələrini yeməyə başlayır. Sonra da bütün ge-
cəni yatmaq əvəzinə tullanıb-düşürlər. Bu kiçik dənələrinin qey-
ri-adi təsiri çobanların diqqətini cəlb edir. Özləri də bu dənələ-
rin dadına baxırlar. Hiss edirlər ki, gücləri və dözüm qabiliyyət-
ləri artmışdır, gecə də yatmaq istəmirlər. Sonra çobanlar qəhvə 
dənələrini balaca qablarda qovurur və onu “buna” adlandırırlar. 
Qəhvənin tarixinə nəzər yetirsək görərik ki, insanlar ilk də-
fə qəhvəni 3000 il bundan əvvəl içməyə başlayıblar. Qəhvə 
ağacının meyvələrini içmək fikrinə düşmək insanlar üçün o 
qədər də asan olmayıb, çünki kal vəziyyətdə bu meyvələr çox 
dadsız və acı olur. Bu səbəbdən qəhvədən içki kimi istifadə 
edənədək çox uzun zamanlar keçib. 
Qəhvənin vətəni Efiopiya sayılır. Köçərilər buradan onu 
Yəmənə gətirib və beləliklə, bu bitki becərilməyə başlanıb.


267 
Əvvəllər insanlar qəhvə ağacının yarpaq və dənələrini yal-
nız çeynəyiblər, bu da onlara gün ərzində gümrah qalmağa kö-
mək edib. 
İlk dəfə qəhvə dənələrini qovuranın kim olduğunu bilmək 
mümkün olmasa da, belə bir fərziyyə var ki, qəhvə kollarının 
yandırılmasından sonra insanlar küldə bütöv qalmış, lakin qov-
rulmuş dənələr tapıblar. 
Qəhvə XVII əsrin əvvəllərində Avropada ilk olaraq İngil-
tərəyə, sonra isə Fransaya gətirilib. Buraya qəhvəni Asiya ölkə-
lərindən gələn səyahətçilər gətiriblər. Qəhvənin Rusiyaya gəti-
rilmə tarixi isə 1665-cı ilə təsadüf edir. 
1901-ci ildə Yaponiya mühaciri 

amerikalı kimyaçı Satori 
Kato həll olunan qəhvə icad edib. Bu qəhvə bir çox insanların 
zövqünü oxşayıb və bütün dünyada böyük məşhurluq qazanıb. 
Çox zaman ədalətsiz olaraq qəhvə kolunun vətəni Ərəbis-
tan yarımadası göstərilir. Ərəb tacirləri kolu Kaffadan Yəmənə 
aparıb və onu kaff kolu adlandırıblar. Buradan isə bütün dün-
yaya yayılıb. Kaffa qəhvənin vətənidir. Yəməndə mədəniləş-
dirilmiş ilk qəhvə plantasiyaları XII əsrdə meydana gəlib. 
XII-XV əsrlərdə qəhvə ərəblər arasında geniş yayılmağa 
başlayıb. XVI əsrdə artıq qəhvə içmək adəti Məkkə, Mədinə, 
Qahirə və s. şəhərlərə yayılır. XVIII əsrdə Yəmənin Beyt-əl 
Fakin şəhəri qəhvə ticarət mərkəzinə çevrilir. Maraqlıdır ki, 
illər ötdükcə qəhvəyə münasibət müxtəlif olub. Əvvəlcə onu 
qida məhsulu kimi qəbul etmiş, sonralar şərab saymış, bir müd-
dətdən sonra müalicə vasitəsi kimi hesab etmiş və nəhayət küt-
ləvi içki kimi içmişlər. 
Qəhvənin odda qovrulması təqribən yeddi əsr əvvəl baş 
vermişdir. Onu içki kimi ilk dəfə istifadə edənlər ərəblər ol-
muşdur. Qəhvənin dəmləmə üsulunu da onlar kəşf etmişlər. 
Qəhvə bir zamanlar din xadimlərinin qəzəbinə düçar olub. 
1511-ci ildə hökmlü Məkkə ruhanilərindən biri qəhvəxanaların 
bağlanmasına sərəncam verib. Buna əsas səbəb şəhər əhalisinin 
qəhvə içərkən öz dərdlərini bölüşməsi olub. Camaatın bir yerə 


268 
toplaşması din xadimlərinə sərf etmirdi və ona görə də onlar bu 
addımı atmışdılar. 
Qəhvənin tərkibində orqanizmə gümrahlıq verən, maddələr 
mübadiləsini yaxşılaşdıran, qan dövranını fəallaşdıran və ümu-
miyyətlə, orqanizmin fəaliyyətinə müsbət təsir göstərən kofein 
vardır. 
Bu maddəni süni surətdə almaq sevinci 1897-ci ildə alman 
kimyaçısı Q. Fişerə nəsib olmuşdur. O, kofenin müasir dövrdə 
təbabətdə bəzi xəstəliklərin müalicəsində tətbiqini tapdı. Lakin 
qəhvənin tibbi faydası insanlara çoxdan məlum idi. 1665- ci 
ildə saray həkimlərindən biri rus çarı Aleksandr Mixayloviçə 
belə məsləhət verir: “İranlılara, türklərə məlum olan və adətən 
nahardan sonra içilən bişirilmiş qəhvə zökəmə, baş ağrılarına 
qarşı olduqca güclü vasitədir”. Qəhvə İranda 875- ci ildən mə-
lum olsa da, o qədər də nüfuz qazana bilməmişdir. XVI əsrə 
qədər qəhvənin qədrini yalnız ərəblər bilib. 1546- cı ildə türklər 
Yəməni işğal edəndən sonra suriyalı iki qəhvə ustası İstanbula 
gəlir və burada dünyanın ilk qəhvəxanasını açır. 
Qəhvənin şöhrəti yavaş-yavaş Avropaya yayılır. 1615-ci ildə 
Türkiyədən Venesiyaya qəhvə gətirirlər. 
1626- cı ildə Roma papasının səfiri Valle italyan elitası üçün 
ilk dəfə olaraq qəhvə dəmləyir. Bu içkini xoşlayan italyan bir 
müddətdən sonra 1646-cı ildə Venesiyada ölkənin ilk qəhvəxa-
nasını açır. 1644-cü ildə qəhvə Fransaya gəlib çıxır. Burada 
qəhvənin taleyi daha uğurlu olur. Beləki, həmin il fransız kralı 
XIV Lüdovik qəhvəni rəsmi şəkildə 

fərmanla bir içki kimi 
təsdiq edir. 1672-ci ildə isə Parisdə “Prokopio” adlı qəhvəxana 
açılır. XVIII əsrdə bu kafe ən məşhur ədəbi görüş yerinə çev-
rilir. Fransanın görkəmli ədib və siyasi xadimlərindən Volter, 
Didro, Russo, Marat, Robespyer, Danton və başqaları görüşlərə 
gəlir, burada öz azad fikirlərini söyləyirlər. Əlli il keçəndən 
sonra Paris qəhvəxanalarının sayı 380-ə çatır. Bu dövrdə qəhvə 
Hollandiyada da geniş yayılır. Qəhvənin insan orqanizminə xe-
yirli olduğunu bilən holandiyalılar 1690-cı ildə Yava adasında 
qəhvə plantasiyaları salırlar. 


269 
1625-ci ildə İngiltərədə, daha doğrusu, London şəhərində 
ilk qəhvəxananı Türkiyədə kənizlikdə olduğu zaman qəhvə 
dəmləməyin sirlərini mənimsəmiş bir yunan qadını açır. Əsrin 
sonunda İngiltərədə qəhvəxanaların sayı artaraq üç mini keçir. 
Qəhvə Hollandiyaya səfəri zamanı I Pyotrun xoşuna gəlir. 
O, Rusiyaya qayıdandan sonra 1665-ci ildə saray əyanları ara-
sında qəhvəni təbliğ etməyə başlayır. Lakin burada qəhvə yal-
nız XIX əsrin əvvəlində diqqəti cəlb etməyə başlayır. 1668-ci 
ildə qəhvəni Amerikaya aparırlar. 1830- cu ildə Hindistanda 
böyük qəhvə plantasiyaları salınır. 
Hal-hazırda iyirmi beşdən çox isti ölkədə, əsas etibarilə 
Afrika və Cənubi Amerikada 60 növdən çox qəhvə yetişdirilir. 
Alınan məhsul dünyanın bir çox ölkələrinə ixrac edilir. 
Qəhvəni ən çox Cənubi Amerikada işlədirlər. Burada qəh-
və milli içki hesab olunur. 
Hal-hazırda Braziliya ən çox qəhvə istehsal edən ölkə 
sayılır. Hesablamalara əsasən demək olar ki, burada buraxılan 
məhsul dünya qəhvə istehsalının yarısını təşkil edir. 

Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə