Dərs vəsaiti Bakı Qida Sənayesi Kollecinin Metodiki


MÖVZU 16. MASA ARXASINDA DAVRANIŞ



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə107/113
tarix11.12.2023
ölçüsü2,32 Mb.
#147065
növüDərs
1   ...   103   104   105   106   107   108   109   110   ...   113
MÖVZU 16. MASA ARXASINDA DAVRANIŞ 
QAYDALARI 
 
Masa arxasında davranış mədəniyyəti insanın və bütövlük-
də cəmiyyətin inkişaf səviyyəsini göstərir. Dünya praktikasında 
işgüzar qəbullar zamanı rəsmi şəxslər üçün bir sıra davranış 
qaydaları hazırlanmışdır. Bunlara nəzər salmaq maraqlı olardı. 
Dəvət olunmuş qonaqlar zalda, ya da qonaq otağına yığı-
şırlar. Zala daxil olarkən ev sahibi ilə salamlaşır və ya qonaq 


272 
qəbul edən şəxs baş əyərək hamını salamlayır. Ev sahibini söh-
bətə tutmaq, saxlamaq olmaz. Tanışını görərək ona yaxınlaşır, 
salamlaşır və söhbət edirlər. Sonra isə masa arxasında əyləşən 
qonaqlarla tanış olur. Yanında kişi oturubsa, ondan sağda tanış 
olmayan qadın, o, mütləq vasitəçi ilə onunla tanış olmalıdır. 
Zalda qonaqlar 30 dəqiqədən çox olmurlar. Qəbula 5-10 dəqi-
qə, böyük qəbullara isə 10-15 dəqiqə təyin edilmiş vaxtdan əv-
vəl gəlmək lazımdır. Gecikmək olmaz. Təntənəli mərasimdə ev 
sahibi fəxri qonaqlara əl verir və qonaqları banket zalına dəvət 
edir. Ev sahibinin bu nümunəsinə əməl edən kişilər də qadın-
larla sağ əllə salamlaşırlar. Ev sahibi fəxri qonaqlarla görüşmə-
yi bitirir. Öz yerinə yaxınlaşır, öz stulunun arxasında dayanaraq 
hər kəsi masa arxasında oturmağa dəvət edir. Bu zaman ilk ola-
raq özü oturur. Ona fəxri qonaq kömək edir. Kişilər də onun ki-
mi edirlər. Onlar qadınların arxasındakı stulu götürür və onu 
düzəldib onlara oturmaq üçün təqdim edirlər. Qadınlar isə öz 
yerlərinə keçib gözləyirlər ki, onlara nə zaman stul veriləcək. 
Stulu təqdim etməklə kişilər ”Xahiş edirik”, “Buyurun, oturun” 
ifadələrindən istifadə edirlər. Sonra isə kişilər masaya oturur. 
Qonaqlar nimçədən parça salfetkanı götürüb dizlərinin üzərinə 
sərirlər. Əgər dəniz məhsulları yeyilirsə salfetkanı yaxalarına 
qoyurlar. Parça salfetka ilə əli, barmaqları silmək etik deyil. 
Bunun üçün kağız salfetlər var. Təsadüfən batmış əl və bar-
maqları salfetkanın yuxarı hissəsi ilə silmək olar. Yeməkdən 
sonra dodaqları və əlləri parça salfetlə silməyə icazə verilir. 
Sonra onu qatlayaraq pirojna qabına qoyurlar. Masa arxasında 
düz, əyilmədən, gərgin olmadan otururlar. Dirsəyi masaya qoy-
murlar. Əlləri yaxında oturana mane olmamaq üçün masaya 
qoymur, öz bədəninə sıxıb saxlayırlar. Yorğunluğu hiss etdir-
məmək üçün yeməyə qədər və fasilədə əlləri dizləri üstünə, ya 
da stulların dayaqlarına qoyurlar. Ayağı ayağın üstünə aşırmaq 
etik deyil. Masanın altında ayaqqabıları çıxartmırlar. Yemək 
səssiz yeyilməlidir. İsti yeməyi üfürmürlər. Masa üzərində olan 
qab-qacaq dəstindən öz təyinatına uyğun istifadə etmək lazım-


273 
dır. Qidalara yalnız çəngəl, bıçaq, qaşıq vasitəsilə toxunmaq 
olar. Bütün qab-qacaq dəstləri sağ tərəfdə (bıçaq-qaşıq) yerləş-
dirilir. Bunları yalnız sağ əllə götürürlər, solda çəngəl olur. Bı-
çaqla əti və digər ərzaqları kəsirlər. Çəngəli sol əldə, dişi aşağı 
tuturlar. Çəngəllə götürmək çətin olan əti, toyuğu və başqa ye-
məkləri bıçağın köməyi ilə çəngələ qoyurlar. Qaşığı isə sağ əl-
də tuturlar. Yeməyin masanın üzərindən sürüşməməsi üçün 
masa örtüyünün üzərinə fərdi, kiçik bir salfetka qoyurlar. Ye-
məkləri verərkən ev sahibindən sağda oturan qadınlardan baş-
layırlar. Qonaqlara xidmət edən ofisiant onların hər birinə sağ 
əlini arxasında tutaraq soldan yaxınlaşır. Şorbalar, salatlar, pen-
dirlər və meyvələr istisna olmaqla, hər yeməklə bağlı ofisiant 
qonaqlara iki dəfə yaxınlaşır. Yeməyə o zaman başlamaq olar 
ki, artıq 5-6 nəfərə xidmət olunub. Hamını gözləmək məcburi 
deyil. Etiketə görə kişilər qadınlardan əvvəl yeməyə başlamır-
lar. Öz nimçəsinə yeməyi qoymaq üçün xüsusi qoyulmuş ye-
mək dəstindən istifadə edirlər. Bıçaqla yemək təhlükəli və yax-
şı deyil. Əgər bu və ya digər yeməyi necə yeyildiyini bilmir-
lərsə, o zaman ev sahibinin onu necə etdiyinə baxır, ya da on-
dan soruşurlar. Bu zaman etiket pozulmayacaq. Hər hansı bir 
içkini içməzdən qabaq ağzında olanı udmaq və sonra içmək la-
zımdır. Yeməyi yeyə bilmirsizsə, ən azından onun dadına bax-
malısınız. Ancaq xəstəliyinizə dair heç nə izah etməyin. Nim-
çəyə qoyulan mütləq yeyilməlidir. Vaxt dəyişir, qaydalar yeni-
lənir. Əvvəllər bu ayıb hesab olunurdu. Yeməklərdəki hissələr-
dən ən yaxşısını seçmək nəzakətsizlikdir, o hissəni götürürlər 
ki, o qonağa yaxın yerdə yerləşir. Kimin nə qədər yediyini izlə-
mək etik deyil. Nimçəni çörəklə sıyırmaq qəbul edilməzdir. Bir 
yeməklə içki içməzdən əvvəl dodaqları salfetlə silirlər. Yemək 
müddətində kişi özündən sağda oturmuş qadına qulluq edir. 
Qadınla razılaşaraq onun nə yediyini bildikdən sonra kişi sol 
əli ilə yeməyi götürür və qadının nimçəsinə aparır. Yeməyin 
kənarı onun nimçəsindən hündür olmalıdır, ondan sonra sağ əli 
ilə serviz dəstini götürərək yeməyi nimçəyə qoyur. Əgər xanım 


274 
özü yemək qoymaq istəyirsə, solda oturan kişidən yeməyi ver-
məyi xahiş edir. Sağ əli ilə xüsusi qoyulmuş dəsti götürür, özü-
nə yemək çəkir, yenidən dəsti yerinə qaytarır. Əgər yemək ağır-
dırsa kişi sol əli ilə qadının nimçəsini götürür, həmin yeməkdən 
çəkir və nimçəni səliqəli şəkildə qadına təqdim edir. Özü üçün 
də bunu edir. Eyni zamanda nimçəyə əvvəl əsas qida 

ət, son-
ra qarnir qoyulur. Sousu isə əsasən, qidaların üstünə tökürlər. 
Qab-qacaq dəstləri müxtəlifdir. Şorba yeyərkən qaşığı nimçədə 
qoyurlar. Yemək vaxtı və yeməkdən sonra istifadə olunan dəst-
lər süfrəyə toxunmamalıdır. Yeməyi qurtardıqdan sonra qonaq 
çəngəl və bıçağı nimçənin sağ tərəfinə 

bir-birinə paralel qo-
yur. Yalnız bu halda ofisiant çirkli qabları masanın üzərindən 
götürə bilər. Təntənəli ziyafətdə xidmət edən ofisiantlar istifadə 
olunmuş nimçələri təzəsi ilə dəyişirlər. Eyni zamanda çirkli 
qabları sağ əllə, təmiz qabları isə sol əllə qoyurlar. İçkidən im-
tina olunsa da, yeməkdən imtina qəbul edilmir. XVIII əsrin sa-
ray qaydalarını yada sala bilərik. Ziyafət zalında bu şirin və 
dadlı yeməklərdən az yemək və az içmək lazımdır. Ən azından 
hər kəs qapıdan çıxanda öz ayaqqabılarını tapa bilsin. Demək 
olar ki, bütün içkiləri kiçik qurtumla, araq və şampanı isə axıra 
qədər içirlər. İçkini birbaşa içmirlər. Masaya dəvət olunana qə-
dər susuzluğu yatırmaq lazımdır. Bakalı, piyaləni aşağı nazik 
yerindən, stəkanı isə böyürdən götürmək vacibdir. Gənc kişi 
bakalını xanım və yaşlı kişiyə nisbətən aşağı tutur, bununla da 
ona hörmətini bildirir. Bakalı yuxarı qaldıraraq tanışlara hədiy-
yə təqdim etdiyinə görə təşəkkür edirlər. Birinci sağlıq ev sahi-
binə edilir. Rəsmi qəbullarda sağlıqlar yalnız desert veriləndən, 
yeyiləndən və şampan süzüləndən sonra elan edilir. Rəsmi qə-
bullarda piyaləni bir-birinə vurmurlar. Kişilər sağlığa ayaq üstə 
qulaq asırlar. Qadınlar isə otura bilər. Etiket sağlıq elan edil-
dikdən sonra axıra qədər içmək xüsusi hallarda ola bilər. Qə-
dim dövrlərdən içkiyə aludə olmaq pozğunluq sayılırdı. Müd-
riklər qeyd edirlər ki, ilk fincan susuzluğa aiddir, ikinci se-
vincdən, üçüncü həzzdən, dördüncüsü isə dəlilikdən ibarətdir. 


275 
Yaxşı dadın qaydalarına əsasən bakalın üçdə iki hissəsini dol-
duran köhnə qayda artıq tətbiq edilə bilməz. Qalın ayaqları 
olan geniş bakalların yalnız yarısını doldururlar. Dolu şüşədən 
ibarət olan çaxırı birinci ev sahibinin dadması qaydası köhnəl-
məyib. Buna görə özünə bir qurtum şərab tökür və onu dadır. 
Sonra qonaqların bakalını və axırda isə özününkünü qaldırır. 
Şərab süzərkən axırıncı damcı masa örtüyünə düşməsin deyə 
şüşəni tez döndərirlər. Şərab qrafində verilirsə, o zaman ağzı 
bağlı şüşədən fərqli olaraq şərabın dadına baxmaq düzgün 
sayılmır. Masa arxasında əllərinizi piyaləyə vurub qızdırmaq, 
iki əllə sıxmaq düz deyil. Başqalarından əvvəl masadan qalx-
maq nəzakətsizlikdir. Bunu ev sahibi yekunlaşdırır. O salfet-
kanı masaya qoyaraq, masadan qalxır. Onun arxasınca qonaq-
lar qalxır. Kişilər xanımların stullarını kənara çəkərək onlara 
kömək edirlər. Bununla yanaşı həddən artıq yemək və içmək 
olmaz. Masadan qalxarkən kişilər stulları əvvəlki vəziyyətində 
qoyurlar. Yemək qəbulundan sonra ev sahibi ilə bir yerdə işti-
rak edən fəxri qonaqlar qəhvə, çay, konyak, likör verilən qonaq 
otağına keçirlər. Qonaq otağında kişilər masada bir yerdə otur-
duğu qonşusuna qulluq etmək məcburiyyətində deyil. Kofeni 
ayaqüstə də içmək olar. 

Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə