Dərs vəsaiti Bakı Qida Sənayesi Kollecinin Metodiki



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə99/113
tarix11.12.2023
ölçüsü2,32 Mb.
#147065
növüDərs
1   ...   95   96   97   98   99   100   101   102   ...   113
BALİ MƏTBƏXİ 
 
Bali adasını nəinki İndoneziyanın və Asiyanın, həm də 
dünyanın yaşıl möcüzəsi hesab edirlər. Adada insanı cavanlaş-
dıran onlarca mineral su mənbələri, canlı orqanizmi həmişə 
gənc saxlayan, onu qocalmağa qoymayan və vitaminlərlə zən-
gin bitki növləri, meyvələr, tərəvəzlər vardır. Bu İndoneziya 
mətbəxini dünyanın ən zəngin mətbəxlərinə çevirir. 
Bali dövlət içində dövlətdir, özünün mətbəx xüsusiyyətlə-
rinə sahibdir. Bu, ilk növbədə onunla bağlıdır ki, balilərin bö-
yük hissəsi, 94% əhalisi induizmə sitayiş edir. 5% əhali isə mü-
səlmandır. Balidə əsasən, turistlər ənənəvi İndoneziya yemək-
lərinin dadına baxır. Burada eyni zamanda çin, tailand, Avropa 
yeməkləri və restoranları da var. Bali yeməklərinə nümunə ola-
raq ədviyyatlarla 12 saata bişirilmiş və banan yarpağına bükül-
müş ördək, şişdə bişirilmiş və banan yarpağına bükülmüş balıq, 
buğda unundan bişirilmiş, qızarmış əriştə, krivetkalar və s. gös-
tərmək olar. Xüsusilə dəniz məhsullarının bolluğu buradakı ye-
məklərin çeşidini daha rəngarəng edir. Burada balığın bütün 
növlərindən şorbalar, köpək balığı şorbası, lobster və hər növ 
balıqların şorbasına rast gəlmək mümkündür. 


254 
İçkilər 
İndoneziyada qaynamamış suyu içmək olmaz. Balilər 
deyir ki, su yalnız qaynadıqdan sonra içilməlidir. Onlar qeyd 
edir ki, ən yaxşısı butulkada alınmış suyu içməkdir. İndonezi-
yalılar çay və kofeni çox sevirlər. Hər yerdə 

kənd qəlyanaltı-
larında və ən bahalı restoranlarda təqdim edilən öz yerli kofe 
və çayları ilə fəxr edirlər. İndoneziyalıların əksəriyyəti üçün 
nahar və axşam yeməyinin yekununu çaysız təsəvvür etmək 
mümkün deyil. Çay və kofe plantasiyaları səxavətli və bərə-
kətlidir. Məşhur içkilərdən badzitur - kokos südü düyü və palma 
şirəsi ilə hazırlanır. Balidə həm də fransız və Avstraliya konyakla-
rının, viskilərin və araqların geniş seçimi var. Yerli içkilər palma 
və düyü arağıdır. Pivə sevənlərə İndoneziyada lisenziya almış, is-
tehsal olunan məşhur alman, holland pivə sortları və Bintanq çex 
pivəsi təqdim edilir. Yerli pivələr iki, üç dəfə xarici pivələrdən 
ucuzdur. Yerli pivə palma güllərinin şirəsindən hazırlanır. 

Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə