Dərs vəsaiti Bakı Qida Sənayesi Kollecinin Metodiki



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə100/113
tarix11.12.2023
ölçüsü2,32 Mb.
#147065
növüDərs
1   ...   96   97   98   99   100   101   102   103   ...   113
TAİLAND 
 
Paytaxtı – Banqkok 
Rəsmi dili – tay dili 
Dini – buddizm 
Pul vahidi – tailand batı 
 
Tailand krallığı Hind-Çin yarımadasında yerləşən dövlət-
dir. Monarxiya quruluşuna malikdir. Digər yarımada dövlətləri-
nə nisbətən inkişaf etmişdir. Cənub-şərqi Asiyada mərkəzi möv-
qe tutmasına, Şimaldan cənuba doğru yüksək məsafədə uzan-
masına görə Tailand müxtəlif iqlim xüsusiyyətlərinə malikdir. 
Buna görə də əsas məhsul yığımı il ərzində bir neçə dəfə hə-
yata keçirilir. Turizm mövsümü il boyu davam edir. Tailand 
üçün musson iqlimi xarakterikdir. Şimal və cənub rayonlarında 
3 mövsüm müşahidə olunur: isti və quru qış; qızmar və quru 
yaz; rütubətli yay-payız. 
Ölkənin əlverişli iqlimi, təbiəti onun qida mədəniyyətinin for-
malaşmasına böyük təsir göstərmişdir. Bu ölkənin kulinariyası 


255 
Çin, Hind və Yapon mətbəxinin təsiri altında formalaşıb. Buna 
baxmayaraq, Tailand mətbəxi öz milli kaloritini qoruyub saxlayıb. 
Başqa cənub-şərqi Asiya ölkələrində olduğu kimi, Tailand-
da da qida rasionunun əsasını düyü təşkil edir ki, onu balıq və 
soya sousu ilə təqdim edirlər. Tailand mətbəxi özünün qeyri-
adiliyi ilə fərqlənir. Onun qonşu Çin mətbəxindən əsas fərqi 
ondan ibarətdir ki, Tailand mətbəxində maddələrin seçimində 
müəyyən sərbəstliyə yol verilir. Beləliklə, o daha fərdi və ori-
jinal olur. Lakin Tay mətbəxində dünyanın başqa mətbəxlərinin 
güclü təsiri hiss olunsa da o, həmçinin öz xüsusi yeməkləri ilə 
fərqlənir. Bu da onun orijinallığının sirri hesab oluna bilər. 
Tailand mətbəxində xörəklərin bişirilmə vaxtı , ədviyyat-
ların və ətirli otların seçimi aşpazın arzu və fantaziyasından 
asılıdır. Gözəl dadından başqa xörəyin gözəl görünüşü də ol-
malıdır. Çünki tailandlılar xörəyin estetik görünüşünə çox bö-
yük əhəmiyyət verirlər. 
Tərəvəzlərin və meyvələrin üzərində naxışın açılması de-
mək olar ki, incəsənətə çevrilib. Xörəklər çox vaxtı soğan, po-
midor və ya xiyar dilimləri ilə bəzədilir. 
Bütün Asiyada olduğu kimi, burada da mətbəxin əsasını 
düyü təşkil edir. Demək olar ki, düyü bütün yeməklərin hazır-
lanmasında istifadə edilir. O, dadları tarazlaşdırdığı üçün isti 
yeməklərin hazırlanmasında geniş istifadə olunur. Qeyd etmək 
lazımdır ki, düyü bişirilərkən ona heç vaxt duz əlavə olunmur. 
Tay mətbəxində düyü Avropa mətbəxində geniş istifadə olunan 
çörək və kartofu əvəz edir. 
Tailandın mətbəxi də özü kimi özünəməxsus və təkraredil-
məzdir. Bu mətbəx Tailanda gələnlər üçün ekzotik təsir bağış-
layır. Tailandın əlverişli iqlim şəraitinə malik olması burada il-
də iki, bəzən də üç dəfə məhsul yığmağa imkan verir. Tərəvəz 
burada il boyu yetişir və həmişə süfrədə göyərti olur. Tailandın 
əlverişli iqlimə malik olması onun mətbəxinin də olduqca zən-
gin olmasına gətirib çıxarıb. Bir sözlə, Tailandda ilin bütün fə-
sillərində bazarlarda bolluq olur. Ona görə də Tailandda aclıq-
dan danışsan səni başa düşməyəcəklər. 


256 
Tailandlılar öz mətbəxlərində ətdən, balıqdan, həmçinin 
yuxarıda qeyd etdiyimiz kimi çoxçeşidli meyvə-tərəvəzdən ge-
niş istifadə edirlər. Tailandda xüsusilə bayramlarda mətbəxlər 
daha zəngin və rəngarəng olur. Bu zaman milli mətbəxə xas 
olan bütün yeməklər süfrəyə gətirilir. Ona görə də zəngin tay 
mətbəxi ilə ilk dəfə tanış olan qonaqlar, xüsusilə Avropa ölkə-
lərindən gələn turistlər heyrətlərini gizlədə bilmirlər. Tay mət-
bəxlərini fərqləndirən bir xüsusiyyət də süfrəyə verilən yemək-
lərin olduqca gözəl, müxtəlif formalarda hazırlanmasıdır. Bə-
zən yeməklərə baxanda elə bilirsən ki, məşhur bir rəssamın in-
sanı valeh edən rəsm əsəri qarşısındasan. 
Tay mətbəxinin bir xüsusiyyəti də var: belə ki, süfrədə 
milli mətbəxin ənənələrinə uyğun şəkildə hökmən düyü, sarım-
saq, kokos, limon, zəncəfil kökü və koriandr (keşniş) olmalıdır. 
Dəniz məhsullarının bolluğu tay mətbəxini müxtəlif ye-
məklərlə, delikateslərlə təmin edir. Balıq və dəniz məhsulların-
dan acı şorbalar, qızardılmış və qaynadılmış yeməklər hazırla-
yırlar. Tay mətbəxində duzlu balıq məşhurdur. Onu hazırlayar-
kən öncədən qızardırlar. Xırda balıq və krivetkalardan ədviy-
yatlı balıq sousu, krivetka pastası bütün yeməklərdə istifadə 
olunur. Şərqi Asiya ölkələrində olduğu kimi, tailandlılar da süd 
və süd məhsullarından istifadə etmir. Onun əvəzinə isə kokos 
südü və qaymaq istifadə edirlər. Ölkənin tropik iqlimi əhalini 
müxtəlif meyvələrlə: banan, papaya, manqo və ekzotik rambu-
tan, manqustan, durman və s. ilə təmin edir. Tayların sevimli 
desertləri yağda qızardılmış banandır. Milli desertləri “foy tonq” 
adlanır ki, onu toyuq və ördək yumurtasından hazırlayırlar.
Tayların gündəlik qida rasionunun ayrılmaz hissəsi tərə-
vəzlərdir. Onu qızardılmış və bişmiş halda deyil, çiy qəbul edir-
lər. Nahar və axşam yeməyində mütləq göyərti şorbası verilir. 
Tay mətbəxinin milli kaloriti çoxlu miqdarda ədviyyatlar və acı 
bibərdən istifadə edilməsidir. Bu, hazır yeməklərə kəskin dad 
və ətir verir. Tailand yeməklərini təsvir etmək istədikdə onun 
haqqında belə deyirlər: “Onlar acıdır, bibər kimi.”


257 
Tayların kulinariya sənətində turş və şirin məhsulların qa-
rışığı qeyri-adi yer tutur. Tay yeməklərində şirin və turş məh-
sulları balanslaşdırılmış şəkildə istifadə edirlər. Çində və Yapo-
niyada olduğu kimi, Tailandda da yeməklərin xarici görünü-
şünə və dizaynına xüsusi diqqət yetirilir.
Tay xalqının yeməklə bağlı öz ənənələri var. Yemək za-
manı onlarda masaya hazırlanmış bütün yeməklər qoyulur. Ailə-
nin hər bir üzvü və ya qonaq öz ağız dadına uyğun olan yeməyi 
seçir. Ənənəvi tay mətbəxində buxarda hazırlanmış düyü şəffaf 
bir şorba ilə, qaynadılmış və qızardılmış yeməklər, acı ədviyyatlı 
sousa batırılmış balıq və salatlar təqdim edirlər. Sonra isə ən azı 
iki desert verilir. Onlardan biri maye, digəri quru olmalıdır. 
Bütün bunlarla yanaşı, Tailand həm də Asiyanın turizm pay-
taxtı adlandırılır. Burada turistlərin istər gözyaşı kimi saf suları 
olan dəniz sahillərində, istərsə də təbiətin yaşıl qoynunda, çay kə-
narlarında, xüsusi mini-otellərdə dincəlməsi üçün lazım olan 
bütün şərait yaradılıb. Ötən əsrin 60-cı illərində Tailandda tu-
rizm sürətlə inkişaf etməyə başladı. Ölkənin müxtəlif yerlərin-
də bir-birinin ardınca yüzlərlə istirahət ocaqları, müasir meh-
manxanalar inşa edildi. Tailandın ən məşhur kurort əraziləri 
bunlardır: Bankok, Çianq Mae, Pattayya, Pxukat şəhərləri, Sa-
mui və Xua-xin adalarıdır. 

Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə