Dərs vəsaiti Bakı Slavyan Universteti Elmi Şurasının 27 aprel


Kompüter texnologiyalarının texniki vasitələrinin öyrədilməsi metodikası



Yüklə 1,11 Mb.
səhifə33/47
tarix28.05.2022
ölçüsü1,11 Mb.
#88233
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   47
Azf-296626 removed

Kompüter texnologiyalarının texniki vasitələrinin öyrədilməsi metodikası





  1. Kompüterin arxitekturası anlayışı.

  2. Kompüterin arxitekturasının öyrədilməsi metodikası

  3. Tədrisdə kompüterdən istifadə.

  4. Kompüterin daxili və xarici yaddaşı.

  5. Fərdi kompüterin çevrəsəl (periferik) qurğuları.

Kompüterin arxitekturası anlayışı. Əvvəlcə arxitektura anlayışının nədən ibarət olduğunu dəqiqləşdirək. İnformatika kursunda kompüter onun arxitekturası səviyyəsində öyrənilir. Arxitektura dedikdə kompüterin qurğuları və onların iş prinsipləri texniki xarakterlərini nəzərə almadan başa düşülür. Kompüterin arxitekturasının təsvir edilməsi – insanın kompüterdə sərbəst işi üçün lazım olan biliklərin verilməsi deməkdir (daha doğrusu, bu zaman kompüterin təmiri, qurğularının konstruksiyası və s. bilmək tələb olunmur).
Kompüterin arxitekturasının öyrədilməsi metodikası. Kompüterin arxitekturası aşağıdakı
ardıcıllıqla öyrədilir:

  • Kompüterin təyinatı;

  • Kompüterin əsas qurğuları və onların funksional xarakteristikaları;

  • Kompüterin daxili və xarici yaddaşı;

  • Fərdi kompüterlərin arxitekturasının əsas xüsusiyyətləri. [18, s.240-241]

EHM-in arxitekturasının əsasları 1940-cı illərin axırlarında amerikalı alim Con fon Neyman tərəfindən müəyyən edilmişdir. İkinci dünya müharibəsindən sonra yaradılan ilk EHM olan ENİAK maşını üçün Neyman hesablama maşınlarının quruluşu prinsiplərini işləyib hazırlamışdı. Bu prinsiplər Neymanın adı ilə adlandırılır və aşağıdakı kimi şərh edilir:

    1. Kompüter proqramla işləyən avtomatdır, yəni kompüterin işləməsi üçün proqram olmalıdır.

    2. Kompüter ardıcıl ünvanlanan yaddaşa malik olmalıdır.

    3. Əmrlərlə verilənlər arasında heç bir fərq yoxdur. Əmrlər verilən kimi baxmaq və onlar üzərində əməliyyatlar aparmaq olar.

    4. Verilənlərin təyin edilməsi aparat

səviyyəsində deyil, tam səviyyədə aparılır.
Məsələn, maşın sözündəki bitlər yığımının ədəd və ya simvolların şərti olmasını maşın müəyyənləşdirir. [6, s. 45]
Neyman ilk olaraq təklif etmişdir ki, yalnız verilənlər deyil, proqramlar da ikilik kodlar şəklində kompüterin yaddaşında saxlanılmalıdır. Neyman arxitekturalı kompüterlərin əsas blokları aşağıdakılardır:
Idarəetmə bloku və hesabi-məntiqi qurğu –
mərkəzi prosessorda yerləşir;
əməli yaddaş; xarici yaddaş;
giriş-çıxış qurğuları.
Adətən arxitektura aşağıdakı sxem üzrə öyrədilir:
Əvvəlcə kompüterin istifadəsi, sonra isə əsas qurğuları (yaddaş, prosessor, giriş-çıxış qurğuları) və onların iş prinsipləri öyrədilir. Bu zaman müəllim hər bir qurğunu əyani şəkildə göstərməli, onlarla davranış qaydalarını izah etməlidir.
Arxitektura anlayışını izah etmək üçün belə bir analogiyadan istifadə etmək məqsədəuyğundur. Kompüter informasiya ilə işləmək üçün lazım olan qurğudur. Onu insan ilə müqayisə etsək görərik ki, insan da kompüter kimi informasiya ilə işləyir – 1)informasiyanı özündə saxlayır, 2)emal edir, 3)qəbul
edir və xaricə ötürür. Deməli, kompüterin işləməsi üçün ona informasiyanı saxlayan, emal edən və qəbul edib - xaric edən qurğular lazımdır. Başqa sözlə, kompüterin texniki qurğularına bu proseslərin reallaşdırılması üçün lazım olan qurğular daxil edilməlidir. Onlar yaddaş qurğuları, prosessor və giriş-çıxış qurğularıdır.



funksiya

insan

kompüter

Informasiyanın
saxlanması

yaddaş

yaddaş

Informasiyanın
qəbulu

hissiyyat
orqanları

giriş qurğuları

Informasiyanın
ötürülməsi

nitq, hərəkət
üzvləri

çıxış qurğuları

Informasiyanın
emalı

təfəkkür

prosessor

Kompüterin yaddaş qurğularının izahını da insanla müqayisə edərək vermək olar. Daxili yaddaş
– insanın bioloji yadddaşıdır. Xarici yaddaş isə - insanın informasiyanı yadda saxlaması üçün istifadə etdiyi xarici obyektlər – kağız, kompüterin özü, kompakt disklər, maqnit daşıyıcıları və s.-dir.
Fərdi kompüterlərin əsasını prosessor və yaddaş bloku təşkil edir. Prosessor hesab-məntiq qurğusundan və idarə qurğusundan ibarətdir. İdarə
qurğusu proqramdakı əmrləri qəbul edir və onların yerinə yetirilməsini təşkil edir. Hesab-məntiq qurğusu isə hesablama əməllərini yerinə yetirir. Cari vaxtda yerinə yetirilən proqramları və aralıq nəticələri yadda saxlamaq üçün əməli yaddaş qurğusundan (RAM - Random Access Memory) istifadə edirlər. Fərdi kompüterlərdə istifadə olunan xarici qurğuları (monitor, çap qurğuları, disk qurğuları və s.) kompüterə qoşmaq üçün kontrollerdən (idarə sxemi) istifadə edirlər.
Kontroller idarə qurğusu olub giriş-çıxış qurğularını mərkəzi prosessorla əlaqələndirir. Bəzi qurğuların (klaviatura, mouse, printeri və s.) kontrolleri fərdi kompüterin ana platasının üzərində olur. Bəzi qurğuların (monitor, sərt maqnit disk qurğusu və s.) kontrolleri isə ayrıca plata şəklində olur və onlar ana plata üzərində yerləşdirilir.
Kompüterin müxtəlif qurğuları öz aralarında informasiyanın ötürülmə kanalları vasitəsilə əlaqələndirilir. İnformasiya ətraf mühitdən kompüterə giriş qurğuları ilə daxil olur, daxil olmuş informasiya yaddaşda yerləşdirilir. Əgər bu informasiyanın uzun müddət saxlanması nəzərdə tutulmuşdursa, o, xarici yaddaş daşıyıcılarında saxlanılır. İnformasiyanın emalı prosesi prosessor tərəfindən ikitərəfli qaydada aparılır. Prosessor emal üçün nəzərdə tutulan

Çıxış
qurğusu
informasiyanı daxili yaddaşdan (RAM) götürür və emal nəticəsində alınan informasiyanı yenə də RAM yaddaşa verir. İnformasiya ətraf mühitə çıxış qurğularında verilir.
Bu sxemin şagirdlər tərəfindən düzgün başa düşülməsi və dərk edilməsi çox vacibdir. Xüsusilə şagirdlər başa düşməlidirlər ki, informasiya prosessorda emal edildikdən sonra operativ yaddaşa verilir və daha sonra bu yaddaşdan xarici yaddaş daşıyıcılarına ötürülür. Həmçinin şagirdə izah olunmalıdır ki, kompüter ona verilən proqramları yerinə yetirən bir qurğudur.




Kompüterin proqram təminatı aşağıdakı üç prinsipə əsaslanır:



  • kompüter hər bir işi proqram əsasında yerinə yetirir;

  • icra edilən proqramlar operativ yaddaşda yerləşir;

  • proqramlar avtomatik icra edilir.

Kompüterin qurğuları haqqında məlumat verilərkən müəllim giriş və çıxış qurğuları, periferik və ya çevrəsəl qurğuları sadalamalı, onların iş prinsipləri barədə qısa izahat verməlidir. Bu izahat zamanı müəlim şagirdlərə belə bir sualla müraciət edə bilər:

  • İnformasiya kompüterə hansı qurğular vasitəsilə daxil olur? (giriş qurğuları – maus, klaviatura, skaner, coystik, mikrofon və s.)

  • İnformasiya kompüterdən hansı qurğular vasitəsilə xaric olur? (çıxış qurğuları – monitor, printer, plotter, səs gücləndiricilər və s.)

Daha sonra kompüterin periferik qurğuları haqqında məlumat verilə bilər. Periferik qurğular fərdi kompüterlərin funksional imkanlarını genişləndirmək məqsədilə istifadə edilən qurğulardır. Bu zaman qeyd edilməlidir ki, periferik qurğulara xarici qurğular da deyilir. Onlara giriş və çıxış qurğuları, informasiyanı
yadda saxlamaq üçün istifadə edilən CD, DVD disk qurğuları, fleş-kart qurğusu və ümumiyyətlə, sistem bloka xaricdən birləşdirilən bütün qurğular aid edilir.

Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə