Kompüterdə səs informasiyasının təsviri. Səs informasiyası da kompüterdə 2-lik kod şəklində saxlanılır və emal edilir. Səsin kompüterə daxil olması aşağıdakı sxemə əsasən baş verir:
Səs dalğaları - mikrofon – elektrik cərəyanı –
səs kartı –2-lik kod – kompüterin yaddaşı.
Səsin kompüterin yaddaşından olan əks təsviri isə aşağıdakı sxemə əsasən gedir:
Kompüterin yaddaşı – 2-lik kod - səs kartı – elektrik cərəyanı - mikrofon - səs dalğaları [18, s.234]
Səs informasiyası səsin amplitudu, tezliyi və periodu ilə xarakterizə edilir.
Səs kartı – kompüterdə səsi 2-lik koda və əksinə çevirmək üçün istifadə edilir. Fiziki mənada səs – fəzada yayılan səs dalğalarıdır. Səsin kodlaş- dırılmasının əsas prinsipi onun diskretləşdirilməsidir.
Ümumiyyətlə, metodik vəsaitlərdə informasi- yanın kodlaşdırılması ilə bağlı çox müxtəlif və maraqlı tapşırıqlar və dərs nümumələri təqdim olunmuşdur. Kodlaşdırma nümunələrinə Azərbaycan nağıllarında və filmlərində də rast gəlinir. Məsələn, “Bir qalanın sirri” filmində “zəncir, sim, qanlı daş parçası və nar” vasitəsilə Simnar xanın Həkim babanı qandallayıb Qanlı qalada zindana saldığı məlumatı kodlaşdırılır.
Məsələn, sinfi kiçik qruplara bölərək, hər qrupa müxtəlif şəkillər paylamaq və şagirdlərə bu şəkildəki obyektləri kodlaşdırmağı tapşırmaq olar. Müəllim hər qrupa bir kodlaşdırma üsulu verə bilər.
ci qrup - Hər sözü əks istiqamətdə kodlaşdırın. {səməni-inəməs}
ci qrup – hər hərfi əlifbada ondan sonra gələn
hərflə əvəz edin. {çiçək-djdfq}
cü qrup – hər hərfdən sonra hərfini yazın. {günəş-gaüanaəaşa}
cü qrup – hər hərfi əlifba sırasındakı sıra nömrəsi ilə əvəz edin. {inək-14, 20, 7, 16}
ci qrup – hər hərfi əlifbada ondan əvvəl gələn
hərflə əvəz edin. {telefon – şdqdənm}
Rebuslar da kodlaşdırmanın bir növüdür. Müəllim şagirdlərə həm hazır rebuslar verə bilər, həm də onlara rebusun yaradılma qaydalarını izah edərək rebus düzəltməyi də tapşıra bilər.
Dostları ilə paylaş: |