Dərs vəsaiti baki 011 azərbaycan döVLƏt pedaqoji universitetiNİN 90 İLLİK



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə316/339
tarix30.04.2023
ölçüsü5,31 Mb.
#107781
növüDərs
1   ...   312   313   314   315   316   317   318   319   ...   339
em tom

Pedaqogikanin predmeti 
- şəxsiyyətin təşəkkülü qanunauyğunluqlarının 
öyrənilməsi və pedoqoji prosesin səmərəli təşkilinə yardımçı olan bu və ya digər 
məsələlərin araşdırılması. 
Pedaqoji elmlər sistemi
-dedikdə, pedaqoji gerçəkliyi öyrənən elmlərin 
vəhdət təşkil etməsi, birinin digərindən ötrü şərt olması, onların qarşılıqlı 
asılılığı başa düşülür. 
Pedaqoji 
kvalimetriya
-təlim 
prosesin 
səviyyəsinin 
və 
təhsil 
müəssisəsinin fəaliyyətinin keyfiyyətcə qiymətləndirilməsi və ekspertizasının 
aparılması. 
Pedaqoji mərifət
-pedaqoji prosesdə müəllimin şagirdlərlə ünsiyyətində, 
davranış və rəftarında müəyyən əndazəni gözləməsi, oğlan və qızlara 
düzgün yanaşma tərzi seçmək bacarığı. 
Pedaqoji monitorinq
-təhsil müəssisəsində işlərin səmərəli təşkilinə nail 
olmaq,onun fəaliyyətinin müntəzəm izlənməsi, vaxtı-vaxtında nizamlanması və 
inkişafının proqnozlaşdırılması məqsədilə zəruri məlumatlar toplanması, təhlili 
və nəticənin çıxarılması.
Pedoqoji proses
- təhsil, təlim, tərbiyə, inkişaf və formalaşma prosesinin 
məcmusu. 
Pedoqoji texnika
-ayrı-ayrı məktəblilərə, yaxud şagird kollektivinə 
pedoqoji təsir metodlarını səmərəli şəkildə tətbiq etməkdən ötrü müəllimə lazım 
olan bilik,bacarıq və vərdişlər kompleksi. 
Pedoqoji tədqiqatların metodları
-pedoqoji gerçəkliyin öyrənilməsinə və 
elmi-pedoqoji problemlərin həllinə yönəlmiş priyom və əməliyyatların 
məcmusu. 
Pedaqoji texnologiya – 
təlim vasitələrinin forma, metod, üsulları, tərbiyə 
üsullarının xüsusi yığımı və komponentləşdirilməsini müəyyən edən pedaqoji-
psixoloji göstərişlərin toplusudur, o, pedaqoji prosesin təşkilati-metodiki alətidir. 
Pedoqoji ustalıq
-nəzəri və metodik hazırlığa,pedoqoji takt, texnika və 
qabiliyyətə malik müəllimin pedoqoji prosesi təşkil və idarəetmə bacarığı. 


685 

Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   312   313   314   315   316   317   318   319   ...   339




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə