Dərs vəsaiti baki 011 azərbaycan döVLƏt pedaqoji universitetiNİN 90 İLLİK



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə318/339
tarix30.04.2023
ölçüsü5,31 Mb.
#107781
növüDərs
1   ...   314   315   316   317   318   319   320   321   ...   339
em tom

Siyasi mədəniyyət – 
nəsillər boyu formalaşan siyasi ənənələr, siyasi 
təcrübənin qüvvədə olan normalarını, ictimai-siyasi təsisatların qarşılıqlı 
münasibətlərinə aid olan ideyaları, konsepsiyaları və inamları, insanların 
mövcud olan qaydalara münasibətini müəyyən edən prinsipləri və 


686 
oryentasiyaları əhatə edir. Siyasi mədəniyyət vətəndaş və hakimiyyət arasındakı 
qarşılıqlı münasibətlərə aid olan mövqelərin, sərvətlərin və davranış 
məcəllərinin məcmusudur. 
Test
- (
pedoqoji
) təhsil alanların biliyinin səviyyəsini səmərəli və 
keyfiyyətli şəkildə müəyyən etməyə şərait yaradan,çətinliyin artması qaydası ilə 
və xüsusi formada hazırlanmış tapşırıqlar sistemi. 
Testologiya
-testlər haqqında elm. 
Tədqiqat metodları-
dedikdə,elmin öz predmetini,mövzusunu tədqiq 
etmək məqsədilə tətbiq etdiyi yol və vasitələrin məcmusu. 
Tədris
- təlimin məqsədini (
təhsil vəzifələrini
) həyata keçirmək üzrə 
müəllimin şagirdlərin bilik,bacarıq və vərdişlərinin formalaşdırılması, 
məqsədyönlü fəaliyyəti, məlumatvermənin, tərbiyənin, biliklərin dərkolunması 
və praktik tətbiqinin təmin olunması. 
Başqa sözlə
, tədris idraki və praktik 
fəaliyyətinə rəhbərlik etməsi üzrə müəllimin fəaliyyəti. 
Tədris planı
-Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən 
təsdiq edilən sənəd olub tədris ilinin müddətini, rüblərin və tətillərin sürəkliyini; 
tədris müəssisələrində öyrənilən fənlərin tərkibini (
sırasını
),onların hər bir sinif 
üzrə bölüşdürülməsini,bu və ya digər sinifdə öyrənilən fənn üçün nəzərdə 
tutulan saatların həftəlik və illik miqdarını əks etdirir. 
Tədris proqramı
-Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən 
təsdiq edilən sənəd olub bu və ya digər sinifdə hər bir fənn üzrə təhsilin 
məzmununu və quruluşunu müəyyənləşdirir,dünyagörüş və mənəvi-etik 
ideyaların,həmçinin şagirdlər tərəfindən mənimsənilməsi vacib bilinən praktik 
bacarıq və vərdişlərin sistemini özündə birləşdirir. 

Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   314   315   316   317   318   319   320   321   ...   339




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə