Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə18/198
tarix26.05.2022
ölçüsü2,5 Mb.
#88091
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Sifariz Səbzəliyev
 
21 
milli praktikası göstərir ki, Maliyyə Hesabatının Beynəlxalq Standartları və 
Milli Mühasibat Uçotu Standartları arasında oxşar cəhətlər çox olsa da
onların fərqli cəhətləri də müşahidə olunmaqdadır. 
Maliyyə hesabatlarının harmonizasiyası və standartlaşdırılması pro-
bleminin aktuallığı bir sıra obyektiv səbəblərdən irəli gəlir. Bunlar aşağı-
dakılardır: 

İqtisadi inteqrasiya.
İnteqrasiya müxtəlif təşkilati formalarda həyata 
keçirilə bilər. Məsələn, bəzi şirkətlər özlərinin biznesini digər bölmələrlə 
paralel şəkildə fəaliyyət göstərən ayrıca bölmə şəklində təşkil edir. Di-
gər şirkətlər həm daxili, həm də xarici bazarlarda özlərinin fəaliyyətini 
müxtariyyət şəklində ayrıca istehsalat xətti vasitəsilə təşkil etməyə 
üstünlük verirlər. Üçüncü qisim təşkilatlar funksional əlamətlər üzrə 
fəaliyyət göstərirlər. Bu halda istehsalat, təchizat, satış, maliyyə və uçot 
funksiyaları müxtəlif funksional-istehsalat vahidlərində inteqrasiya 
olunur; 

Korporativ internasionallaşdırmanın
nümunəsi kimi səhmlərin nə-
zarət paketlərinin əldə olunması və yaxud bəzi firmaların digər xarici 
şirkətlər tərəfindən tam şəkildə ələ keçirilməsi göstərilə bilər; 

Beynəlxalq maliyyə bazarının inkişafı
dedikdə, dünyanın müxtəlif 
ölkələrinin birjalarında qiymətli kağızların alqı-satqısı başa düşülür; 

Beynəlxalq kapital bazarının formalaşması.
Potensial investorlar 
maliyyə hesabatlarının şəffaf (anlaşıqlı) olmasını tələb edirlər. Belə ki, 
investor qoyduğu kapitaldan necə istifadə edildiyini izləmək imkanına 
malik olmalıdır; 

Transmilli korporasiyaların
(TMK) güclənməsi.
İlk belə korpora-
siyalar 50-60 il bundan əvvəl yaranmışdır. Həmin dövrlərdə onların təsir 
dairəsi cüzi idi. Lakin müasir şəraitdə transmilli korporasiyalar özlərinin 
iqtisadi və siyasi güclərini toplamaqdadırlar. TMK-nın fəaliyyət göstər-
diyi şəraitdə müxtəlif ölkələrdən alınan uçot məlumatlarının müqayi-
səliliyi problemi xüsusi aktuallıq kəsb edir. Belə ki, beynəlxalq qayda-
lara görə TMK-nın filialı yerləşdiyi ölkənin qanunlarını və uçot stan-
dartlarını əsas götürməlidir. Müvafiq surətdə müxtəlif ölkələrin maliyyə 
hesabatları biri-birilə müqayisə oluna bilmir və son nəticədə konsolidə 
edilmiş hesabatın formalaşması prosesi müəyyən çətinliyə məruz qalır. 



Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə