Kimya məktəbdə
73
MƏKTƏB KİMYA KURSUNDA İLK DƏRSİN TƏŞKİLİ VƏ
KEÇİRİLMƏSİ METODİKASINDAN
G.Ə. Əhmədzadə, A.Z. Məmmədova, G.V. Şadlinskaya
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Ümumtəhsil məktəblərində digər fənlərdə olduğu kimi kimyadan da ilk
dərsin təşkili və keçirilməsi məsuliyyətli proses olub, müəllimdən pedaqoji ustalıq
və yüksək peşəkarlıq tələb edir.
Şagirdlər üçün fənnin yeni olması baxımından kimya müəllimi dərsin
məqsədinin
təhsil,
tərbiyə
və
inkişafetdirici
vəzifələrini
düzgün
müəyyənləşdirməklə yanaşı, konstruktiv və təşkilatçılıq fəaliyyətlərini,
kommunikativ (ünsiyyət) funksiyasını düzgün təşkil etməli, ilk gündən onlarda
kimya elminə maraq oyatmaq üçün motivasiya yaratmağı bacarmalıdır. İlk dərsdə
kimya müəlliminin həmçinin geyiminə, davranışına, nitqinə və işlətdiyi
ifadələrinə də diqqət yetirməsi vacibdir [1-3].
Kimyadan ilk dərsdə alt standartlara [4] uyğun qoyulmuş məqsəddə:
-
təhsil vəzifəsi: kimyanın nəyi öyrənməsi, hansı fənlərlə sıx əlaqəli
olması, əhəmiyyəti və s. məsələlər barədə məlumat vermək; maddələr, onların
xassələrinə və çevrilmələrinə aid şagirdlərin həyat bilgisi, biologiya, fizika
fənlərindən malik olduqları sadə bilikləri ümumiləşdirib aktuallaşdırmaq və onlara
kimyəvi məzmun verməklə şagirdlərdə tam təsəvvür yaratmaq, fənnə maraq və
həvəs oyatmaq;
-
tərbiyə vəzifəsi: kimyanın tərifində işlədilən maddələrin bir-birinə
çevrilmələri ifadəsinin mahiyyətinin şagirdlər tərəfindən dərk edilməsi, maddənin
yox olmaması və heçdən yaranmaması barədə təsəvvürün yaradılması ilə onlarda
materialist dünyagörüşü formalaşdırmaq;
-
inkişafetdirici vəzifə: şagirdlərdə müşahidə yolu ilə əldə etdikləri
nəticələri təhlil etmək, müqayisə, təsnif və ümumiləşdirmə aparmaq kimi
bacarıqlar inkişaf etdirməkdir.
Hazırkı tədris proqramlarına görə biologiya və fizika VI, kimya fənni isə
VII sinifdə tədris olunur. Buna görə də, ilk dərsi şagirdlərin biologiya, həyat
bilgisi və fizika fənlərindən kimya ilə əlaqədar malik olduqları bilikləri
müəyyənləşdirmək məqsədi ilə, onlara aid suallar üzrə hazırlanmış vasitələrlə
diaqnostik qiymətləndirmə aparılmaqla başlamaq olar. Müəllim çalışmalıdır ki,
şagirdlər elə ilk gündən hər hansı bir məsələyə özləri münasibət bildirsinlər və
nəticə çıxarmağa səy göstərsinlər. Şagirdlərin öyrənmə fəaliyyətinə belə yanaşma
ilə onların əvvəlki siniflərdə yiyələndikləri müstəqil bilik qazanma bacarıq və
3-4(55-56)2016
74
vərdişlərinin daha da inkişaf etdirilməsi və formalaşdırılmasına imkan yaratmaq
olar.
Suallar aşağıdakı ardıcıllığla verilə bilər:
Sizcə nə üçün biologiya və fizika fənləri kimyadan əvvəl tədris
olunur?
Biologiya fənni nəyi öyrənir?
Fizika fənni nəyi öyrənir?
Həmin fənlərdən kimyadan sizə məlum olan biliklərə əsasən kimyanın
nəyi öyrənməsi barədə fikir söyləyə bilərsinizmi?
İlk üç suala şagirdlərin verdikləri cavabları belə ümumiləşdirmək olar:
biologiya canlı orqanizmlərin quruluşu və funksiyalarını fizika isə materiyanın
müxtəlif formalarını, onun xassələri və çevrilmələrini, bir sözlə fiziki hadisələr və
onların qanunauyğunluqlarını öyrənir. Kimyada isə fiziki cisimləri və canlı
orqanizmin hüceyrələrini təşkil edən maddələr öyrənilir. Beləliklə kimya,
biologiya və fizika fənləri təbiət elmləri omaqla bir-biri ilə sıx əlaqədardırlar.
Həmin fənlərə aid biliklərin əlaqəli mənimsənilməsi, dünyanın tam bir vahid kimi
qavranılması üçün zəmin yaradır.
Şagirdlərin fərziyyələri və müəllimin əlavələri əsasında kimyanın tərifi
“Kimya - maddələr, onların tərkibi, quruluşu, alınması üsulları, xassələri, çevril-
mələri və bu çevrilmələri müşayiət edən hadisələr haqqında elmdir” kimi ifadə
olunur [5].
Sonra müəllim əlavə edir ki, kimya bir çox elmlərlə, əsasən də biologiya,
fizika, geologiya və riyaziyyatla sıx əlaqədardır.
Kimyanın tərifi və digər elmlərlə əlaqəsi barədə şagirdlərdə aydın təssəvür
yaratmaq üçün onların sxemlə ifadəsi ekranda nümayiş etdirilir (sxem 1, 2).
Sxem 1.
Kimya məktəbdə
75
Sxem 2.
Müəllim şagirdlərdə kimya fənninə maraq oyatmaq üçün, onlara gündəlik
həyatınızdan kimyəvi maddələrin tətbiq olunduğu hansı sahələri tanıyırsınız? sualı
ilə müraciət edir və alınan cavabları öz əlavə məlumatları ilə daha da
zənginləşdirərək, şagirdlərdə belə bir fikir formalaşdırır ki, insan həyatının və
yaşayışının elə bir sahəsi yoxdur ki, orada kimyanın nailiyyətlərindən istifadə
olunmasın.
İlk dərsdə vaxt imkanı baxımından yalnız tərifin birinci ifadəsi olan
maddələr onların bəzi xüsusiyyətləri və xassə barədə şagirdlərə məlumat vermək
nəzərdə tutulur. Bu məqsədlə şagirdlərə yeni sual və tapşırıqlar verilir:
Gündəlik həyatınızdan sizə məlum olan maddələri sadalayın.
Hansı cisimləri tanıyırsınız?
Adını söylədiyiniz cisimlər hansı maddələrdən ibarətdir?
Cisimlə maddənin fərqi nədir?
3-4(55-56)2016
76
Eyni maddədən hazırlanmış bir neçə cisimə aid misallar deyin.
Müxtəlif maddələrdə hazırlanmış eyni formalı cisimə aid misal deyin
Xassə nəyə deyilir?
Fizika kursundan sizə maddələrin hansı xassələri məlumdur?
Müşahidə yolu ilə maddələrin hansı xassələri barədə məlumat əldə
etmək olar?
Maddələri tərkibinə görə necə təsnif etmək olar?
Sizə məlum olan maddələrdən hansını saf, hansını qarışıq hesab
edərdiniz?
Saf maddələrlə qarışıqlar arasında hansı fərqli cəhətlər vardır?
Verilən suallar cavablandırıldıqdan sonra müəllim stolun üzərinə yığılmış
müxtəlif cisim (əşya) və maddələri şagirdlərə qruplaşdırmağı təklif edir. Şagirdlər
təklif olunan maddələr və onlardan hazırlanmış əşyaları 1-ci şəkildəki kimi
qruplaşdıra bilərlər.
Şəkil 1.
Kimya məktəbdə
77
Şəkil 2. Maddələr
Sonra müəllim 1-ci və 2-cü şəkillərdəki maddələrin fiziki xassələri barədə
nə deyə bilərsiniz? sualı ilə şagirdlərə müraciət edir.
Şagirdlər müşahidələri və əvvəlki dərslərdən malik olduqları biliklərinə
əsasən maddələrin xassələrinə aid məlumatları 1-ci cədvəldəki kimi qeyd edirlər.
Cədvəl 1.
Maddələrin fiziki xassələri
Maddə
Aqreqat halı
Rəngi
İyi
Suda həll olması
Mis
Bərk
Çəhrayı
İysiz
Həll olmur
Dəmir
Bərk
Qara boz
İysiz
Həll olmur
Alüminium
Bərk
Gümüşü ağ İysiz
Həll olmur
Kükürd
Bərk
Sarı
İysiz
Həll olmur
Şəkər
Bərk
Ağ
İysiz
Həll olur
Xörək duzu
Bərk
Ağ
İysiz
Həll olur
Benzin
Maye
Rəngsiz
Iyli
Həll olmur
Bitki yağı
Maye
Sarımtıl
İysiz
Həll olmur
Spirt
Maye
Şəffaf
İyli
Həll olur
Su
Maye
Şəffaf
İysiz
Kerosin(ağ neft)
Maye
Rəngsiz
İyli
Həll olmur
Sonra müəllim şagirdlərə verilmiş maddələrdən qarışıqlar hazırlamaq və
onları təsnif etmək tapşırığı verir. Şagirdlər hazırladıqları su + torpaq, su + şəkər,
su+bitki yağı, su + spirt, dəmir tozu + kükürd parçaları, su + xörək duzu
qarışıqları adi gözlə müşahidə etməklə aşağıdakı cədvəldəki kimi qruplaşdırırlar.
3-4(55-56)2016
78
Cədvəl 2.
Qarışıqlar
Eynicinsli
Müxtəlifcinsli
Su + şəkər
Su + torpaq
Su + spirt
Su + bitki yağı
Su + xörək duzu
Su + benzin
Dəmir tozu + kükürd
Müəllim onu da qeyd edir ki, bəzən saf maddəni yeni cinsli qarışıqla adi
gözlə baxmaqla səhv salmaq olar. Məsələn şagird ilk baxışdan şəkər tozu həll
edilmiş suyu saf maddə (su) hesab edə bilər.
Şagirdlərə qarışıqları ayırmaq üçün hansı üsullar bilirsiniz? sualı verildikdə
onlar süzmə, maqnitlə təsir etmə, buxarlandırma, durultma barədə məlumat verə
bilərlər. Xromotoqrafiya və distillə üsullarını isə müəllim özü əlavə edir.
Dərsin sonunda müəllim bildirir ki, növbəti dərsimizdə həmin üsulların
tətbiqini həyata keçirmək üçün qarışıqların ayrılmasına dair təcrübələr aparılacaq.
Kimyadan ilk dərsin səmərəli təşkili və keçirilməsinin nəticəsində
Şagird:
Bilir:
kimya nəyi öyrənir; kimya hansı elm sahələri ilə sıx əlaqədardır; maddə nədir;
cisim nədir; xassə nədir; maddənin fiziki xassələrinə nələr aiddir ; maddənin
kimyəvi xassəsi dedikdə nə nəzərdə tutulur; saf maddə nədir; qarışıq nədir;
qarışıqlar hansı növlərə ayrılır.
Bacarır:
cisimlə maddəni fərqləndirməyi; maddələri aqreqat halına görə təsnif etməyi; eyni
cincli və müxtəlif cinsli qarışıqlar hazırlamağı; saf maddə ilə qarışıqların fərqli
cəhətlərini müəyyənləşdirməyi; qarışıqları ayırmaq üçün üsul təklif etməyi.
İstifadə edilmiş ədəbiyyat:
1. R.Y. Əliyev, Ə.T. Əzizov. Kimyanın
tədrisi metodikası, II hissə, Bakı, 2006,
393 s.
2. С.С. Kосмодемьянская, С.И.
Гильманшина. Методика обучения
химии. Kазан 2011 .
3. Н.Е. Кузнецова и др. Методика
преподавания химии. М.1984
4. Azərbaycan Respublikasının
ümumtəhsil məktəbləri üçün kimya fənni
üzrə təhsil proqramı (kurikulumu). Bakı,
2013.
5. M.M.Abbasov, V.M.Abbasov və
başqaları. Kimya. Ümumtəhsil
məktəblərinin 7-ci sinfi üçün dərslik. Bakı,
“Aspoliqraf”, 2014, 96 s.
6. İnternet materialları
Kimya məktəbdə
79
Г.А.Ахмедзаде, А.З.Мамедова, Г.В.Шадлинская
О методике организации и проведения первого урока в школьном курсе химии
АННОТАЦИЯ
В статье говорится о вопросах, внимание которым должен уделять учитель
при организации и проведении первого урока по химии. использовании приемов и
подходов, наглядных пособий для привлечения интереса учащихся к предмету. В
конце отмечаются знания и умения, полученные на первом уроке.
G.A. Ahmadzade, A.Z. Mammadova, G.V. Shadlinskaya
About the procedure of organizing and holding the first lesson in the school course
of chemistry
SUMMARY
The article describes the issues that attention should be paid to the teacher in
organizing and carrying out the first lesson in chemistry. Using methods and approaches
of visual aids to attract students' interest in the subject. In the end marked the knowledge
and skills obtained in the first lesson.
Açar sözlər: alt standart, dərsin məqsədi, cisim, maddə, xassə, eynisinsli və
müxtəlifcinsli qarışıqlar, bilik, bacarıq.
Ключевые слова: подстандарт, цель урока, предмет, вещество, свойство,
однородные и разнородные смеси, знание, умение.
Key words: a standard lesson aim, subject, substance, property, homogeneous and
heterogeneous mixtures, knowledge, skills.
Dostları ilə paylaş: |