XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ
17
PABLO PİKASSO: FƏRQLİ ÜSLUBLARDA İŞLƏYƏN RƏSSAM
Pikassonun əsərləri böyük ictimai əhəmiyyət daşıyırdı. 1937-ci
ilin apre-
lində alman aviasiyası tərəfi ndən İspaniyanın şimalındakı dinc Gernika şəhəri
dağıdılmış, neçə min insan zərər çəkmiş, təxminən iki min nəfər həlak olmuş-
MÜHARİBƏDƏN
SONRAKI DÖVR
(1945–1954)
Həyatsevərlik dolu bu
rəsmin çəkildiyi il II Dün-
ya
müharibəsinin başa çat -
dı ğı zamana təsadüf edir.
Pa risin uzunmüddətli iş-
ğa lından sonra Pikas so ye-
ni dən coş qun yara dı cı lıq
dövrü yaşayır.
SON DÖVR (1954–1973)
Pikasso gələcək ku bizmin təmə-
lini araş dırır. Formalar artıq bölü-
nür – səthə yayı lır. Pikasso qismən
Sezannın, qismən də Luvr da öy-
rəndiyi qədim Afrika və İberiya in-
cəsənətinin təsiri altında çalışır.
“Həyatın sevinci”. 1946 (65 yaşında). Pikasso Muzeyi.
Antib, Fransa.
“Qəlyan çəkən zadəgan”(fraqment).
1968 (87 yaşında). Şəxsi kolleksiya
Bilirsinizmi?
“Gernika”. 1937. Ölçüsü: 4x8 m. Kraliça Sofi ya Muzeyi. Madrid, İspaniya
XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ
18
PABLO PİKASSO: FƏRQLİ ÜSLUBLARDA İŞLƏYƏN RƏSSAM
Bədii əsərin yaranmasına təkan verən səbəb nədir? Rəssamların şahidi olduq-
ları hadisələri əsərlərində əks etdirmələri nədən xəbər verir?
Düşünün və izah edin
Pablo Pikassonun yaradıcılığı haqqında saytlar:
http://www.picasso.fr/; http://www.picasso-pablo.ru/
du. Rəssamın bu vəhşiliyi əks etdirən “Gernika”sı XX yüzilliyin ən güclü bədii-
siyasi əsəri hesab olunur. İstər Pikassodan əvvəl, istərsə də ondan sonra heç kim
müharibə əleyhinə bu qədər qüdrətli bədii fi kir bildirməmişdir.
1949-cu ildə Parisdə Sülh tərəfdarlarının
Dünya Kon qre si nin plakatında Pikassonun
çək diyi məşhur “Sülh göyərçini”
təs vir olu-
nur. Bu göyərçin bütün Yer kürəsini “dövrə
vurmuş” və bəşəriyyət üçün sülh rəmzinə çev-
rilmişdir.
Yaşadığı illər
Doğulduğu yer
Təhsili
Ad və mükafatları
Üslub və texnika
Əsərlərin mövzusu
Məşhur əsərləri
Müdrik f
ikirləri
25.10.1881 – 08.04.1973
Malaqa, İspaniya
San-Fernando Zərif Sənətlər Kral Akademiyası
Beynəlxalq Sülh mükafatı (1950); Beynəlxalq Lenin
mükafatı (1962)
postimpressionizm, kubizm, sürrealizm; rəngkar, hey-
kəltəraş, qrafi k, teatr rəssamı, keramikaçı və dizayner
portret,
natürmort, süjetli əsərlər, mənzərə
“Qatır” (1898), “Qəlyan tutmuş oğlan” (1905),
“Hörmə stul ilə natürmort” (1912), “Üç musiqiçi”
(1921), “Çimərlikdə qaçan iki qadın” (1922), “Çıl-
paq qadın, yaşıl yarpaqlar və büst” (1932), “Dora
Maarın portreti” (1937), “Bağda əyləşmiş qadın”
(1938), “Aralıq dənizi mənzərəsi” (1952) və s.
Uşaq vaxtı mən Rafael kimi çəkirdim, lakin uşaqlar kimi
çəkməyi öyrənmək üçün mənə bir ömür gərək oldu.
Pablo Pikasso
(Pablo Picasso)
Həyat xronologiyası
GÖRKƏMLİ SƏNƏTKARLAR
XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ
19
PABLO PİKASSO: FƏRQLİ ÜSLUBLARDA İŞLƏYƏN RƏSSAM
Müəyyən edin
1.
P.Pikassonun yaradıcılıq dövrləri nə ilə fərqlənir?
Yaradıcı fəaliyyət
2.
Ətrafınızda olanları kubizm üslubunda çəkin; məsələn: natürmort,
portret, mənzərə və s.
Təchizat: rəngli karandaşlar, flomasterlər, pastel təbaşirlər, quaş
Sərbəst iş üçün tapşırıqlar
Kubizm öz inkişafında üç mərhələdən keçmişdir: sezannsayağı kubizm (Pol
Sezannın 1909-cu ilədək olan yaradıcılıq dövrü), analitik və sintetik kubizm
(Pab lo Pikassonun yaradıcılığı).
Sezann dövrü üçün iri, bir qədər kobud formalar xarakterikdir. İkinci dövr
(1909–1912) təsvir olunan əşyanın daha çox xırda detallarla verilməsi ilə fərqlə-
nir. Sintetik dövrün (1913–1914) əsas üsulunu isə kollaj təşkil edir.
Bu maraqlıdır
Kubizm cərəyanına mənsub rəssamlar bilərəkdən rəng palitrasından
istifadəni məhdudlaşdırırdılar. Kubizm üslubundakı tablolarda sanki
rəng azlığı müşahidə olunur. Çünki əsərlərin ton çalarlarını, əsasən, boz,
qara və hətta qəhvəyi rənglər təşkil edir.
Rəngkarlıqda kubizm – sadəcə əşyanın təsviri deyil. Bu, əşyanın dü-
şünərək dağıdılmış və rəssamın şüurunda yenidən yaradılmış təsviridir.
Kubizm üslubu rəngkarlığın inkişafına çox böyük təsir göstərdi, mə-
kanda faktura və həcmin verilməsi üsulları barədə rəssamların təsəv-
vürünü dəyişdi. Məhz kubizm digər cərəyanlara yol açdı, tamaşaçılara
kubizm üslubunda təsvir edilmiş rəmzləri özlərinin
istədikləri kimi yoz-
masına imkan verdi.
Beləliklə, kubizm öz qarşısına təsviri deyil, fəlsəfi vəzifəni qoymuşdu.
Aydındır ki, konkret əşyanı real təsvir etmək əşya anlayışının təsvirin-
dən asandır.
Pikasso uzun yaradıcılıq fəaliyyəti illərində təxminən 80 min əsər
yaratmışdır. Hələ 1970-ci ildə, Pikasso həyatda olarkən Barselonada Pi-
kasso Muzeyi açılmışdı. 1985-ci ildə isə rəssamın varisləri Parisdə Pi-
kasso Muzeyini yaratdılar.
XX əsr təsviri sənətində Pikasso ən məşhur
sənətkar kimi bütün öl-
kələrin rəssamlarına güclü təsir göstərmişdir.