XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ
31
POL KLİ: RƏNGKARLIQDA XƏTLƏRİN HƏRƏKƏTİ
Tanış olun
Son
zamanlar “avanqard”
1
sözü çox tez-tez istifadə edilir. Lakin
onun nə demək olduğunu heç də hamı bilmir.
İncəsənətdə avanqard cərəyanı klassik qanunları pozaraq ənənəvi
sosial- mədəni dəyərlərə olan münasibəti dəyişir. Bununla belə, bu hərə-
kat qəbul etdiyi ideya əsasına görə bir-birindən əsaslı surətdə fərqlənən
çoxlu sayda müxtəlif məktəblərdən ibarətdir. Təsviri sənətdə bu cərəyan
modernizmlə çox sıx bağlıdır. Belə ki, onun
çiçəklənməsi XX yüzilliyin
əvvəlinə təsadüf edir. Kubizm,
ekspressionizm
2
, konstruktivizm, primi-
tivizm və bir çox bu kimi başqa cərəyanlar ona aid edilir.
Avanqardizm Fransada yaranıb, sonralar Almaniya, İtaliya və digər
ölkələrə yayılıb. Bu hərəkatın nümayəndələri qəbul edilmiş bütün nor-
maları, qayda və idealları pozmağa çalışırdılar. Avropa mədəniyyəti əv-
vəllər heç zaman bu qədər cərəyan, istiqamət,
fərdi üslub rəngarəngli-
yi görməmişdi. Avanqardçılar incəsənətin dilini xeyli zənginləşdirdilər,
yeni ideyaların geniş spektrini təklif etdilər. Onların arasında P.Pikasso,
A.Ma tiss, V.Kandinski, S.Dali və bu kimi böyük sənətkarlar var idi. Bü-
tün fərdi üslub müxtəlifliyinə baxmayaraq, onlar birgə səylə təbiəti təqlid
etməyən, rəssamın yaradıcı özünüifadəsinin əsasında yaranan yeni bədii
sistemi araşdırdılar. Avanqardçılar müasir dövr incəsənətinin əsl yol-
göstərənləri oldular.
Avropa avanqardının görkəmli simalarından olan Pol Kli abstrakt
sənətin inkişafına böyük təsir göstərmişdir. Pol Klinin yaradıcılığının
çiçəklənməsi modernizmin müxtəlif istiqamətlərinin yaranması
və inti-
Rəngkarlıq əsərlərində hərəkəti, hisləri hansı vasitələrlə göstərmək olar?
Abstrakt (mücərrəd) təsvirlərdə xətlər hansı məna daşıyırdı?
İncəsənətə dair dialoq
Xatırlayın
7
1
Avanqard, avanqardízm (
fr. avantgarde – irəli, mühafizə) – XIX–XX əsrlərdə dünya-
da, ən əsası – Avropa incəsənətində yaranmış cərəyanların ümumiləşdirilmiş adı. “Avan-
qard” anlayışı fransız mənşəlidir, tərcümədə “irəli” və “mühafizə” mənasını verən iki
sözdən ibarətdir.
2
Ekspressionizm (
fr. expressionnisme – ifadə) – XX əsrin əvvəllərində Avropa incəsənə-
tində bədii cərəyan. I Dünya müharibəsinin dəhşətlərindən mənəvi sarsıntı
keçirən rəs-
samlar əsərlərində bilərəkdən öz hislərini ifadə edirdilər. Müharibəyə etirazın ifadəsi
kimi meydana gəlmiş, I Dünya müharibəsindən sonra Almaniya və Avstriyada xüsusilə
geniş yayılmışdı. Əsərlərin əsas motivləri və obrazları – şəhər mənzərəsinin fonunda da-
ğıntılar, ölüm, xəstəlik, faciə, dəhşət, dərin kədər idi.
XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ
POL KLİ: RƏNGKARLIQDA XƏTLƏRİN HƏRƏKƏTİ
32
Təsviri sənət qalereyası
Pol Klinin əsərlərində mücərrədlik və rəng
şarı dövrünə təsadüf edir. Kli müxtəlif istiqamətlərdə (ekspressionizm,
sürrealizm, abstraksionizm, kubizm)
fəaliyyət göstərsə də, öz əsərlərini,
demək olar, öz tərzində, bu və ya digər cərəyanın prinsiplərinə ciddi əməl
etmədən çəkirdi.
Kli çəkdiyi rəsmlərdə naturanı klassik rəssam kimi xırdalıqlarınadək
oxşadırdı. O, məxsusi olaraq universitetdə anatomiya məşğələlərinə ge-
dir və bədənin quruluşunu öyrənirdi. Onun üçün rəsm çəkməyi öyrən-
mək, sonra isə öz bədii üslubunu axtarmaq çox vacib idi.
Rəssamın pərəstişkarı yox idi – o öz yolu ilə addımlamağı sevirdi. Kli
həm realist, həm də abstrakt əsərlər çəkirdi. Buna görə də o heç vaxt hər
hansı bir bədii cərəyana tam aid edilmirdi.
Tunisə səyahət Kliyə güclü təəssürat bağışlayır.
O bu ölkədə rəngdən
başqa cür istifadə etməyi öyrənir. Ardıcıl düzülmüş kiçik rəngarəng ev-
lərin işığı və kompozisiyası onu heyrətləndirir. 1914-cü ildən başlayaraq
rəssam əsərlərində daha çox kvadratlar çəkməyə başlayır. Onun rəngkar-
lıq manerasında həmin andan etibarən dəyişiklik hiss olunur. Mücərrəd-
lik və rəng rəssamı hər şeydən daha çox maraqlandırırdı.
Kli taxta və iplərdən kompozisiyalar yaradır, onların üzərində fırça
ilə işləyirdi. Onun son işləri bir qədər uşaqsayağı görünür, amma rəssam
nə çəkmək istədiyinə çox əmin idi. Pol Kli hətta oyuncaqlar da düzəldir.
Həmin oyuncaqların arasında isə onun avtoportreti də var idi.
“Cənub (Tunis) bağları”. 1919. Şəxsi kol-
leksiya
“Şəhərin qırmızı və yaşıl çalarlarda təsviri”.
1921. Şəxsi kolleksiya
XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ
33
POL KLİ: RƏNGKARLIQDA XƏTLƏRİN HƏRƏKƏTİ
Pol Klinin ev teatrından kuk-
la. Avtoportret
“Kukla (portret)”. 1923.
A.S.Puş kin ad. Dövlət Təsviri
Sə nət Muzeyinin kolleksiyasın-
dan. Moskva, Rusiya
“Adsız”. Təxminən 1940. Pol
Kli Mərkəzi. Bern, İsveçrə
Kli mürəkkəb texnikalarda işləyir və geniş material
çeşidindən istifadə
edirdi: pastel təbaşirlər, akvarel, yağlı boya, tempera, mürəkkəb ilə rəsm çə-
kir, həmçinin ofortlar (metal üzərində oyma üsulu ilə yerinə yetirilən qravür-
lər) işləyirdi. Çox zaman bir əsərdə xeyli müxtəlif materialdan istifadə edirdi.
O, qravürlərə maraq göstərirdi və şüşə üzərində iynə ilə təsviretmənin orijinal
texnikasını icad etmişdi.
Bu maraqlıdır
Yaşadığı illər
Doğulduğu yer
Təhsili
Üslub və texnika
Əsərlərin mövzusu
Məşhur əsərləri
18.12.1879 – 29.06.1940
Münhenbuhzee, Bern yaxınlığı. İsveçrə
Münhendə Zərif Sənətlər Akademiyası
ekspressionizm, abstraksionizm, kubizm, sürrealizm;
qrafi k, incəsənət nəzəriyyəçisi, rəngkar
portret, mənzərə, natürmort
“Doğan günəş” (1907), “Fiqurların rəngi” (1914), “İdeya
uğrunda ölüm” (1915), “Kilsələr şəhəri” (1918), “Asiyalı
artistlər” (1919), “Göyərçin ilə natürmort” (1931), “Qar-
daşlar və bacılar” (1930), “Nil əfsanəsi” (1937) və s.
Pol Kli
(Paul Klee)
Həyat xronologiyası
GÖRKƏMLİ SƏNƏTKARLAR