Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə227/245
tarix02.10.2017
ölçüsü5,01 Kb.
#2897
növüDərs
1   ...   223   224   225   226   227   228   229   230   ...   245

 
330
Yaradıcılığına Yanaş Aranın yazdığı balladaların təsiri altında başlayan Layaş Tolnai öz povestlərində satiraya 
müraciət edir. 
Macarıstanın görkəmli roman ustalarından biri Mora Yokal idi. Onun yaradıcılığı romantik istiqamətdə 
inkişaf edirdi. Onun yaradıcılığında çiçəklənmə dövrü 1848-ci il İnqilabından sonra başlanır. Onun məşhur 
romanlarından «Zoltan Karpati»ni göstərmək olar. 
Yokao liberalizmə üstünlük verirdi. Onun bir çox əsərlərində liberal ideyalara rast gəlinir. 
Onun başqa  əsərlərindən «Qara almaz», «Qızıl insan» və b. göstərmək olar. Digər Macar nasiri Koltan 
Miksat (1847-1910) realist də adlandırıla bilər. Onun erkən yaradıcılığı üçün xarakterik olan hekayə  və 
povestləri kəndlilərin həyatından («Dobrıe paloyn», «Lixonskaə travka»), zadəganlığın gözəl keçmişindən 
(«Vsemilostiveynıe qosudarm») bəhs edir. Bütün bu nəşr nümunələrində bir qədər komik olsa da, sonrakı 
dövrdə bu yumşaq yumoru tənqidi yumor əvəz edir. Onun yaradıcılığında  əsas mövzulardan biri insanların 
xırdalaşması. nəslin pozulmasıdır. Nasirin «Macarıstanda seçkilər» adlı romanında insaf və vicdanları olmayan 
qəzetçilər, qəddar zadəgan burqomistlər, qraf-qubernatorlar, prinsipsiz öz mənafelərini güdən yüksək familiyalı 
siyasətçilərin obrazı verilmişdir. 
Miksad yaradıcılığında xalq bir uşaq rolunda çıxış edir. Xalq – sadə  qəlbli tərs bir kütlədir. O, 
hərdəmxəyaldır. Onun sadəlövhlüyündən istifadə edən yüksək mövqe sahibləri xalqa istədiklərini edirlər. 
Musiqi.  Macar musiqi mədəniyyətinin tarixi yalnız musiqi folkloru ilə bağlıdır. Bütün dövrlərdə 
yaradılmış əsərlər yalnız milli adətlər üzərində qurulmuşdur. 
Macar musiqisində geniş surətdə  səmərəli istifadə etmiş  məşhur bəstəkar F.Listin adı xüsusi 
vurğulanmalıdır. 
Macar xalq mahnıları B.Bartokun və Z.Kodayın sayəsində dünya musiqi mədəniyyətinə daxildir. 
Tanınmış çardaş musiqisi də macar xalq musiqisidir. 
 
 
2.5.4. XX əsr Dünya mədəniyyəti 
 
XIX  əsrin II yarısından başlayaraq mənəvi mədəniyyətdə dünyanın yeni modelinə skeptik münasibət 
formalaşmağa başlayır. Dünya artıq özünün əvvəlki mənzərəsindən ayrılaraq indiyə  qədər görünməmiş bir 
inkişafla irəliləməyə başlayır. İnqilablarla müşayiət olunan cəmiyyətlərdə mədəni həyat böhranlara düçar olur. 
İnqilablar, sosial kataklizmlər, dünya müharibələri və totalitar rejimlər iqtisadiyyata, texnikaya, elmə olduğu 
kimi, mədəniyyətə də ciddi təsirini göstərirdi. 
Lakin böhran heç də bütün hallarda çıxılmaz vəziyyət kimi qiymətləndirilməməlidir, o çox vaxt yeniliyin, 
yaradıcılığın impulsu rolunu oynayır. Belə bir impuls XX əsrin lap ilk vaxtlarından müşahidə olunmağa 
başlayır: sənayedəki nəhəng addımlar elektrotexnika, kimyəvi istehsal kimi yeni sahələrin yaranmasına səbəb 
oldu. Bundan çıxış edərək yeni sosial qrup – elmi texniki ziyalı  təbəqəsi formalaşmağa başladı. Elmi-texniki 
irəliləyiş zamanın «irəliləməsinə» kömək edir. 
XX  əsrin  əvvəlində  mədəni həyatda bu irəliləyişin ilkin təzahürləri hər il Nobel mükafatlarının təqdimi ilə 
müşayiət olunmağa başlayır. 1901-ci ildən başlayaraq bu beynəlxalq əhəmiyyətli mükafat fizika, kimya, tibb, fiziolo-
giya,  ədəbi sahədə müvəffəqiyyət göstərmiş xadimlərə  təqdim olunmağa başladı ki, həmin  ənənə bu gün də 
qalmaqdadır. Bir qədər sonra isə, «Xalqlar arasında sülhün möhkəmlənməsi naminə» mükafatı  təsis olundu. Bu 
mükafatların təsisçisi İsveçli mühəndis-kimyaçı A.B.Nobel (1833-1896) adlı alim idi. Elm və ədəbiyyat sahəsində 
beynəlxalq mükafatların təsisi ümumbəşəri dəyərlərin qabardılması üçün zəzurət idi. 
XIX əsrin axırı - XX əsrin əvvəllərində təbiət elimləri, xüsusilə fizika, biologiya, psixologiyada inqilabi 
kəşflər baş verdi. İngilis alimi B.Tomson tərəfindən elektronun kəşfilə (1897) atom modelinin yaradılması 
(1903), fransız tədqiqatçısı A.Bekkerel tərəfindən uran duzlarının təbii radiaktivliyinin kəşfi bu elmi uğurların 
bəşəri  əhəmiyyət kəsb edən cəhətləri idi. A.Eynşteynin nisbilik nəzəriyyəsi fizikanın zaman və  məkan 
anlayışlarını daha da genişləndirdi. Adları qeyd olunan bu alimlər, həm də Nobel mükafatına layiq görülmüşlər. 
Onların dünyəvi kəşfləri əsasında dünyanın rəngarəngliyi haqqında mülahizələr özünə elmi əsas əldə edə bildi. 
XIX əsrin lap sonlarına doğru əldə olunan elmi, iqtisadi, təsərrüfat uğurları da XX əsrin perspektivlərinin 
müəyyənləşməsinə əhəmiyyətli dərəcədə təsir göstərdi. 
XX əsrin I yarısı Qərbi Avropa üçün daha önəmli oldu. Bu dövrdə sənaye sivilizasiyasının təşəkkülünə 
son qoyularaq postindustriala keçid başlayır. Kapitalist inhisarçılığı dövlət inhisarçılığı ilə  əvəz olunur. Buna 
görə də taleyüklü ciddi dəyişikliklər baş verir. 
İnhisarçı kapitalizmə  qədər klassik kapitalizm dövründə  cəmiyyət bazar və azad rəqabət qanunlarına 
uyğun inkişaf edirdi. Bu qanunların mahiyyətini «cəngəlliklər qanunu» deyilən tərif təşkil edirdi. Bu qanun 
rəqabət aparan istehsalçı müəssisələrin amansız mübarizəsi və muzdlu işçilərin qəddarcasına istismarında öz 
əksini tapırdı. Bu cür inkişaf istehsalatda böhranların bir-birini əvəz etməsi ilə müşahidə olunurdu. 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


 
331
XX əsrin I yarısında baş verən ən mühüm hadisələr iki dünya müharibəsinin olması ilə izah edilir. İkinci 
dünya müharibəsindən sonra dünya bir-birinin əksinə duran iki cəbhəyə – kapitalizm və sosializmə bölündü. Bu, 
həm də vahid dünyəvi mədəniyyətin ikiyə bölünməsi demək idi. 
XX  əsrin I yarısında qərb mədəniyyətində  ən böyük nailiyyət elm sahəsində müşahidə edildi. Məhz bu 
dövrdə ikinci elmi inqilab baş verir. Klassik elmdən fərqlənərək yeni bir elm formalaşmağa başlayır. Artıq yeni 
elmin əsasında empirik təcrübi xüsusiyyət daha az əhəmiyyət kəsb edir. Bu elm əvvəlkindən nəzəri əhəmiyyəti 
ilə fərqlənərək empirik bilik üzərində dominantlıq etməyə başlayır. Elmdə aparıcı metodoloji prinsip kimi relya-
tivizm və plüralizm əsas yer tutmağa başlayır. XX əsrin əvvəllərində M.Plank, A.Puankare, N.Bor, M.Born, İ. 
və F.julye-Kuri cütlüyünün adı Qərbi Avropa elmində fəxrlə çəkilir. 
Elmdən fərqli olaraq bu tarixi dövrdə Qərbi Avropada dinin vəziyyəti xeyli dərəcədə ağır idi. Demək olar 
ki, XX əsrin I yarısı Qərbi Avropada dinsizlik dövrü kimi səciyyələndirilir. Dindən fərqli olaraq fəlsəfənin so-
sial durumu qənaətbəxş idi. Əsas fəlsəfi cərəyanlar kimi neopozitivizm və ekzistensializm əsas istiqamətlər he-
sab olunurdu. Neopozitivizm elmin mövqeyindən çıxış edərək formal məntiq, dil və idrak nəzəriyyəsi 
problemlərinin öyrənilməsinə xidmət edirdi. Onun nümayəndələri B.Rassel, R.Karnan, L.Vitgenşteyn idi. Digər 
fəlsəfi istiqamət olan ekzistensializm isə özünü pozitiv fəlsəfəyə qarşı qoyurdu. O insanla, xüsusilə, onun 
azadlığı ilə bağlı problemlərə diqqəti gücləndirirdi. Bu istiqamətin əsas müəllifləri j.P.Sartr və M.Haydeger idi. 
Nəzərdən keçirilən bu dövrdə – XX əsrin I yarısında Qərbi Avropada bədii mədəniyyət  uğurla inkişaf 
edirdi. Fransa bu dövrdə dünya mədəniyyətinin inkişafında  ən aparıcı yer tuturdu. Paris şəhəri  şöhrət tapmış 
mədəni mərkəz hesab edilirdi. Fransa incəsənətində realizm başlıca istiqamət sayılırdı.  Ədəbiyyat sahəsində 
onun əsas nümayəndələri üç nəfər hesab olunurdu: A.Frans, R.Rollan, R.Marten dyü Qar. A.Frans bir çox tarixi-
fəlsəfi romanların müəllifi kimi tanınır. Onun «Allahlar həsrət çəkir» adlı əsəri belələrindəndir. İkinci müəllifə 
dünya şöhrəti gətirən əsər «Jan-Kristof» adlanır. Burada dahi musiqiçinin cəmiyyətlə münasibətləri bədii-fəlsəfi 
aspektdə  təsvir olunur. «Tibo ailəsi» adlı çoxcildli romanında üçüncü müəllif Fransanın geniş  şəkildə 
mənzərəsini yaradır. 
Fransanın mənəvi həyatında ekzistensialist yazıçılar J.P.Sartr və A.Kamyu əhəmiyyətli yer tuturlar. Bu 
müəlliflərin əsərlərindəki başlıca mövzu azadlıq və məsuliyyət, tənhalıq, məişət mənasızlığı idi. Sartrın məşhur 
əsərləri «Milçəklər», «Şeytan və  cənab Allah» pyesləri, Kamyunun isə, «Özgə», «Vəba», «Sizif haqqında 
əsatir» romanlarıdır. 
Ədəbiyyatla yanaşı, fransız heykəltəraşlığı da inkişaf edirdi. Dövrün görkəmli heykəltəraşları E.Burdel və 
A.Mayol sayılırdı. Burdelin «Herakl», «Penelopa», «Safo» adlı  əsərləri antik süjetlər  əsasında klassik ruhda 
yaradılmışdır. 
A.Mayolun «Axşam», «Pomona», «Aralıq dənizi» adlı qadın heykəlləri cazibədar ahəngdarlığı, 
mütənasibliyi, zərifliyi ilə diqqəti cəlb edirdi. 
XX əsrin I yarısında Qərbi Avropa mədəniyyətinin inkişafında alman ədəbiyyatı da əhəmiyyətli uğurlar 
əldə etmişdir. T.Mann, L.Feyxtvanger, E.M.Remark bu dövrün görkəmli yazarları idi. T.Mann alman 
ədəbiyyatının qabaqcıl nümayəndəsi hesab edilirdi. Onun bir neçə fundamental fəlsəfi romanları («Sirli dağlar», 
«Doktor Faustus» və başqaları), L.Feyxtvangerin tarixi romanları («Qoyya», «Qəribə adamın müdrikliyi») həm 
də dünya ədəbiyyatının inciləri hesab edilir. Remarkın «Fasiləsiz olaraq Qərbi Cəbhəyə», «Üç yoldaş» və d. 
romanlarında «itirilmiş nəslin» dünya haqqında təsəvvürləri bədii ifadə dili ilə təzahür tapır. 
Bu tarixi dövrün digər görkəmli mədəniyyət xadimi intellektual epik teatrın yaradıcısı B.Brext hesab olu-
nur. Onun «Kuraj ana», «Sezuanadan xeyirxah adam» adlı pyesləri dramaturqa dünya şöhrəti gətirmişdir. 
XX  əsrin I yarısında ingilis ədəbiyyatı da yüksəliş prosesi keçirirdi. Görkəmli adlar içərisindən 
C.Qolsuorsi, S.Moema, B.Hounun adlarını xüsusilə qeyd etmək lazımdır. C.Qolsuorsiyə «Forsaytlar haqqında 
saqa» trilogiyası dünya şöhrəti gətirdi. S.Moemanın məşhur əsərinin adı isə «İnsan ehtiraslarının ağır yükü»dür. 
B.Şou ingilis ədəbiyyatının klassik nümayəndəsidir. O özünü bütün janrlarda – dram, roman, novellada 
sınamış mahir sənətkar idi. 
XX  əsrin I yarısında Amerika ədəbiyyatı da özünün yüksəliş dövrünü yaşayır. U.Folkner, C.Steynbek, 
E.Heminquey bu ədəbiyyatın ən görkəmli sənətkarlarıdır. Folkner özünün «Səs-küy və qəzəb», «Avqust işığı» kimi 
romanlarında yeni bədii forma və üsullardan istifadə etməklə nəqletmənin realistik üslubu təkmilləşdirir. 
Steynbek «Qəzəb salxımları» romanı ilə Amerika xalqının həyat və məişətinin epopeyasını yaratmışdır. 
E.Heminqueyin yaradıcılığı isə, geniş əhatəli və çoxplanlıdır. Onun «Zəng kimin üçün çalınır» romanında 
müharibə  və zülm bəşəriyyətin lənəti kimi, obrazlı  şəkildə öz ifadəsini tapmışdır. «Qoca və  dəniz» povest-
pritçada həyat və insan taleyi qarşılığı öz əksini tapır. Bu əsər Nobel mükafatına layiq görülmüşdür.  
Ənənəvi realist incəsənət qərb cəmiyyətinin  ənənəvi həyatında  əhəmiyyətli yer tutsa da, ictimaiyyətin 
diqqət mərkəzindən kənarda idi. Bu mənada o, öz yerini modernizm və yetişməkdə olan avanqarda verirdi. Bun-
lar kütləvi informasiya vasitələri tərəfindən maraq doğurduğundan ön plana çəkilirdi. Modernizm bu zaman 
avanqarda transformasiya edilir. 
Avanqard modernizmin birbaşa davamı olsa da, hər iki cərəyan arasında ümumi cəhətlərlə yanaşı, fərqli 
cəhətlər də mövcuddur. Belə ki, modernizmdə ikililik, qeyri-ardıcıllıq və ziddiyyət qabarıq tərzdə özünü 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   223   224   225   226   227   228   229   230   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə