Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə223/245
tarix02.10.2017
ölçüsü5,01 Kb.
#2897
növüDərs
1   ...   219   220   221   222   223   224   225   226   ...   245

 
323
yüksəlişini əks etdirir. Bəzi tarixi əsərlərini Pavloviç litoqrafiyaya köçürmüşdür ki, onlar xalq kütlələri arasında 
daha geniş yayılsın və şöhrətlənsin. Rəssam Rakovskinin «I Aşen barədə bir neçə söhbət» əsərinə də illüstra-
siyalar çəkmişdir.  
Milli azadlıq uğrunda gedən mübarizənin fəal iştirakçılarından biri əsl vətənpərvər , inqilabçı  rəssam 
George Dançov (1846-1908) olmuşdur. O, azadlıq uğrunda gedən mübarizənin tanınmış nümayəndələrindən biri 
olan Sosili Devskinin yaxın dostu və silahdaşı olmuşdur. Rəssamın ilk işləri arasında onun «Avtoportret»ini, 
«Pyu Kyurkçiyanın portreti»ni göstərmək olar. 
Portretlərlə yanaşı rəssam həm də litoqrafiya texnikası ilə məişət janrında əsərlər yarıdır. 
Rəssamın «Azad Bolqarıstan» adlı qrafik kompozisiyası marağı cəlb edən əsərlərdəndir. 
XIX əsr bolqar incəsənətinin inkişafında mühüm yer tutan sənətkarlardan biri olan Xristo Tsokev (1847-
1883) Moskva rəngkarlıq peşə məktəblərində təhsil almışdır. Rəssam 36 yaşında ikən vərəm xəstəliyindən vəfat 
edir. Bu rəssamın bir neçə portreti qalmışdır. «İvan Senovun portreti», «Profildən qız», «Avtoportret» öz psix-
oloji xarakterlərinə görə XIX əsr portretləri arasında görkəmli yer turut. Bu portretlər bolqar intibahının  ən 
uğurlu əsərlərindən sayılmağa layiqdir. 
Rəssam məişət janrında «Siqaret çəkən», «Kitab oxuyan rahibə» və s., inqilabi mövzuda işlədiyi 
əsərlərindən isə «Türk vəhşiliyi», «Qaçqınlar» kimi əsərlər işləmişdir. 
Bolqarıstanda kitab çapının inkişafı ilə əlaqədar olaraq qrafika inkişaf etməyə başlayır. Bu dövrdə satirik 
qrafika və karikatura janrı yaranır. 
Bolqar inqilabı ilə bağlı olan rəssamlardan biri də Henrix Dembitski (1830-1906) idi. O, bolqar siyasi 
karikaturasının banisi olmuşdur. Onun karikaturaları türk zülmkarlığına qarşı bir etiraz idi.  
Türk hökmranlığından azad olan Bolqarıstan incəsənətində yeni mərhələ başlayır. Ölkənin paytaxtı olan 
Sofiya şəhəri mədəniyyət mərkəzinə çevrilir. Müstəqilliyin ilk illərində bolqar və rus mədəniyyətləri arasındakı 
əlaqələr gücləndirilir. 
80-90-cı illərdə bolqar xalqının həyatını  əks etdirən incəsənət  əsərləri yaradılır. Ümumiyyətlə, 80-90-cı 
illər bolqar realistik məktəbinin çiçəklənmə dövrü sayılır. 
Müflisləşmiş kəndlilərin taleyindən götürülmüş mövzular bolqar incəsənətində əsas mövzuya çevrilir. 
Bu mövzu dövrün görkəmli rəssamlarından sayılan İvan Mirkviçka və Yaroslav Vesinin yaradıcılığında 
mühüm yer tutur. Onlar çex olsalar da, Bolqarıstan onlar üçün ikinci vətənə çevrilir. Onlar Anton Mitov, 
İv.Anqelov kimi bolqar rəssamları ilə birgə bolqar realistik məişət janrının yaradıcılarından idilər. 
İvan Mirkviçka (1856-1938) 1881-ci ildə Bolqarıstana gəlir. İlk dövrlərdə o, Plovolisdə müəllim işləyir. 
Rəssam burada bazar səhnələri təsvir olunmuş  məişət janrında  əsərlər yaradır. O, kəndlilərin portretlərindən 
ibarət rəsmlər çəkir. 90-cı illərdə o, Sofiyaya gəlir və burada rəssamlıq məktəbinin direktoru təyin edilir. 
Anton Mitov (1862-1930) bolqar incəsənəti tarixinə  məişət janrının görkəmli nümayəndəsi kimi daxil 
olub. Onun yaradıcılığında əsas mövzu bazar mövzusudur. Bu rəssamın çoxfiqurlu kompozisiyalarında xalqın 
həyatı sakit və xoşbəxtdir. O, kəndliləri demək olar ki, eyni cür təsvir edir. Bu kəndlilərin bazarda satdıqları 
ərzaqları, keramik qabları, tərəziləri, quşları böyük maraqla təsvir edir. Mitov həm də bir sıra hərbi-məişət 
mövzulu əsərlərin müəllifidir. 
İvan Angelov (1864-1924) sadə həyatı adətən lirik, poetik təsvir edirdi. Onun sevimli mövzusu – biçindir 
(«Çepinskidə biçin»). 
Yaroslav Veşin (1860-1915) realistik rəssam kimi fəaliyyət göstərmişdir. Onun bir çox əsərlərində 
kəndlilərin ağır  əməyi real təsvir olunmuşdur («Torpaq», «Əkinçi»). Veşin ilk bolqar batalist rəssamlarından 
biri olmuşdur («Kavalerlər düşərgəsi» və s.). Bu rəssam hərbi-tarixi janrda Balkan müharibəsinə həsr olunmuş 
silsilə əsərlər yaratmışdır («Hücum»). 
XIX  əsrin sonu-XX əsrin  əvvəllərində bolqar incəsənəti xalqın həyatının demokratik mövqeyini əks 
etdirərək inkişaf edirdi. 
Ədəbiyyat.  Osmanlı imperiyasının təsiri altında olan Bolqarıstanda  ədəbiyyat XIX-XX əsrlərdə qeyri-sabit 
inkişaf edirdi. Yalnız təhsil ocaqları olan məktəblərdə, kitabxanalarda ədəbi yığıncaqlar təşkil olunurdu. Bir çox qəzet 
və jurnallar Osmanlı imperiyası daxilində çap olunurdu. Ədəbiyyat cəmiyyətdə baş verən siyasi dəyişikliklərlə bağlı 
idi,  ədəbiyyatçılar isə milli azadlıq uğrunda mübarizə aparırdılar. Bolqar yazıçılarının estetik zövqləri rus 
realistlərinin və tənqidçilərinin təsiri altında formalaşırdı. Şifahi xalq ədəbiyyatına maraq XIX əsrin ortalarında daha 
da artır. 
Q.Rakovski (1821-1867) lirik şair kimi məşhurlaşmışdır.  Əsərlərinin  əsas məzmununu Osmanlı 
imperiyasına qarşı xalq hərəkatı ideyası  təşkil edirdi. «Makedoniya» və «Qayda» qəzetlərinin naşiri olub. 
«Mənbə»  şerlər toplusunun müəllifidir. X.Botev (1848-1976) inqilabi ədəbi fəaliyyətlə  məşğul olmuşdur. Bir 
çox publisistik məqalələrin müəllifidir. Onun məqalələri «Azadlıq», «Müstəqillik», «Yeni Bolqariya» kimi 
qəzetlərdə nəşr olunurdu. 
Erkən  şerlərinə «Anama», «Elegiya», «Qardaşıma», «İlk məhəbbət» aiddir. cəmiyyətdəki eybəcərlikləri 
özünün «Mənim duam», «Vasili Nevskinin edamı» kimi əsərlərində satirik ifşa hədəfinə tutmuşdur. 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


 
324
İ.Vazov (1850-1921) məşhur  şair, dramaturq kimi fəaliyyət göstərmişdir.  Ədəbi cəmiyyət təşkil edib. 
«Elm» və «Zor» qəzetlərini nəşr etdirib. «İmtina etmişlər»  ən məşhur povestidir. Burada o, Bolqarıstandan 
Rumıniyaya köçmüş emiqrantların həyatını  təsvir etmişdir. Bolqarıstanın mənəvi və mədəni həyatını 2 böyük 
romanında: «Yeni torpaq» və «Kazaklar şahzadəsi» romanlarında təsvir etmişdir. 
Bu dövr ədəbiyyatı sosialist ideyaların meydana gəlməsi və modernist xüsusiyyətlərlə xarakterizə olunur. 
Yuqoslaviya. 
 İncəsənətXIX əsrin əvvəllərindən Şimal-Şərqi Avropada başlamış milli-azadlıq hərəkatları bu ölkələrin 
incəsənətində də öz əksini tapmışdır. Serbiya, Xorvatiya, Sloveniya bu hərəkatda birgə iştirak edirdilər. 
Mədəniyyyət tarixinin müxtəlif mərhələlərində fərqli sosial-siyasi xüsusiyyətləri, məişət və adət-ənənələri ilə 
fərqlənən bu ölkələrin incəsənətində oxşarlığa rast gəlmək olar. 
Serbiya.  
XVIII  əsrin sonu-XIX əsrin  əvvəllərində serblərin özünüanlam hissi sürətlə inkişaf etməyə başlamışdır. 
Bu isə yazıçıların, tarixçilərin, ictimai və siyasi xadimlərin əsərlərində və fəaliyyətində öz təzahürünü tapmışdır. 
Osmanlı imperiyasının bu ölkədə qurduğu hərbi-feodal quruluş bilavasitə serblərin türklər tərəfindən 
istismarına yönəldilmişdir. Bu zaman incəsənətin inkişafı dayanmışdır. Belə bir mühit serblərin kütləvi üsyana 
qalxmasına zəmin yaratmışdır. Türklərə qarşı üsyanlardan ən böyüyü 1804-cü ildə Belqrad paşalığında 
Karageorgiyanın başçılığı altında baş verən üsyan idi. 1829-cu ildə Adrianpol sülh müqaviləsindən sonra Ser-
biya müstəqil knyazlıq oldu. Bu dövrdən etibarən Serbiya mədəniyyəti və incəsənəti daha iri addımlarla 
irəliləməyə başladı. 
Serbiya incəsənətinin inkişafında rəssamlar Arsa Teodroviç (1768-1826) və Pavel curkoviçin (1772-1830) 
böyük rolu olmuşdur. Kilsə  təsviri sənətinin nümayəndələri olsalar da, qərbdə aldıqları  təhsil onların klassik 
incəsənət üslubunda əsərlər yaratmalarına mane olmurdu. Onların portret janrında da əsərləri vardır. curkoviçin 
yaratdığı portretlər öz xarakterlərinə görə çox məsum görünüşə malik idilər. Bunu biz portretdə təsvir olunan 
şəxslərin statik duruşunda görürük. Portretlərdə əks olunmuş xırda detallar rəssamın öz modellərinə qarşı böyük 
marağı olduğunu sübut edir. Buna misal olaraq, Vuka Karaciçin portretini göstərmək olar (1820, Belqrad Xalq 
muzeyi). Teodroviçin yaratdığı portretlərdə isə sənətkarlıq daha çox öz əksini tapmışdır. Rəsmi geyimdə təsvir 
olunmuş Kirill Jivkoviçin portretində  rəssam  əks etdirdiyi simanın emosional xarakterini verməyə çalışmışdır 
(1800, Pankrats, Yepiskop sarayı). Daha çox bu portretdə geyim detallarına diqqət yetirilmişdir.  
Serbiyanın çox tanınmış  rəssamlarından biri də Konstantin Danil (1798-1873) olmuşdur. Danil əsasən 
kilsə ikonalarını yaratmışdır. Onun əsərləri arasında naturadan çəkilmiş portretlər və natürmortlar da var idi. 
Onun ən yaxşı əsərlərindən biri «Pavel Kenqeltsin portreti»dir (1830, Pançevo). Bu portretdə rəssam ciddi, ağıllı 
görünüşə malik, hörmətli  şəxsi  əks etdirə bilmişdir. «Avtoportret»ində (Timişoara muzeyi), həyat yoldaşının 
portretində və «Vayqlinqin portreti»ndə (Belqrad, Xalq muzeyi) Danil nəinki insanın xarici cizgilərini, həm də 
onun daxili aləmini əks etdirməyə çalışırdı.  
Serbiya incəsənətində milli tarix və folklor mövzusuna müraciət edən ilk rəssamlardan biri də Yovan 
İsayloviç (1803-1885) olmuşdur. O hətta portretləri də milli slavyan geyimində təsvir edirdi. Onun «Knyaz Mi-
lan ölüm ayağında» (1838-1839, Belqrad, Xalq muzeyi) əsəri özündə həm məsumluq, həm də sərtlik əks etdirir. 
Bundan  əlavə o, Serbiyanın tanınmış simaları olan Petroniyeviçin, Simiçin, Ştosmayerin və digərlərinin 
portretlərini yaratmışdır. 
Serbiya təsviri sənətində  mənzərə janrı xüsusi yer tutur. Bu janrda yaradan rəssamlardan Krstiçin 
peyzajları maraqlıdır. Onun «Alma ağacı altında» (1882, Belqrad, Xalq muzeyi) əsərində milli geyimdə serb 
qadını və onun yanında uşaq təsvir olunmuşdur. «Bulaq başında» əsərində isə qəmli serb kəndli qadını təsvir 
olunmuşdur. Krstiç öz peyzajlarında Serbiya memarlığına da geniş yer ayırmışdır. Biz «Studenitsin monastırı» 
(1884), «Çaçak şəhərciyi» (1884) və digər əsərlərində bunun şahidi ola bilərik. 
Krstiçdən fərqli olaraq, Payya İovanoviç (1859-1957) və Uroş Prediç (1857-1953) Balkan xalqlarının 
həyatından bəhs edən çoxfiqurlu kompozisiyalar yaratmışlar. Onlar öz əsərlərində xalq oyunlarını, adət-
ənənələrini, mərasimlərini  əks etdirmişlər. Prediçin əsərlərindən «Hersoqovina qaçqınlarını» (1887, Belqrad, 
Xalq muzeyi) misal göstərmək olar. Burada əsas diqqət sadə insanların həyat və xarakterlərinə yönəldilmişdir. 
İvanoviçin əsərlərindən isə «Gəlinin geyindirilməsi», «Xoruz döyüşü» (Belqrad, Xalq muzeyi) diqqətəlayiqdir. 
Burada rəssam Balkan xalqlarının məişətini təsvir etmişdir. 
1893-cü il çevrilişindən sonra Serbiya incəsənətində daha çox monarxiyanı mədh edən əsərlər yaradılır. XIX-
XX əsrlərdə Qərbdən gələn müasirlik Serbiya mədəniyyətinə öz təsirini göstərir.  
Xorvatiya. 
Xorvatiya incəsənəti Serbiya incəsənətindən fərqli olaraq inkişafca geri qalırdı. Lakin Avstriyanın 
əyalətlərindən biri olan, iqtisadi cəhətdən zəif, kasıb Xorvatiyada da milli-azadlıq hərəkatı baş qaldırırdı. Bu 
azadlıq hərəkatında iştirak edənlərdən biri də dahi xorvat rəssamı Vekoslav Karas (1821-1858) olmuşdur. O, 
ölkədə mövcud olan feodal quruluşuna etiraz əlaməti kimi özünə qəsd edərək faciəvi şəkildə həlak olmuşdur.  
Xorvat vətənpərvərləri onu İtaliyaya təhsil almağa göndərirlər. Onun İtaliyada təhsil alması əsərlərinə də 
öz təsirini göstərmişdir.  Əsərlərindən «Anası  tərəfindən çayın sahilində qoyulmuş Musa» (1842-1843, Karlo-
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   219   220   221   222   223   224   225   226   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə