Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə221/245
tarix02.10.2017
ölçüsü5,01 Kb.
#2897
növüDərs
1   ...   217   218   219   220   221   222   223   224   ...   245

 
320
Bu portretlərdə  rəssam xalqın xarakterini çox gözəl göstərə bilmişdir. O öz portretlərində  kəndlilərin 
obrazlarını realist manerada əks etdirə bilmişdir. O, təsvir olunmuş insanın daxili aləmini, fikirlərini inandırıcı 
göstərməyə çalışır. XIX əsrin II yarısından başlayaraq polyak incəsənətində romantik janr geniş inkişaf edir. 
Varşava sərgilərində, daha sonra isə Krakov sərgilərində 50-60-cı illərdə daha ciddi kompozisiya janrları 
üstün yer tuturdu. Burada yenilik ondan ibarət idi ki, rəssamlar xalq məişətinin real şərtlərini təsvir etməklə 
yanaşı  həm də onun sosial vəziyyətinə  də öz münasibətlərini bildirirdilər. Doğrudur, xalqa olan münasibət 
məhdud, sentimental xarakter daşımaqla kasıbın qəmli həyat  şəraitini  əhatə edirdi. Bu halda rəssamlar xalqla 
hesablaşmağa, onun öz hüquqlarına nail olmasına çalışmağa can atırdılar.  
Realist məişət janrının yüksəlişini  əsasən Polşanın Rusiyaya aid hissəsindəki rəssamlar edirdi. 1863-cü 
ildə baş vermiş üsyan kəndli mövzusunu irəli çıxarmışdı. Bu dövrdə Polşada rus əhval-ruhiyyəsinin geniş 
yayılması rus rəssamlarının əsərlərini xatırladırdı. Bu istiqamətdə bir sıra Varşava rəssamları çalışırdı. Bunlar-
dan F.Kostşevski (1826-1911) «Daşyonanlar» (1862, Milli Muzey), V.Qerson (1831-1901), «Kəndlinin atı ilə 
vidalaşması» (1856) və s. göstərmək olar. 
Yüzef Şertientovskinin (1833-1876) əsərləri daha tipik xarakter daşıyırdı. O, 60-cı illərin Varşava janrları 
arasında xüsusi yer tuturdu. Şertientovskinin yaradıcılığında «janr-mənzərə» kompozisiyası üstünlük təşkil edir-
di ki, burada da başlıca cəhət hərəkət və süjet deyil, ümumi əhval-ruhiyyə təşkil edirdi. Onun əsas xarakterik 
əsərlərindən biri «Kəndlisayağı  dəfn»  əsəridir (1862, Varşava Milli Muzeyi). Bu əsərin  əsas məzmununu öz 
yaxınını itirmiş iki kəndlinin təsviri təşkil edir. Kəndli mövzusuna Şertientevski həm də daha sonralar 
«Təhkimlilər» (1873) əsərində müraciət etmişdir. 
Polşanın Avstriyaya aid hissəsində məişət janrı heç də böyük üstünlüyə malik deyildi. Bu dövrün tanınmış 
rəssamlarından Aleksandr Kotsisa (1836-1877) xüsusi yer tutur. Bu rəssam öz əsərlərində Krakov yaxınlığında 
vaxtını keçirdiyi kəndlilərin təsvirinə üstünlük verirdi. Onun əsas  əsərini «Ananın ölümü» (1867, Lvov Şəkil 
qalereyası) təşkil edir. Əsərin təsvirində daxma həyatının kasıb görkəmi xüsusi yer tutur. Burada yataqda ölmüş 
kəndli qadının fiquru təsvir olunmuşdur. Üç uşaq isə çarpayının yanında ayaq üstə dayanmış  və özlərinin 
gələcək faciələrini dərk etmirlər. Onların ayaqları altında dovşanlar qaçışır. Rəssamın uğurlu yaradıcılıq 
nümunələrindən birini «Sonuncu yaxşılıq» (1870, Varşava Milli muzeyi) əsəri təşkil edir. Bu dövrdə 
özünəməxsus yer tutan rəssamlardan biri də Qalitsiyalı Artur Qratqer idi (1837-1867). O özünün bir sıra qrafik 
əsərləri ilə tanınmışdır. Onun əsərlərindən «Varşava» (1862), «Polşa»nı (1863) misal göstərmək olar. Bu 
əsərlərdə Polşa xalqının milli azadlıq mübarizəsi öz təsvirini tapmışdır. 1863-cü il üsyanı ərəfəsində və ondan 
sonrakı dövr Polşa incəsənətində əsaslı dönüş dövrü olmuşdur. Bu dövr artıq bütövlükdə demokratik realizmin 
inkişafı ilə xarakterizə olunurdu. İncəsənətin romantik dövrü artıq geridə qalmışdı. Buna baxmayaraq xalqın 
romantik əhval-ruhiyyəsi bu dövrün iri tarixi rəngkarlıq sənətkarı olan Mateynonun əsərlərində xüsusi yer tutur. 
Yan Mateyno (1838-1898) Polşa incəsənətinin və mədəniyyətinin xüsusi bir dövrünü təşkil edir. Mateynonun 
birinci yaradıcılıq dövrü XIX əsrin 60-70-ci illərini təşkil edir. Bu dövr onun əsərlərində  vətənpərvərlik 
hisslərinin üstünlük təşkil etməsi ilə xarakterizə olunurdu. Onun yaradıcılığının sonrakı dövrü isə XIX əsrin 80-
90-cı illərində daha çox ənənəvi-rəsmi xarakter daşıyırdı. Rəssamın sonuncu yaradıcılığı dövründə monumental 
dekorativ üslub üstünlük təşkil edirdi. Bunun özü də Polşa incəsənətində yenilik idi. XIX əsrin 70-80-cı illərində 
Polşa krallığının ərazisində fəaliyyət göstərən rəssamların yaradıcılığında xüsusilə demokratik realizmin inkişafı 
yüksəliş dövründə idi. 60-cı illərin islahatından sonra ölkədə kapitalizm sürətlə inkişaf edirdi. Bu da öz təsirini 
incəsənətdə göstərirdi. Bu zaman bədii prinsiplərin inkişafı ön plana keçirdi. Bu dövrdə tanınmış rəssamlardan 
biri Huzef Xelmonski idi (1849-1914). Onun əsərlərində Polşa kəndlisinin həyatı üstünlük mövzunu təşkil edir-
di. Həmçinin bu dövrdə tanınmış rəssamlardan biri də Maksimskyan Qerimski idi (1846-1874). Bu rəssam öz 
əsərlərində incə  və  dəqiq, aydın və musiqili təsvirlər yaradırdı. O özündə realist və  həqiqi  şair təəssüratı 
yaratmışdır. Onun əsərlərindən «Povstaşçesk patrul»u (1871, Varşava Milli muzeyi) göstərmək olar. Bu əsərdə 
1863-cü il üsyanından səhnə təsvir edilmişdir. Bu dövrdə daha yüksək ustalığı ilə seçilən realist rəngkarlıq sis-
teminin nümayəndələrindən sayılan Aleksandr Qerimski olmuşdur (1850-1901). Məhz onun yaradıcılığında 
Polşada ilk kapitalist şəhərinin təsviri öz ifadəsini tapmışdır. Onun Varşava silsiləsinə «Trompik» (1884, Kra-
kov Milli muzeyi), «Vislayanı qum karxanasında» (1887) əsərləri daxildir. Onun həm də Parisin təsvirinə həsr 
olunmuş  əsərləri vardır: «Parisin gecə operası» (1891, Poznan Milli muzeyi). Polşa xalqının milli azadlıq 
hərəkatının təsvirinə həsr olunmuş əsərlərin müəllifi kimi Yatek Malçevski özünəməxsus yer tutur (1854-1929). 
O öz əsərlərində sürgün həyatının təsvirini yaratmışdır. Bu əsərlərdən «Ölüm mərhələsi» (1891), «Şaxtada 
istirahət» (1882), «Siyasi sürgünlər» (1883) və sairə əsərləri göstərmək olar. 
Ədəbiyyat. Bu dövrdə 3 ölkə – Rusiya, Avstriya və Prussiya arasında bölünmüş Polşa öz azadlığı uğrunda 
mübarizə aparırdı ki, bu da öz əksini ədəbiyyatçıların yaratdığı əsərlərdə tapmışdı.  
Ədəbiyyatçıların bir qismi 1852-ci ildə Lvovda açılmış Avstriya nəzarəti altında olan «Dzennik literateş» 
jurnalı ətrafında toplanmışdılar. 1860-cı ildən bu jurnalın səhifələrindən biri «Lvovdan məktublar» adı ilə nəşr 
olunurdu və bu səhifəni dövrün publisisti Kornel Ulyevski hazırlayırdı. 
Digər  ədəbiyyatçılar isə Rus imperiyasının Litva-Belorus-Ukrayna regionunda toplaşmışdılar. Burada 
olan ədəbiyyatçılardan realizm üslubunda işləyən Kraşevski, Kojenovski və Srokomlyanın adlarını çəkmək olar. 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   217   218   219   220   221   222   223   224   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə