Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə224/245
tarix02.10.2017
ölçüsü5,01 Kb.
#2897
növüDərs
1   ...   220   221   222   223   224   225   226   227   ...   245

 
325
vats, Qalereya) buna misal ola bilər. Karas on ilə yaxın Milanda, Florensiyada, Siyenada olmuşdur. Romada o
incəsənət məktəbinin nümayəndələri ilə tanış olmuşdur. Bu onun yaradıcılığına böyük təsir göstərmişdir. 1848-
ci ildə  vətənə döndükdən bir müddət sonra Bosniyada, Karlovatsda, daha sonralar isə Zaqrebdə yaşayır. 
Vətənində o, iqtisadçı-alim Mişko Kreşiçin və onun həyat yoldaşı Anna Kreşiçin portretlərini yaradır (Zaqreb, 
Yuqoslaviya Akademiyasının qalereyası). Onun son əsərləri  İtaliya təsirindən uzaq olur. Karas daha sadə, 
həyata daha yaxın üslub yaradır. «Briqleviçin portreti»ndə (Zaqreb, Tkalçiç-Koşçeviçin kolleksiyası) rəssam 
həyatilik və xarakterin dərinliklərini  əks etdirməyə müyəssər olur. Tünd fonda təsvir olunan Briqleviçin 
bozarmış saçları  və diqqətlə hansısa bir nöqtəyə baxan geniş gözləri aydın  əks olunmuşdur. Bu əsərində o 
əvvəllər yaratdığı əsərlərindən çox fərqli obraz qura bilmişdir. XIX əsrin ikinci yarısında Karasın realizmə yaxın 
olan yaradıcılığı xorvat rəssamlarının fəaliyyətində öz əksini tapır. 
Həm Xorvatiyada, həm də Serbiyada portret janrı ilə  bərabər, məişət janrı, tarixi janr və  mənzərə janrı 
inkişaf edirdi. 1870-ci ildə Zaqreb Balkanın mədəniyyət mərkəzlərindən birinə çevrilir. Burada rəssamlıq 
məktəbləri açılır, sərgilər təşkil olunurdu. Bu dövrün aparıcı incəsənət və  mədəniyyət istiqaməti realizm 
olmuşdur. Realist məktəbin nümayəndələrindən biri də Zaqrebdə, daha sonralar isə Münhendə təhsil almış Fe-
dro Kikereza (1845-1893) olmuşdur. Onun naturadan çəkilmiş portretləri, mənzərələri öz təbiiliyi və gözəlliyi 
ilə seçilir. Onun əsərlərindən «Zvonomirin tacqoyma mərasimi» (Zaqreb, Yuqoslaviya Akademiyasının 
qalereyası), «Şahzadə Marko», «Kosovo gözəli» əsərlərini misal göstərmək olar. 
Xorvat rəssamları tez-tez xalq məişətinə, kəndli əməyinin təsvirinə geniş yer verirdilər. Kəndli mövzusu Ni-
kol Maşiçin (1852-1902) yaradıcılığında başlıca yer tuturdu. Onun «Liçanin» əsərində qoca kəndli obrazı 
yaradılıb. Burada əks olunan kəndli obrazı soyuqqanlı və qətiyyətli təsvir edilib. «Bardaq götürən qız», «Qazları 
çaya aparan qız» əsərlərində isə təbiətin təsviri ilə yanaşı, poetik çalarlar da hiss olunur. Maşiç öz doğma vətəninin 
buludlarını, günəşli səmasını, çaylarını, çiçəkli təbiətini  əsərlərində canlandırıb. Onun natürmortları da kəndli 
həyatı ilə bağlı olub. 
Digər rəssamlardan Vlaxo Bukovats (1855-1922) hələ Parisdə təhsil alarkən öz əsərlərində kəndliləri və 
onların həyatını təsvir edib. Onun ilk əsərlərindən olan «Çernoqoriyalılar bazar yolunda» (1878, Zaqreb, Yuqos-
laviya Akademiyasının qalereyası)  əsəri təkrarolunmazdır. O bu əsərini çox canlı yaradıb. Bukovats çılpaq 
qadın bədənini də təsvir edirdi. Bu qəbildən olan əsərləri çoxdur. Buna misal olaraq, «Şpir Totsilyanın portre-
ti»ni göstərmək olar (1883). Bukoviç və Medoviç öz mifoloji və tarixi kompozisiyaları ilə Avropada 
məşhurlaşmışdılar. Medoviçin yaradıcılığında bizi döyüş səhnələri və təntənəli səhnələr bir o qədər də cəlb et-
mir. Lakin onun portretləri («Qoca qadın»), doğma Dubrovnikanın təbiətini təsvir edən əsərləri və kənddən bəhs 
edən natürmortları daha maraqlıdır. 
Əsrin sonunda xorvat rəssamları daha çox realizmə meyl edirlər. Bu tendensiya daha çox Mentsi Klemen-
ta Tsrnçiçanın (1865-1930) yaradıcılığında hiss edilir. Elə bu dövrdə ilk xorvat monumental heykəltəraşlığı 
inkişaf etməyə başlayır. Heykəltəraşlıq nümunələri arasında şairlər Kaçiçin və Pyotr Preradoviçin heykəllərini 
göstərmək olar. Hər iki əsər Zaqrebdə heykəltəraş İvan Rendiç tərəfindən yaradılmışdır (1849-1932). 
Sloveniya. 
Sloveniyalılar öz incəsənətlərini Sloveniya burjuaziyasının yarandığı bir dövrdə çiçəkləndirməyə 
başlayırlar. XIX əsrin birinci rübündə Sloveniya mədəniyyətində klassik tendensiya istifadə edilirdi. Bu dövrdə 
kilsə əsərləri, tarixi rəngkarlıq və portret janrı inkişaf edirdi. Bu dövrün incəsənət ustalarından olan Fans Kavçiç 
(1762-1828) bir çox klassik kompozisiyaların və antik mövzuların müəllifi idi («Fakiyon») əsəri. 
Portret janrında işləyən rəssamlardan İosif Tamenis (1790-1866) öndə idi. O, 1820-ci ildə İtaliyada təhsil 
almışdı. O, Lyublyanada, sonra isə Qorits əyalətində yaşamışdır. O, bu ərazilərdə olan kilsələri. həmçinin, 
maraqlı simaları təsvir edirdi. Əsərlərindən «Makson ailəsi», öz atasının portreti, avtoportretini misal göstərmək 
olar. O, bu əsərlərində insan cizgilərini özünəməxsus tərzdə təsvir etmişdir. 
Bu dövrlərdə Sloveniyada rəngkarlıq inkişaf edirdi. Bu üslubda işləyən rəssamlardan Matey Lanqusu 
(1792-1855) nümunə göstərmək olar. O, əsərlərində mənzərə fonları verməklə yanaşı, romantik planlardan da 
istifadə etmişdir. Lirik və sentimental üslubda rəsmlər yaradan, həmçinin qadın portretləri çəkən Mixail Stroya 
(1807-1871) da Sloveniya təsviri sənətinə öz töhfələrini vermişdir.  
XIX  əsrin ikinci yarısında incəsənətdə realist tendensiya yaranmağa başlayır. Bu tendensiya Sloveniya 
mədəniyyətini Serbiya və Xorvatiya mədəniyyəti ilə yaxınlaşdırır. Lyubyana Sloveniya mədəniyyətinin 
mərkəzinə çevrilir. burada Yaneza və Yuri Şubitsi qardaşları yaradıcılıqla məşğul olurlar. Onların hər ikisi Ve-
nesiyada təhsil almışdılar. Yanezanın yaradıcılığı İtalyan məktəbinə yaxın olsa da, Yurinin yaradıcılığı Fransız 
mədəniyyətinə yaxın idi. Yaneza Şubitsi bacısı Mitsanın portretini yaratmışdır. Kitab oxuyan Mitsanın portreti 
poetik üslubda təsvir edilmişdir. Yuri Şubits isə «Ovdan əvvəl», «Tənhalıq» əsərlərində qəhrəmanların əhval-
ruhiyyələrini təsvir etmişdir. Hər iki qardaş illüstrasiyalar üzərində işləyirdilər.  
Beləliklə, XIX əsrin sonlarında Sloveniya, Xorvatiya və Serbiya incəsənətinin impresionizmə meyl 
etməsini və müasirləşdiyini görmək olar. Həmçinin, Yuqoslaviya rəssamlarının yaratdığı  əsərlər dünya 
incəsənətində özünəməxsus yer tutur. 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   220   221   222   223   224   225   226   227   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə