Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə220/245
tarix02.10.2017
ölçüsü5,01 Kb.
#2897
növüDərs
1   ...   216   217   218   219   220   221   222   223   ...   245

 
319
Bədii zövqün formalaşmasına əcnəbi ədəbiyyat yaxından kömək etmişdir, çex xalqı alman, polyak, macar 
ədəbiyyatı ilə dərindən tanış olmuşlar. 
P.O.Qvezdoslov (1849-1921) poeziyasında romantizm və realizmin sintezindən istifadə etmişdir: «Yay 
qaçışları», «Sonetlər», «Psalm və himnlər». Xalqın mənəviyyatı onun üçün xüsusi əhəmiyyət kəsb etdiyindən 
əsərlərinin əsas ideyasına çevrilmişdir.  
S.Y.Vayanski (1847-1916) yaradıcılığının əsasını sosial-psixoloji povestlər təşkil edir. Bu povestlərin hər 
biri millilik, vətənpərvər, coşqun hisslərlə doludur: «Liliya», «Uçan kölgələr», «Quru budaq». 
S.V.Vayanski yaradıcılığının təsiri ilə yazıb-yaradan qadın şairə T.Vantsova olmuşdur (1857-1842). Ailə-
məişət mövzusunda bir çox əsərlərin müəllifidir. Bir ailənin dramatik faciəsini əks etdirən əsəri «Podramskilərin 
yetimi» romanıdır. 
MusiqiÇexoslovakiya musiqi mədəniyyəti Çex və Slovakiya vəhdətində formalaşmışdır. Burada profes-
sional musiqi yaradıcılarından bəstəkar B.Smetananın, A.Dvorjakın, İ.Fibixanın və b. adlarını çəkə bilərik. 
Polşa. 
 İncəsənət.  XIX  əsrdə Polşa incəsənəti-Polşa mədəniyyəti tarixində parlaq səhifədir. Bu dövrdə Polşa 
siyasi cəbhədə güclü bir dövlət deyildi. XIV əsr Polşa mədəniyyətində  vətənpərvərlik ideyaları ön plana 
çəkilirdi. Yazıçılar, şairlər, musiqiçilər, rəssamlar daim bu ideyalar üzərində işləyirdi. Belə ziyalılara misal ola-
raq F.Şopeni, Slavatskonu göstərmək olar. Milli vətənpərvərlik hissi Polşa incəsənətində ayrılmaz fikir idi. 
Polşanın bədii həyatı mürəkkəb şəkildə inkişaf edirdi. Bu elə bir dövr idi ki, Y.Norblii və A.Oraovski ölkədən 
çıxıb getmiş, M.Poqonski və K.Voynakovski vəfat etmişdilər. Bu çətin illərdə incəsənətin ən fəal ocağı Vilna 
(Vilnüs)  şəhəri idi. Universitetlər bu dövrdə  mədəniyyət mərkəzləri sayılırdı (Litva üçün), eyni zamanda bu 
şəhər Polşa mədəniyyətinin də  mərkəziidi. Krakovda Mixail Staxoviçi (1768-1825) kəndlilərin həyatından 
götürülmüş səhnələr maraqlandırırdı. 
Polşa tarixi üçün yeni dövr növbəti onillikdə – 1815-ci ildən sonra başlayır.  Əvvəllər olduğu kimi, 
Varşavaya mədəniyyətin mərkəzi rolu qaytarılır. Memarlar XVII əsr Polşa klassisizminə arxalanaraq yeni 
dövrdə memarlığı daha da inkişaf etdirməyə çalışırlar. Onlar bunu daha mürəkkəb monumental formalarda 
işləyirlər. 20-30-cu illərdə  şəhərsalma işi gücləndirilir. Bu dövrdə Varşavanın mərkəzi hissəsinin tam şəkildə 
formalaşdırılması başa çatır. 1824-1825-ci illərdə Bankov meydanı tikilir. Memarlıq həlli baxımından Bankov 
meydanına yaxın olan digər bir tikili Böyük Teatrın yerləşdiyi Teatr Meydanı kompleksi idi. Bu kompleks 
1825-33-cü illərdə Koratsinin layihəsi  əsasında tikilmişdir. Koratsinin işləri polyak klassisizminin inkişafında 
mühüm rol oynamışdır. XVIII əsr ənənələrinə Yakob Kubitski yaxın olmuşdur. O, 1818-1820-ci illərdə özünün 
ən yaxşı  əsərlərindən biri sayılan Varşava  şəhərində Belveder sarayını inşa edib. Klassisizm başqa ölkələrə 
nisbətən Polşa krallığında daha çox qalır. Məs., XIX əsrin ortalarında sırf klassik üslubda işləyən memar Henrix 
Markoni (1792-1863) Sakson bağında Potia məbədi Tivalini Xapifladan qüllə tikir. Burjuaziyanın Polşada 
çiçəklənməsi ilə  əlaqədar olaraq portret janrı Polşada çox geniş inkişaf etməyə başlayır. Bu dövrdə  fəaliyyət 
göstərən rəssamlardan biri Varenavalie, rəssam Antoni Brodovski (1784-1832) Paris şəhərində Jerarda təhsil 
almış, fransız tipik portretlərini çox gözəl öyrənmişdir. Bu rəssam öz əsərlərində insanın daxili aləmini, onun 
hisslərini  əks etdirməyə çalışır. Rəssamın  ən yaxşı  işlərinə misal olaraq Brodovskinin qardaşının portretini 
göstərmək olar. Brodovskinin qardaşı da rəssam idi. O, əsasən realistik məişət janrında işləyirdi. Brodovski eyni 
zamanda mifoloji kompozisiyalarda işləmişdir. Buna misal olaraq rəssamın «Edip və Antiqona» (1828) əsərini 
göstərmək olar. Bu əsərdə  rəssam akademik rəsm rəngkarlığına sadiq qalmışdır. Polyak mədəniyyəti üçün 
dəhşətli zərbə çarlığın Varşava və Vilen universitetlərinin bağlanması oldu. 30-40-cı illərdə I mədəniyyət 
mərkəzi Qalşaya və Krakov, II isə bir çox polyak ziyalılarının mühacirət etdiyi Paris olmuşdur. Parisdə bu 
illərdə yaşayan Mitskeviç öz mili epopeyası olan «Pon Todeuş»u yazmışdır. Bu illərdə  Şopenin də maraqlı 
əsərləri yaranır. Burada eyni zamanda rəngkarlardan Q.Rodkovski, P.Mixaylovski, P.Kaplin işləmişlər. Bu 
dövrdən Fetiks Pivarskinin ətrafında olan bir qrup rəssam çox fəal yaradıcılıqla məşğul olurdu. Pivarski öz 
əsərlərinin prototipini xalqın həyatından götürürdü. Pivarskinin yaradıcılığında romantik istiqamət üstünlük 
təşkil edirdi. Onun bir çox tələbələri var idi. Yaradıcılığı XIX əsrin 40-50-ci illərinə təsadüf etmiş rəssamlardan 
biri də Henrix Rodakevski (1823-1894) idi. Bu rəssam özünü mahir portretçi kimi göstərmişidr. Onun məşhur 
portretlərindən biri atasının portretidir. Parisdə yaşayarkən rəssam «General Q.Dembinski»nin portretini çəkir. 
Rəssam generalın obrazını çox kədərli, oturan tərzdə yaratmışdır. Bu portret çox sakit, zeytuni boz rəng 
qammasında çəkilmişdir. Polşa incəsənətindən danışanda P.Mixaylovskinin adını çəkməmək mümkün deyil. Bu 
rəssam  əsil-nəcabətinə görə aristokrat olub. Rəssamlıq təhsili almamışdır. O tez-tez Fransaya səyahət edir
oranın ziyalıları ilə görüşürdü. O, ispan rəssamlarından F.Qoyya və D.Velaskesin yaradıcılığını  dərindən 
öyrənmişdir. Onu rəngkarlıqda dinamik gərginlik cəlb edirdi. Uzun müddət atlar, atlılar və döyüşlər rəssamın 
yaradıcılığında sevimli mövzulardan idi. Sonralar rəssam portret janrına müraciət etmiş, bir çox realist portret 
əsərləri yaratmışdır. Onun sevimli rəng qamması boz, zeytuni-qəhvəyi, kül rəngi, göy-qırmızı rənglərdən ibarət 
idi. Yaradıcılığının daha da püxtələşdiyi dövrlərdə  rəssam daha çox azad manerada işləyirdi. Mixaylovski öz 
yaradıcılığında kəndli mövzusuna müraciət etmiş  və onun bu mövzuda çəkilmiş  əsərləri polyak incəsənətinin 
məşhur əsərlərindən sayılır (XIX əsr). 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   216   217   218   219   220   221   222   223   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə