Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə216/245
tarix02.10.2017
ölçüsü5,01 Kb.
#2897
növüDərs
1   ...   212   213   214   215   216   217   218   219   ...   245

 
312
tarixi dramı, klassik nəsrdə «Belkinin povestləri», «Tarixi povest» «Kapitan qızı», «Motsart və Salyeri faciəsi», 
«Tunc atlı» poeması və s. Bütün bunlar Puşkinin təkcə rus ədəbiyyatına deyil, dünya mədəniyyətinə bəxş etdiyi 
nadir sənət inciləridir. 
Puşkinin sələfləri ondan sonra rus ədəbiyyatını qoruyub saxlayaraq, daha da zəngişləşdirdilər. 
Belələrindən biri M.Y.Lermontov (1814-1841) idi. Onun fitri istedadı 16 yaşında ikən özünü göstərə bilmişdi. 
1837-ci ildə o, «Şairin ölümünə» adlı  şerində  zəmanəsinə qarşı  cəsarətlə etiraz edə bilmişdir. Onun 
yaradıcılığına daha çox romantizm aid idi. Erkən yaradıcılıq nümunələrinə azadlıq, mübarizə ruhu xas idi. 
«Mtsıri», «Demon» poemalarında bu ruhu açıqcasına hiss etmək mümkündür.  
XIX əsrin 30-cu illərinin II yarısında şairin yaradıcılığında realist elementlər qabardılır: «Saşka», «Tam-
bov xəzinədarı»  əsərləri buna aiddir. «Zəmanəmizin qəhrəmanı» romanında  şair inadla realizmə daxil olur. 
Lermontov yaradıcığına fatalizm ruhu da hakimdir. 
Bu dövrün digər böyük ədəbi nümayəndəsi N.V.Qoqoldur (1809-1852). Onun «Dikanka yaxınlığında xu-
tor axşamları» əsərində lirik romantizm özünü təzahür etdirir. Sonrakı povestlərində – «Portret», «Nevski pros-
pekti», «Mirqorod»da lirik romantizmdən realizmə keçid qabarıq  şəkildə özünü göstərir. Onu məşhurlaşdıran 
«Müfəttiş» komediyasında dramaturgiyanın novator xarakteri rus cəmiyyətinin ümumiləşdirilmiş simasının 
əksində özünü göstərir. «Ölü canlar» isə, Qoqolun yaradıcılığında xüsusi yer tutur. Bu roman-poema rus 
ədəbiyyatında tənqidi realizmin təsdiqini müəyyənləşdirdi. Bu əsərə ədib özü yüksək qiymət verərək həyatının 
ən ali işi hesab edirdi. «Bütün Rusiya buradan hay verəcək» - deyə əsər haqqında fikrini bildirirdi. 
Digər məşhur povest isə «Şinel» idi. Burada o, başlıca məsələ kimi sosial problemə üz tutur, rus adamının 
ağır, mənasız həyatını bütün reallıqları ilə əks etdirir. O, əsərində mütləqiyyət-təhkimçi sistemini ciddi tənqid 
atəşinə tutur. 
XIX  əsr rus ədəbiyyatının qızıl dövrünün digər  əzəmətli nümayəndələri  İ.S.Turgenev (1818-1883), 
İ.A.Qonçarov (1812-1891), M.E.Saltıkov-Şedrin (1826-1889), A.N.Ostrovski (1823-1886), şairlər 
N.A.Nekrasov (1821-1878), F.İ.Tyutçev (1803-1873), A.A.Fet (1820-1892) və b. hesab edilir. A.N.Ostrovski öz 
əsərlərində Qoqolun «natural məktəbi»ni davam etdirir. Onun «Gəlirli yer», «Tufan», «canavar və qoyunlar», 
«cehizsiz qız» və d. povestlərində ticarət aləminin incəlikləri tədqiq olunur. Ostrovski dramaturgiyası rus realist 
teatrının təşəkkülündə əhəmiyyətli rol oynamışdır. 
M.E.Saltıkov-Şedrinin parlaq istedadı satirada çox güclü bədii hisslərlə əks olunmuşdur. Onun «Pompa-
dur kişi və qadınları», «Bir şəhərin tarixi» və d. əsərlərində dövrünün bürokratik qayda-qanunları öldürücü satira 
ilə ifşa edilir, kütbeyin rəislər, müxtəlif rütbələrdən olan məmurlar tənqid atəşinə tutulur. Bu əsərlər dünya 
satirasının ən nadir nümunələrindəndir. 
Xalqın ümid yolunun axtarılması N.A.Nekrasov yaradıcılığına, psixoloji cəhətdən incə və lirik məqamlar 
isə, A.P.Çexova (1860-1904) xasdır. 
Rus  ədəbiyyatının qızıl dövrünü yekunlaşdıran digər iki nəhəng -L.N.Tolstoy (1828-1910) və 
F.M.Dostoyevski (1821-1881) mədəniyyətin əlçatmaz zirvəsini təşkil etdi. 
Ədəbiyyatın inkişafı teatr  sənətinin yeni istiqamət götürməsinə  də imkan yaradırdı. Bu dövrdə rus 
səhnəsində aktyor sənətinin islahatçısı, realizmin əsasını böyük aktyor M.S.Şepkin (1788-1883) qoydu. Əsrin I 
yarısında teatr bir çox aktyor nəslini (Y.S.Semyonov, V.V.Karatıgin, P.S.Moçalov, M.E.Martınov və b.) 
yetişdirdi. Bu dövrdə əsas teatr mərkəzləri Malı Teatr (Moskva) və Aleksandrinsk Teatrı (Peterburq) hesab edi-
lirdi. Rusiyanın  əyalət  şəhərlərində teatr truppaları  kəmiyyətcə çoxaldı. Bu isə yeni demokratik tamaşaçının 
formalaşmasına kömək etdi. Sadə xalq üçün mövcud olan kütləvi teatrlarda da istedadlı aktyorlar iştirak edirdi. 
Opera teatrı da bu dövrün başlıca mədəni mərkəzlərindən hesab edilirdi. Bu incəsənətin başlıca mərkəzləri 
Marinsk (Peterburq) və Bolşoy teatr (Moskva) hesab edilirdi. 
Balet sahəsində baletmeystr M.İ.Petina (1818-1910) xüsusi yer tutur. 
Bədii yaradıcılıq sahəsində XIX əsrdə Rusiyada aparıcı yerlərdən birini təsviri sənət tuturdu. Əsrin I 
yarısında rəssamlıqda başlıca istiqaməti klassisizm təşkil edirdi. K.P.Bryullov (1799-1852), O.A.Kiprenski 
(1782-1836), A.Q.Venetsianov (1780-1847) dövrün görkəmli rəssamları idi. Bryullovun «Pompeyin sonuncu 
günü»  əsəri rus rəngkarlığında akademik məktəbin  ən parlaq sənət  əsərlərindən hesab edilir. Əsərin ideya 
məzmunu çox mürəkkəbdir. Müəllif burada despotizmin qəddarlığını göstərməyə çalışaraq insanın böyük imta-
han, ölüm qarşısındakı əhval-ruhiyyəsini təbii əks etdirə bilmişdir. 
Rəngkarlıqda realizmin əsasını P.A.Fedotov (1815-1852) qoymuşdur. «Mayorun elçiliyi», «Ankor, yenə 
də ankor!», «Oyunçu» əsərlərində rəssam realizmi yüksək bədii hisslərlə çatdıra bilmişdir. 
A.A.İvanov (1806-1856) «İsa peyğəmbərin zühuru» adlı məşhur əsəri üzərində 20 il işləmiş və əsərə 600-ə 
yaxın etüd çəkmişdir. 
XIX əsrin ilk onilliyi rus memarlığında klassisizmin yekunlaşması və ampir (frans. empire – imperiya, 
dövlətin qüdrətini təzahür etdirən) üslubunun tətbiqi ilə səciyyələnir. Bu üslübda, klassisizm kimi dekorativliyə
monumentallığa meyl edilirdi. Bu üsluba riayət edənlər A.D.Zaxarov (1761-1811), A.N.Voronixina (1750-
1814), K.İ.Rossi (1775-1849), V.P.Stasov (1769-1848) idi. 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


 
313
Dövrün memarlığının xarakterik xüsusiyyəti, iri memarlıq ansambllarının yaradılması idi. Bu, xüsusilə, Peter-
burqda daha çox təzahür olundu. Zaxarovun layihəsi əsasında Admirallıq yaradıldı. 
A.N.Voronixinin lahiyəsi əsasında Kazan kilsəsi (1801-11), Dağ kadet korpusu (1806-1811), Qatçina və 
Pavlovskda saraylar tikildi. 
Peterburq birjasının binasını isə, İsveçrəli memarlar Toma de Tomon tikmişlər. Memarlıqda ansambl me-
todu K.İ.Rossinin yaratdığı Mixaylovsk sarayında (hazırki Rus Dövlət muzeyi), Ali Ştat Binasında, Saray 
meydanında əyaniləşir. Onlar həm də Aleksandrinsk teatrının müəllifləridirlər. 
Peterburqdakı  ən nəhəng memarlıq tikililərindən biri də 40 ilə başa gələn  İsaak kilsəsidir (1818-1859). 
Onu klassisizm üslubunda ilkin olaraq A.Monferrenanın layihəsi  əsasında tikmiş, sonradan isə, rus 
memarlarının bir qrupu – V.N.Stasov, K.İ.Rossi, A.A.Melnikov, A.İ.Melnikov davam etdirmişlər. 
Moskvanın şəhər tikintisində başqa məsələlərə də diqqət yetirilirdi. 1812-ci ildəki böyük yanğından sonra 
şəhərin bərpası üzrə güclü, hərtərəfli tədbirlər aparıldı. Yanğın nəticəsində  şəhərin üçdə iki hissəsini yenidən 
qurmaq, dağılmış memarlıq nümunələrini tikmək başlıca məqsədə çevrildi. Memar O.İ.Bove Qızıl Meydanın 
rekonsturuksiyasını həyata keçirdi. Rekonstruksiya prosesində kiçik həcmli tikililər təmizlənərək, əvəzində iri 
ticarət cərgələri tikildi ki, bu da köhnə rus memarlığının funksiya təyinatları ilə vəhdət təşkil edirdi. 
Digər memar D.Jilyardi yanğın zamanı yararsız hala düşmüş Moskva Universitetinin bərpası ilə məşğul 
oldu. 
Memar K.A.Ton (Voronixinin tələbəsi) Böyük Kreml sarayını (1839-1849), Silah Palatasını (1844-1851), 
Nikolayevsk vağzalını (1856) inşa etdi. Bu memarların adı ilə bağlı bir çox gözəl sənət əsərləri mövcuddur. 
Dövrün ən dəyərli sənət əsərlərindən birini də Moskvada İ.Martosun Minin və Pojarskinin adı ilə bağlı 
heykəltəraşlıq abidəsidir. Bu əsər Moskvanın, bütün rus dünyasının simvolu kimi dünya mədəniyyəti 
xəzinəsinin əzəmətli və qürurlu bir incisidir. Bu əsər Moskva, bütünlükdə rus dünyasının rəmzi kimi çox böyük 
tarixi əhəmiyyət kəsb edir. 
Artıq XIX əsrin II yarım illiyində memarlıqda müxtəlif üslublara – intibah, borokko, qədim Bizans, qədim 
rus sənətinə qayıdış hiss olunur. Artıq ansambl hissi aradan çıxır. Monumental heykəltəraşlığa meyl mühüm yer 
tutur. Memarlardan A.Opekuşinanın Puşkinin heykəlini (1880), M.M.Antopolskinin «İvan Qroznı» (1870), «I 
Pyotr» (1872), «Yermak» (1891) heykəllərini göstərmək olar.  
Bədii mədəniyyətin aparıcı sahəsi sayılan musiqi XIX əsrdə rus incəsənətində xüsusi yer tuturdu. Məhz bu 
tarixi mərhələ də öz milli köklərinə bağlı olan rus operası, rus simfoniyası, kamera musiqisi yaradıldı. Rus mu-
siqi məktəbi formalaşmağa başladı.  Əsrin  əvvəllərində rus musiqisində italyanlar xüsusi rol oynayırdılar. Bu, 
ötən əsrdə buraya dəvət olunan italyan bəstəkar və müğənnilərinin yaradıcılığı ilə bağlı idi. 
Rus milli musiqisinin təşəkkülündə M.İ.Qlinkanın (1804-1857) rolu misilsizdir. O, opera sənətində iki 
böyük istiqamətin əsasını qoymuşdur: xalq musiqili dramı, nağıl-epik opera janrı. Onun üslubu öz məzmun və 
təbiəti etibarı ilə  əsil rus musiqisini əhatə edirdi. O, «İvan Susanin», «Ruslan və Lyudmila» operaları ilə rus 
tarixinə müraciət edir, rus xalq musiqi ənənələrini klassik musiqi ilə sintez edərək nəhəng əsərlər yaradır. 
Onun simfonik əsərləri – «Vals-fantaziya», «Kamarinskaya», «Madriddə gecə» bəstəkarın yüksək 
istedadını nümayiş etdirir, M.İ.Qlinka rus musiqisinə  əzəmətli vokal irsi bəxş etmişdir: A.Puşkin, 
M.Y.Lermontov, V.Jukovski və digərlərinin sözlərinə yazılmış romanslar dünya musiqi sənətinin gözəl 
nümunələrindəndir. Bəstəkarın müasiri A.S.Darqomıjski özünün «Esmiralda» adlı operasında romantik cəhətləri 
əks etdirməklə, yaradıcılığının sonrakı çağlarında rus musiqisində realizmi güclündirərək xalq-məişət musiqi 
dramı olan «Su pərisi» operasını yaradır. 
Haqqında təhlil apardığımız XIX əsr Rusiya ölkəsi tarixinin mühüm səhifəsini təşkil edir. Bu əsrin icti-
mai-siyasi, iqtisadi vəziyyətindəki dəyişikliklər onu bir neçə mərhələ üzrə səciyyələndirməyə əsas verir. Artıq 
əsrin II yarısında baş verən ictimai-demokratik canlanma, təhkimçilik hüququnun ləğvi, 60-70-ci illərdəki liber-
al islahatlar, sənayedə kapitalın inkişafı rus mədəniyyətinin tərəqqisi üçün də  əlverişli  şərait yaradırdı. 
Kütlələrin maariflənməsi gündəlik ehtiyaca çevrilir. Əsrin ortalarında  əhalinin 6%-i savadlı idi. İbtidai 
məktəblərin sayı 8227, burada təhsil alanların sayı isə, 450 minə çatmışdı. Lakin istər orta, istərsə  də ali 
məktəblərdə oxuyanların 80%-ni dvoryanlar təşkil edirdi. Bu dövrdə tanınmış pedaqoqlar meydana gəlir – alim-
pedaqoq K.D.Uşninski (1834-1871) Rusiyada xalq məktəbi və elmi pedaqogikanın banisi olur. 
Elm və texnikada yeni sıçrayış açıq-aydın hiss olunur – yeni elmi mərkəzlər açılır, alimlər öz kəşfləri ilə 
dünya elmini zəngişləşdirirlər. Dəqiq elmlər sistemində P.L.Çebışev (1831-1894), D.A.Qrave (1863-1939), 
D.İ.Mendeleyev (1834-1907), N.N.Zinin, A.M.Butlyarov (1828-1880), A.S.Popov (1859-1905), A.F. Mojayski 
(1825-1890), N.E.Jukovski (1848-1921), K.E. Tsiolkovski (1857-1935) və b. dünyəvi kəşfləri ilə tanınmağa 
başlayır. 
Humanitar elmlər sahəsində V.V.Bervi-Flerovski, İ.İ.Sreznevski, V.İ.Dal, S.M.Solovyov, 
V.O.Klyuçevski, N.İ.Kostomorun adlarını  çəkmək olar. Onların hər biri ədəbiyyat, dilçilik, tarix elmlərinin 
inkişafında çox dəyərli işlər görmüşlər. 
Bu dövrün ədəbi nümayəndələrindən isə, dünya nəhəngləri sırasına daxil olan L.N.Tolstoy (1828-1910), 
F.M.Dostoyevski (1821-1881), N.S.Leskov (1831-1895), A.P.Çexov (1860-1904), V.Q.Korolenko (1853-1921), 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   212   213   214   215   216   217   218   219   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə